təhlükə hiss edirdi. Əlbəttə. Bizans imperiyası müsəlman Orta Şərqi ilə Latın Qərbi
Venetsiya doju Dandolonun başçılığı altında səlibçilər tərəfindən qarət olunması və
işğal olunması ilə Bizans ciddi şəkildə zəifləmişdi. Latın imperiyası devrildikdən sonra
1300-cü ilə yaxın I Osman Fateh (1282-ci ilə yaxın – 1326-cı illər) öz hakimiyyəti
sülaləni yaratdı. 1288-ci ildə I Osman səlcuqların vassalı kimi onların dövlətinin,
214
Anatoliyanın şimal-qərbində Bizans torpaqlarının xeyli hissəsini tutan monqolların
təzyiqi altında parçalanmış sərhəd vilayətlərindən birinin ərazisinə girdi. Və o,
burada
gələcək Osmanlı imperiyasının əsasını qoydu. 1326-cı ildən Osmanlıların paytaxtı Bursa
(yunanca Brusa) oldu.
Kiçik Asiyanın şimal-şərqində XIII əsrdə başlanğıcını götürən Osmanlı türkləri
Səlcuq türklərinin və Bizans imperiyasının torpaqlarını tutaraq, sürətlə yayılmağa
başladı.
Onlar 1345-ci ildə Konstantinopoldan yan keçib, Balkanların içərilərinə hərəkət
etdilər. Sultan I Muradın başçılığı altında Osmanlı qüvvələri Bolqarıstandan keçib,
serblərin torpaqlarına daxil oldular. 1389-cu ildəki Kosovo döyüşündə Osmanlı
qüvvələri serbləri məğlub etdilər. Döyüşdə həm serb kralı Lazar, həm sultan Murad
həlak oldu.
Lakin 1402-ci ildə XIV əsrdə Mərkəzi Asiyada meydana gəlmiş böyük sərkərdə
Teymur Osmanlılara hücum edib, Kosovo döyüşünün iştirakçısı olan atasını əvəz edən
sultan Bəyazidi məğlub edib, onu dəmir qəfəsə saldırdı.
Teymur Çingiz xanın nəslindən olduğunu iddia edirdi. O, Çingiz xan
imperiyasından ayrı düşmüş və itirilmiş torpaqları bir yerə yığmağa çalışdı. 1390-cı ildə
Səmərqəndi tutub, özünü əmir elan etmiş və işğal yürüşlərinə başlamışdı. Teymur
bütün Orta Asiyanı, İranı və Zaqafqaziyanı fəth etdi. Qızıl Ordanı darmadağın etdi.
Teymurun qoşunları Kiçik Asiyaya və Hindistana basqınlar etdi. 1404-1405-cii illərin
qışında Çinə müdaxilə etməyə hazırlaşarkən 1405-ci ildə öldü. Onun nəhəng dövləti
çox torpaqlarını itirdi.
XV əsrdə Qızıl Orda da müxtəlif xanlıqlara parçalandı və onun məhv edilməsi
1480-ci ildə Rusa imkan verdi ki, qəti olaraq tatar-monqol zülmünü öz üstündən atsın.
Teymur Osmanlı sultanını məğlub etsə də, onun bu qələbəsindən bir əsər-əlamət
qalmadı. Osmanlı hökmdarları əvvəlcə Avropada, sonra isə Asiyada iri miqyaslı
yürüşlərini davam etdirib, imperiyanın ərazilərini işğallar hesabına genişləndirməkdə
davam etdilər və onların Teymura məğlubiyyəti elə böyük təsiri olmayan tarixi
epizoddan başqa bir şey olmadı.
1480-c i ilə qədər Bosniya, Albaniya və Serbiyanın qalan hissəsi Balkanlarda
Osmanlı imperiyasına əlavə olundu.
1453-cü ildə osmanlılar Bizans imperiyasının məhvini tamamladılar. Sultan II
Mehmet 80 min nəfərlik qoşunları ilə yalnız 7 min müdafiəçisi olan Konstantinopolu
mühasirəyə aldı. Şəhərə hücumda türklər ağır toplardan istifadə etdilər, onların
mərmilərinin hər biri 1200 funt ağırlığında idi. Nəticədə divarlarda deşik əmələ gəldi,
Bizans imperatoru son döyüşdə həlak oldu. II Mehmet imperatorun sarayı qarşısında
dayanıb, bəşər şərəfinin təbiətinin ötüb keçən olduğunu ifadə etmək üçün sakitcə bu
mənzərəni seyr etdi.
Konstantinopolu işğal edəndən sonra Osmanlı türkləri Balkanlarda öz işğallarını
başa çatdırmağa cəhd etdilər, bu əraziyə isə onlar XIV əsrdən gəlmişdilər. Baxmayaraq
ki, 1470-ci ildə onlar Rumıniya ərazisi olan Valaxiyanı götürməkdə uğurlu olmuşdular,
macarlar müqavimət göstərib türklərin Dunay vadisi ilə irəliləməsinə imkan
verməmişdilər. XV əsrin sonuna qədər türklərin daxili problemləri onları Avropadakı
sonrakı hücumlardan yayındırmışdı. XVI əsrin başlanğıcında isə Osmanlılar Qərbə
215
qarşı öz hücumlarını təzələdilər. Macarıstanı, Avstriyanı, Bohemiya və Polşanı
hədələməklə, Aralıq dənizini türk gölünə çevirmək istəyirdilər.
Dostları ilə paylaş: