«Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin təsdiq edilməsi barədə azərbaycan respublikasinin qanunu azərbaycan Respublikasının Milli Məclisi qərara alır: «Hərbi xidmətkeçmə haqqında»



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə2/48
tarix22.07.2022
ölçüsü1,55 Mb.
#62874
1   2   3   4   5   6   7   8   9   ...   48
herbi xidmet kecme

HƏRBİ XİDMƏTƏ QƏBUL (DAXİLOLMA)
26. «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 
əsasən hərbi xidmətin müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikası 
vətəndaşları və digər şəxslər aşağıdakı hərbi xidmətlərə könüllü daxil ola və qəbul edilə 
bilərlər: 
a) əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətinə — qanunla 
müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 
yaşınadək hərbi vəzifəlilər (zabitlərdən, gizirlərdən və miçmanlardan başqa), habelə 19
yaşından 40 yaşınadək qadınlar; 
b) hərbi məktəb kursantlarının həqiqi hərbi xidmətinə — 17 yaşından 21 yaşınadək, habelə 
zabit hərbi rütbəsi olmayan, hərbi məktəblərdə oxumaq arzusunu bildirən 18 yaşından 23 
yaşınadək hərbi qulluqçular və hərbi vəzifəlilər; 
13
v) gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə — azı bir il hərbi xidmət keçmiş 
əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlərdən başqa), habelə 19 
yaşından 40 yaşınadək qadınlar; 
q) zabitlərin həqiqi hərbi xidmətinə — hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış 
ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi 
xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar. 
27. Könüllü həqiqi hərbi xidmətə daxil olduqda (bu Əsasnamənin 9-cu maddəsi) həqiqi 
hərbi xidmətə daxil olmaq arzusunu bildirmiş Azərbaycan Respublikasının vətəndaşları 
(kursantların hərbi təhsil müəssisələrinə və zabitlərin hərbi xidmətinə daxil olan 
vətəndaşlardan başqa) «Hərbi xidmətkeçmə haqqında» Əsasnamə ilə tanış olduqdan sonra 
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmək barədə yazılı 
öhdəlik götürürlər (7 saylı əlavə). 
Dövlət və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətə könüllü daxil 
olmaq istəyən digər dövlətin vətəndaşı arasında tərəflərin qarşılıqlı vəzifələri, məsuliyyəti və 
bağlaşmanın ləğv edilməsi əks olunan bağlaşma bağlanır (4 saylı əlavə). 
Hərbi xidmətə könüllü qəbul edilmiş hərbi qulluqçulara, hərbi vəzifəlilərə və qadınlara 
(kursantların həqiqi hərbi xidməti hərbi qulluqçularından başqa) onların qəbul olunduğu 
həqiqi hərbi xidmətin növündən asılı olaraq şəxsiyyəti təsdiq edən müəyyən edilmiş formada 


vəsiqələr verilir. Kursantların həqiqi hərbi xidmətinə daxil olmuş Azərbaycan Respublikasının 
vətəndaşlarına hərbi bilet verilir. 
Hərbi qulluqçuların bu Əsasnamənin 12-ci maddəsinin «b», «q», «d» bəndləri ilə müəyyən 
edilmiş müddətlərə həqiqi hərbi xidmət müddətinin uzadılması barədə öhdəlikləri hərbi 
hissənin müvafiq qurumları və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir
(7 saylı əlavə). Öhdəliklər hərbi qulluqçuların əvvəllər götürdüyü öhdəliklər üzrə xidmət 
müddətinin qurtarmasına üç ay qalandan gec olmayaraq tərtib edilməlidir. 
Hərbi qulluqçuların şəxsi işi və digər uçot sənədləri Azərbaycan Respublikasının Silahlı 
Qüvvələrində şəxsi heyətin uçotu üzrə təlimata uyğun aparılır. 
28. Hərbi vəzifəlilər və hərbi uçotda olmayan qadınlar arasından həqiqi hərbi xidmətə 
qəbul üçün namizədlərin seçilməsi hərbi hissə komandirlərinin tələbnamələri və ya 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının hərbi qulluqçuların heyəti 
üzrə sərəncamları əsasında rayon (şəhər) hərbi komissarlıqları tərəfindən fərdi qaydada 
aparılır. Hərbi hissə komandirlərinin tələbnamələrində və ya Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanının sərəncamlarında həqiqi hərbi xidmətə qəbul üçün hərbi 
vəzifəlilərin və hərbi uçotda olmayan qadınların seçilməli olduqları hərbi hissələr, onların 
yerləşmə məntəqəsi, hərbi-uçot ixtisasları, vəzifələri və həmin vəzifələr üzrə pul təminatı 
haqqında məlumatlar verilir. 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında həqiqi hərbi xidmətə 
daxil olmaq istəyən həqiqi hərbi xidmət qulluqçularının, hərbi vəzifəlilərin və hərbi uçotda 
olmayan qadınların seçilməsini və sənədlərinin tərtib edilməsini həmin orqanların müvafiq
qurumları həyata keçirir. 29. Həqiqi hərbi xidmətə könüllü daxil olmaq barəsində arzusunu 
bildirən şəxslər (hərbi vəzifəlilər və hərbi uçotda olmayan qadınlar) həqiqi hərbi xidmət 
keçdikləri hərbi hissəyə (yaşayış yeri üzrə hərbi komissarlığa) aşağıdakı sənədləri təqdim 
edirlər: 
komanda üzrə raport (hərbi komissarın adına ərizə); 
həqiqi hərbi xidmətə daxil olmağa könüllü razılığı barədə yazılı öhdəlik (kursantların və 
zabitlərin hərbi xidmətinə daxil olan Azərbaycan Respublikasının vətəndaşlarından başqa); 
şəxsən yazılmış tərcümeyi-hal; 
qanunla müəyyən olunmuş qaydada təsdiq edilmiş aşağıdakı sənədlər
təhsil haqqında sənədin surəti; 
doğum haqqında şəhadətnamənin surəti; 
nikah haqqında şəhadətnamənin surəti; 
uşaqların doğum haqqında şəhadətnamələrinin surəti; 
xidmət (iş və ya təhsil) yerindən xidməti xasiyyətnamə; 
hərbi hissədən (evlər idarəsindən, müvafiq icra hakimiyyəti orqanlarından) ailə tərkibi və 
yaşayış yeri haqqında arayış; 
səhhətinə görə müvafiq qoşun növündə (xidmətdə, lazım gəldikdə, həm də müvafiq 
ərazidə) hərbi xidmətə yararlı olması barədə hərbi-həkim komissiyasının qərarı; 
2 ədəd fotoşəkil (başıaçıq, anfas) 3 x 4 sm ölçüdə və 2 ədəd 9 x 12 sm ölçüdə (kursantların 
həqiqi hərbi xidmətinə daxil olanlar üçün 4,5 x 6 sm ölçüdə); 
rejim obyektlərində isə buraxılışı rəsmiləşdirmək üçün sənədlər.
Könüllü həqiqi hərbi xidmətə daxil olmağa arzusunu bildirən və bu Əsasnamənin 26-cı və 
27-ci maddələrinin tələblərinə cavab verən bütün şəxslərə hərbi hissə qərargahları və rayon 
(şəhər) hərbi komissarlıqları iki nüsxədə şəxsi iş tərtib edirlər. 
Həqiqi hərbi xidmətə namizəd olan şəxslərin adına tərtib edilmiş şəxsi işlər göndərilir 
(təqdim edilir): 


 Könüllü həqiqi hərbi xidmətə daxil olmaq arzusunu bildirən hərbi qulluqçular üçün — 
müvafiq hərbi hissə komandirlərinin adına və ya bu hərbi hissələrin daxil olduğu Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının müvafiq qurumlarına; 
Hərbi vəzifəlilər və hərbi uçotda olmayan qadınlar üçün alınan naryadlara (tələbnamələrə) 
uyğun olaraq müvafiq hərbi hissə komandirlərinin adına hərbi vəzifəlilərin və qadınların hərbi 
hissələrə göndərilməsi onların həqiqi hərbi xidmətə rəsmiləşdirildikləri yer üzrə hərbi 
komissarlıqlar tərəfindən aparılır. Hərbi hissəyə göndərməzdən əvvəl rayon (şəhər) hərbi 
komissarlıqları həqiqi hərbi xidmətə çağırılan şəxslər üçün müəyyən edilmiş qaydada onların 
şəxsiyyət vəsiqələrini alır və onlara şəxsiyyət vəsiqələrinin alınması barədə qəbz və hərbi
komissarlığın sərəncamını verir. 
Həqiqi hərbi xidmət keçmək üçün hərbi hissəyə göndərilmiş hərbi vəzifəlilər və qadınlar 
hərbi hissəyə çatanadək müəyyən edilmiş normalar üzrə ərzaq-yol pulu ilə təmin edilirlər. 
Yaşayış yerindən hərbi hissənin yerləşdiyi yerə ailənin və ev əşyalarının aparılmasının xərcini 
hərbi hissə ödəyir. 
30. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarından və onların 
qoşunlarından, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış 
başqa silahlı birləşmələrdən hərbi qulluqçuların həqiqi hərbi xidmətə qəbul olunması 
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün müəyyən edilmiş 
ümumi əsaslarla həyata keçirilir.
I I I f ə s i l

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin