Həyat Fəaliyyətinin Təhlükəsizliyi üzrə İxtisas fənlər kafedrası



Yüklə 461,7 Kb.
səhifə2/8
tarix25.10.2022
ölçüsü461,7 Kb.
#66150
1   2   3   4   5   6   7   8
Təzyiq altında işləyən qablar , Sənaye təhlükəsizliyi Əmirxanlı Tural

TUTUMLARIN KONSTRUKSİYASI


Lyuklar, baxiş lyuklari, qapaqlar

Tutumların daxilinə baxışın keçirilməsi, təmizlənməsi və təmiri üçün, eləcə də taxılıb-sökülən bilən daxili qurğuların sökülüb-quraşdırılması üçün lazımi sayda lyuklar və baxış lyukları olmalıdır.


Silindrik gövdədən və içərisində bərkidilmiş borucuqlarla hörmədən (istilik dəyişdiricilər) ibarət olan tutumlar və kriogen mayelərin nəql olunması və saxlanılması, eləcə də QОST 12.1.007-76 üzrə 1-ci və 2-ci sinif təhlükə dərəcəli, lakin korroziya və ərp əmələ gətirməyən maddələrlə işləmək üçün təyin olunan tutumları diametrindən asılı olmayaraq, Qaydaların tələbləri yerinə yetirilməsi şərtilə lyuk və baxış lyuku olmadan hazırlamağa yol verilir.


Daxili diametri 800 mm-dən çox olan tutumların lyukları, daxili diametri 800 mm-dən az olan tutumların isə kiçik baxış lyukları olmalıdır.


Dairəvi lyukların daxili diametri 400 mm-dən az olmamalıdır. Oval lyukların ən kiçik və ən böyük oxları üzrə ölçüləri işıqda 325x400 mm-dən az olmamalıdır.


Dairəvi və ya oval baxış lyuklarının diametri və ya ən kiçik oxu üzrə ölçüsü 80 mm-dən az olmamalıdır.


Lyuklar, baxış pəncərələri xidmət etmək üçün əlverişli yerdə yerləşdirilməlidir. Barokameralarda baxış pəncərələrinin quraşdırılmasına, yerləşdirilməsinə və xidmət göstərilməsinə olan tələblər layihəçi təşkilat tərəfindən müəyyən edilir və istehsalçı-zavodun quraşdırma və istismar üzrə təlimatında göstərilir.


Lyukların qapaqları cıxarılıb-taxıla bilən olmalıdır. Vakuum əsasında izolyasiya edilən tutumlarda qaynaq edilmiş lyukların quraşdırılmasına yol verilir.


Lyukların qapaqlarının kütləsi 20 kq-dan ağır olduqda qapaqları rahat açıb-bağlamaq üçün onlar qaldırıcı-çevirici və digər tərtibatla təchiz olunmalıdır.


Şarnirli-qatlanan və ya taxta boltların, xomutların, eləcə də lyukların, qapaqların və onların flanslarının sıxac mexanizmlərinin konstruksiyası onların öz-özünə yerdəyişməsinin qarşısını almalıdır.



Yüklə 461,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin