Hərbi vəzifə və hərbi xidmət haqqında


Maddə 44. Ehtiyatda olmağın son yaş hədləri və dərəcələri



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə42/59
tarix02.01.2022
ölçüsü0,92 Mb.
#40859
1   ...   38   39   40   41   42   43   44   45   ...   59
44 (1)

Maddə 44. Ehtiyatda olmağın son yaş hədləri və dərəcələri 

  

44.1. Ehtiyatda olan hərbi vəzifəlilər yaşa görə dərəcələrə bölünür və aşağıdakı son yaş hədlərinədək 

ehtiyatda olurlar: 

  

Hərbi vəzifəlilərin heyəti 



Ehtiyatda olmanın son yaş hədləri 

birinci dərəcə 

ikinci dərəcə 

üçüncü dərəcə 

Əsgərlər, matroslar, çavuşlar, 

gizirlər və miçmanlar 

35 yaş 


45 yaş 

50 yaş 


Kiçik zabitlər 

50 yaş 


55 yaş 


Baş zabitlər: mayor və polkovnik-

leytenantlar 

50 yaş 

55 yaş 



polkovniklər 

55 yaş 


60 yaş 


ali zabitlər 

60 yaş 


65 yaş 


  

44.2. Ehtiyatda olmağın son yaş həddi qadın zabitlər üçün – 50 yaş, gizirlər (miçmanlar) və müddətdən 

artıq həqiqi hərbi xidmət hərbi qulluqçular sırasından olan qadınlar üçün – 45 yaşdır. 

  

Maddə 45. Toplanışlar keçirilməsi 



  

45.1.  Hərbi  vəzifəlilər  ehtiyatda  olduqları  dövrdə  hərbi  təlim,  hərbi  yoxlama  və  xüsusi  toplanışlara 

çağırılırlar. 

45.2. Aşağıdakı hərbi vəzifəlilər hərbi təlim toplanışlarına çağırıla bilərlər: 

45.2.1. birinci dərəcəli ehtiyatda olanlar - hər dəfə 2 ayadək müddətə beş dəfəyədək, lakin il ərzində bir 

dəfədən çox olmayaraq; 

45.2.2. ikinci dərəcəli ehtiyatda olanlar - hər dəfə 2 ayadək müddətə üç dəfəyədək, lakin il ərzində bir 

dəfədən çox olmayaraq; 

45.2.3. üçüncü dərəcəli ehtiyatda olanlar – 1 ayadək müddətə bir dəfə. 

45.3. Səfərbərlik hazırlığının yoxlanılması məqsədilə hərbi vəzifəlilər hərbi təlim toplanışlarından başqa 

10 günədək müddətə hərbi yoxlama toplanışlarına çağırıla bilərlər. 

45.4. Fövqəladə vəziyyət şəraitində hərbi vəzifəlilər fövqəladə hadisələrin qarşısının alınmasında və ya 

nəticələrinin aradan qaldırılmasında iştirak etmək üçün müvafiq icra hakimiyyəti orqanının qərarı ilə 3 

ayadək müddətə xüsusi toplanışlara çağırıla bilərlər. 

45.5.  Toplanışların  müddətləri  və  vaxtı  bu  Qanuna  uyğun  olaraq  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən  müəyyənləşdirilir.  Toplanışlara  cəlb  ediləcək  hərbi  vəzifəlilərin  sayını  müvafiq  icra 

hakimiyyəti orqanının təqdimatı ilə müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 

45.6. Ehtiyatda olarkən toplanışlarda olmağın ümumi müddəti 18 aydan çox ola bilməz. 

45.7. Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə hərbi vəzifəlilər hərbi təlim və xüsusi toplanışlarda bu 

Qanunla müəyyən edilmiş müddətdən əlavə 3 ayadək müddətə saxlanıla bilərlər. 

45.8.  Hərbi  vəzifəlilər  üçün  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  toplanışa  göndərildikləri  gün 

toplanışın  başlanğıcı,  toplanışın  başa  çatması  ilə  əlaqədar  müvafiq  əmr  əsasında  şəxsi  heyətin 

siyahısından çıxarıldıqları gün isə toplanışın sonu sayılır. 

  


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin