II. Orta əsrlər imperiyaları
1.İslam xilafəti imperiyası
Erkən ərəblər politeist olmalarına baxmayaraq, burada «Allah» adlanan ali bir
allah da var idi, o, bütün allahları idarə edirdi. Burada heç bir din xadimliyi yox idi.
Tayfanın bütün üzvləri inanc praktikasına cəlb olunmuşdu. Allah müqəddəs daşda
rəmzlənirdi və hər bir tayfa öz daşına malik idi. Bütün tayfalar, ancaq iri qara meteorit
206
olan Qara daşa sitayiş edirdi, o, Məkkə şəhərindəki Kəbə adlanan mərkəzi məsciddə
qoyulmuşdu.
V və VI əsrlərdə Ərəbistan yarımadası yeni bir əhəmiyyət daşımağa başladı.
Mesopotamiyadakı və Misirdəki siyasi qarışıqlığın nəticəsi kimi regiondakı adətən
istifadə olunan ticarət yolu dəyişdirilməyə başladı. Aralıq dənizindən Məkkədən
keçməklə Yəmənə gedən və sonra gəmilər vasitəsilə Ərəb dənizindən və Hind
okeanından keçən yeni ticarət yolu daha populyar olana çevrildi. Ərəbistan
yarımadasının bu hissəsindəki Məkkə kimi icmalar həmin karvan ticarətindən
varlanmağa başladı. Nəticədə səhradakı bədəvilərlə şəhərlərdə daha çox varlanan tacir
sinifləri arasında da gərginlik artdı. Bu gərgin dünyaya Məhəmməd peyğəmbər gəldi.
Məhəmməd (570-632-ci illər) tacir ailəsində anadan olmuşdu, beş yaşı olarkən
yetim qalmışdı. O, karvan başçısı kimi böyümüşdü və varlı dul qadın olan Xədicənin
işçisi olmaqla ona evlənmişdi. Orta yaşlarında ona vəhylər gəlməyə başladı və bunu
Allahın ilhamlandırdığına inam gətirdi. Allah artıq Moisey və İisus vasitəsilə vəhy
etmişdi, onun sonuncu vəhyləri isə bu vaxt Məhəmmədə verildi. Bu vəhylər sonralar
yığılıb Qurana çevrildi. Onda olan göstərişlər əsasında Allaha sitayiş edənlər yaşamalı
idilər. Məhəmmədin öyrətdikləri vəhylər İslam kimi adlanan yeni dinin əsasını təşkil
etdi, bu söz «Allahın iradəsinə tabe olmaq» mənasını verirdi. Əgər insanlar əbədi
həyata nail olmaq istəyirlərsə, özlərini Allaha tabe etməlidirlər.
Məhəmməd 622-ci ildə öz yaxın ardıcılları ilə birlikdə Məkkəni tərk edib,
şimaldakı rəqib şəhər olan Mədinəyə köçdü, sonralar bu şəhər Mədinə («Peyğəmbərin
şəhəri» adını qəbul etdi. Mədinəyə səfər tarixdə «hicrə» («yola düşmək») kimi tanınır və
İslamın rəsmi təqviminin birinci ili oldu. Məhəmməd burada tezliklə həm dini, həm də
siyasi liderə çevrildi. Onun siyasi və hərbi istedadı 630-cu ildə Məkkəyə dönəndə onu
yararlı hərbi gücə malik olmağa qadir etdi. Məkkədən isə Məhəmmədin ideyaları
tezliklə bütün Ərəbistan yarımadasına yayıldı və nisbətən qısa müddət ərzində Ərəb
cəmiyyətinin dini və siyasi cəhətdən birləşməsi ilə nəticələndi.
Məhəmmədin ölümündən sonra onun ardıcılları dilemma qarşısında qaldılar.
Məhəmmədin ilahi olmaq adını götürməməsinə baxmayaraq, müsəlmanlar dini və
siyasi hakimiyyət arasında elə bir fərq görmürdülər. Allahın iradəsinə tabe olmaq
Peyğəmbərə, Məhəmmədə tabe olmaq kimi bir şey idi – çünki Qurana görə, «Kim
Rəsuluna tabe olursa, Allaha tabe olur». Məhəmmədin ölümündən az sonra varlı tacir
və Məhəmmədin qayınatası Əbu Bəkr İslam cəmiyyətinin xəlifəsi və ya dünyəvi lideri
oldu. Ərəblər Əbü Bəkrin başçılığı altında birləşdikdən sonra öz enerjilərini qonşu
xalqlara qarşı istiqamətləndirdilər. Bizanslılar və persiyalılar birləşmiş ərəblərin gücünü
ilk hiss edənlər oldu. Bizans ordusu məğlub edildikdən sonra 640-cı ildə ərəblər Suriya
əyalətinə sahib oldular. Şərqdə isə ərəblər 637-ci ildə Persiya qüvvələrini məğlub etmiş,
650-ci ildə bütün Persiya imperiyasını işğal etmişdilər.
VIII əsrin əvvəlində Aralıq dənizinin qərb və şərq qurtaracaqlarına yeni
hücumlar edildi. Şimali Afrikanı tutduqdan sonra müsəlmanlar Gibraltar boğazını
keçib, 710-cu ildə İspaniyanın içərilərinə girdilər. On beş il sonra İspaniyanın əksər
ərazisi mərkəzi Kordoba şəhəri olan müsəlman dövlətinə çevrildi. Lakin müsəlman
ordusunun Fransaya hücumu 732-ci ildə Puatye yaxınlığındakı döyüşdəki
207
məğlubiyyətdən sonra dayandı və müsəlmanların Avropadakı ekspansiyası fasilə
verdi.
Əməvi sülaləsi Dəməşqdən nəhəng imperiyanı idarə edirdi. Yeni ərəb imperiyası
Bizans və Persiya sivilizasiyaları ilə kontaktda olmaqla, yunan mədəniyyətinin və
qədim Yaxın Şərqin köhnə sivilizasiyalarının təsirinə məruz qalmışdı. İşğalçıların
övladları yeni qaydada təhsil alır və intellektual cəhətdən Qərbi Avropaya labüd
qaydada təsir göstərən parlaq mədəniyyət yaradırdılar.
Əməvi sülaləsi VII və VIII əsrlərdə ərəb ekspansiyası vasitəsilə İslam
imperiyasını qurdular. Lakin Əməvi sülaləsinin korrupsiyası ona nifrət oyadırdı və
onun mövcudluğunu sona çatdırdı. Nəticədə 750-ci ildə Məhəmmədin əmisinin
nəslindən olan Əbu əl- Abbas Abbasid sülaləsini qurdu və bu sülalə 1258-ci ildə baş
verən monqol istilasına qədər ömür sürdü.
762-ci ildə Abbasidlər yeni paytaxt şəhəri olan Bağdadı Dəclə çayının üstündə
tikdilər. Yeni paytaxt çox yaxşı yerdə, Aralıq dənizindən Mərkəzi Asiyaya edən karvan
yolunun üstündə idi. Abbasidlərin hökmranlığı dövründə ölkədəki hakimlərə, tacirlərə
və hökumət məmurlarına döyüşçülərdən daha yüksək olmaqla, ideal vətəndaşlar kimi
baxırdılar. Xəlifə Harun ər-Rəşidin dövrü daha çox məşhurdur, çünki onun
hökmranlığı erası çox vaxt Abbasid xilafətinin qızıl əsri kimi təsvir edilir. Onun oğlu əl-
Mamun isə təhsilin böyük himayəçisi idi. O, astronomiya rəsədxanasının əsasını
qoymuş və klassik yunan əsərlərinin tərcümə edilməsinin bünövrəsini yaratmışdı.
Bu dövrdə iqtisadi inkişaf da böyüyürdü. Ərəblər Roma imperiyasının ən varlı
əyalətlərini işğal etmişdilər və Şərqə gedən ticarət yollarına nəzarət edirdilər. Bağdad
Avropaya, Asiyaya və Afrikaya genişlənən nəhəng ticarət imperiyasının mərkəzinə
çevrilmişdi, İslam dünyasının var-dövlətinə sanballı əlavələr etmişdi.
İnkişafına baxmayaraq, Abbasidlər imperiyasında hər şey o qədər də yaxşı
deyildi. Xəlifəliyə vəliəhdlik üstündə gedən mübarizə əsas bir problem idi. Harun ər-
Rəşid öləndə onun iki oğlunun varislik uğrunda apardıqları mübarizə az qala Bağdad
şəhərini məhv etmişdi. Evlər dağıdılmış, abidələr uçurulmuş, qiymətlər göyə qalxmışdı.
Qardaş qardaşa, oğul ataya qarşı qılınc qaldırırdı, bir hissə bir qardaş, digər hissə isə o
biri qardaş uğrunda vuruşurdu. Evləri və sarayları alov bürümüşdü, mülkiyyət
soyğunçuluğa məruz qalmışdı.
Həm də böyük var-dövlət maliyyə korrupsiyasının qalxmasına şərait yaratmışdı.
Abbasid xəlifələri tezliklə marionetlərə çevrildilər. Əyalət hökmdarları xəlifənin
nəzarətindən uzaqlaşıb, özlərinin müstəqil sülalələrini yaradırdılar. Hətta erkən, VIII
əsrdə Əməvi sülaləsindən ora qaçmış Əbd ər-Rəhman İspaniyada mərkəzi Kordoba
olan ayrıca xilafət yaratmışdı. III Əbd ər-Rəhman (912-961-ci illər) 929-cu ildə özünü
xəlifə elan etmişdi. Əl-Əndəlus hökmdarları unikal bir cəmiyyət yaratmışdılar, burada
dini tolerantlıq hökm sürürdü. Saray yazıçıları və rəssamları dəstəkləyirdi, onlar parlaq
və çiçəklənən bir mədəniyyət yaratmışdılar.
İslam imperiyasının parçalanması X əsrdə daha da artdı. 973-cü ildə Misirdə
Fatimid sülaləsi xilafət qurdu və müstəqil sülalə kimi Şimali Afrikada fəaliyyət
göstərirdi. Siyasi parçalanmaya baxmayaraq, İslam dünyası yenə də iki ümumi bağlılıq
– Quran və ərəb dili üzərində qurulmaqla, bu əsasa söykənən İslam sivilizasiyası
yaşamaqda davam edirdi.
208
Müsəlmanlar parlaq səhər mədəniyyəti yaratmışdılar, həmin vaxt Qərbi
Avropaya isə başlıca olaraq əkinçilik kəndlərindən ibarət olan kənd dünyası xas idi.
Buna yeni şəhərlər olan Bağdad və Qahirə, həmçinin İspaniyadakı xilafətin paytaxtı
Kordoba misal ola bilər. 100 min nəfər əhalisi olan Kordoba Konstantinopoldan sonra
Avropanın ən iri şəhəri idi. Bu şəhərdə 70 ictimai kitabxana var idi, xəlifənin özəl
kitabxanasında isə əl yazılarının sayı 400 min ədəd idi. Xəlifə əl-Hakim (961-976-cı
illərdə xəlifə olmuşdu) dünyanın hər tərəfindən kitabları yığır, onları ərəb və latın
dillərinə tərcümə etdirirdi. Buradakı coğrafiya elminə aid əsərlər sonralar Qərb
dənizçiləri və tacirləri tərəfindən istifadə edilmişdir. Məktəblər yaradılır, Kordobadakı
Böyük Məscid (indi Meskida adlanır) bütün İslam dünyasından olan alimlərin
mərkəzinə çevrilmişdi. Çox sayda qadınlar Kordobada müəllimə və kitabxanaçı
işləyirdilər.
İslam şəhərləri müəyyən arxitektura cəhətlərindən istifadə etdiyindən fərqli
fiziki görünüşə malik idilər. Binalarda rənglənmiş alaqapılardan və bəzəkli, naxış
vuruşmuş pəncərələrdən istifadə olunurdu. Xüsusi növ tikililər ucaldılırdı. Axırıncılara
fəvvarələr və ayrıca həyətləri olan saraylar və ictimai binalar, ibadət üçün məscidlər,
ictimai hamamlar, bazarlar və bazar yerləri daxil idi. Müsəlmanlar öz tikililərini unikal
dekorasiya sənəti ilə bəzəyirdilər, çünki din, yaşayan varlıqları təsvir etməyi onlara
qadağan edirdi. Bağdadın 30 kitabxanası var idi və Qahirə kitabxanasında isə 1,1
milyon əl yazısı var idi.
Ərəb imperiyasının ilk bir neçə əsri ərzində məhz İslam dünyası qədim
sivilizasiyaların elmi və fəlsəfi əsərlərini xilas etmiş və yaymışdı. Həmin vaxt qədim
yunan filosofları əsas etibarilə Avropada tanınmırdı, Platonun və Aristotelin əsas
əsərləri ərəb dilinə tərcümə edilmişdi. Onlar Bağdaddakı əl-Hikmə - Müdriklik evi
adlanan kitabxanaya qoyulmuşdu, burada müsəlman alimləri tərəfindən oxunur və
öyrənilirdi. Kitabxanada həmçinin Hindistandan gətirilmiş matematika mətnləri var
idi. Kağızdan istifadə qədim mətnləri qoruyub saxlamağa kömək edirdi. Kağızı istehsal
etmək isə VIII əsrdə Çindən götürülmüşdü, Bağdadda kağız fabriki qurulmuşdu. Sonra
kitab satanlar və kitabxanalar meydana çıxdı. Avropa universitetləri bu alimlərdən
öyrənirdilər, onların əsərləri ərəbcədən latın dilinə tərcümə olunurdu.
İslam alimləri elmə böyük töhfə verirdilər. Onların təkcə matematikadakı və
astronomiyadakı nailiyyətlərinin siyahısı təəccüb doğurmaya bilməz. Müsəlmanlar
rəqəm sistemini Hindistandan götürərək, tətbiq etməyə başlamışdılar, bu sistemdə ilk
dəfə sıfırdan da istifadə olunurdu. IX əsrdə Persiya matematiki əl- Xarəzminin yaratdığı
cəbr elmi Avropada Ərəb sistemi kimi tanındı. Müsəlman astronomlar əl-Mamunun
Bağdadda qurduğu rəsədxanadan ulduzların mövqeyini öyrənirdilər. Onlar Yerin
dəyirmi olduğunu və ulduzların çoxunun adını bilirdilər. Onlar həmçinin bucaq ölçən
alət kimi astrolyabiyanı dəqiqləşdirmişdilər. Dənizçilər onun vasitəsilə səma cisimlərini
müşahidə etməklə öz olduqları yeri müəyyən edirdilər. Sonralar astrolobiya
avropalıların Amerikaya üzməyini mümkün etmişdi.
Müsəlman alimləri kimyada xeyli yeni kəşflər etdilər və təbabəti bir elm sahəsi
kimi inkişaf etdirdilər. Xüsusən Avropada Avitsenna kimi tanınan İbn Sina (980-1037-ci
illər) məşhur idi. O, tibb ensiklopediyası yazmış, bir sıra xəstəliklərin yoluxma təbiətini
vurğulamışdı, onların içməli su ilə yayıldığını göstərmişdi. Latın dilinə tərcümə
209
olunduqdan sonra onun əsəri Avropanın universitet tələbələri üçün başlıca stolüstü
kitaba çevrilmişdi. Avitsenna çox saydakı müsəlman alimlərindən biri idi ki, onun əsəri
latın dilinə tərcümə edilmiş, XII və XIII əsrlərdə Avropada intellektual həyatın
inkişafına xeyli kömək göstərmişdi.
Avropa mübarizə aparanda Bizans və İslam dünyaları inkişaf etməkdə və
çiçəklənməkdə davam edirdi. X əsr Bizans sivilizasiyası üçün qızıl dövr idi. Əməvi
xəlifələri sülaləsi VII və VIII əsrlərdə ərəb ekspansiyaları ilə İslam imperiyasının
mərkəzi olan Dəməşqi qurdular, Abbasid sülaləsi isə paytaxtı Bağdada köçürdükdə,
ona Persiyanın təsiri daha da gücləndi. Yunan və Persiyanın elmi və fəlsəfi əsərləri ərəb
dilinə tərcümə olundu. Müsəlmanlar həm də parlaq şəhər mədəniyyəti yaratdılar.
Bizans imperiyasındakı və İslam dünyasındakı əla şəhər mədəniyyətləri
Avropadakı inkişaf etməmiş kənd dünyası ilə kəskin kontrast nümayiş etdirirdi. 1000-ci
ildən isə ancaq kənd dünyası nəinki sağaldı, həm də əvvəlki nəsillərin hətta arzu belə
edə bilmədiyi yollarla genişlənməyə başladı. Avropa nəhəng sıçrayış etmək pozasında
dayanmışdı.
Dostları ilə paylaş: |