Hidravlik (pnevmatik) sınaq
Bütün tutumlar hazırlandıqdan sonra hidravlik sınaqdan keçirilməlidir. Montaj yerinə hissə-hissə nəql olunan, quraşdırılma yerində hazırlanması başa çatan tutumlar montaj yerində hidravlik sınaqdan keçirilməlidir. Qoruyucu örtüyü və ya izolyasiyası olan tutumlar, örtük və ya izolyasiyası olmadan əvvəl hidravlik sınaqdan keçirilir.
Xarici örtüyü (futlyar) olan tutumlar, örtük quraşdırılmazdan əvvəl hidravlik sınaqdan keçirilir. Emalla örtülən tutumları emal çəkildikdən sonra işçi təzyiqlə hidravlik sınaqdan keçirməyə icazə verilir.
Yığılmış düyündə və ya hazır tutumda yığımdan sonra tökmə detalları tutumlar üçün qəbul edilmiş, tökmələrə 100% nəzarət etmək şərti ilə dağıdıcı olmayan üsullarla yoxlama təzyiqi ilə sınaqdan keçirməyə icazə verilir.
Qeyri-metaldan olan, zərbə özlülüyü 20 C/sm2 (2 kqq.m/sm2)-dən artıq olan materiallardan hazırlanan tutumların və onun detallarının hidravlik sınağı aşağıdakı düsturla təyin olunan yoxlama təzyiqi ilə keçirilməlidir.
Qeyri-metaldan olan, zərbə özlülüyü 20 C/sm2 (2 kqq.m/sm2)-dən az olan materiallardan hazırlanan tutumların və onun detallarının hidravlik sınağı aşağıdakı düsturla təyin olunan yoxlama təzyiqi ilə keçirilməlidir.
İzolyasiya olunmuş fəzada vakuumun olduğu halda kriogen tutumların hidravlik sınağı aşağıdakı düsturla təyin edilən yoxlama təzyiqi ilə keçirilməlidir:
Ry = 1,25R - 0,1, MPa
və ya
Ry = 1,25R - 1, kqq/sm2
Şaquli quraşdırılan tutumların hidravlik sınağını tutumların gövdəsinin möhkəmliyini təmin etmək şərti ilə, üfüqi vəziyyətdə keçirməyə icazə verilir. Bunun üçün hidravlik sınaq prosesində qəbul edilmiş dayama (söykəmə) üsulu nəzərə alınaraq tutumun möhkəmliyə hesablanması onu layihələndirən tərəfindən yerinə yetirilməlidir.
Bu halda yoxlama təzyiqini, istismar prosesində tutuma təsir edən hidrostatik təzyiqi nəzərə alaraq, qəbul etmək lazımdır.
Müxtəlif təzyiqlər üçün nəzərdə tutulan iki və daha artıq boşluğu olan kombinasiya edilmiş (birləşdirilmiş) tutumlarda hər boşluq ayrı-ayrılıqda, boşluğun hesablama təzyiqindən asılı olaraq müəyyən olunan yoxlama təzyiqlə hidravlik sınaqlardan keçirilməlidir.
Sınağın keçirilmə qaydası texniki layihədə qeyd olunmalı və tutumun istismarı üzrə istehsalçı müəssisənin təlimatında göstərilməlidir.
Tutum su ilə doldurularkən oradan hava tamamilə çıxarılmalıdır.
Əgər texniki şərtlərdə kövrək dağılmanın qarşısını almaq şərti üzrə yol verilə bilən temperaturun konkret dərəcəsi göstərilməyibsə, tutumların hidravlik sınağı üçün temperaturu 5 oC-dən aşağı və 40 oC-dən yuxarı olmayan su tətbiq olunmalıdır.
Sınaq zamanı tutumun divarının və onu əhatə edən havanın temperaturlar fərqi tutumun səthində kondensasiya damcıları əmələ gətirməməlidir.
Tutumun layihəçisinin razılığı ilə suyun yerinə başqa mayedən istifadə oluna bilər.
Sınaqdan keçirilən tutumda təzyiqi tədricən artırmaq lazımdır. Təzyiqin artma sürəti aşağıdakı hallar üçün göstərilməlidir: istehsalçı-müəssisədə tutumun sınağı üçün- texniki sənədlərdə, iş prosesində tutumun sınaqdan keçirilməsi üçün- istismar üzrə təlimatda.
Təzyiqin qaldırılması üçün sıxılmış havadan və ya digər qazdan istifadə olunmasına icazə verilmir.
Sınaq zamanı təzyiqə iki manometrlə nəzarət olunmalıdır. Hər iki manometr eyni tipli seçilməli, eyni ölçü həddinə, dəqiqlik sinfinə, bölgü qiymətinə malik olmalıdır.
Tutumun yoxlama təzyiq altında saxlama müddəti layihəçi tərəfindən müəyyən olunur. Layihədə göstərilmədiyi halda saxlama müddəti cədvəl 9-da verilən qiymətlərdən az olmamalıdır.
|
|
|
|
Tutumun divarının qalınlığı,mm
|
Saxlama müddəti, dəq
|
|
|
|
|
50-yə qədər
|
10
|
|
|
|
|
50-dən yuxarı 100-ə qədər
|
20
|
|
|
|
|
100-dən yuxarı
|
30
|
|
|
|
|
Divarının qalınlığından asılı olmayaraq tökmə, qeyri-metal və
|
60
|
|
çoxlaylı tutumlar
|
|
|
|
|
|
|
Yoxlama təzyiqi altında saxladıqdan sonra təzyiq hesablama qiymətinə qədər endirilir, bu zaman tutumun xarici səthinə, onun bütün sökülüb- yığıla bilən və qaynaq olunmuş birləşmələrinə baxış keçirilir.
Sınaq zamanı tutumun gövdəsinin divarlarını, qaynaq olunmuş və ya sökülüb- yığıla bilən birləşmələrini döyəcləməyə yol verilmir.
Əgər aşağıdakı əlamətlər aşkar olunmayıbsa, o zaman tutum hidravlik sınağa davam gətirmiş hesab edilir:
sızma, çatlar, damla, qaynaq birləşmələrində və əsas metalda tərləmə;
sökülə bilən birləşmələrdə sızmalar;
- gözə görünən qalıq deformasiyalar, manometr üzrə təzyiqin düşməsi.
Sınaq zamanı aşkar olunan qüsurlar aradan qaldırıldıqdan sonra tutum və onun elementləri Qaydalarda müəyyən olunmuş yoxlama təzyiqlə təkrar hidravlik sınaqdan keçirilirlər.
İstehsalçı-müəssisədə keçirilən hidravlik sınaq müvafiq çəpəri (hasarı) olan və təhlükəsizlik tələblərinə cavab verən, NS-ə uyğun hidravlik sınaqların keçirilməsi təlimatlarını təmin edən xüsusi sınaq stendində yerinə yetirilməlidir.
Akustik emissiya və ya müəyyən olunmuş qaydada razılaşdırılmış başqa üsulla bu sınağa nəzarət etmək şərti ilə hidravlik sınağı pnevmatik sınaqla əvəz etməyə yol verilir.
Pnevmatik sınaqlar müəyyən olunmuş qaydada, təsdiq edilmiş lazımi təhlükəsizlik tədbirlərini nəzərdə tutan təlimatlar üzrə keçirilməlidir. Pnevmatik sınaqlar sıxılmış hava və ya təsirsiz qazla keçirilir. Yoxlama təzyiqinin qiyməti və sınağın nəticələri sınaq aparan şəxs tərəfindən tutumun pasportunda qeyd olunur.
Tutumların işinin idarə edilməsi və təhlükəsiz istismar şəraitini təmin etmək məqsədilə, onlar təyinatından asılı olmayaraq aşağıdakı avadanlıqlarla təchiz olunmalıdırlar:
bağlayıcı və ya bağlayıcı-tənzimləyici armaturla;
təzyiqi ölçmək üçün cihazlarla;
temperaturu ölçmək üçün cihazlarla;
qoruyucu qurğularla;
mayenin səviyyəsini göstərən göstəricilərlə.
Tezaçılan qapaqlarla təchiz olunmuş tutumlar qapağın tam bağlanmadığı və açılarkən təzyiqin olduğu halda tutumun təzyiq altında işə salınmasının qarşısını alan qoruyucu qurğulara malik olmalıdır. Belə tutumlar açar-markası olan qıfıllarla təchiz olunmalıdır.
Dostları ilə paylaş: |