Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə77/105
tarix28.12.2016
ölçüsü3,87 Mb.
#3727
1   ...   73   74   75   76   77   78   79   80   ...   105
 


413 

 

 



 

4. Afrika qul ticarəti 

 

Afrika ətrafında üzəndə portuqaliyalıların ilk məqsədi Ədviyyat adalarına dəniz 



yolunu tapmaq olsa da, onlar tezliklə Afrikanın özündən mənfəət götürmək imkanını 

da kəşf etdilər.  Digər avropalılar da bu işi görməyə başladılar.  

Portuqaliyalılar Afrikalının hər iki – qərb və şərq sahillərində hər şeydən əvvəl 

qızıl ticarətinə ağalıq etmək üçün fortlar tikdilər. Ancaq XVII əsrin ortalarında 

hollandlar Qərbi Afrika sahillərindəki bir neçə fortu tutdular və elə həmin vaxt Hind 

okeanından keçən Portuqaliya qızıl ticarətinin çoxunu öz nəzarətləri altına aldılar.  

1602-ci ildə yaranan ticarət koloniyası olan Holland Şərqi İndiya Kompaniyası 

hökumətin sponsorluğu ilə həmçinin Cənubi Afrikada, Xoş Ümid Burnu yaxınlığında 

məskən saldı. Bu Ədviyyat adaları yolundakı Holland gəmilərini qida və digər 

ehtiyatlarla təmin etmək üçün bir baza olacaqdı. Həqiqətən də bu, daimi koloniyaya 

çevrildi, burlar kimi tanınan holland fermerləri burada Keyptaun şəhərinin ətrafında 

məskunlaşmağa başladılar. Mülayim iqlimi ilə yanaşı, tropik xəstəliklərdən azad olan 

bu zona məskunlaşmaq üçün avropalıların diqqətini cəlb etdi.  

Afrika sahil xəttinin avropalılar tərəfindən tədqiq edilməsi qitənin içərilərində 

yaşayan afrikalıların çoxuna toxunmurdu, lakin sahilə yaxın yaşayan adamlara onun 

təsiri böyük idi. XVII və XVIII əsrlərdə qul ticarəti böyüdükcə minlərlə, sonra isə 

milyonlarla afrikalı öz vətənindən köçürülüb, zorla Yeni Dünyanın plantasiyalarına 

daşınırdı.  

Qul ticarəti yolu heç də yeni deyildi. Dünyanın digər zonalarında olduğu kimi, 

qədim zamanlardan Afrikada da quldarlıq mövcud idi. Afrika qullarının ilkin bazarı 

Orta Şərq idi, orada onların çoxu ev nökərləri kimi istifadə olunurdu. Bir çox Avropa 

ölkələrində də həmçinin quldarlıq var idi, ora qullar Afrikadan və ya müharibə əsirləri 

kimi Qara dənizin şimal regionlarından gətirilirdi, ev işlərinə kömək etməkdə və ya 

kənd təsərrüfatı işçiləri kimi istifadə edilirdi.  

İlk başlanğıcda portuqaliyalılar sadəcə avropalı qulları afrikalılarla əvəz etdilər. 

XV əsrin ikinci yarısı ərzində hər il bir minə yaxın qul Portuqaliyaya gətirilirdi. 1490-cı 

illərdə Amerikaların kəşfi ilə cənubi Amerikada və Karib adalarında şəkər qamışının 

becərilməsi situasiyanı kəskin surətdə dəyişdi.  

Şəkər qamışı Avropaya ilk dövrlərdə Orta Şərqdən səlibçilər vasitəsilə 

gətirilmişdi. XV əsp ərzində isə şəkər qamışı plantasiyaları Braziliyanın şərq sahilində 

və Karib dənizinin bir neçə adasında yaradıldı. Qamışdan olan şəkərə tələbat 

böyüdükcə, daha çox işçi qüvvəsi tələb etməyə başladı və bu tələbat Yeni Dünyada 

xəstəliklərdən xeyli azalmış amerikan hindu əhalisi ilə ödənə bilməzdi.  Qərbi 

Afrikanın çox hissəsinin iqlimi və torpağı şəkər qamışı becərilməsinə yararlı 

olmadığından, Afrika qulları Braziliyaya və Karib adalarına daşınmağa başlandı ki, 

orada plantasiyalarda işləsinlər. 1518-ci ildə ilk ispan gəmisi afrikalı qulları Afrikadan 

birbaşa Yeni Dünyaya gətirmişdi.  

Sonrakı iki əsr ərzində qul ticarəti xeyli artdı və Avropa, Afrika və Amerika 

qitələrini birləşdirən «üçbucaq ticarətin» bir hissəsinə çevrildi. Bu, yeni Atlantika 



414 

 

iqtisadiyyatını xarakterizə edirdi. Avropalı tacir gəmiləri (əsasın İngiltərə, Fransa, 



İspaniya, Portuqaliya və Holland respublikasına məxsus olanlar) tüfəng, cin (spirtli 

içki) və parça kimi Avropa manufaktura mallarını Afrikaya daşıyırdı, oradan isə qul 

yükü ilə qayıdırdı. Qullar Amerikalara göndərilib, satılırdı. Avropa tacirləri sonra 

tütün, patka, şəkər, rom, kofe və xam pambığı alıb, onları Avropa bazarlarında satmaq 

üçün həmin qitəyə göndərirdilər.  

XVI əsr ərzində təqribən 275 min afrikalı qul edilərək, başqa ölkələrə 

göndərilmişdi, onlardan hər il 2 mini təkcə Amerikaya gəlirdi. XVII əsrdə qulların sayı 

1 milyondan artığa qalxdı, XVIII əsrdə isə ticarət Qərbi və Mərkəzi Afrikadan Şərqi 

Afrikaya yayılanda 6 milyon nəfərə çatdı. XIX əsrdə Böyük Britaniya və digər Avropa 

ölkələri qul ticarətinə son qoymağa cəhd etdikdə, hətta bu vaxt Afrikadan 2 milyon qul 

ixrac edilmişdi. Bütövlükdə XVI və XIX əsrlər arasında 10 milyona qədər afrikalı qul 

Amerikalara göndərilmişdi. Onun yarısına qədəri Britaniya gəmilərində daşınmışdı, 

qalanları fransız, holland, Portuqaliya, Danimarka və sonralar isə Amerika gəmilərində 

daşınmanın  payına düşürdü.  

Qulların təəccüb doğuran sayının bir səbəbi də ölüm dərəcəsinin yüksək olması 

idi. Afrikadan Amerikalara qulların səfəri Orta Keçid kimi məşhurdur, bu, üçbucaq 

ticarət yolunun orta ayağı idi. Afrika qulları bir gəmidə 300-dən 450-yədək adam 

olmaqla, yük gəmilərinə yüklənirdilər, orada ayağa qalxmaq üçün heç bir yararlı otaq 

olmurdu və ya qullar sanitar qaydalara riayət edilmədən zəncirdə saxlanırdılar.  

Onların Amerikaya səfəri vaxtı belə vəziyyətdə ən azı 100 gün qalırdılar. Ölüm 

dərəcəsi orta hesabla 10 faiz idi. Tufan və ya əks tərəfə əsən külək nəticəsində əmələ 

gələn daha uzun səfərlərdə ölüm dərəcəsi xeyli yüksək olurdu. Yeni Dünyada doğulan 

və böyüyən qulların arasında ölüm dərəcəsi aşağı olurdu, yeni nəsil çox sayda ölümcül 

xəstəliklərə qarşı immunitet qazanırdı. Qul sahiblərinin çoxu, xüsusən Qərbi İndiyada 

olanlar inanırdılar ki, yeni qulu satın almaq, uşağı doğulandan yeniyetməlikdə işləyənə 

qədər böyütməkdən daha az xərcə başa gəlir.  

Qul ticarətinin effekti zonadan zonaya fərqli idi. Əlbəttə, bu qulların və onların 

ailələrinin həyatlarına faciəli təsir göstərirdi. Qul ticarəti həm də bir sıra zonaların 

əhalisinin azalmasına və çox sayda Afrika icmalarını, özünün gənc və bədəncə möhkəm 

üzvlərindən məhrum edirdi. Qul ticarətinin siyasi effektləri də viranedici idi. Daimi qul 

ehtiyatını saxlamaq ehtiyacı da Afrika qəbilə başçıları arasında müharibələri və 

zorakılığı artırırdı.  

Avropa intellektualları tərəfindən humanitar hissiyyat xorunun qalxmasının 

əksinə, qara qullardan istifadə Qərb cəmiyyəti üçün uzun müddət ərzində xeyli 

dərəcədə yararlı olaraq qalırdı.  

 


Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin