51.1. Hərbi xidmətin maliyyə və maddi təminatı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq Azərbaycan Respublikası dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikası büdcəsinin və
təşkilatların vəsaiti hesabına həyata keçirilir.
51.2. Həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış yerinə yola
salınması və müəyyən olunmuş digər təminatlarla təmin edilməsi Azərbaycan Respublikası dövlət
büdcəsinin və Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
Dostları ilə paylaş: