Qaynaq tikişləri və onlarin yerləşməsi
Obeçaykalar (açıq silindrik və ya konus elementlər) və borular qaynaq olunarkən, diblər obeçaykalara qaynaq olunarkən tam əridilməklə uc-uca qaynaq tikişləri tətbiq edilməlidir.
Yastı diblərin, yastı flansların, boru qəfəsin, ştuserlərin, lyukların, örtüklərin qaynaq olunması üçün tam əridilməklə tavr və bucaqşəkilli qaynaq birləşmələrinə yol verilir.
Gövdəyə bərkidici halqaların, dayaq elementlərinin, astar təbəqələrin, meydança təbəqələlərin, nərdivanların, kronşteynlərin və s. qaynaq edilməsi üçün xətti qaynaq tikişlərinin tətbiqinə yol verilir.
Müəyyən qaydada razılaşdırılmış, NS-də nəzərdə tutulduğu hallarda bucaq və tavrşəkilli qaynaq birləşmələrində konstruktiv aralıq qoyulmasına yol verilir.
Tutumların hazırlanması, quraşdırılması və istismarı zamanı onların qaynaq tikişləri nəzarət etmək üçün bu Qaydaların, müvafiq standartların və texniki şərtlərin tələblərinə uyğun rahat və əlverişli yerdə olmalıdır.
Bitişik obeçaykaların uzununa tikişləri və tutumların diblərinin tikişləri bir-birinə nəzərən daha qalın elementin qalınlığının 3 misli qədər, lakin tikiş oxlar arasındakı məsafə 100 mm-dən az olmamaqla yeri dəyişdirilməlidir.
Qaynaq tikişləri avtomatik və ya elektroşlak üsulu ilə yerinə yetirilməsi və 100% həcmdə tikişlərin kəsişdiyi yerlər radioqrafiya və ya ultrasəs defektoskopiya üsulu ilə yoxlanması şərti ilə,1,6 MPa (16 kqq/cm2)-dan çox olmayan təzyiq altında və divarının temperaturu 400oC-dən çox olmayan temperaturda, nominal qalınlığı 30 mm-dən çox olmayan divarlarda, işləmək üçün təyin olunan tutumlarda göstərilən tikişlərin bir-birinə nisbətən yerinin dəyişdirilməsinə yol verilir.
Gövdənin qaynaq tikişinin üstünə düşəcək hissəni əvvəlcədən radiografiya və ya ultrasəs defektoskopiya üsulu ilə yoxlamaq şərti ilə tutumun gövdəsinə daxili və xarici qurğular (dayaq elementləri, nimçə, örtük, arakəsmə) qaynaq edilərkən, bu qaynaq tikişlərinin gövdənin uc-uca qaynaq tikişləri ilə kəsişməsinə yol verilir.
. Tutumun gövdəsinə dayaqlar və ya başqa elementlər qaynaq olunduğu halda tutumun qaynaq tikişinin kənarı ilə elementin qaynaq tikişi arasındakı məsafə tutumun gövdəsinin qalınlığından 20 mm-dən kiçik olmamalıdır.
Qaynaqdan sonra termiki emala məruz qalan karbonlu və aşağı legirli manqanlı, silisium-manqanlı poladlardan (əlavə 3) hazırlanmış tutumlar üçün gövdənin divarının qalınlığından asılı olmayaraq tutumun qaynaq tikişinin kənarından elementin qaynaq tikişinə qədər olan məsafə 20 mm-dən kiçik olmamalıdır.
Üfüqi tutumlarda ümumi uzunluqda 0.35 πD - dən çox olmayan, astar təbəqə olduğu halda isə 0,5 πD-dən böyük olmayan halqavari (eninə) qaynaq tikişlərini yerli yəhər dayaqlarla örtməyə yol verilir (burada D – tutumun xarici diametridir). Bu halda bütün uzunluq boyunca qaynaq tikişlərinin örtülən hissələri radioqrafiya və ya ultrasəs defektoskopiya üsulu ilə yoxlanmalıdır. Qaynaq tikişlərinin kəsişdiyi yerləri örtməyə yol verilmir.
Tutumların müxtəlif qalınlığa malik divarların elementlərinin uc-uca qaynaq birləşmələrində daha qalın elementin kənarının tədricən nazikləşdirilməsi yolu ilə bir elementdən digərinə hamar keçidi təmin olunmalıdır. Keçid səthlərin maillik bucağı 20o-dən çox olmamalıdır.
Əgər birləşdirilən elementlərin qalınlığında olan fərq nazik elementin qalınlığının 30%-dən az hissəsini təşkil edirsə və 5 mm-dən çox deyilsə, o zaman qalın elementi əvvəlcədən nazikləşdirmədən qaynaq tikişinin tətbiq olunmasına yol verilir. Qaynaq tikişinin forması qalın elementdən nazik elementə hamar şəkildə keçidi təmin etməlidir.
Tökmə detallar borudan, prokatdan və ya döymədən ibarət detallarla uc-uca birləşdirilərkən tökmə detalın nominal hesablama qalınlığı borudan, prokatdan və ya döymədən olan detalların analoji hesablama qalınlığının 25-40%-dən çox olmalıdır, ona görə qalın elementdən nazik elementə keçid elə yerinə yetirilməlidir ki, tökmə detalın qalınlığının sonu hesablama ölçüsündən az olmasın.
Dostları ilə paylaş: |