Hərbi vəzifə və hərbi xidmət haqqında


Maddə 47. Hərbi vəzifəlilərə hərbi rütbələr verilməsi



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə44/59
tarix02.01.2022
ölçüsü0,92 Mb.
#40859
1   ...   40   41   42   43   44   45   46   47   ...   59
44 (1)

Maddə 47. Hərbi vəzifəlilərə hərbi rütbələr verilməsi 

  

Toplanışları keçmiş və tədris proqramı üzrə yoxlamaları müvəffəqiyyətlə vermiş hərbi vəzifəlilərə “Hərbi 

xidmətkeçmə  haqqında”  Əsasnamədə  müəyyənləşdirilmiş  qaydada  polkovnik  (1-ci  dərəcəli  kapitan) 

daxil olmaqla növbəti hərbi rütbələr verilir. 

  

Maddə 48. Hərbi vəzifəlilərin istefaya keçirilməsi 

  

Bu Qanunun 42-

ci maddəsində nəzərdə tutulmuş hallarda hərbi vəzifəlilər hərbi qeydiyyatdan və hərbi 

uçotdan çıxarılaraq istefaya keçirilirlər.



[33]

 

  



9-cu 

fəsil 

Yekun 

müddəalar 

  

Maddə 49. Hərbi vəzifələrin yerinə yetirilməsi ilə bağlı tədbirlərin maliyyə və maddi təminatı 



  

49.1.  Hərbi  vəzifənin  yerinə  yetirilməsi  ilə  bağlı  tədbirlərin  maliyyə  və  maddi  təminatı  Azərbaycan 

Respublikası dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikası büdcəsinin, habelə təşkilatların vəsaiti 

hesabına, bu Qanunla və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilmiş 

qaydada həyata keçirilir. 

49.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanının 

sifarişi  ilə  müvafiq  icra  hakimiyyəti  orqanını  çağırış  məntəqələri  ilə  təmin  etmək,  ictimai  qaydanı 

qorumaq,  lazımi  sayda  həkim  mütəxəssislər  və  orta  tibb  heyəti,  dərman  vasitələri,  alətlər,  tibb  və 

təsərrüfat əmlakı, nəqliyyat vasitələri ayırmaq üçün müvafiq tədbirlər görməlidir. 

49.3.  Çağırış  komissiyalarının  üzvləri,  hərbi  həkim  komissiyalarının  üzvləri,  müvafiq  icra  hakimiyyəti 

orqanında iş üçün ayrılmış həkimlər və orta tibb heyəti, texniki işçilər və xidmət heyəti vətəndaşların 

ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə çağırılması, vətəndaşların tibbi müayinəsi, habelə müvafiq 

icra hakimiyyəti orqanına çağırılanların göndərilməsi zamanı bu vəzifələri yerinə yetirərkən onların əsas 

iş yerində orta əmək haqqı saxlanılır. 

49.4. Bu Qanunun 49.3-

cü maddəsində göstərilən şəxslər öz vəzifələrini yerinə yetirməsi üçün başqa 

yerə ezam olunduqda onlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə 

ezamiyyə xərcləri ödənilir. 

  

Maddə 50. Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşların maliyyə və maddi təminatı 

  

50.1.  Həqiqi  hərbi  xidmətə  çağırılmış  vətəndaşlara  mülkiyyət  və  təşkilati-hüquqi  formasından  asılı 

olmayaraq iş (təhsil) yerində orta əmək haqqının ən azı üç misli məbləğində müavinət ödənilir. 

50.2.  Vətəndaşlar  ilkin  hərbi  qeydiyyata  alınmaq  və  həqiqi  hərbi  xidmətə  çağırılmaqla  əlaqədar 

vəzifələrini  yerinə  yetirmək  üçün  lazım  olan  vaxtda  daimi  iş  yerində  orta  əmək  haqqı  saxlanılmaqla 

işdən (təhsildən) azad edilirlər. 

50.3. 

Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul imtahanlarını vermək üçün 

vətəndaşlara  qanunvericiliklə  nəzərdə  tutulmuş  qaydada  ödənişsiz  məzuniyyət  verilir  və  onların  iş 

yerində vəzifəsi və orta əmək haqqı saxlanılır.

[34]

 

50.4. Hərbi xidmətə çağırılmış vətəndaşların xidmət yerinə aparılması və yolda yeməklə təmin edilməsi 



Azərbaycan  Respublikası  dövlət  büdcəsinin  və  Naxçıvan  Muxtar  Respublikası  büdcəsinin  vəsaiti 

hesabına həyata keçirilir. 

  


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin