Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə25/105
tarix28.12.2016
ölçüsü3,87 Mb.
#3727
1   ...   21   22   23   24   25   26   27   28   ...   105
 

 

3. İspan imperiyası  

 

İspaniya kralı II Filipp taxt-taca (1556-1598-ci illər) gələndə artıq imperiya 



mövcud idi, onun vəzifəsi ata V Karldan (I Karlosdan) qalmış torpaqları qoruyub 

saxlamaq və konsolidasiya etmək idi. Bu torpaqlara İspaniya, Niderland, İtaliyadakı 

ərazilər və Yeni Dünypa daxil idi. Filipp elə bir hökumət quruluşunu miras kimi 

götürmüşdü ki, müxtəlif dövlətlərin və İmperiya ərazilərinin hər biri kralla fərdi 

əlaqədə idi. O, bütöv bir hökumətin mərkəzində dayanmağa çalışırdı, bütün 



217 

 

məsələlərə, ən kiçik detallara da nüfuz edirdi. Hakimiyyəti bölüşdürməyə hazır 



olmadığından, o, bəzi məsələlərdə uğursuzluğa düçar olurdu. Bir ispan məmuru 

istehza ilə demişdi ki, «əgər Allah mənə ölüm hökmünü çatdırmaq üçün Eksorialdan 

(Filippin daimi işlədiyi kral sarayı- müəllif)  istifadə etsəydi, mən əbədi yaşayana 

çevrilərdim». Çünki kral həftələrlə dövlət sənədləri ilə məşğul olurdu.  

Filippin məqsədlərindən biri İspaniyanı Avropada aparıcı bir dövlət etmək idi. 

İspaniyanın iqtisadiyyatının inkişafı Yeni Dünyadakı torpaqlardan daşınıb gətirilən 

qızıl və gümüşdən asılı idi. Oranın kənd təsərrüfatı, kommersiyası, sənətkarlığı, 

xüsusən toxuculuq məhsulu istehsalı, ipəyi və dəri malları da yaxşı gəlir mənbəyi idi.  

Lakin xüsusən 1580-ci ildən sonra müharibə xərcləri artaraq, İspaniya 

iqtisadiyyatını viran qoyurdu. Amerikanın qızıl və gümüşü heç vaxt kral gəlirlərinin 20 

faizindən çoxunu təşkil etmirdi, ona görə də hökumət daha çox birbaşa və dolayı yolla 

vergilər qoyurdu. Hətta hökumət borc götürməyə məcbur olurdu. Filipp bu borcların 

həcmini yeddi dəfə artırmışdı.  

II Filipp imperiyasının ən varlı hissələrindən biri olan İspan Niderlandı ən 

katolik kral üçün, ilahi qüvvə tərəfindən özünü seçilmiş xalq hesab edən ispanlar 

xristianlığı protestant yeretiklərindən xilas etdiyinə görə onu belə adlandırmışdılar, 

böyük əhəmiyyət daşıyırdı. O, bütün Avropada katolisizmin əsl müdafiəçisinə 

çevrilmişdi. Niderland 17 əyalətdən (müasir Niderland, Belçika və Lüksemburq) ibarət 

idi. II Filipp ayrı-ayrı əyalətlərin ənənəvi imtiyazlarına məhəl qoymayaraq, 

Niderlandda öz nəzarətini möhkəmləndirmək istəyirdi. Lakin kübarlar, kiçik şəhərlər 

və əyalət hökumətləri buna müqavimət göstərirdilər. Filippə qarşı nifrət, Niderland 

sakinləri üçün vergilər qaldırılanda daha da yüksəldi.  

Filipp kalvinizmi məhv etmək istəyirdi, nəticədə din, üsyan üçün başlıca 

katalizator rolunu oynadı. 1566-cı ildə kalvinistlər, xüsusən kübarlar katolik 

kilsələrindəki heykəlləri dağıtmağa və vitraj pəncərələrini qırmağa başladılar. Filipp 

hersoq Albanın başçılığı altında bu üsyanı yatırtmaq üçün 10 min nəfərlik ispan 

veteranlarını və italyan qoşunlarını göndərdi. Sonra onu hersoq Parma əvəz etdi. 

Niderland bu vaxt dini, coğrafi və siyasi xətlər üzrə iki düşmən cəbhəyə bölündü. 

Mübarizə 1609-cu ilə qədər davam etdi və faktiki olaraq şimal əyalətlərinin müstəqilliyi 

tanındı. Bu “Birləşmiş əyalətlər” tezliklə Holland respublikası kimi meydana çıxdı. Ön 

cənub əyaləti isə İspaniyanın tabeliyində qaldı.  

Bu vaxt ingilis Frensis Dreyk Yeni Dünyadan qızıl daşıyan ispan gəmilərini qarət 

edirdi. Tədricən İngiltərə kraliçası I Elizabet Niderlandın işlərinə daha fəal qarışmağa 

başladı. Bu İspaniya ilə İngiltərə arasında narazılığı artırdı. Nəticədə II Filipp öz ətrafı 

tərəfindən inandırıldı ki, İngiltərəyə müdaxilə edilsə, ispanların gəldiyini görən xalq 

kraliçaya qarşı mübarizəyə qalxacaqdır. Həm də kral başa düşürdü ki, nə qədər ki, 

İngiltərə kömək göstərməkdə davam edir, Niderlandda qiyam heç vaxt sona 

çatmayacaqdır. İngiltərəyə müdaxilə La-Manş boğazını keçməklə başlanacaqdı. İspan 

Məğlubedilməz Armadası həmin ölkəyə bədbəxtlik gətirməli idi. İspan donanması 

hədəfə doğru üzməyə başladı. Onlar ingilis hərbi-dəniz qüvvələrini darmadağın 

etməyə ümid bəsləyirdilər. Lakin bu möcüzə baş vermədi. İspan donanması ingilislərlə 

bir neçə toqquşmada məğlub oldu və vətənə geri qayıtmaq üçün şimala, Şotlandiya və 

İrlandiya sahillərinə üzdü, bu vaxt indi də donanmanı tufan darmadağın etdi. İspan 



218 

 

Armadasının məğlubiyyəti İngiltərənin protestant ölkəsi olaraq qalmasına təminat 



verdi. Məğlubiyyət həm də ispanlar üçün psixoloji zərbə xarakteri daşıdı.  

İspaniya Yeni Dünyada öz imperiyasını yaradırdı. Lakin başlanğıcda İspan 

işğalçıları burada koknistadorlar kimi tanınmaqla, heç də hökumət tərəfindən bu işə 

cəlb edilməmişdilər, məhz özəl qaydada həmin macəraya girişmişdilər. Yaxşı silahları, 

təşkilatçılıq bacarığı və qətiyyətlilikləri onlara uğur gətirirdi. Onlar həmçinin yerli 

xalqlar arasında olan rəqabətdən fayda götürürdülər və yerli sakinlər Avropa 

xəstəliklərindən ağır itkiyə məruz qalmaqla, detsimasiya olunurdular.  

İspanlar Yeni Dünyaya gəlib çıxmamışdan əvvəl Mesoamerika (müasir Meksika 

və mərkəzi Amerika) artıq bir sıra çiçəklənən sivilizasiyalara sahib idi. B.e.300-cü ilinə 

yaxın Yukatan yarımadasında məskunlaşmağa başlayan xalq mayya kimi tanınmaqla 

Amerikalarda ən irəli çıxmış sivilizasiyalardan birini qurmuşdu. Mayyalar uca 

məbədlər və piramidalar tikmişdi, yüksək istedadlı sənətkarlara malik idi və çox ağıllı 

təqvim düzəltmişdilər. Bu təqvim həmin dövrün dünyasının istənilən mövcudluğunda 

dəqiqliyi ilə seçilirdi. Mayyalar aqrar xalq idi, sıx yağış maneələrini təmizləyir, 

əkinçiliyi inkişaf etdirir və «qurama yorğan» şəklindəki şəhər-dövlətləri tikirdilər. 

Mayya sivilizasiyası Mərkəzi Amerikanı və Cənubi Meksikanı əhatə edirdi. Məlum 

olmayan səbəblərə görə, Mayya sivilizasiyası 800-cü illər ətrafında tənəzzülə uğradı və 

bir əsrdən də az olmayan müddətdə süqut etdi.  

Erkən XII əsr ərzində atsteklər kimi tanınan xalq uzun miqrasiyadan sonra 

Meksika vadisinə gəlib çıxdı. Teksoko gölünün ortasındakı adada (indi Mexiko 

şəhərinin yerləşdiyi yer) öz paytaxtları olan Tenoçtitlanı tikdilər.  

Sonrakı yüzilliklərdə atsteklər digər şəhərlərini yaratdılar, məbədlər, digər 

ictimai binalar, evlər, Teksoko gölündən şimala, cənuba və qərbə gedən və bir çox 

adalarla qitəni birləşdirən daş dambalar inşa etdilər. XV əsrin başlanğıcında onlar 4 mil 

məsafədəki bulaqdan təzə içməli suyu gətirmək üçün avseduk tikmişdilər. Atsteklər 

yaxşı döyüşçülər idilər, onlar öz paytaxt şəhərini tikən vaxt, ətrafdakı zonanı da öz 

nəzarətlərinə aldılar. XV əsrdən başlayaraq bura göl regionunda aparıcı şəhər-dövlətə 

çevrildi. Həmin əsrin qalan dövründə atsteklər öz hakimiyyətləri altında olan ərazini 

indiki Meksika ilə yanaşı, Atlantik okeanından Sakit okeana qədər genişləndirdilər. 

Onun sərhədləri cənubda Qvatemalaya qədər uzanırdı. Yeni çarlıq mərkəzləşmiş dövlət 

olmayıb, yerli ağaların idarə etdiyi yarımmüstəqil ərazilərin kolleksiyasından ibarət idi. 

Onlar Atstek hökmdarına bac verirdilər. Bu sərbəst siyasi təşkilatlanma sonralar Atstek 

imperiyasının yıxılmasına şərait yaratdı.  

1519-cu ildə Ernan Kortesin (1485-1547-ci illər) komandanlığı altında ispan 

ekspedisiyası Meksika körfəzindəki Verakrusda sahilə çıxdı. O, 550 əsgərdən və 12 

atdan ibarət kiçik qoşunun başında Tenoçtitlana yürüş etdi. Bura yollanmamışdan 

əvvəl o, atsteklərin zülmkar ağalığından cana doyan şəhər-dövlətlərlə ittifaq 

bağlamışdı. Noyabrdı Kortes Tenoçtitlana gəldi və Atstek monarxı Montesuma 

tərəfindən dostcasına qarşılandı. Əvvəlcə, Montesuma inanmışdı ki, qonaq, öz vətənini 

bir neçə əsr əvvəl tərk etmiş və qayıdacağını vəd etmiş öz ali allahlarıdır. Montesuma 

əcnəbilərə qızıl hədiyyələr və şəhərdə olduqları müddət üçün yaşamaqdan ötəri saray 

verdi.  



219 

 

Lakin ispanlar tezliklə onların qonaqpərvərliyinə düşmənçiliklə cavab verdilər, 



Montesumanı əsir götürdülər və şəhəri soyğunçuluğa məruz qoydular. 1530-ci ilin 

payızında Kortesin buraya gəlməsindən bir il sonra yerli əhali qiyam qaldırdı və 

müdaxiləçiləri şəhərdən qovdu. İspanlardan çoxu öldürüldü, lakin atsteklər tezliklə 

yeni bədbəxtliklərlə üzlədilər. Bir atstekin nağıl etdiyi kimi, «ispanlar Meksikadan 

qaçan vaxt bura böyük xəstəliklər və çiçək xəstəliyi gəldi». Avropalıların xəstəliklərinə 

təbii immunitetləri olmayan atsteklərin çoxu xəstələndi və öldü. Bu vaxt Kortes yeni 

yerli müttəfiqlərindən təzə əsgərlər aldı. Təkcə bir Tlakskala dövləti ona 50 min 

döyüşçü vermişdi. Dörd aydan sonra şəhər təslim oldu.  

Kortes və əsgərləri şəhərə daxil olduqda burada əsl qırğın başlandı. Kortesi 

müşayiət edən bir ispanın yazdığı kimi, küçədə ölmüş hinduların cəsədlərini və 

başlarını tapdalamadan gəzmək mümkün deyildi. Tenoçtitlanda ölənlər 

Nabuhadonosorun Yerusəlimi işğal edərkən qırılan yəhudilərdən daha çox idi. 

Atsteklər də yəhudilər kimi buna ağı deməli idilər. Quru  torpaq üzərində və 

çəpərlərdə cəsədlərdən topa düzəldilmişdi. Üfunət dözülməz idi, hətta Kortesin özü də 

bu yayılan pis iydən xəstələnmişdi.  

İspanlar sonra yeni viran qoymaq dalğasına başladılar. Piramidalar, məbədlər və 

saraylar uçuruldu, yerlə yeksan edildi və onların daşları ispan idarəetmə binalarının və 

kilsələrin tikilməsi üçün istifadə edildi. Çaylar və kanallar doldurulub, qurudulmuşdu. 

Qüdrətli Atstek imperiyası Meksikanın qitə torpağında artıq yox idi. 1531-ci illə 1550-ci 

illər arasında ispanlar şimali Meksikaya nəzarəti əldə etdilər.  

XIV əsrdə İnka Perunun cənubundakı dağlarda 10 min funt hündürlüyündə 

yerləşən şəhər kimi Kusko zonasındakı kiçik icma idi. 1440-cı illərdə onların güclü 

hökmdarı Paçakutinin başçılığı altında İnka bütöv regionu öz nəzarətinə almaq üçün 

işğal kampaniyasına başladı. Paçakuti yüksək dərəcədə mərkəzləşmiş dövlət yaratdı. 

Paytaxt Kusko palçıqdan tikilən evlərdən olmağını dəyişib, daşdan olan bir şəhərə 

çevrildi. Sonralar İnka imperiyasının sərhədləri Ekvadora, mərkəzi Çiliyə və Amazonka 

hövzəsinin hüdudlarına qədər uzanırdı. İmperiyada təqribən 12 milyon əhali yaşayırdı.  

İnka böyük inşaatçı idi. Onun ən böyük layihəsi uzunluğu 24.800 mil olan yollar 

şəbəkəsini yaratmaq idi. Onlar bugünkü  Kolumbiyanın sərhədindən Çilidəki indiki 

Santyaqonun cənub nöqtəsinə qədər uzanırdı. İki başlıca yol şimal-cənub istiqamətində 

idi, biri And dağlarından keçirdi, digəri isə onların arasındakı yolları birləşdirməklə 

sahil boyu uzanırdı. Yol boyu bir günlük piyada yol getmək üçün olan məsafədə 

istirahət evləri, anbar binaları tikilmişdi. Müxtəlif tipli körpülər, xüsusən dərin 

dərələrin və çayların üstündən müasir növlərə bənzəyən asma körpülər qurulmuşdu.  

İlk ispan ekspedisiyaları bu zonaya gələnə qədər İnka imperiyası 1530-cu ilin 

dekabrında Fransisko Pisarrro 180 nəfərlik dəstəsi ilə Cənubi Amerikanın Sakit okean 

sahilinə çıxdı. O da Kortes kimi polad silahlara, barıta və atlara malik idi. Bunların heç 

biri yerli adamlara tanış deyildi. Pisarronun da xoşbəxtliyi onda idi ki, İnka 

imperiyasında da bu vaxt çiçək xəstəliyi epidemiyası yayılmışdı. Atsteklər kimi İnka da 

avropalıların xəstəliklərinə qarşı immunitetə malik deyildi və göründüyü kimi, çiçək 

xəstəliyi tezliklə bütün kəndləri viran qoydu. Pisarronun yaxşı taleyi bir də onda idi ki, 

hətta İnka imperatoru da xəstəliyin qurbanı oldu. İmperatorun vəfatından sonra onun 

iki oğlu taxt-taca iddia etdi və bu, vətəndaş müharibəsi ilə nəticələndi. Pisarro bu 



220 

 

vəziyyətdən fayda götürüb, öz qardaşını məğlub ebən Ataualpanı əsir götürdü. Yalnız 



daşlarla, oxlarla və yüngül nizələrlə silahlanmış İnka əsgərləri İspan atlıları ilə, həm də 

onların tüfəngləri və topları ilə bacara bilməzdilər. Ataualpanı edam etdikdən sonra 

Pisarro və onun əsgərləri öz İnka müttəfiqlərinin köməyi ilə Kuskoya girib, İnka 

paytaxtını işğal etdilər. 1535-ci ildən Pisarro öz paytaxtını ispan imperiyasının yeni 

koloniyası kimi Limada qurdu.  

Yeni Dünyanın hindularına qarşı ispan siyasəti qarışıqlığın, pis rəhbərlikdən irəli 

gələn paternalizmin və qəddar istismarın kombinasiyasından ibarət idi. Konkistadolar 

öz maraqlarından çıxış etsələr də, mərhum kraliça İzabella tuzemləri Kastiliyanın 

təbəələri elan etmişdi. Onun qoyduğu qaydaya görə işğalçı ispanlar təkcə bac yığmalı 

deyildilər, həm də hindulara himayə göstərməli idilər. İspaniyadan üç min mil aralı 

olan ispan sakinləri hökumətin siyasətinə, əsasən məhəl qoymurdular və zorakılıqla 

hinduları öz iqtisadi mənafeləri üçün istifadə edirdilər. Hindular plantasiyalarda, çox 

gəlirli qızıl və gümüş mədənlərində işlədilirdilər. İstismar qaydasındakı zəhmət, aclıq 

və xüsusi xəstəlik hinduların həyatından qorxulu rüsum alırdı. Güman edilir ki, yerli 

əhalinin 80 faizdən 40 faizə qədəri öldü.  

Kolumb 1493-cü ildə İspaniyaya gələndə burada 100 min tuzem yaşayırdı, 1570-

ci ildə yalnız 300 hindu sağ qalmışdı. Mərkəzi Meksikanın əhalisi 1519-cu ildə təqribən 

11 milyon olduğu halda, 1540-cı ildə 6,5 milyona, XVI əsrin sonunda isə 2,5 milyona 

düşmüşdü.  

İspan imperiyası hinduların sümükləri üzərində ucalmışdısa, ancaq özünün var-

dövlət sahibi olması ilə «öyünə bilərdi». Görən ispanlar hansı hüquqla onları 

öldürürdülər? Axı onlar Allah adamları olmaqla günahsız idilər. Onlar ispanlara qədər 

bu torpaqda, öz vətənlərində dinc yaşamışdılar. Onlar ispanlarla heç bir zərər 

toxundurmadıqları halda, bu bədbəxtlər ağaları tərəfindən toplum qaydada 

öldürülürdülər.  

Yeni Dünyada ispan inzibati sistemi vitse-krallara əsaslanırdı. İspan torpaqları 

əvvəldən iki hissəyə bölünmüşdü: paytaxtı Mexiko şəhəri olmaqla Yeni İspaniya (bura 

Meksika, Mərkəzi Amerika və Karib dənizi adaları daxil idi) və Limadan vitse-kral 

tərəfindən idarə edilən Peru (Cənubi Amerikanın qərbi). Hər iki vitse-kral İspaniya 

kralının baş mülki və hərbi qulluqçusu kimi xidmət edirdi .  

Papa sazişinə görə İspaniyanın katolik monarxlarına Yeni Dünyadakı dini işlər 

üzrə müstəsna hüquqlar verilmişdi. Onlar yepiskopları və din xadimlərini təyin edə, 

kilsələr tikə, ödənişləri toplaya, bütpərəstləri xristianlığa döndərmək üçün müxtəlif dini 

qaydalara nəzarət edə bilərdilər.  

 


Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin