5. Qərblilər Cənubi-Şərqi Asiyada
Portuqaliyalıların sayı və var-dövləti çatmırdı ki, cənubi-şərqi Asiyada yerli
müqaviməti üstələsin və Asiya regionunu məskunlaşdırsın. Portuqaliya imperiyası
sadəcə olaraq, çox böyük olsa da, Portuqaliya özü bu imperiyanı saxlamaq üçün çox
kiçik idi. Onun başqa ölkələrə gedən gənc adamlarının çoxu geri qayıtmırdı. XVI əsrin
sonundan yeni Avropalı rəqiblər savaşa girişdilər. Onlardan biri İspaniya idi. İspanlar
Filippində özlərini qurmuşdular və bu ölkə Sakit okeandan keçən ticarət üçün baş ispan
bazası oldu. İspan gəmiləri ipəyi və digər zinət mallarını Meksikaya daşıyır, əvəzində
oradakı mədənlərdən öz ölkəsinə gümüş gətirirdi.
223
Lakin Cənubi-şərqi Asyadakı Portuqaliya imperiyasına, hollandların və
ingilislərin bura gəlməsi ilə ilkin təhlükə meydana çıxdı. Onlar portuqaliyalılara
nisbətən daha yaxşı maliyyələşirdilər. XVII əsrin əlli ili ərzində hollandlar Hind
okeanından keçən ticari yolu boyundakı Portuqaliya sahil fortlarının əksəriyyətini
Seylon da daxil olmaqla işğal etdilər. Makakkanı isə 1641-ci ildə tutdular. Təcavüzkar
hollandlar ingilis tacirlərini ədviyyat bazarından qovmaqla yanaşı, ingilisləri yalnız
Sumatranın cənub sahilindəki kiçik limana qədər məhdudlaşdırdılar. Hollandlar
həmçinin öz siyasi və hərbi nəzarətlərini bütün zonaya yaydılar.
Portuqaliya donanması 1498-ci ildə Kəlküttəyə gələndə Hindistan subkontinenti
bir sıra hindli və müsəlman çarlıqlarına bölünmüşdü. Moğol adlanan yeni əcnəbi
sülalənin gəlməsi ilə birləşmənin yeni erası meydana çıxdı.
Moğol imperiyasının əsasını qoyanlar Hindistanın yerli adamları olmayıb, Qanq
çayı vadisinin şimalındakı dağlıq regiondan gəlmişdilər. Sülalənin banisi Babur məşhur
mənşəyə malik idi. Onun atası böyük Asiya fatehi Teymurləngin nəslindən idi, anası isə
Monqol fatehi Çingiz xanın nəslinə gedib çıxırdı. Baburun nəvəsi Əkbər (1556-1605-ci
illər) moğol idarəçiliyini Hindistanın əksər ərazisinə yaydı. O, iki min ilə yaxın əvvəl
mövcud olmuş Maurya sülaləsindən sonra böyük Hindistan imperiyası yaratmışdı.
Hindistana ilk dəfə gələn avropalılar portuqaliyalılar idi. Əvvəlcə Portuqaliya
Hind okeanındakı regional ticarətdə ağalıq edirdi. Lakin XVI ingilislər və hollandlar
səhnəyə çıxdılar. Tezliklə hər iki dövlət Portuqaliya ilə rəqabət apardı ki, regionda
ticarət imtiyazlarına sahib olsun.
XVII əsrin birinci yarısında ingilisləri Hindistanda təmsil olunması xeyli
gücləndi. 1650-ci ildən ingilis ticarət postları şimali-qərbi Hindistan sahillərindəki
Suratda, indi böyük şəhər Kəlküttəyə çevrilən Uilyam fortu Benqal körfəzinin
yaxınlığında və Madras (indi Çenkay) cənubi-şərq sahilində qoyuldu. Madrasdan
ingilis gəmiləri Hindistanda istehsal edilən pambıq malları Şərqi Hindistana daşıyırdı,
burada onların dəyişdirildiyi ədviyyat geri, İngiltərəyə daşınmaq üçün gəmilərə
yüklənirdi.
Britaniyalılar Robert Kleyvin hərbi istedadına görə xilas oldular, bu aqressiv
Britaniya imperiyası qurucusu həmin vaxt Şərqi İndiya Kompaniyasının Hindistandakı
baş təmsilçisi oldu. Şərqi İndiya Kompaniyası isə britaniyalılar tərəfindən 1600-cü ildə
yaradılmışdı. Britaniyalıların cəhdləri ilə fransızlar yalnız Pondiçerri fortu ilə və cənubi-
şərqi sahilindəki bir ovuc kiçik ərazilərlə kifayətlənməli oldular.
Bu vaxt Klyev Benqalda britaniyalıların nəzarətini konsolidasiya etməyə başladı.
Burada yeni hökmdar Uilyam fortuna hücum edib, yeni britaniyalı əhalini «Kəlküttə
qara deşiyi» adlanan zindanda dustaq etdi. Dustaqlar yeraltı həbsxanada
saxlandıqlarından, onların çoxu əsirlikdə öldü. 1757-ci ildə kiçik Britaniya qüvvəsi 3
min nəfərə yaxın olmaqla, sayda ondan on dəfə böyük olan Moğolun başçılıq etdiyi
ordunu Plessi döyüşündə məğlub etdi. Bu qələbənin qəniməti kimi Britaniya Şərqi
İndiya Kompaniyası bu vaxt kiçildilmiş Moğol sarayından Kəlküttəni əhatə edən
zonadakı torpaqlardan vergiləri toplamaq səlahiyyətini aldı. Yeddiillik müharibə (1756-
1763-cü illər) ərzində britaniyalılar fransızları məcbur etdi ki, Hindistandan bütünlüklə
geri çəkilsinlər.
224
Şərqi İndiya Kompaniyasının qulluqçularına, subkontinentin içərilərində öz
hakimiyyətlərini genişləndirməsi sadəcə bir iqtisadi iş kimi görünürdü. Onlar
Hindistanda böyük xərc tələb edən hərbi əməliyyatları aparmaq üçün müntəzəm gəlir
mənbəyi axtarırdılar. Tarixçilərdən ötəri bütün Hindistan subkontinentinin Britaniya
Şərqi İndiya Kompaniyasının ağalığına tədricən keçməsi üçün bu, başlıca addımın
əlaməti hesab olunur. Kompaniya əslində Britaniya imperiyasının Hindistana sahib
olmasına möhkəm zəmin yaratdı və baş nazir Bencamin Dizraelinin təklifi ilə 1876-cı
ildə Britaniya kraliçası Viktoriyanın Hindistan imperatriçəsi elan olunması ilə bu
məsələ öz rəsmi həllini tapdı. Hindistan Milli Azadlıq Hərəkatının böyük lideri
Mahatma Qandi isə bu məqsədlə öz xalqını günahlandırırdı və deyirdi ki, vur-tut 100
min ingilis 300 milyonluq hindlini əsarət altında saxlayır. İmperiyalar kəmiyyətə deyil,
hərbi və iqtisadi gücün keyfiyyətinə ciddi fikir verdiklərindən başqa xalqlar üzərində
öz ağalıqlarını qurub və davam etdirə bilirlər.
Uinston Çörçill isə Britaniya imperializminə haqq qazandırmaq üçün demişdi:
«Hindistan ölkə deyildir, ərazidir». Deməli, Britaniya əraziyə sahib çıxmışdı.
1564-cü ildə portuqaliyalılar Çin sahilində lövbər saldılar. Bu, çinlilərin
imperiyası ilə Avropa arasında Marko Polonun iki yüz il əvvəlki səyahətindən sonra
baş tutan birbaşa əlaqə idi. Həmin vaxt çinlilər buna elə bir əhəmiyyət vermədilər. Çin
öz qüdrətinin zirvəsində idi və Yer üzündəki ən parlaq sivilizasiyaya malik idi. Onların
imperiyası Mərkəzi Asiya çöllərindən Çin dənizinə qədər, Qobi səhrasından tropik
yağış meşələri olan cənubi-şərqi Asiyaya qədər uzanırdı. Pekindəki imperial taxt-tacın
özündən razı şəklindəki nəzərində avropalılar ancaq barbarların qeyri-adi bir forması
kimi görünə bilərdi. Çin hökmdarları üçün bütün digər ölkələrin liderləri sadəcə Çin
imperatorunun kiçik qardaşları idi, o, özü isə Göyün oğlu kimi qiymətləndirilirdi.
Portuqaliyalıların donanması Çin sahilinə gəlib çıxanda, 1369-cu ildən 1644-cü
ilədək hökmranlıq edən Min sülaləsi artıq Çin tarixinin böyüklüyünün yeni erasına
başlamışdı. Bir sıra qüvvətli hökmdarların başçılığı altında Çin öz hakimiyyətini
Monqolustanın içərilərinə və Mərkəzi Asiyaya genişləndirmişdi. Min hətta qısa
müddətə də olsa, Vyetnamı da yenidən işğal etmişdi. Şimal sərhədi boyunca onlar
Böyük Səddi möhkəmləndirmiş və əsrlər ərzində Çini narahat edən nomad tayfa
adamları ilə sülhü bərqərar etmişdilər.
Min sülaləsinin günləri artıq başa çatırdı. 1630-cu illərdə ağır epidemiya xeyli
ərazilərdə əhalinin qırılmasına səbəb olmuşdu. Epidemiyadan əzab çəkənlər 1644-cü
ildə kəndli üsyanı qığılcımına kömək etdilər. Üsyançılar Pekini tutdular. Sonuncu Min
imperatoru sarayın bağındakı ağacdan özünü asmaqla intihar etdi.
Min sülaləsinin devrilməsi mancurlar üçün şərait yaratdı, onlar əkinçi və ovçu
xalq idi, bu gün Mancuriya kimi tanınmaqla, Çinin şimali-şərq zonasında yaşayırdılar.
Mancurlar Pekini işğal etdilər. Qalib mancurlar Tsin («təmiz») titulunun hökmranlığı
ilə yeni sülalənin yaranmasını elan etdilər.
Tsin bir sıra güclü hökmdarları ilə şöhrət tapdı. Onlar ölkəni sakitləşdirdilər, bir
sıra ciddi sosial və iqtisadi xəstəliklərin əksəriyyətini qaydaya saldılar. İki Tsin monarxı
Çində XVII əsrin ortasından XVIII əsrin sonunadək bir əsrdən çox hökmranlıq edib,
Mancu Çininin böyüklüyünə öz töhfələrin verdilər.
225
Əhalinin artması hesabına torpağa olan yükün çoxalması çox sayda kəndlilər
üçün iqtisadi çətinlik və nəticə kimi hətta üsyan törətdi. Çinin bədbəxtliyndən Tsin
sülaləsinin tənəzzülü Avropanın ticarət üçün təzyiqinin daha çox artması ilə bir vaxta
düşdü. İlk münaqişə şimaldan gəldi, orada Rusiya tacirləri dəri və xəz axtarırdılar.
Çinlə Rusiya arasında rəsmi diplomatik əlaqələr 1689-cu ildə quruldu və iki ölkə
arasında müntəzəm ticarət gedirdi.
Dəniz yolu ilə gələn əcnəbilərlə iş görmək daha çətin idi. XVII əsrin sonundan
Avropa ticarətində ingilislər aparıcı qüvvə kimi portuqaliyalıların yerin tutdular. Şərqi
İndiya Kompaniyası vasitəsilə, bu şirkət həm ticarət birliyi kimi, həm də Asiyada ingilis
ərazilərinin inzibatçısı kimi çıxış edirdi. Əməliyyat apararaq ingilislər 1699-cu ildə
Kantonda özlərinin ticarət postunu qurdular. Sonrakı onilliklərdə Çinlə ticarət, xüsusən
İngiltərəyə çay və ipək ixracı sürətlə böyüdü.
Şərqi İndiya Kompaniyası xeyli mənfəət götürürdü. Lakin ingilislər Çinin
sahilləri ilə kifayətlənməyib, digər şəhərlərə çıxmağı tələb edirdilər. Lakin imperator
Britaniya məhsullarına heç bir maraq göstərmirdi. İngilis missiyasının başçısı Lord
Makartni Çin imperiyasını «qoca, səfeh, pozulmuş müharibə adamı» ilə müqayisə
etmişdi.
XV əsrin sonunda Yaponiya anarxiyaya yaxın vəziyyətdə idi, bir neçə qüdrətli
şəxs Yaponiyanın birləşdirilməsinə nail oldu. Onlardan biri Tokuqava İenyasu (1543-
1616-cı illər) 1603-cü ildə Syoqun («general») titulunu qəbul etdi; bu aktla Yaponiyanın
bütün syoqunlarından daha qüdrətlisi və uzun ömür sürəni öz erasına başladı.
Tokuqava hökmdarları mərkəzi hakimiyyətin bərpasını tamamlamaqla, 1868-ci ilə kimi
hakimiyyətdə oldular.
Portuqaliya tacirləri Yaponiya adalarına 1543-cü ildə gəlib çıxdılar və bir neçə
ilin içərisində Portuqaliya gəmiləri yapon limanlarında öz müntəzəm postları kimi
dayanırdılar ki, Yponiya, Çin və Cənubi-şərqi Asiya arasındakı regional ticarətdə iştirak
etsin.
İlk İezuit missioneri, ordenin başçısı İqnatus Loyolanın müavini Fransisko
Ksavyer 1549-cu ildə bura gəlib, yerli əhalini xristianlığa çevirməkdə bəzi uğurlar
qazanmışdı. Əvvəlcə bu qonaqlar salamlanırdı. Hər şeyə maraq göstərən yaponlar
tütünə, saatlara, eynəyə və digər Avropa mallarına valeh olmuşdular və yerli kübarlar
bütün növlərdən olan Avropa silahlarını və sursatlarını satın almaqda maraqlı idilər.
Yapon hökmdarları xüsusən öz düşmənlərində qorunmaqda və adaları birləşdirməkdə
kömək edəcək yeni odlu silahlara rast gəlmişdilər. Yapon hərbi arxitekturasına təsir
xüsusən güclü idi, çünki yerli ağalar Avropa üslubunda daşdan qəsrlər tikdirirdilər.
Katolik missionerlərin uğurlu, lakin qərblilərin ölkədə olmasına qarşı kəskin
reaksiya yaratdı. Missionerlər yerli siyasətə müdaxilə edəndə, Tokuqava bütün
missionerləri ölkədən qovdu. Yapon xristianları bu vaxt təqib olunurdular. Xristian
kəndlilər qrupu 1637-ci ildə qiyam qaldırdılar, bu qiyam qan tökülməsi ilə yatırıldı.
Avropa tacirləri də missionerlərin ardınca qovuldular. Hökumət Hirado
adasında və Naqasakidə iki əcnəbi ticarət postunu bağladı. Yalnız Naqasakidəki kiçik
holland icmasına Yaponiyada qalmağa icazə verildi, çünki onlar ispanlar və
portuqaliyalılar kimi missionerlərə onların mənafelərinə fəal müdaxilə etməyə icazə
vermirdilər. Lakin qalmaq üçün də şəraitlər çətinləşirdi. Hökumət gəmilərinə Naqasaki
226
liman dokuna ildə yalnız bir dəfə girməyə icazə verilirdi və onlar həm də ən çoxu iki,
ya üç aylığa burada qala bilərdilər.
Dostları ilə paylaş: |