«Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin təsdiq edilməsi barədə azərbaycan respublikasinin qanunu azərbaycan Respublikasının Milli Məclisi qərara alır: «Hərbi xidmətkeçmə haqqında»


HƏRBİ RÜTBƏLƏRDƏN MƏHRUM ETMƏ, HƏRBİ RÜTBƏLƏRİN AŞAĞI SALINMASI



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə6/48
tarix22.07.2022
ölçüsü1,55 Mb.
#62874
1   2   3   4   5   6   7   8   9   ...   48
herbi xidmet kecme

HƏRBİ RÜTBƏLƏRDƏN MƏHRUM ETMƏ, HƏRBİ RÜTBƏLƏRİN AŞAĞI SALINMASI 
VƏ BƏRPA EDİLMƏSİ
67. Hərbi qulluqçular (əsgər və matros hərbi rütbələri olanlardan başqa) ağır və ya xüsusilə 
ağır cinayət törətdiklərinə görə məhkum edildikdə məhkəmənin təqdimatı əsasında və ya 
Azərbaycan Respublikasının vətəndaşlığını itirdikləri halda onlara verilmiş hərbi rütbədən
məhrum edilə və əsgər, matros rütbəsinə endirilə bilərlər. 
23


 Bundan başqa, hərbi qulluqçular (zabit heyətindən başqa) Azərbaycan Respublikası Silahlı 
Qüvvələrinin İntizam Nizamnaməsi ilə nəzərdə tutulmuş qaydada hərbi rütbədən məhrum 
edilə və hərbi rütbədə bərpa edilə bilərlər. 
Hərbi qulluqçunu hərbi rütbədən məhrum edilməyə təqdim etmə son tədbirdir və görülən 
digər tədbirlər müsbət nəticə vermədikdə və ya hərbi qulluqçu Azərbaycan Respublikası 
Silahlı Qüvvələrinə mənsubiyyətlə bir araya sığmayan xata (cinayət) törətdikdə müstəsna 
hallarda həyata keçirilir. 
Məhkəmə tərəfindən azadlıqdan məhrum edilməyə məhkum edilənlərdən başqa hərbi 
rütbədən məhrum edilmiş şəxslər sülh dövründə əsgər kimi ehtiyata buraxılır (müddətli həqiqi 
hərbi xidmət hərbi qulluqçularından başqa), müharibə dövründə isə hərbi xidmətdə 
saxlanılmaqla müvafiq əsgər və matros vəzifələrinə keçirilirlər. 
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsində nəzərdə tutulmuş 
qaydada hərbi rütbədən məhrum edilmiş gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə 
qəbul edilənədək müddətli həqiqi hərbi xidmət üçün müəyyən edilmiş müddəti bitirməyən
hərbi qulluqçular (qadın hərbi qulluqçulardan başqa) əsgər, matros vəzifələrinə keçirilir və öz 
yaşıdları ilə birgə ehtiyata buraxılırlar. 
Hərbi rütbədən məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cəzaların İcrası 
Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada icra edilir. 
24
68. Cinayət törətdiklərinə görə hərbi rütbədən məhrum edilmiş hərbi qulluqçuların və hərbi 
vəzifəlilərin hərbi rütbələri məhkəmənin qərarı ilə Azərbaycan Respublikasının müvafiq icra 
hakimiyyəti orqanının təqdimatına əsasən həmin hərbi rütbəni vermək hüququ olan vəzifəli
şəxslər tərəfindən bərpa edilir. 
69. Həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi rütbələri (əsgər və ya matros, 
kiçik gizir və ya kiçik miçman, kiçik leytenant rütbəsində olanlardan başqa) intizam cəzası 
tədbiri kimi və ya zabitlərin, gizirlərin, miçmanların şərəf məhkəməsinin vəsatəti əsasında
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi ilə belə hüquq verilmiş 
birbaşa rəisin qərarı ilə bir pillə aşağı salına bilər. Ali zabitlərin rütbələrinin aşağı salınması və 
aşağı salındıqdan sonra hərbi rütbədə bərpa edilməsini Azərbaycan Respublikasının müvafiq 
icra hakimiyyəti orqanı həyata keçirir. 
Hərbi rütbəsi aşağı salınmış hərbi qulluqçular tutduqları vəzifədən asılı olmayaraq
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi ilə müəyyən edilmiş 
müddət bitdikdə, hərbi rütbənin aşağı salınması haqqında qərar qəbul etmiş, onlara bərabər və 
onlardan yuxarı səlahiyyətlərə malik olan rəislərin əmrləri ilə hərbi rütbədə bərpa edilirlər. 
Hərbi qulluqçunun əvvəlki rütbəsi bərpa edilənə və növbəti hərbi rütbə verilənə kimi hərbi 
rütbəsinin təkrarən aşağı salınmasına yol verilmir. 
70. Hərbi rütbədən məhrum edilən şəxslər və ya haqqında qeyri-qanuni hərəkətlər 
edilməklə əlaqədar hərbi rütbəsi aşağı salınmış hərbi qulluqçular əvvəlki hərbi rütbəyə 
məhkəmənin qərarı ilə bərpa edilirlər. 
Hərbi xidmətdən qanunsuz buraxılan gündən hərbi xidmətə bərpa gününədək olan dövr, 
qeyri-qanuni həbsdə saxlanılma və qeyri-qanuni məhkumluq nəticəsində cəza çəkmə dövrü 
hərbi qulluqçular üçün hərbi xidmət müddətinə, hərbi rütbədə olma müddətinə, müvafiq
vəzifələrdə xidmət illəri müddətinə, pensiya təyin etmək üçün lazım olan illər müddətinə, 
müddətli xidmət hərbi qulluqçuları üçün isə — hərbi xidmət müddətinə daxil edilir. 
V I f ə s i l

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin