Hərbi vəzifə və hərbi xidmət haqqında



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə12/59
tarix02.01.2022
ölçüsü0,92 Mb.
#40859
1   ...   8   9   10   11   12   13   14   15   ...   59
44 (1)

4-

cü fəsil 

Həqiqi hərbi xidmətə çağırış 

  

Maddə 12. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması 



  

12.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə 

uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin şəxsi heyətlə komplektləşdirilməsi üsullarına görə 

hərbi xidmət çağırış üzrə və könüllü xidmətlərə bölünür.



[14]

 

12.2. Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab  verən Azərbaycan Respublikasının 



vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 


12.2.1.  müddətli  həqiqi  hərbi  xidmətə  -  Azərbaycan  Respublikasının  18  yaşına  çatmış,  sağlamlıq 

vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad 

edilməmiş kişi cinsli vətəndaşları; 

12.2.2.  zabitlərin  həqiqi  hərbi  xidmətinə  –  müddətli  həqiqi  hərbi  xidmət  keçməmiş,  yaşı  35-dən  çox 

olmayan, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya 

çağırışdan azad edilməmiş ehtiyatda olan zabitlər. 

12.3. Vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvafiq icra hakimiyyəti orqanının aktı əsasında ildə 

dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar. 

12.4.  Vətəndaşların  müddətli  həqiqi  hərbi  xidmətə  çağırılması  haqqında  müvafiq  icra  hakimiyyəti 

orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi 

xidmətə  çağırışa  möhlət  hüququ  olmayan  və  ya  müddətli  həqiqi  hərbi  xidmətə  çağırışdan  azad 

edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda 

olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. 

12.5.  Dövlət  orqanları,  yerli  özünüidarə  orqanları,  təşkilatlar  və  vəzifəli  şəxslər  çağırışçıları 

ezamiyyətdən geri çağırmalı və müvafiq icra hakimiyyəti orqanına onların vaxtında gəlməsinə köməklik 

göstərməlidirlər. 

12.6. Çağırışçıların hərbi qeydiyyatda olduğu müvafiq icra hakimiyyəti orqanının dəyişdirilməsinə yalnız 

təsdiqedici sənədlər müvafiq icra hakimiyyəti orqanına təqdim edilərkən yol verilir, bu şərtlə ki, çağırışçı: 

12.6.1. işəgötürən tərəfindən başqa yerdə işə keçirilmiş olsun

12.6.2. yaşayış yerini dəyişmiş olsun; 

12.6.3. təhsil müəssisələrinə qəbul edilmiş və ya təhsil müəssisələrini bitirərək təyinat üzrə başqa yerə 

işə göndərilmiş olsun. 

12.7. Müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına gəlməməyin üzrlü səbəbləri kimi 

aşağıdakılar sayılır: 

1

2.7.1. çağırışçının xəstəliyi (tibb müəssisəsinin xəstəlik barədə tibbi arayışı əsasında); 



12.7.2.  fövqəladə  və  ya  digər  qarşısı  alına  bilinməyən  hallar  (bu  zaman  şəxsən  gəlməyin  mümkün 

olmaması çağırışçının yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməlidir). 

12.8.  Azərbaycan  Respublikasının  xaricdə  yaşayan  vətəndaşları  müddətli  həqiqi  hərbi  xidmətə  bu 

Qanunla  və  Azərbaycan  Respublikasının  Konsul  Nizamnaməsi  ilə  müəyyən  edilmiş  qaydada 

çağırılırlar. 

12.9. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam 

verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. 

  


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin