212
987-ci ildə rəsmi qaydada xristianlığı qəbul edən Kiyev Rus dövləti sonralar xeyli
inkişaf etdi. XI əsrin birinci yarısında bu inkişafın yüksək nöqtəsinə çatdı.
Kiyev
cəmiyyətində boyarlar adlanan torpaq sahiblərindən ibarət olan kübarlar ağalıq edirdi.
Kiyev tacirləri şimali-qərbdə Skandinaviya ilə, cənubda isə İslam və Bizans dünyaları
ilə daim ticarət əlaqəsi saxlayırdılar. Dağıdıcı vətəndaş müharibələri və Asiya
nomadlarının (köçəri xalqlarının) yeni müdaxilələri Kiyev knyazlığının bir neçə
hissələrə parçalanmasına səbəb oldu. Gələcək geniş Rusiya imperiyasının bünövrəsi –
məkanı sayılan bu ərazi uzun müddət hücumlara və işğallara məruz qaldı. Şimali
Rusiya hökmdarları tərəfindən Kiyevin qarət edilməsi ilk Rusiya dövlətini biabırçı
sonluğa gətirib çıxardı.
Erkən Rusiyada əsas sivilizasiyalanma və birləşmə gücü kimi xristian kilsəsi çıxış
edirdi. Rusiya kilsəsi ibadətlərini və təşkilatlanmasını Bizans imperiyasından
götürmüşdü, onun Şərqi Ortodoks (ruslar bunu Pravoslav adlandırmışdı) keşişləri X
əsrin sonunda Kiyev rusunu xristianlığa çevirdilər. Rusiya kilsəsi özünün sərt dini
ortodoksiyaya çevrilməsi ilə tanındı. Baxmayaraq ki, xristianlıq Rusiya və Avropa
sivilizasiyası arasında ümumi bənd kimi çıxış edirdi, Rusiyanın dini inkişafı hətta
Rusiya və Bizans sivilizasiyaları arasındakı yaxın oxşarlığa təminat verirdi.
XIII əsrdə monqollar Rusiyanı işğal edib, onu Qərbi Avropadan hətta daha çox
qaydada ayırdılar. Monqollar sayca o qədər çox deyildilər ki, geniş Rusiya torpaqlarını
məskunlaşdıra bilsinlər. Lakin aşağı Volqa, Xəzər və Qara dənizlərin şimalını Kiyevə
qədər birbaşa idarə etməyə başladılar, birbaşa olmayan ağalıqlarını isə hər yerdə həyata
keçirirdilər. Axırıncılarda Rusiya hökmdarlarından öz monqol ağalarına bac vermək
tələb olunurdu.
Rusiya hökmdarlarından biri tezliklə digərlərindən daha güclü oldu. Aleksandr
Nevski (1220-1263-cü illər) Novqorod hökmdarı olmaqla, 1242-ci ildə Buz gölü
döyüşündə müdaxilə edən alman ordusunu məğlub etdi. Onun monqollarla birgə
əlaqəsi, bura öz qardaşını məhkum etməsi və yerli vergi qiyamçılarını darmadağın
etməsi də həmçinin daxildir, ona monqolların rəğbətini qazandımışdı. Monqol
imperiyasının qərb hissəsinin tanınmış lideri olan xan, Aleksandr Nevskini böyük
hökmdar titulu ilə mükafatlandırmışdı, bu isə onun varislərinə Moskvanın və bütün
Rusiyanın hökmdarlarına çevrilmək hüququ verirdi.
1380-ci ildəki Kulikovo döyüşündən sonra monqol zülmü nominal xarakter
daşımağa başladı, yüz il sonra isə monqol ağalığının bütün cəhətlərinə son qoyuldu.
XV əsrdə yeni rus dövləti – Moskva knyazlığı əmələ gəldi. Böyük Moskva knyazı
III İvan Vasilyeviç Yaroslavlı, Novqorodu, Tveri və başqalarını birləşdirdi, onun
dövründə tatar-monqol boyunduruğuna tamamilə son qoyuldu. Rusiya dövlətinin
beynəlxalq nüfuzu yüksəldi. XVI əsrdə isə birinci rus çarı IV İvan Vasilyeviç (o, Qroznı
adını daşıyırdı) Qazan və Həştərxan xanlıqlarını işğal etdi. Onun hökmranlığı
dövründə İngiltərə ilə ticarət əlaqəsi yarandı və Sibirin birləşdirilməsinə başlandı.
XVIII əsrin başlanğıcında Rusiya daha da böyüdü. Daimi islahatlar keçirməkdə
Böyük Pyotrun məqsədi Rusiyanı böyük dövlətə çevirmək və onu hərbi qüdrətə
yiyələndirmək idi. Onun başlıca məqsədi «Avropaya pəncərə açmaq» olmaqla, bu
qitəyə asan çıxmağa imkan verən liman yaratmaq idi. Buna isə yalnız Baltik dənizində
nail olmaq olardı, lakin həmin vaxt onun sahillərinə şimali Avropada ən mühüm qüvvə
213
olan isveçlər nəzarət edirdi. İsveçin gənc kralı XII Karl 1700-cü ildəki Narva döyüşündə
8 minlik qoşunu ilə rusların 40 min nəfərlik ordusunu məğlub etdi. Lakin Pyotr 1709-cu
ildəki Poltava döyüşündə Karlın ordusu üzərində həlledici qələbə çaldı.
İsveç ikinci dərəcəli dövlətə çevrildi, Rusiya isə Pyotrun istədiyi kimi bu vaxt
böyük Avropa dövləti oldu. Pyotr yeni şəhər olan Sankt-Peterburqu saldı, onun Qərbə
baxan pəncərəsi Rusiyanın qərbə tərəf, Avropaya baxmasının simvolu idi. Şəhərin
tikintisi Pyotrun sağlığında başa çatdı və 1917-ci ilə kimi Rusiyanın paytaxtı oldu.
Pyotr modernləşdirdiyi və qərbləşdirdiyi Rusiya 1725-ci ildə Pyotr ölərkən
Avropa dövlət sisteminin mühüm üzvünə çevrildi. Ancaq qərbləşmə əslində xəyal idi,
çünki Qərb mədəniyyəti yalnız yuxarı siniflərə gəlib çatmışdı. Güclü orduya malik
olmaq isə Rusiya xalq kütləsi üzərində olan yükü daha da ağırlaşdırmışdı.
Dostları ilə paylaş: