3-
cü fəsil
Vətəndaşların hərbi xidmətə hazırlanması
Maddə 9. Çağırışaqədərki hazırlıq
9.1. Azərbaycan Respublikasında çağırışaqədərki hazırlıq müdafiə sahəsində ilkin biliklərə yiyələnmə,
hərbi xidmətin əsasları üzrə hazırlıq və hərbi vətənpərvərlik tərbiyəsi məqsədləri üçün ümumi təhsil, ilk
peşə-ixtisas və orta ixtisas təhsili müəssisələrində keçirilir.
9.2. Çağırışaqədər yaş həddində olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılanadək onlara
müdafiə sahəsində ilkin biliklər verilməsi məqsədi ilə təhsildən ayrılmamaqla çağırışaqədərki hazırlıq
aparılır. Bu fənnin tədrisi çağırışaqədərki hazırlıq rəhbəri tərəfindən aparılır.
9.3. Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığı proqramları, bu
hazırlığın təmin edilməsinə yönəlmiş idman növlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunur. Bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş təhsil müəssisələrində
keçirilən fiziki hazırlıqdan başqa, vətəndaşların fiziki hazırlığının təmin olunması müvafiq icra
hakimiyyəti orqanı ilə bədən tərbiyəsi-idman təşkilatları arasında bağlanan müqavilələr əsasında həyata
keçirilir.
Dostları ilə paylaş: |