4. Çingiz xanın monqol imperiyası
Monqollar Asiyada qəribə bir sürətlə hakimiyyətə qalxdılar. Müasir
Monqolustan regionundakı çoban xalq klanlarda və tayfalarda sərbəst qaydada təşkil
olunmuşdular və çox vaxt bir-birilə müharibələr aparırdılar. Liderlərdən biri Temuçin
Monqol tayfalarını birləşdirəndə və 1206-cı ildə Çingiz xan (1162-1227-ci illər) titulunu,
bu, «Kainat hökmdarı» mənasını verirdi, qəbul edəndə həmin vəziyyət dəyişdi. O
vaxtdan etibarən Çingiz xan güclü hərbi qüvvə yaratdı və özünü döyüşlərə, yürüşlərə
həsr etdi. Çingiz xan qeyd edirdi ki, «İnsanın ən yüksək sevinci qələbədədir: öz
düşmənlərini məğlub etməkdə, onları təqib etməkdə, mülkiyyətlərindən məhrum
etməkdə, əzizlərini ağlatmaqda, atlarını çapmaqda, arvadlarını və qızlarını
qucaqlamaqdadır». Çingiz xan öldükdən sonra onu bərabər qaydada səriştəli olan
oğlanları və nəvələri əvəz etdi.
Monqollar XIII əsrdə səhnəyə qasırğa kimi çıxdılar, onlar şərqə tərəf irəliləyib,
Çini və Koreyanı işğal etdilər. Çingiz xanın nəvələrindən biri Xubilay xan Çində işğalı
başa çatdırıb, hökmdarları Yuan kimi tanınan yeni Çin sülaləsini yaratdı. 1279-cu ildə
Xubilay xan Çinin paytaxtını Xanbalığa («Xanın şəhərinə») köçürdü, sonralar bu şəhər
Pekin kimi Çin adı ilə tanındı.
Monqollar həmçinin qərbə tərəf, İslam imperiyasına qarşı hərəkət etdilər. Persiya
1233-cü ildə təslim oldu, 1258-ci ildə isə onlar Bağdadı işğal edib, Abbasid xilafətini
məhv etdilər. 1230-cu illərin əvvəllərindən Avropanın içərilərinə hərəkət etdilər. Onlar
Rusiyanı işğal edib, Polşaya və Macarıstanın içərilərinə irəlilədilər və 1241-ci ildə
polyak qüvvələrini və Tevton cəngavərlərini Sileziyada darmadağın etdilər. Elə bil ki,
Avropaya bir xoşbəxtlik bəxs olundu. Monqol orduları daxili vuruşmalara görə geri
döndülər. Qərbi və cənubi Avropa beləliklə monqolların qəzəbindən yayınmalı oldu.
Bütövlükdə, monqollar Avropada kiçik təsirə malik oldular, baxmayaraq ki, onlar
tərəfindən Rusiyanın işğalı müəyyən qədər saxlanıb, qalmaqda davam edən effektlərə
malik oldu.
Dostları ilə paylaş: |