Maddə 47. Hərbi vəzifəlilərə hərbi rütbələr verilməsi
Toplanışları keçmiş və tədris proqramı üzrə yoxlamaları müvəffəqiyyətlə vermiş hərbi vəzifəlilərə “Hərbi
xidmətkeçmə haqqında” Əsasnamədə müəyyənləşdirilmiş qaydada polkovnik (1-ci dərəcəli kapitan)
daxil olmaqla növbəti hərbi rütbələr verilir.
Maddə 48. Hərbi vəzifəlilərin istefaya keçirilməsi
Bu Qanunun 42-
ci maddəsində nəzərdə tutulmuş hallarda hərbi vəzifəlilər hərbi qeydiyyatdan və hərbi
uçotdan çıxarılaraq istefaya keçirilirlər.
[33]
9-cu
fəsil
Yekun
müddəalar
Maddə 49. Hərbi vəzifələrin yerinə yetirilməsi ilə bağlı tədbirlərin maliyyə və maddi təminatı
49.1. Hərbi vəzifənin yerinə yetirilməsi ilə bağlı tədbirlərin maliyyə və maddi təminatı Azərbaycan
Respublikası dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikası büdcəsinin, habelə təşkilatların vəsaiti
hesabına, bu Qanunla və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilmiş
qaydada həyata keçirilir.
49.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanının
sifarişi ilə müvafiq icra hakimiyyəti orqanını çağırış məntəqələri ilə təmin etmək, ictimai qaydanı
qorumaq, lazımi sayda həkim mütəxəssislər və orta tibb heyəti, dərman vasitələri, alətlər, tibb və
təsərrüfat əmlakı, nəqliyyat vasitələri ayırmaq üçün müvafiq tədbirlər görməlidir.
49.3. Çağırış komissiyalarının üzvləri, hərbi həkim komissiyalarının üzvləri, müvafiq icra hakimiyyəti
orqanında iş üçün ayrılmış həkimlər və orta tibb heyəti, texniki işçilər və xidmət heyəti vətəndaşların
ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə çağırılması, vətəndaşların tibbi müayinəsi, habelə müvafiq
icra hakimiyyəti orqanına çağırılanların göndərilməsi zamanı bu vəzifələri yerinə yetirərkən onların əsas
iş yerində orta əmək haqqı saxlanılır.
49.4. Bu Qanunun 49.3-
cü maddəsində göstərilən şəxslər öz vəzifələrini yerinə yetirməsi üçün başqa
yerə ezam olunduqda onlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə
ezamiyyə xərcləri ödənilir.
Maddə 50. Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşların maliyyə və maddi təminatı
50.1. Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlara mülkiyyət və təşkilati-hüquqi formasından asılı
olmayaraq iş (təhsil) yerində orta əmək haqqının ən azı üç misli məbləğində müavinət ödənilir.
50.2. Vətəndaşlar ilkin hərbi qeydiyyata alınmaq və həqiqi hərbi xidmətə çağırılmaqla əlaqədar
vəzifələrini yerinə yetirmək üçün lazım olan vaxtda daimi iş yerində orta əmək haqqı saxlanılmaqla
işdən (təhsildən) azad edilirlər.
50.3.
Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul imtahanlarını vermək üçün
vətəndaşlara qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənişsiz məzuniyyət verilir və onların iş
yerində vəzifəsi və orta əmək haqqı saxlanılır.
[34]
50.4. Hərbi xidmətə çağırılmış vətəndaşların xidmət yerinə aparılması və yolda yeməklə təmin edilməsi
Azərbaycan Respublikası dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaiti
hesabına həyata keçirilir.
Dostları ilə paylaş: |