Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə10/105
tarix28.12.2016
ölçüsü3,87 Mb.
#3727
1   ...   6   7   8   9   10   11   12   13   ...   105
 

I   

 

Qədim imperiyalar 

 

1. Mesopotamiya imperiyaları və digərləri  

 

Qədim imperiyaların da bir çoxunun taleyi Hitler Reyxindən o qədər də 



fərqlənmirdi. Mesopotamiyada Sarqonun yaratdığı imperiya o qədər də çox yaşamadı, 

190 ildən sonra tarix səhnəsini tərk etməli oldu.  

B.e.ə. XVIII əsrdəki Hammurabi imperiyasının yaradıcısı, Köhnə Babilistan çarı 

olmaqla, öz əleyhdarlarını parçalamaqla, bir-bir onları özünə tabe edirdi. Bu yolla o, 

Şumerə və Akkada nəzarəti ələ keçirmişdi. Hammurabi də özünü «Babilin günəşi, 

dünyanın dörd hissəsini özünə tabe edən» adlandırırdı. Qədim imperatorlar özlərinə 

qəribə titullar uydurmaqda mahir idilər.  Onun bir fərqi onda idi ki, müharibə adamı 



194 

 

olduğu kimi, həm də sülh adamı idi. O, dövlət işlərinə böyük maraq göstərirdi. 



Məbədlər, mühafizə divarları və irriqasiya kanalları tikdirirdi, ticarəti inkişaf etdirirdi, 

iqtisadi canlanmaya nail olmuşdu. O, özünü xalqa dinclik gətirən çoban adlandırırdı, 

şəhərinin üzərində öz xeyirxah kölgəsinin sərildiyini bildirirdi.  

Lakin Hammurabi daha çox öz qanun məcəlləsi ilə xatırlanır. Əsrlər ərzində 

onun Kodeksi adamlar arasındakı əlaqələri nizamlamışdı. Hammurabi Kodeksi həmin 

cəmiyyəti möhkəm bir ədalətə malik olan sistem kimi nümayiş etdirirdi.  

Misir cəmiyyəti b.e.ə. 3100-cü ildən 1650-ci ilə qədər olan Köhnə və Orta 

çarlıqları əhatə etməklə, onların başında allah-çar dayanırdı. Firon I Ahmoz ları məğlub 

edib, Misirdən qovmaqla, ölkəni yenidən birləşdirdi və yeni imperial dövlət yaratdı. 

Yeni Çarlıq b.e.ə. 1550-1070 illərdə mövcud olmaqla III Amenhotepin hökmranlığı 

dövründə (b.e.ə. 1412-1375-ci illər) öz inkişafının yüksək nöqtəsinə çatdı. XIII əsrdə 

«Dəniz adamları» adlananların yeni müdaxiləsi Misirin Xanaandakı hakimiyyətini 

məhv etdi və misirliləri öz köhnə sərhədlərinə qaytardı. Misir imperiyasının da günləri 

başa çatdı.  

Hettlər b.e.ə. 1600-cü illər dövründə ətrafa yayılmağa başlayıb, XIV əsrdə indiki 

qərbi Türkiyədən şimali Suriyaya qədər ərazidə öz nəzarətini qurdu. Mitanni çarlığının 

qüdrətini məhv etdi. Hettlər ilk hind-avropa xalqı idi ki, dəmirdən istifadə edirdi, bu, 

onları daha güclü silah qayırmağa qadir edirdi.  

B.e.ə. 1200-cü illər ətrafında Dəniz adamlarının qərbdən hücumu və təcavüzkar 

tayfaların Hett şəhərlərinə yürüşü nəticəsində Hett hakimiyyəti öz sonuna çatdı. Vaxtilə 

isə Hett imperiyası qərbi Asiyada ən böyük qüdrət sahibi idi. Onun hökmdarları 

«Böyük çar» kimi tanınırdı.  

Hettlər Mitanni çarlığını dağıdanda, onların ağalıq etdikləri assuriyalılar  

nəhayət müstəqil oldular. Sonrakı 250 il ərzində Assuriya imperiyasının ekspansiyası 

və tənəzzülü bir-birini əvəz edirdi. Tədricən Assuriya ən iri orduya malik oldu. B.e.ə. 

845-ci ildə III Şammaneser Fərat çayını keçməklə yadda qalan kampaniyasında 120 min 

nəfərlik orduya başçılıq etmişdi. Həm də bu ordu müstəsna dərəcədə yaxşı təşkil 

olunmuş və intizamlı idi. Şimali-şərqdəki Assuriya imperiyasının hücumundan sonra 

b.e.ə. XI əsrin sonunda vaxtilə qüdrətli dövlət olan İsrailin gücü süqut etdi və İsrail 

Assuriyaya bac verməyə məcbur edildi. İsraillilərin çoxu Assuriya imperiyasının başqa 

hissələrinə köçürüldü.  

İşğal edilən ərazilər bir qayda olaraq imperiyaya əyalətlər kimi daxil olurdular. 

B.e.ə. 700-ci ildən Assuriya imperiyası öz qüdrətinin yüksək zirvəsinə çatdı və onun 

ərazisi Mesopotamiyadan, Kiçik Asiyanın hissələrindən, Suriyadan, Xanaandan və 

Fivadan yuxarıda olan Misirdən ibarət idi. Babil şəhəri b.e.ə. 689-cu ildə assuriyalılar 

tərəfindən qarət edildikdə, sakinlər güclü Assuriya hökmdarı Aşurbanipala qarşı üsyan 

qaldırmışdılar.  

Xaldeylər semit dilli xalq olmaqla, b.e.ə. VII əsrdə Babilistanda güclü təsirə nail 

oldular və Mesopotamiyada Assuriyanın nəzarətinə başlıca müqavimət təşkil etdilər. 

Xaldey çarı Nabunolossar Midiya qüvvələri ilə birləşib b.e.ə. 612-ci ildə Assuriya 

paytaxtı  Nineyviyanı işğal etdi. II Nabuhadonosor isə (b.e.ə. 605-562-c illər) Assuriya 

imperiyasının son məğlubiyyətinə nail oldu. Onun dövründə Babilistan kənd 

təsərrüfatı və ticarət hesabına, toxuculuq və metal istehsalına görə xeyli varlandı. 



195 

 

Nabuhadonosor öz imperiyasının paytaxtı kimi Babili yenidən tikdi və ona qədim 



dünyanın böyük şəhərlərindən birinin möhtəşəmliyini verdi. Şəhər qülləli divarlarla 

əhatə olunmuşdu, onun ətrafına Fərat çayının suyu ilə doldurulmuş xəndəklər 

çəkilmişdi. İştar Qapısı zəfər yolunun başlanğıcı idi. O, həm də dünyanın yeddi 

möcüzəsindən biri olan məşhur Asılı bağları saldırmışdı. Bu möcüzəni o, vətənindəki 

dağlar üçün darıxan midiyalı arvadına görə həyata keçirmişdi. Lakin dəbdəbəli Yeni 

Babilistan imperiyası qısa müddətli oldu. B.e.ə. 539-cu ildə Persiya fatehi Kir Babili işğal 

etdi və babillilər onu xilaskar kimi salamladılar.  

Həm assuriyalılar, həm də Yeni Babilistan çarları qəddarlıqları ilə fərqlənirdilər. 

Assuriyalılar öz düşmənlərini hələ öz qəddarlıqları ilə üzləşməmişdən əvvəl tez 

qaydada təslim olmağa inandırırdılar. Onlar terror taktikası ilə məşhurlaşmışdılar, bu 

məsələdə onlar heç də digər Yaxın Şərq işğalçılarından fərqlənmirdilər. Şəhərləri qarətə 

məruz qoyub, məhv edirdilər, taxıl zəmilərini yandırır, meyvə ağaclarını kəsirdilər. 

Onlar öz əsirlərinə qarşı zorakılıqları, amansızlıqları ilə «şöhrət tapmışdılar». Assuriya 

çarı Aşurbanipal götürdüyü əsirlərin çoxunu odda yandırırdı. O, lovğalanırdı ki, şəhər 

qapısının qarşısında cəsədlərdən təpə düzəltmişdir. Onların dərisini şəhər 

divarlarından kənarda sərdirmişdi. İmperiyanın hökmranlığına qarşı qiyam qaldıran öz 

ərazilərində isə o, müstəsna vəhşilik nümayiş etdirirdi.  

IX əsrin sonunda İsrail Assuriyaya bac verməyə məcbur edildi. Sonrakı əsrdə isə 

İsrailin özü dağıdıldı. Assuriyalıllar b.e.ə. 722 və ya 721-ci illərdə İsrail çarlığını viran 

qoydular və çox sayda israillini öz imperiyalarının başqa hissələrinə deportasiya etdilər. 

Səpələnmiş israillilər («on itirilmiş tayfa») qonşu xalqların arasında meydana çıxıb, öz 

xalqlarına mənsubluqlarını itirdilər.  

Xaldeylər də çar II Nabuhodonosorun başçılığı altında İudeyanı (əvvəlki çarlığın 

digər hissəsini) işğal edib, b.e.ə. 586-cı ildə Yerusəlimi bütünlüklə dağıtdılar. Yuxarı 

sinifdən olan adamların çoxu İudeyadan Babilistana deportasiya edildi. Bu sürgünün 

acı xatirəsi Bibliyada öz əksini tapdı. Lakin İudeya xalqı üçün bu, son olmadı  və Xaldey 

çarlığının dağıdılması onların xilasına səbəb oldu.  

Persiyalılar hind-avropa dilində danışan xalq olmaqla, midiyalılarla cənubi-

şərqdə yaşamaqla onun təbəəsi idilər. B.e.ə. 559-cu ildə Kir persiyalıların lideri olmaqla

onları öz hakimiyyəti altında birləşdirdi və 550-ci ildə Midiya üzərində Persiyanın 

nəzarətini qurdu. Üç il sonra o, qərbi Kiçik Asiyadakı varlı Lidiya çarlığını məğlub etdi 

və onu öz satrapiyasına çevirdi. Kirin qoşunları İon dənizi sahilindəki yunan şəhər-

dövlətlərini işğal etdi. Sonra o, şərqə tərəf döndü, İran yaylasının şərq hissəsini, 

Soqdiyanı və hətta Qərbi Hindistanı özünə tabe etdi. 539-cü ildə Mesopotamiyaya girib, 

Babilistanı Persiya əyalətinə çevirdi. O, babilistanlıların hüsn-rəğbətini qazandı. B.e.ə. 

VI əsrin əvvəlində Babilə gətirilmiş iudeyalılara Yerusəlimə qayıtmağa, onlara öz 

şəhərlərini bərpa etməyə və məbədlərini yenidən tikməyə icazə verdi.  

B.e.ə. 530-cu ildə Böyük Kir Soqdiyadan massagetlərin ərazisinə girdikdə 

döyüşdə öldürüldü. Öz müasirləri üçün o, həqiqətən də Böyük Kir epitetinə layiq idi. 

Persiyalılar onu özlərinə «ata» sayırdılar. Assuriya hökmdarlarına bənzəməyərək, 

mərhəmətli çar reputasiyasına malik idi. Midiyalılar, babilistanlılar və yəhudilər onu 

özlərinin qanuni hökmdarı hesab edirdilər.  




196 

 

Persiya çarı I Dara imperiyanı daha da möhkəmləndirdi. O, Misir qanununu 



kodifikasiya etdi və Qırmızı dənizlə Aralıq dənizini birləşdirmək üçün kanal tikdirdi. 

İmperiyanın Hindistandakı ərazisini İnd çayına qədər genişləndirdi. Avropanın 

içərilərinə hərəkət edib, Frakiyanı işğal etdi və Makedoniya çarını vassala döndərdi. O, 

Yunanıstana müdaxilə etdikdə, b.e.ə. 490-cı ildəki həmin yürüş Marafon döyüşündə 

afinalıların qələbəsi ilə nəticələndi.  

Daranın hökmranlığı dövründə persiyalılar dünyada o vaxtadək dünyada 

görünməmiş çox iri bir imperiya yaratdılar. Ona Yaxın Şərqdəki köhnə güc mərkəzləri – 

Misir, Mesopotamiya və Assuriya daxil idi. İmperiya həm də qərbdə Frakiyaya və Kiçik 

Asiyaya, şərqdə isə Hindistanın içərilərinə qədər genişlənmişdi.  

O, Persiya imperiyasını öz idarəçiliyi altında saxlayanda, orada 

kommunikasiyanın səmərəli sistemi mühüm əhəmiyyət daşıyırdı. Yaxşı saxlanan yollar 

hərbi və hökumət adamlarını mənzilə tez çatdırmağa qadir idi.  

Çar Yolu kimi tanınan bu yollardan biri xüsusən Kiçik Asiyadakı Lidiyanın 

mərkəzi Sardıdan Persiya imperiyasının əsas paytaxtı Suzaya qədər uzanırdı. 

Persiyalılar da assuriyalılar kimi çar xəbərçilərini təzə atlarla təmin etmək üçün 

dayanacaq postları qurmuşdular.  

Persiyalıların b.e.ə. 490-cı ildə Marafon döyüşündə afinalılar tərəfindən 

məğlubiyyətindən sonra, xüsusən 479-cü ildə afinalılar yenidən Persiya ordusu 

üzərində həlledici qələbə çaldılar. Persiya qoşunlarının qalıqları Asiyaya geri çəkildilər.  

Persiyalıların məğlubiyyətindən sora Afina onlara qarşı öz yeni liderliyini təmin 

etmək üçün Delos Liqası adlanan konfederasiya yaratdı. Bu liqada başlanğıcda 

afinalılar ağalıq edirdi. Liqadakı böyük dövlətlər – Lesbos, Samos və Xios onu gəmilərlə 

təmin etdiyi halda, kiçik icmalar pulla maddi yardım göstərirdi. Afinanın başçılığı 

altında Delos Liqası Persiya imperiyasına hücum etmək istəyirdi. Faktiki olaraq Egey 

dənizi sahilindəki bütün yunan dövlətləri Persiyanın nəzarətindən azad edilmişdi və 

b.e.ə. 469-cü ildə Persiya donanması və ordusu Kiçik Asiyanın cənubunda qəti 

məğlubiyyətə düçar oldu. Delos Liqası tezliklə Afina imperializminin özəyinə çevrildi. 

Həm də Afinadan kənarda iki imperiya – Yunanıstanda quru ərazidəki imperiya və 

Egeydə dəniz imperiyası yaratmağa cəhd edildi. Lakin Sparta və onun müttəfiqləri ilə 

Birinci Pelloponnes müharibəsi getdi. Afina qurudakı imperiyadan imtina etdi. Sparta  

isə öz növbəsində onun dəniz imperiyasının genişlənməsini tanıdı. Yunan dövlətləri 

b.e.ə. V  əsrin sonunda tənəzzülə uğradı, VI əsrin birinci yarısında Sparta hakimiyyəti 

də süqut etdi. Böyük Aleksandrın atası çar II Filippin başçılıq etdiyi Makedoniya inkişaf 

etməyə başladı.  

 

 

 



 

 

 




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin