Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə14/105
tarix28.12.2016
ölçüsü3,87 Mb.
#3727
1   ...   10   11   12   13   14   15   16   17   ...   105
 

5. İlk Çin imperiyası 

 



204 

 

B.e.ə. 221-ci ildə Tsin çarlığının çarı Çjen qonşu torpaqladı tutub, mərkəzləşmiş 



Çin dövləti yaratdı. O, bütün ayrı-ayrı dövlətləri öz hakimiyyəti altında birləşdirib, 

özünü birinci Çin imperatoru – Tsin Şi Huandi elan etdi.  

Yeni dövlət idarə etmədə və iqtisadiyyatda ciddi mərkəzləşmə apararaq, nəhəng 

orduya arxalanırdı. İmperator müasir Siamdan uzaq olmayan bir yerdə öz dəfn yerini 

müəyyən etməklə şöhrət tapmışdı. Onun sərdabəsini 790 mindən artıq kölə tikmişdi. 

Ölümündən sonra da hərbi gücə bel bağlamaqla imperator əmr etdi ki. Öz 7 mindən 

artıq döyüşçüsünün və arabaların təbii ölçüdə terrakotadan heykəllərini yaratsınlar. 

İmperator b.e.ə. 210-cu ildə öləndə, bütün heykəllər onunla birlikdə dəfn edildi və son 

dövrlərdəki arxeoloji qazıntılar onları aşkara çıxardı. Döyüşçülərin antropoloji 

xüsusiyyətləri və geyimləri imperiyanın çox saydakı xalqlarına aid olduqlarını göstərir 

və heç bir heykəl başqasına bənzəmir. Heykəllər orduda olan rəngarəngliyi bütünlüklə 

əks etdirir.  

Tsin Şi Huandi tarixi xronikaların və Konfutsi kitablarının mərkəzləşmiş 

hökumət üçün təhlükəli olduğunu əsas gətirərək, onları yandırmağı əmr etdi.  

O, şimali-qərb sərhədlərini hunlardan müdafiə etmək üçün b.e.ə. 214-cü ildən 

başlayaraq mövcud tökmə torpaq təpələri gil istehkamlarla möhkəmləndirdi. Beləliklə, 

Böyük Çin Səddi meydana gəldi. Ölkənin ərazisini 36 iri inzibati mahallara böldü, 

onların başında mülki və hərbi valilər dururdu. Yazı dəqiqləşdirildi, vahid pul, vahid 

ölçü və çəki sistemi tətbiq edildi və yol sistemi islahata uğradı.  

İmperator həm də uğurlu sərkərdə idi və öz imperiyasını cənubda Annama 

(Vyetnama) qədər genişləndirdi. Lakin ordunu saxlamaq xərcləri ağır yük kimi ölkə 

iqtisadiyyatının üzərinə  düşdü.  

Dövlətin islahat siyasəti savadlı təbəqələrin müqaviməti ilə üzləşdi. Onlar yeni 

tətbiq olunanlara qarşı etiraz edir, köhnə əsərlərin, xüsusən filosof Konfutsinin 

ideyalarına əsaslanırdılar. Müxalifəti arqumentlərdən məhrum etmək üçün imperator 

göstəriş verdi ki, şəxsi mülkiyyətdə olan kitablar onların sahiblərindən alınsın və 

yandırılsın. Yalnız Tsin dövlətinin tarixi xronikaları, təbabət üzrə traktatlar, 

öncənigörmə sənəti barədə və kənd təsərrüfatına aid kitablar məhv olunmaqdan yayına 

bildi. Kim köhnə əsərləri yaymaqda davam edirdisə, onlar edam edilir və ya şimali-

qərb sərhədlərinə sürgün edilirdi ki, orada Böyük Səddin tikintisində işləsin.  

Çinin ilk imperatoru Tsin Şi Huandi öldükdən sonra hakimiyyəti üsyançıların 

başçısı Lyu Ban tutdu. B.e.ə. 206-cı ildə Han sülaləsini yaradıb, imperator Qao- tszu 

titulunu qəbul etdi. Buna qədər isə Şi Huandidən sonra azad olmuş taxt-tacı 

şöhrətpərəst yevnux (hərəm ağası) Çao Kao tutmuşdu, o, imperatorun qardaşını 

öldürüb, qanuni varisləri kənarlaşdırmışdı. Lakin onun hakimiyyəti uzun çəkmədi, 

imperiyada yüksək vergilərlə əzilən kənd əhalisinin üsyanı başlandı. Üsyançıların 

başında Lyu Ban dururdu, onun qoşunları imperator sarayını tutub, yevnux Çao Kaonu 

öldürdü. 

Lyu Ban Çinin şərqindəki kəndli ailəsindən idi, lakin kiçik məmur səviyyəsinə 

yüksələ bilmişdi. Hakim rejimin əleyhdarı olmaqla, o, tədricən rəqiblərini üsyan 

hərəkatının rəhbərliyindən sıxışdırıb çıxardı. Yeni hökmdar Han sülaləsini yaratdı, bu 

sülalə 400 il hakimiyyətdə oldu. O, paytaxtı Huan Ho çayının üstündəki Çanyana 




205 

 

köçürtü, sonra Böyük Səddi tikdi. Öz qüdrəti və böyüklüyü ilə Çin bu dövrdə Roma 



imperiyasını ötüb keçmişdi. 

Lyu Ban dövlət hakimiyyətini möhkəmləndirdi, kəndliləri əmək 

mükəlləfiyyətindən azad etdi, vergiləri aşağı saldı və borclu olan qullara azadlıq verdi. 

Bu yolla o, geniş dayaq qazandı. O, mərkəzi icra aparatını bərpa etdi, lakin bəzi 

əyalətlərdə yerli çarcıqlar – vanlar hökmranlıqlarını davam etdirirdilər. B.e.ə. 195-ci ildə 

imperator öldükdən sonra taxt-taca onun zəif iradəli olan oğlu çıxdı və onun dövründə 

ölkədə separatizm dalğası mühüm yer tutdu.  

 


Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin