Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə18/105
tarix28.12.2016
ölçüsü3,87 Mb.
#3727
1   ...   14   15   16   17   18   19   20   21   ...   105
 

3. Müqəddəs Roma imperiyası 

 

Sakson kralları alman krallıqları üzərində öz ağalıqlarını möhkəmləndirib, 



Şarleman imperiyasını diriltdilər. Sali kralları adlanan yeni sülalə 1024-cü ildən 

başlayaraq, iki əsrə yaxın müddətdə güclü alman monarxiyası və qüdrətli imperiya 

yaradıb, ordularını İtaliyaya soxdular. İtaliya müdaxilə üçün olan bir zonaya oxşayırdı, 

çünki onun mərkəzi siyasi hakimiyyəti yox idi. Mühüm kübarlar şimali İtaliyanı 

özlərinə tabe etmək üçün mübarizə aparanda, mərkəzi İtaliya Papalıq dövlətlərinin 

nəzarətində qaldı. Cənubi İtaliyada Lombard Hersoqları, müsəlmanlar və bizanslılar elə 

bil ki, daimi bir münaqişədə idilər.  

Qviskarın («Hiyləgər») başçılığı altında bir qrup norman macəra axtaranları 

İtaliyanın şimalını işğal etdi. Onun qardaşı Rocer 1091-ci ildə müsəlman Siciliyasını 

özünə tabe etdi, oğlu isə Siciliya kralı kimi taclandı. XII əsrin sonundan Norman krallığı 

Avropada ən qüdrətli dövlətlərdən biri idi, xristian, yəhudi və müsəlman 

mədəniyyətlərinin içində qarışdığı bir qazan olmaqla, dövlət öz rəsmi sənədlərini latın, 

yunan və ərəb dillərində dərc edirdi. Norman krallığı İtaliyanın cənubunda olmaqla, 

həm də alman krallarının iddialarından uzaqda idi. Lakin alman kralları heç vaxt 

bütünlüklə imperiyanı bərpa etmək barədəki istəklərindən imtina etmirdilər. Yalnız 

Hohenştaufen sülaləsi bunu reallığa çevirdi.  

Barbarossa kimi tanınan Fridrix yeni növ imperiyanın (1152-1190-cı illər) 

bünövrəsini yaratmağa cəhd etdi. Hohenştaufen sülaləsindən olmaqla o, kral seçildi. 

Müqəddəs Roma imperiyası adlandırdığı «müqəddəs imperiyanın» başlıca gəlirini 

mərkəz kimi İtaliyadan götürməyi planlaşdırırdı. Lakin İtaliyanın şimalını işğal etmək 

cəhdi çətinliklərə səbəb oldu. Papalıq dövlətini də ona birləşdirmək istəyinə görə Papa 

bu plana qarşı çıxdı və imperator Fridrixin qüvvələrini 1176-cı ildə məğlub etdi.  

Fridrixin ölümündən sonra VI Henri Almaniyaya, şimali və cənubi İtaliyalara 

nəzarət etməklə Şarlemandan sonra ən güclü Avropa hökmdarına çevrildi. Lakin 

Henrinin imperiyası tezliklə süqut etdi.  

Onun oğlu II Fridrix imperator kimi taclanana qədər vaxtının çoxunu 

Almaniyada keçirirdi. Onun başlıca vəzifəsi Şimali İtaliyaya nəzarəti əldə etmək idi. Bu, 

Mərkəzi İtaliyada Papalıq dünyəvi dövlətinin sonu olmalı idi. Şimali İtaliyanın azad 

şəhərləri də öz azadlıqlarını itirmək istəmirdilər. II Fridrix İtaliyada imperiya yaratmaq 



211 

 

üçün 1273-cü ildə Almaniyanı qarışıqlıq və xaos vəziyyətində tərk etdi. Alman kralı 



olan Müqəddəs Roma imperatoru nə Almaniyada, nə də İtaliyada heç bir real 

hakimiyyətə malik deyildi. 

Fransa və İngiltərədən fərqli olaraq, nə Almaniya, nə də İtaliya orta əsrlərdə 

birləşmiş milli monarxiya yarada bilmədilər. Onların hər ikisi yüzlərlə kiçik müstəqil 

dövlətlərin kral və ya imperatorun yayğın idarəçiliyi ilə sərbəst konfederasiyası kimi bir 

coğrafi məna kəsb etdi. Bu bir faktdır ki, nə Almaniya, nə də İtaliya XIX əsrə qədər 

birləşmiş dövlətə çevrilə bilmədi.  

II Fridrixin ölümündən sonra isə İtaliya siyasi qarışıqlıq mühitinə düşdü.  

 

 


Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin