«Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin təsdiq edilməsi barədə azərbaycan respublikasinin qanunu azərbaycan Respublikasının Milli Məclisi qərara alır: «Hərbi xidmətkeçmə haqqında»



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə1/48
tarix22.07.2022
ölçüsü1,55 Mb.
#62874
  1   2   3   4   5   6   7   8   9   ...   48
herbi xidmet kecme



«Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin təsdiq edilməsi barədə 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 
1. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamə təsdiq edilsin (əlavə olunur). 
2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir. 
 
 Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV 
Bakı şəhəri, 3 oktyabr 1997-ci il 
№ 377-IQ 
Azərbaycan Respublikasının
1997-ci il 3 oktyabr tarixli, 377-IQ nömrəli Qanunu ilə
TƏSDİQ EDİLMİŞDİR 
 «Hərbi xidmətkeçmə haqqında»
ƏSASNAMƏ 
 
I f ə s i l
ÜMUMİ MÜDDƏALAR
1. Bu Əsasnamə «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq 
olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. 
2. Bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan 
şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan 
Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin (bundan 
sonra Silahlı Qüvvələr adlanacaq) hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni 
zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir. 
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı 
birləşmələrin rəisləri və onların müavinləri üçün nəzərdə tutulmuş hüquqlar Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş Əsasnamələrlə
müəyyən edilir. 
Müdafiə xarakterli işlərin yerinə yetirilməsi üçün özlərinin razılığı ilə icra və ya 
qanunvericilik hakimiyyəti orqanlarına (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti 
orqanlarına və yaxud Azərbaycan Respublikasının Milli Məclisinə) ezam edilmiş hərbi
qulluqçular həqiqi hərbi xidmətdə saxlanılmaqla bu Əsasnaməyə müvafiq olaraq həqiqi xidmət 
keçirlər və qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş hüquq, güzəşt və imtiyazlardan 
istifadə edirlər. 
3. Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidməti Azərbaycan Respublikası Silahlı 
Qüvvələrində həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. 
Həqiqi hərbi xidmətdə olan vətəndaşlar hərbi qulluqçular, ehtiyatda xidmətdə olanlar isə 
hərbi vəzifəlilər adlanırlar. 
Hərbi qulluqçular və hərbi vəzifəlilər Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 
əsgər, matros, kursant, çavuş, gizir, miçman və zabit kimi hərbi xidmət keçirlər. 
«Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən 
həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilmişdir: 
əsgərlərin, matrosların və çavuşların müddətli həqiqi hərbi xidməti; 
əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidməti; 


 hərbi məktəb kursantlarının həqiqi hərbi xidməti; 
gizirlərin və miçmanların həqiqi hərbi xidməti; 
zabitlərin həqiqi hərbi xidməti.
Ehtiyatda xidmət toplanışları keçməkdən və müharibə zamanı səfərbərlik üzrə çağırış 
qaydalarını yerinə yetirməkdən ibarətdir. 
4. Müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara «Hərbi xidmət haqqında» 
Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi 
xidmət keçən əsgərlər, matroslar və çavuşlar aiddirlər. 
5. Müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara — qadınlar və «Hərbi 
xidmət haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdən artıq 
könüllü həqiqi hərbi xidmət keçən hərbi mütəxəssislər — əsgərlər, matroslar və çavuşlar 
aiddirlər. 
6. Kursantlara hərbi təhsil müəssisələrində təhsil alan hərbi qulluqçular (zabitlərdən başqa) 
aiddir. Onlara müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular üçün müəyyən olunmuş 
vəzifələr şamil edilir.
1
7. Gizir və miçmanlara könüllü həqiqi hərbi xidmət keçən «Hərbi xidmət haqqında» 
Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş hərbi rütbələr verilən aşağıdakı hərbi 
qulluqçular aiddir: 
qoşunlarda, hərbi-dəniz qüvvələrinin sahil hissələrində, sərhəd qoşunlarında və daxili 
qoşunlarda — kiçik gizir, gizir, baş gizir; 
hərbi-dəniz qüvvələrinin gəmilərində, döyüş təminatı üzrə sahil hissələrində və sərhəd 
qoşunlarının dəniz hissələrində — kiçik miçman, miçman, baş miçman.
8. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyətinə həqiqi hərbi xidmət keçən, 
«Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada 
kiçik leytenant və ondan yuxarı (bu maddədə, ümumqoşun hərbi rütbələrinin göstərildiyi 
digər maddələrdə və bu Əsasnamənin 10-cu maddəsində göstərilən onlara bərabər hərbi 
rütbələr) hərbi rütbələr verilmiş hərbi qulluqçular aiddirlər. 
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyəti hərbi rütbələrdən asılı olaraq 
aşağıdakılara bölünür: 
kiçik zabit heyətinə (kapitan daxil olmaqla kiçik leytenantdan kapitana qədər); 
baş zabit heyətinə (polkovnik daxil olmaqla mayordan polkovnikə qədər); 
ali zabit heyətinə (ordu generalı daxil olmaqla general-mayordan ordu generalına qədər); 
hərbi xidməti özünə peşə seçmiş, bu Əsasnamənin 13-cü və 14-cü maddələri ilə zabitlər 
üçün nəzərdə tutulmuş qaydalar və şərtlər daxilində həqiqi hərbi xidmət keçən zabit 
heyətindən olan şəxslər kadr zabiti heyətinə aiddirlər.
9. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi 
üsullarına görə hərbi xidmət könüllü (müddətli həqiqi hərbi xidmətdən başqa hərbi xidmətin 
bütün növləri) və çağırış üzrə (müddətli həqiqi hərbi xidmət) xidmətlərə bölünür. 
Zabit heyətindən ehtiyatda olan şəxslər, Azərbaycan Respublikasının «Hərbi xidmət 
haqqında» Qanununa uyğun olaraq zabit vəzifələrində istifadə olunmaq üçün dinc dövrdə 
həqiqi hərbi xidmətə qəbul oluna bilərlər: 
Könüllü qaydada və ya çağırış üzrə — 1 il 6 ay müddətinə; 
yaşı 35-dən çox olmayan şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti 
orqanının müəyyən etdiyi sayda və hərbi uçot ixtisası üzrə. Dinc dövrdə həqiqi hərbi xidmətə 
çağırılan, bu maddəyə uyğun olaraq, bu Əsasnamənin digər maddələrində — ehtiyatdan 
çağırılan zabitlər adlandırılacaq şəxslər — həqiqi hərbi xidmət keçərkən bütün vəzifələri yerinə 
yetirirlər və bu Əsasnamənin nəzərdə tutduğu xüsusiyyətlərin uçotu ilə Azərbaycan 
Respublikası Silahlı Qüvvələri kadr zabiti heyətindən olan şəxslərlə bərabər bütün 
hüquqlardan, imtiyazlardan və təminat növlərindən istifadə edirlər. 


 Ehtiyatdan çağırılan zabitlər çağırış müddəti bitdikdən sonra onların arzusuna görə kadr 
zabitləri heyətinə keçirilə bilərlər. 
Dinc dövrdə zabit heyətindən olan şəxslərin həqiqi hərbi xidmətə qəbulu Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti orqanının əmrləri ilə fərdi qaydada aparılır. 
10. Hərbi qulluqçulara və hərbi vəzifəlilərə «Hərbi xidmət haqqında» Azərbaycan 
Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş aşağıdakı hərbi rütbələr verilir: 




Qeyd: 
1. Hərbi baytarlıq xidmətinin zabit heyətindən olan şəxslərə tibb xidməti hərbi rütbələri 
verilir. Mühəndis — aviasiya hazırlığı olan aviasiyanın mühəndis heyətinə aviasiyanın 
zabit heyəti üçün müəyyən edilmiş hərbi rütbələr verilir. 2. Ehtiyatda olan şəxslərin 
hərbi rütbələrinə «ehtiyatda olan» sözləri, istefada olanların hərbi rütbələrinə isə 
«istefada olan» sözləri əlavə edilir. 
11. Hərbi qulluqçular və toplanışda olan hərbi vəzifəlilər hərbi rütbə və qoşun (xidmət) 
növü üzrə fərqlənmə nişanları olan hərbi geyim forması geyinirlər. 
12. Həqiqi hərbi xidmətin müddətləri dinc dövrdə təqvim hesabı ilə aşağıdakı kimi 
müəyyən edilmişdir: 
a) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün: 
ali təhsili olanlar — 1 il; 
(çıxarılıb) 
2
qalan bütün əsgərlər, matroslar və çavuşlar - 1 il 6 ay. 
3
Müvəffəqiyyətsizliyinə, oxumaq istəmədiklərinə (18 yaşı tamam olmayan xəstəliyə və ya 
ailə vəziyyətinə görə hərbi təhsil müəssisələrindən xaric edilən şəxslər istisna olmaqla), yaxud 
intizamsızlığa görə hərbi təhsil müəssisələrindən xaric edilən, hərbi təhsil müəssisəsinə daxil 
olana qədər müddətli həqiqi hərbi xidmətə çağırılmayan və yaxud çağırılan, ancaq müddətli 
həqiqi hərbi xidmətin müəyyən edilmiş müddətini keçməyən kursantlar müəyyən edilmiş 
müddətə müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. Hərbi 
hissədə 6 aydan az olmayan müddətdə qüsursuz xidmət etdikdə hərbi hissə komandirlərinin 
vəsatəti üzrə korpus komandirinin və ona bərabər şəxslərin qərarı ilə həmin hərbi 
qulluqçuların hərbi təhsil müəssisəsində təhsil aldığı müddət həqiqi hərbi xidmət müddətinə 
daxil edilir. 
4
Hərbi həkim komissiyaları tərəfindən səhhətinə görə hərbi təhsil müəssisələrində təhsil 
almağa yararsız sayılan (peşə yararsızlığı), lakin hərbi xidmətə yararlı olan kursantlar 
Azərbaycan Respublikası Silahlı Qüvvələrində müəyyən edilmiş müddətə müddətli həqiqi 
hərbi xidmət keçmək üçün hazırlıq profilinə görə Silahlı Qüvvələrin növünə (qoşun növünə) 
yaxın olan hərbi hissələrə göndərilirlər; 
əgər onlar hərbi tədris müəssisəsinə daxil olana qədər müddətli həqiqi hərbi xidmətə 
çağırılmamışlarsa, yaxud çağırılıb ancaq müddətli həqiqi hərbi xidmətin müəyyən edilmiş 
müddətini keçməyiblərsə, o zaman hərbi təhsil müəssisəsində təhsil aldıqları müddət bu hərbi 
qulluqçuların həqiqi hərbi xidmət müddətinə daxil edilir. 
Xəstəliyinə və ya ailə vəziyyətinə görə vaxtından əvvəl ehtiyata buraxılmış və yenidən 
səfərbərlik üzrə həqiqi hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət hərbi 
qulluqçularının ehtiyata buraxılana qədər hərbi xidmətdə olduqları dövr həqiqi hərbi xidmət 
dövrünə daxil edilir. 
Məhkumun intizam xarakterli hərbi hissədə cəza çəkdiyi vaxt müddətli həqiqi hərbi xidmət 
müddətinə hesablanmır. 
5
b) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün: 
müddətli həqiqi hərbi xidmətdən, ehtiyatdan daxil olanlar və qadınlar — 3 il. Bu müddət 
qurtardıqda müddətdən artıq həqiqi hərbi xidmət hərbi xidmətdə olmağın son yaş həddi 
çatanadək 3 və ya 5 il, yaxud daha az müddətə uzadıla bilər; 
v) kursantlar üçün — hərbi təhsil müəssisəsində təhsil müddətindən asılı olaraq; 
q) gizirlər və miçmanlar üçün — 5 il. Sonra bu müddət həqiqi hərbi xidmətdə olmağın son 
yaş həddi çatanadək 5 il, yaxud daha az müddətə uzadıla bilər; 
d) zabitlər üçün: ehtiyatdan həqiqi hərbi xidmətə çağırılanlar və ya könüllü daxil olanlar — 
1 il 6 ay, bağlaşma üzrə həqiqi hərbi xidmətə könüllü daxil olanlar — 3 ilə qədər. 


 13. «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə 
müvafiq olaraq dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları 
aşağıdakı son yaş həddinədək xidmət edirlər: 
müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları — 37 yaş; 
6
müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar — 45 yaş; 
kiçik zabitlər üçün - 48 yaş; 
baş zabitlər üçün: mayor, polkovnik-leytenant və onlara müvafiq hərbi rütbələri olan 
zabitlər üçün - 48 yaş; 
polkovnik və ona bərabər hərbi rütbəsi olan zabitlər üçün - 53 yaş; 
ali zabitlər üçün - general-mayor, kontr-admiral, general-leytenant, vitse-admiral - 58 yaş, 
general-polkovnik, admiral rütbələrində - 63 yaş. 
7
Ordu generalı üçün son yaş həddi müəyyən edilməmişdir. 
14. Hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçular dinc dövrdə ehtiyata 
və ya istefaya buraxılırlar "(zabitlər, gizir və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət 
hərbi qulluqçuları həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda xidmət illərinə görə 
pensiya hüququ əldə etmirlərsə, öz arzuları ilə həqiqi hərbi xidmətlərini bu hüququ əldə edənə 
qədər davam etdirə bilərlər). 
8
Hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi 
qulluqçuların razılığı ilə onlar hərbi qulluqçuların müvafiq heyəti üçün ehtiyatda olmağın son 
yaş həddindən artıq olmamaqla, bu Əsasnaməyə 3 saylı əlavədə göstərilən şərtlərə uyğun 
olaraq aşağıdakı qaydada hərbi xidmətdə saxlanıla bilərlər:
9
müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları — korpus (diviziya) komandirinin, 
ona bərabər və ondan yuxarı komandirin qərarı ilə; 
gizirlər və miçmanlar — Silahlı Qüvvələr növlərinin komandanlarının, onlara bərabər və 
onlardan yuxarı olanların qərarı ilə: zabitlər: kiçik zabitlər — Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin komandanlarının, onlara
bərabər və onlardan yuxarı olanların qərarı ilə; 
baş zabitlər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə; 
ali zabitlər — müvafiq icra hakimiyyəti orqanının təqdimatı əsasında Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə.
Onlardan hər hansı birinin həqiqi hərbi xidmətdə saxlanılması həmin ixtisaslı hərbi 
qulluqçulara ehtiyac olduqda həll edilir. 
Ayrı-ayrı hərbi qulluqçuların həqiqi hərbi xidmətdə olmağın son yaş həddindən artıq 
həqiqi hərbi xidmətdə saxlanılması haqqında vəsatət adbaad siyahıları (1, 2 və 3 saylı əlavələr) 
təqdim etməklə hərbi qulluqçunun şəxsi raportu əsasında alay (briqada) komandiri, ona 
bərabər və ondan yuxarı olan birbaşa rəis tərəfindən ildə bir dəfə oktyabr ayının 1-nə kimi 
komanda üzrə qaldırılır və hərbi qulluqçuları həqiqi hərbi xidmətdə olmağın son yaş 
həddindən artıq həqiqi hərbi xidmətdə saxlamağa hüququ olan rəislərin təsdiqinə verilir. 
Hərbi qulluqçunun həqiqi hərbi xidmətdə olmağın son yaş həddindən artıq həqiqi hərbi 
xidmətdə saxlanılması hər dəfə müvafiq müvafiq əmrlə rəsmiləşdirilir.
10
Hərbi qulluqçuların həqiqi hərbi xidmətdə olmağın son yaş həddindən artıq hərbi 
xidmətdə saxlanılması barədə qəbul edilmiş qərar hərbi hissə komandirləri tərəfindən onlara 
şəxsən elan edilir. Bu hərbi qulluqçuların şəxsi işində onların kimin qərarı ilə və həqiqi hərbi 
xidmətdə olmağın son yaş həddindən artıq hansı müddətə hərbi xidmətdə saxlandıqları barədə 
qeyd edilir (yazılır). 
Həqiqi hərbi xidmətdə olmağın son yaş həddindən artıq hərbi xidmətdə saxlanılan hərbi 
qulluqçular həmin müddət qurtaranadək tərxis oluna bilərlər. 
15. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların 
vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılmasına aşağıdakı hallarda yol verilir: 


 xidmət müddəti başa çatdıqda (hərbi təhsil müəssisələrinin kursantlarından və kadr 
zabitlərindən başqa); 
xəstəliyə görə — hərbi-həkim komissiyasının rəyinə əsasən; 
ştatların ixtisarına görə — ştatların ixtisarı və ya təşkilati tədbirlər ilə əlaqədar xidmətdə 
onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi 
qulluqçularından başqa); 
ailə vəziyyətinə görə — qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları; 
xidməti uyğunsuzluğa görə — müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa; 
hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdiyinə görə (müddətli həqiqi 
hərbi xidmət hərbi qulluqçularından başqa); 
öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 5 il xidmət etmiş 
zabitlər; 
törətdiyi cinayətə görə məhkəmə tərəfindən hərbi xidmətdə olmağı istisna edən cəzaya 
məhkum edildikdə.
16. Həqiqi hərbi xidmətin başlanğıcı aşağıdakı günlər sayılır: 
a) əsgərlərin, matrosların və çavuşların müddətli həqiqi hərbi xidmətində:
 11
çağırışçılar üçün — hərbi hissəyə (hissələrə, gəmilərə, hərbi təhsil müəssisələrinə, Silahlı 
Qüvvələrin qərargahlarına, idarələrinə, müəssisələrinə və təşkilatlarına) göndərilmək üçün 
hərbi komissarlığa gəldikləri gün; 
intizamsızlığa, oxumaq istəmədiyinə və müvəffəqiyyətsizliyinə görə hərbi təhsil
müəssisələrindən xaric edilən kursantlar üçün — hərbi hissənin şəxsi heyətinin siyahısına daxil 
olmaq haqqında əmr imza edilən gün; 
b) əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətində: 
müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün — müddətdən artıq həqiqi hərbi 
xidmətə daxil edilmə və vəzifəyə təyin olunma haqqında əmr imza edilən gün; 
hərbi vəzifəlilər və qadınlar üçün — hərbi komissarlığın sərəncamında göstərilmiş xidmət 
yerinə gedilən gün; 
v) kursantların həqiqi hərbi xidmətində: 
çağırışçılar, hərbi vəzifəlilər (zabitlərdən başqa) və qadınlar üçün — hərbi təhsil 
müəssisəsinə qəbul olunduqları gün; 
q) gizirlərin və miçmanların həqiqi hərbi xidmətində: 
müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün — gizir və ya 
miçman hərbi rütbələrinin verilməsi haqqında əmr imza edilən gün; 
ehtiyatda olan əsgərlər, matroslar, çavuşlar və qadınlar üçün — hərbi komissarlığın 
sərəncamında göstərilmiş xidmət yerinə getmək günündən tez olmayaraq, gizir və ya miçman 
hərbi rütbələrinin verilməsi haqqında əmr imza edilən gün; 
ehtiyatda olan gizirlər və miçmanlar üçün — hərbi komissarlığın sərəncamında göstərilmiş 
xidmət yerinə gedilən gün; 
d) zabitlərin həqiqi hərbi xidmətində: 
hərbi təhsil müəssisəsini qurtarmış kursantlar üçün — ilk zabit hərbi rütbəsi verilməsi 
haqqında əmr imza edilən gün; 
zabit vəzifəsində olan (təyin olunan) hərbi qulluqçular üçün — ilk zabit hərbi rütbəsi 
verilməsi haqqında əmr imza edilən gün; 
ilk zabit hərbi rütbəsi verilməklə zabit vəzifəsinə təyin olunmuş ehtiyatda olan zabitlər, 
hərbi vəzifəlilər və hərbi uçotda olmayan qadınlar üçün — hərbi komissarlığın sərəncamında 
göstərilmiş xidmət yerinə gedilən gün; 
ali və orta ixtisas hərbi təhsil müəssisəsini bilavasitə qurtardıqdan sonra hərbi xidmətə 
çağırılan (qəbul olunan) ehtiyat zabitləri üçün hərbi komissarlıq tərəfindən göstərilmiş 
məzuniyyətə gedilən gün.


 Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçuları üçün 
həqiqi hərbi xidmətdə olmanın başlanğıcı onların vəzifəyə təyin olunması günü hesab olunur. 
17. Hərbi uçotda olmayan qadınlar üçün hərbi xidmətin başlanğıcı hərbi komissarlığın 
sərəncamında göstərilmiş yerə getmə günündən tez olmayaraq hərbi rütbə verilməsi haqqında 
əmr imza edilən gün sayılır. 
18. Müddətli həqiqi hərbi xidmətə çağırılmış Azərbaycan Respublikası vətəndaşlarının 
hərbi xidmətə göndərilməsi hərbi komissarlıq tərəfindən Respublika toplanış məntəqəsi 
(muxtar respublikanın toplanış məntəqəsi) vasitəsi ilə həyata keçirilir. 
Həqiqi hərbi xidmətə çağırılmış şəxsləri hərbi hissələrə göndərməzdən əvvəl rayon (şəhər) 
hərbi komissarlıqları müəyyən edilmiş qaydada onların şəxsiyyət vəsiqələrini alır və iltizam 
almaqla onlara hərbi bilet verirlər. 
19. Hərbi xidmətə ilk dəfə çağırılmış və ya daxil olmuş Azərbaycan Respublikası 
vətəndaşları Azərbaycan Respublikasına və onun xalqına sadiq olacaqları barədə hərbi and 
içirlər. 
Əvvəllər hərbi and içməmiş, toplanışlara çağırılmış hərbi vəzifəlilər də hərbi and içirlər. 
Hərbi qulluqçuların hərbi andiçmə qaydası Azərbaycan Respublikasının Daxili Xidmət 
Nizamnaməsi ilə müəyyən edilmişdir. 
Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər bağlaşma əsasında Azərbaycan 
Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətə daxil olarkən hərbi andın yerinə 
Azərbaycan Respublikasının Konstitusiyasına və başqa qanunvericilik aktlarına əməl edəcəkləri 
barədə öhdəlik götürürlər (4 saylı əlavə). 
Bağlaşma üç il müddətinədək və bu müddət bitdikdən sonra yenidən bağlana bilər. 
20. Hərbi xidmətin sonu aşağıdakı günlər sayılır: 
bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün — onların hərbi xidmətdən 
buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin 
siyahısından çıxarıldığı gün; 
hərbi xidmətdən buraxılmazdan qabaq həqiqi hərbi xidmətdə saxlanılmaqla dövlət 
idarələrində, müəssisələrində və təşkilatlarında işləmiş hərbi qulluqçular üçün — həqiqi hərbi 
xidmətdən buraxılmasına dair əmrin imzalandığı gün.
21. Səfərbərlik elan olunarkən hərbi xidmətdə olan bütün şəxslər onlar üçün müəyyən 
edilmiş normada pul və natural təminat saxlanılmaqla xüsusi sərəncam verilənədək hərbi 
xidmətdə saxlanılırlar. 
22. Növbəti hərbi rütbə verilmək (hərbi rütbənin aşağı salınmasına, hərbi rütbədən 
məhrum edilməyə, hərbi rütbənin bərpa edilməsinə), vəzifəyə təyin edilmək və ya həqiqi hərbi 
xidmətdən buraxılmaq üçün təqdim olunan hərbi qulluqçulara (müddətli, müddətdən artıq 
həqiqi hərbi xidmət hərbi qulluqçularından, kursant və bağlaşma üzrə hərbi xidmət 
keçənlərdən başqa) hərbi hissələrdə alay (briqada), əlahiddə tabor komandiri, onlara bərabər 
və onlardan yuxarı birbaşa rəislər tərəfindən (5 və 6 saylı əlavələr) imzalanan təqdimatlar tərtib 
edilir və vəzifəyə təyin olunma qaydalarına uyğun olaraq müvafiq qurumların vasitəsilə qərar 
qəbul edilməsi üçün komanda üzrə müvafiq rəislərə göndərilir. Qeyd olunan məsələlər üzrə 
təqdimatları imzalamaq hüququ olmayan hərbi hissə bölmələrinin komandirləri və digər 
birbaşa rəislər komanda üzrə raport verməklə bu barədə vəsatət qaldırırlar. 
23. Növbəti hərbi rütbə verilmək (hərbi rütbənin aşağı salınmasına, hərbi rütbədən 
məhrum edilməyə, hərbi rütbənin bərpa edilməsinə), vəzifəyə təyin olunmaq və ya həqiqi 
hərbi xidmətdən (kursantlar üçün — kursantların həqiqi hərbi xidmətindən) buraxılmaq üçün 
təqdim olunan müddətli, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına və 
kursantlara hərbi hissələrdə (hərbi təhsil müəssisələrində) bu barədə bilavasitə və yuxarı 
birbaşa rəislər (komandirlər) tərəfindən imzalanan vəsatət qaldırılır və raport verməklə 


komanda üzrə müvafiq qurumların vasitəsilə vəzifəyə təyin olunma qaydalarına uyğun olaraq 
müvafiq rəislərə göndərilir. 
24. Müddətli, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, eləcə də hərbi 
vəzifəlilər və hərbi uçotda olmayan qadınlar gizir (miçman) heyətinin hərbi rütbələri 
verilməklə, gizirlər (miçmanlar) tutan vəzifələrə təyin olunmağa təqdim edildikdə, hərbi 
hissələrdə onlara təqdimatlar bu Əsasnamənin 22-ci maddəsinin tələblərinə müvafiq olaraq 
tərtib edilir. 
25. Bu Əsasnamənin tələblərinin hərbi qulluqçulara tətbiqi Əsasnamə ilə hüquq verilmiş 
birbaşa rəislərin qərarı, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının 
əmrləri və direktivləri ilə həyata keçirilir. Müəyyən edilmiş hallarda bu qərar şəxsi heyət və ya 
nizami hissə üzrə əmrlərlə tərtib edilir. 
Rəis müvəqqəti olaraq yerində olmadıqda hərbi xidmətin keçilməsi məsələləri üzrə qərarlar 
rəisin vəzifəsini icra edən şəxs (əgər vəzifənin müvəqqəti icra edilməsi haqqında əmr verilibsə) 
tərəfindən qəbul edilir. 
25-1. Hərbi qulluqçuların fiziki hazırlığı Azərbaycan Respublikasının müvafiq 
qanunvericilik aktları ilə tənzimlənir. 
12
I I f ə s i l

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin