Hərbi vəzifə və hərbi xidmət haqqında



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə34/59
tarix02.01.2022
ölçüsü0,92 Mb.
#40859
1   ...   30   31   32   33   34   35   36   37   ...   59
44 (1)

7-ci 

fəsil 

Hərbi xidmətkeçmə 

  

Maddə 36. Həqiqi hərbi xidmətə daxilolma 



  

36.1.  Həqiqi  hərbi  xidmətə  qəbul  üçün  müəyyən  edilmiş  tələblərə  cavab  verən  Azərbaycan 

Respublikasının vətəndaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada 

bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 

36.1.1. müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən 

müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, 

gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; 

36.1.2. 


hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı  ali təhsil müəssisələrinin kursantlarının  həqiqi  hərbi 

xidmətinə – xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı 

tamam  olmayan  vətəndaşlar,  habelə  zabit  hərbi  rütbəsi  olmayan,  xüsusi  təyinatlı  ali  təhsil 

müəssisələrində  oxumaq  arzusunu  bildirən  18  yaşından  23  yaşınadək  hərbi  qulluqçular və  hərbi 



vəzifəlilər;

[26]

 

36.1.3. gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət 



keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 

yaşından 40 yaşınadək qadınlar; 

36.1.4. zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda 

olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi 

qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar. 

36.2. Bağlaşma əsasında  həqiqi hərbi xidmətə, həmçinin əcnəbilər  və vətəndaşlığı  olmayan şəxslər 

qəbul olunurlar. 

Qeyd: 

Azərbaycan Respublikasının hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrini 

(xarici ölkələrin  analoji ali təhsil müəssisələrini) müvəffəqiyyətlə bitirərək ilk  zabit hərbi rütbəsi almış 

Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçular birbaşa kadr zabit heyətinə keçirilirlər. 

  


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin