3. Karolinq imperiyası
768-ci ildə atası Pipin öldükdən sonra frankların çarlığının taxt-tacına Böyük Karl
və ya Şarleman çıxdı. O, qətiyyətli, bacarıqlı və inadkar bir adam idi. Fərasətli döyüşçü
olmaqla yanaşı, həm də savadlı dövlət xadimlərinin müdrik bir ağası idi. O, özünün
uzun hökmranlığı dövründə Karolinq imperiyasının ərazisini xeyli genişləndirmişdi.
773-cü ildə o, öz ordusunu İtaliya ərazisinə gətirdi, lombardları tarmar etdi və
Lombardiya dövlətini öz nəzarətinə götürdü. Oğlu İtaliyanın kralı kimi tanınsa da,
hökmdarlığı onun özü edirdi. İtaliyanı tabe etdikdən dörd il sonra İspaniyanın şimalına
doğru irəlilədi. Lakin bu kampaniya onun ümidlərini doğrultmadı, vətənə dönəndə
Pireneyi keçərkən basklar onun ordusunun aryerqardını tələyə salıb, məhv etdilər.
Şarleman Almaniyanın şərqində saksonlarla vuruşurdu, onları xristianlığa
çevirməyə cəhd edirdi. Nəhayət, 804cü ildə on bir kampaniyadan sora Saksoniya
sakitləşdi və Karolinq əraziləri üzərinə əlavə edildi.
Şarlemanın imperiyası qərbi və mərkəzi Avropanın əksər ərazisini tuturdu, XIX
əsrdə Napoleona qədər Avropada heç bir imperiya bu ölçünü görməmişdi. Onun gücü
böyüdükcə, bir ən qüdrətli xristian hökmdarı kimi nüfuzu da artırdı. Bir rahib onun
imperiyasının «Avropa səltənəti» adlandırmışdı. Şarleman 800-cü ildə romalıların
imperatoru kimi yeni titulu qəbul etdi və həmin ili Papa Leo tacı Şarlemanın başına
qoyub, onu romalıların imperatoru adlandırdı. Bu hadisə üç yüz il sonra da Roma
imperiyasının konsepsiyasının dözə bilən möhkəmliyini nümayiş etdirirdi. Ən
əhəmiyyətlisi isə o idi ki, bu roman xristian və alman elementlərinin qarışığını
rəmzləndirirdi. Bu, Avropa sivilizasiyasının bünövrəsini təşkil edirdi.
Şarleman şimalda Şimal dənizindən cənubda İtaliyaya qədər və Avropanın
qərbində Fransadan mərkəzi Avropada Vyanaya qədər uzanırdı. Bu imperiya Aralıq
dənizi dünyasını əhatə edən Roma imperiyasından da əhəmiyyətli dərəcədə fərqlənirdi.
210
Yeni sivilizasiya meydana çıxmışdı və Şarlemanın sonrakı bioqrafiyasını yazanlardan
birinin adlandırdığı kimi o, «Avropanın atası» kimi görünürdü.
Şarlemanın 814-cü ildəki ölümündən sonra tezliklə Karolinq imperiyasının
parçalanması başlandı. Oğlu Mömin Lui ona varislik etmişdi. Güclü hökmdar
olmadığından onun özünün dörd oğlu daim bir-birilə vuruşurdu.
Atalarının 843-cü ildəki ölümündən sonra sağ qalan üç oğul Verden
müqaviləsini imzaladılar. Bu saziş Karolinq imperiyasını üç başlıca bölməyə parçaladı.
Qərbi Frank torpaqları sonra Fransa krallığının özəyini təşkil etdi. Şərqi ərazilər
Almaniyaya çevrildi, «Kiçik çarlıq» isə Şimal dənizindən Aralıq dənizinə qədər
uzanmaqla Niderlandı, Reynlandı və Şimali İtaliyanı əhatə edirdi.
Dostları ilə paylaş: |