6. Hunlar
Avropadakı xalqların hunlarla tanışlığı IV əsrə təsadüf edir. 375-ci ildə qotlar
Orta Asiya çöllərindən hərəkət edən hun ordularının qabaqdakı atlı dəstələri ilə
qarşılaşmışdılar. Hunlar ostqotları darmadağın etmiş, tabe olmayan vestqotları isə geri,
qərbə doğru sıxışdırmışdılar. Roma imperiyasının hakim dairələri vestqotlara Dunayın
aşağı sahillərində məskunlaşmağa icazə vermişdi.
Attila 434-cü ildən hunlara başçılıq edirdi. 443-cü, 447-448-cci illərdə Şərqi Roma
imperiyasına, 451-ci ildə Qalliyaya, 452-ci ildə Şimali İtaliyaya viran qoyucu yürüşlər
etmişdi. Buna görə Attilanı Avropa üçün «bəla» adlandırırdılar. Attilanın dövründə
hunların ittifaqı özünün ən böyük qüdrətinə çatmışdı.
Hunları yalnız 451-ci ildə Katalaun çölündə (müasir Fransadakı Şampan vilayəti)
alman dəstələrinin iştirakı ilə romalıların birləşmiş qüvvələri dayandırmağa müvəffəq
oldu. 453-cü ildə hunların rəhbəri Attila şərqi Roma imperiyasına yürüş hazırlayanda
öldü. Hətta almanların «Nibelunqlar haqqında nəğmə» dastanında xalqların Böyük
köçündən bəhs edildikdə, hadisələrin təsvirinin mərkəzində Burqundiya krallığının
hun sərkərdəsi Attilanın qoşunları tərəfindən məhv edilməsindən söhbət açılır. Attilla
öldükdən sonra onun işğal etdiyi nəhəng ərazilər parçalanmağa başladı. Onu da qeyd
etmək lazımdır ki, alman tayfalarının eksponsiyasını nə hunlar, nə də romalılar
dayandıra bilmirdi.
Dostları ilə paylaş: |