409
3. İspan imperiyası
İspaniya kralı II Filipp taxt-taca (1556-1598-ci illər) gələndə artıq imperiya
mövcud idi, onun vəzifəsi ata V Karldan (I Karlosdan) qalmış torpaqları qoruyub
saxlamaq və konsolidasiya etmək idi. Bu torpaqlara İspaniya, Niderland, İtaliyadakı
ərazilər və Yeni Dünypa daxil idi. Filipp elə bir hökumət quruluşunu miras kimi
götürmüşdü ki, müxtəlif dövlətlərin və İmperiya ərazilərinin hər biri kralla fərdi
əlaqədə idi. O, bütöv bir hökumətin mərkəzində dayanmağa çalışırdı, bütün
məsələlərə, ən kiçik detallara da nüfuz edirdi. Hakimiyyəti bölüşdürməyə hazır
olmadığından, o, bəzi məsələlərdə uğursuzluğa düçar olurdu. Bir ispan məmuru
istehza ilə demişdi ki, «əgər Allah mənə ölüm hökmünü çatdırmaq üçün Eksorialdan
(Filippin daimi işlədiyi kral sarayı- müəllif) istifadə etsəydi, mən əbədi yaşayana
çevrilərdim». Çünki kral həftələrlə dövlət sənədləri ilə məşğul olurdu.
Filippin məqsədlərindən biri İspaniyanı Avropada aparıcı bir dövlət etmək idi.
İspaniyanın iqtisadiyyatının inkişafı Yeni Dünyadakı torpaqlardan daşınıb gətirilən
qızıl və gümüşdən asılı idi. Oranın kənd təsərrüfatı, kommersiyası, sənətkarlığı,
xüsusən toxuculuq məhsulu istehsalı, ipəyi və dəri malları da yaxşı gəlir mənbəyi idi.
Lakin xüsusən 1580-ci ildən sonra müharibə xərcləri artaraq, İspaniya
iqtisadiyyatını viran qoyurdu. Amerikanın qızıl və gümüşü heç vaxt kral gəlirlərinin 20
faizindən çoxunu təşkil etmirdi, ona görə də hökumət daha çox birbaşa və dolayı yolla
vergilər qoyurdu. Hətta hökumət borc götürməyə məcbur olurdu. Filipp bu borcların
həcmini yeddi dəfə artırmışdı.
II Filipp imperiyasının ən varlı hissələrindən biri olan İspan Niderlandı ən
katolik kral üçün, ilahi qüvvə tərəfindən özünü seçilmiş xalq hesab edən ispanlar
xristianlığı protestant yeretiklərindən xilas etdiyinə görə onu belə adlandırmışdılar,
böyük əhəmiyyət daşıyırdı. O, bütün Avropada katolisizmin əsl müdafiəçisinə
çevrilmişdi. Niderland 17 əyalətdən (müasir Niderland, Belçika və Lüksemburq) ibarət
idi. II Filipp ayrı-ayrı əyalətlərin ənənəvi imtiyazlarına məhəl qoymayaraq,
Niderlandda öz nəzarətini möhkəmləndirmək istəyirdi. Lakin kübarlar, kiçik şəhərlər
və əyalət hökumətləri buna müqavimət göstərirdilər. Filippə qarşı nifrət, Niderland
sakinləri üçün vergilər qaldırılanda daha da yüksəldi.
Filipp kalvinizmi məhv etmək istəyirdi, nəticədə din, üsyan üçün başlıca
katalizator rolunu oynadı. 1566-cı ildə kalvinistlər, xüsusən kübarlar katolik
kilsələrindəki heykəlləri dağıtmağa və vitraj pəncərələrini qırmağa başladılar. Filipp
hersoq Albanın başçılığı altında bu üsyanı yatırtmaq üçün 10 min nəfərlik ispan
veteranlarını və italyan qoşunlarını göndərdi. Sonra onu hersoq Parma əvəz etdi.
Niderland bu vaxt dini, coğrafi və siyasi xətlər üzrə iki düşmən cəbhəyə bölündü.
Mübarizə 1609-cu ilə qədər davam etdi və faktiki olaraq şimal əyalətlərinin müstəqilliyi
tanındı. Bu “Birləşmiş əyalətlər” tezliklə Holland respublikası kimi meydana çıxdı. Ön
cənub əyaləti isə İspaniyanın tabeliyində qaldı.
Bu vaxt ingilis Frensis Dreyk Yeni Dünyadan qızıl daşıyan ispan gəmilərini qarət
edirdi. Tədricən İngiltərə kraliçası I Elizabet Niderlandın işlərinə daha fəal qarışmağa
başladı. Bu İspaniya ilə İngiltərə arasında narazılığı artırdı. Nəticədə II Filipp öz ətrafı
tərəfindən inandırıldı ki, İngiltərəyə müdaxilə edilsə, ispanların gəldiyini görən xalq
410
kraliçaya qarşı mübarizəyə qalxacaqdır. Həm də kral başa düşürdü ki, nə qədər ki,
İngiltərə kömək göstərməkdə davam edir, Niderlandda qiyam heç vaxt sona
çatmayacaqdır. İngiltərəyə müdaxilə La-Manş boğazını keçməklə başlanacaqdı. İspan
Məğlubedilməz Armadası həmin ölkəyə bədbəxtlik gətirməli idi. İspan donanması
hədəfə doğru üzməyə başladı. Onlar ingilis hərbi-dəniz qüvvələrini darmadağın
etməyə ümid bəsləyirdilər. Lakin bu möcüzə baş vermədi. İspan donanması ingilislərlə
bir neçə toqquşmada məğlub oldu və vətənə geri qayıtmaq üçün şimala, Şotlandiya və
İrlandiya sahillərinə üzdü, bu vaxt indi də donanmanı tufan darmadağın etdi. İspan
Armadasının məğlubiyyəti İngiltərənin protestant ölkəsi olaraq qalmasına təminat
verdi. Məğlubiyyət həm də ispanlar üçün psixoloji zərbə xarakteri daşıdı.
İspaniya Yeni Dünyada öz imperiyasını yaradırdı. Lakin başlanğıcda İspan
işğalçıları burada koknistadorlar kimi tanınmaqla, heç də hökumət tərəfindən bu işə
cəlb edilməmişdilər, məhz özəl qaydada həmin macəraya girişmişdilər. Yaxşı silahları,
təşkilatçılıq bacarığı və qətiyyətlilikləri onlara uğur gətirirdi. Onlar həmçinin yerli
xalqlar arasında olan rəqabətdən fayda götürürdülər və yerli sakinlər Avropa
xəstəliklərindən ağır itkiyə məruz qalmaqla, detsimasiya olunurdular.
İspanlar Yeni Dünyaya gəlib çıxmamışdan əvvəl Mesoamerika (müasir Meksika
və mərkəzi Amerika) artıq bir sıra çiçəklənən sivilizasiyalara sahib idi. B.e.300-cü ilinə
yaxın Yukatan yarımadasında məskunlaşmağa başlayan xalq mayya kimi tanınmaqla
Amerikalarda ən irəli çıxmış sivilizasiyalardan birini qurmuşdu. Mayyalar uca
məbədlər və piramidalar tikmişdi, yüksək istedadlı sənətkarlara malik idi və çox ağıllı
təqvim düzəltmişdilər. Bu təqvim həmin dövrün dünyasının istənilən mövcudluğunda
dəqiqliyi ilə seçilirdi. Mayyalar aqrar xalq idi, sıx yağış maneələrini təmizləyir,
əkinçiliyi inkişaf etdirir və «qurama yorğan» şəklindəki şəhər-dövlətləri tikirdilər.
Mayya sivilizasiyası Mərkəzi Amerikanı və Cənubi Meksikanı əhatə edirdi. Məlum
olmayan səbəblərə görə, Mayya sivilizasiyası 800-cü illər ətrafında tənəzzülə uğradı və
bir əsrdən də az olmayan müddətdə süqut etdi.
Erkən XII əsr ərzində atsteklər kimi tanınan xalq uzun miqrasiyadan sonra
Meksika vadisinə gəlib çıxdı. Teksoko gölünün ortasındakı adada (indi Mexiko
şəhərinin yerləşdiyi yer) öz paytaxtları olan Tenoçtitlanı tikdilər.
Sonrakı yüzilliklərdə atsteklər digər şəhərlərini yaratdılar, məbədlər, digər
ictimai binalar, evlər, Teksoko gölündən şimala, cənuba və qərbə gedən və bir çox
adalarla qitəni birləşdirən daş dambalar inşa etdilər. XV əsrin başlanğıcında onlar 4 mil
məsafədəki bulaqdan təzə içməli suyu gətirmək üçün avseduk tikmişdilər. Atsteklər
yaxşı döyüşçülər idilər, onlar öz paytaxt şəhərini tikən vaxt, ətrafdakı zonanı da öz
nəzarətlərinə aldılar. XV əsrdən başlayaraq bura göl regionunda aparıcı şəhər-dövlətə
çevrildi. Həmin əsrin qalan dövründə atsteklər öz hakimiyyətləri altında olan ərazini
indiki Meksika ilə yanaşı, Atlantik okeanından Sakit okeana qədər genişləndirdilər.
Onun sərhədləri cənubda Qvatemalaya qədər uzanırdı. Yeni çarlıq mərkəzləşmiş dövlət
olmayıb, yerli ağaların idarə etdiyi yarımmüstəqil ərazilərin kolleksiyasından ibarət idi.
Onlar Atstek hökmdarına bac verirdilər. Bu sərbəst siyasi təşkilatlanma sonralar Atstek
imperiyasının yıxılmasına şərait yaratdı.
1519-cu ildə Ernan Kortesin (1485-1547-ci illər) komandanlığı altında ispan
ekspedisiyası Meksika körfəzindəki Verakrusda sahilə çıxdı. O, 550 əsgərdən və 12
411
atdan ibarət kiçik qoşunun başında Tenoçtitlana yürüş etdi. Bura yollanmamışdan
əvvəl o, atsteklərin zülmkar ağalığından cana doyan şəhər-dövlətlərlə ittifaq
bağlamışdı. Noyabrdı Kortes Tenoçtitlana gəldi və Atstek monarxı Montesuma
tərəfindən dostcasına qarşılandı. Əvvəlcə, Montesuma inanmışdı ki, qonaq, öz vətənini
bir neçə əsr əvvəl tərk etmiş və qayıdacağını vəd etmiş öz ali allahlarıdır. Montesuma
əcnəbilərə qızıl hədiyyələr və şəhərdə olduqları müddət üçün yaşamaqdan ötəri saray
verdi.
Lakin ispanlar tezliklə onların qonaqpərvərliyinə düşmənçiliklə cavab verdilər,
Montesumanı əsir götürdülər və şəhəri soyğunçuluğa məruz qoydular. 1530-ci ilin
payızında Kortesin buraya gəlməsindən bir il sonra yerli əhali qiyam qaldırdı və
müdaxiləçiləri şəhərdən qovdu. İspanlardan çoxu öldürüldü, lakin atsteklər tezliklə
yeni bədbəxtliklərlə üzlədilər. Bir atstekin nağıl etdiyi kimi, «ispanlar Meksikadan
qaçan vaxt bura böyük xəstəliklər və çiçək xəstəliyi gəldi». Avropalıların xəstəliklərinə
təbii immunitetləri olmayan atsteklərin çoxu xəstələndi və öldü. Bu vaxt Kortes yeni
yerli müttəfiqlərindən təzə əsgərlər aldı. Təkcə bir Tlakskala dövləti ona 50 min
döyüşçü vermişdi. Dörd aydan sonra şəhər təslim oldu.
Kortes və əsgərləri şəhərə daxil olduqda burada əsl qırğın başlandı. Kortesi
müşayiət edən bir ispanın yazdığı kimi, küçədə ölmüş hinduların cəsədlərini və
başlarını tapdalamadan gəzmək mümkün deyildi. Tenoçtitlanda ölənlər
Nabuhadonosorun Yerusəlimi işğal edərkən qırılan yəhudilərdən daha çox idi.
Atsteklər də yəhudilər kimi buna ağı deməli idilər. Quru torpaq üzərində və
çəpərlərdə cəsədlərdən topa düzəldilmişdi. Üfunət dözülməz idi, hətta Kortesin özü də
bu yayılan pis iydən xəstələnmişdi.
İspanlar sonra yeni viran qoymaq dalğasına başladılar. Piramidalar, məbədlər və
saraylar uçuruldu, yerlə yeksan edildi və onların daşları ispan idarəetmə binalarının və
kilsələrin tikilməsi üçün istifadə edildi. Çaylar və kanallar doldurulub, qurudulmuşdu.
Qüdrətli Atstek imperiyası Meksikanın qitə torpağında artıq yox idi. 1531-ci illə 1550-ci
illər arasında ispanlar şimali Meksikaya nəzarəti əldə etdilər.
XIV əsrdə İnka Perunun cənubundakı dağlarda 10 min funt hündürlüyündə
yerləşən şəhər kimi Kusko zonasındakı kiçik icma idi. 1440-cı illərdə onların güclü
hökmdarı Paçakutinin başçılığı altında İnka bütöv regionu öz nəzarətinə almaq üçün
işğal kampaniyasına başladı. Paçakuti yüksək dərəcədə mərkəzləşmiş dövlət yaratdı.
Paytaxt Kusko palçıqdan tikilən evlərdən olmağını dəyişib, daşdan olan bir şəhərə
çevrildi. Sonralar İnka imperiyasının sərhədləri Ekvadora, mərkəzi Çiliyə və Amazonka
hövzəsinin hüdudlarına qədər uzanırdı. İmperiyada təqribən 12 milyon əhali yaşayırdı.
İnka böyük inşaatçı idi. Onun ən böyük layihəsi uzunluğu 24.800 mil olan yollar
şəbəkəsini yaratmaq idi. Onlar bugünkü Kolumbiyanın sərhədindən Çilidəki indiki
Santyaqonun cənub nöqtəsinə qədər uzanırdı. İki başlıca yol şimal-cənub istiqamətində
idi, biri And dağlarından keçirdi, digəri isə onların arasındakı yolları birləşdirməklə
sahil boyu uzanırdı. Yol boyu bir günlük piyada yol getmək üçün olan məsafədə
istirahət evləri, anbar binaları tikilmişdi. Müxtəlif tipli körpülər, xüsusən dərin
dərələrin və çayların üstündən müasir növlərə bənzəyən asma körpülər qurulmuşdu.
İlk ispan ekspedisiyaları bu zonaya gələnə qədər İnka imperiyası 1530-cu ilin
dekabrında Fransisko Pisarrro 180 nəfərlik dəstəsi ilə Cənubi Amerikanın Sakit okean
412
sahilinə çıxdı. O da Kortes kimi polad silahlara, barıta və atlara malik idi. Bunların heç
biri yerli adamlara tanış deyildi. Pisarronun da xoşbəxtliyi onda idi ki, İnka
imperiyasında da bu vaxt çiçək xəstəliyi epidemiyası yayılmışdı. Atsteklər kimi İnka da
avropalıların xəstəliklərinə qarşı immunitetə malik deyildi və göründüyü kimi, çiçək
xəstəliyi tezliklə bütün kəndləri viran qoydu. Pisarronun yaxşı taleyi bir də onda idi ki,
hətta İnka imperatoru da xəstəliyin qurbanı oldu. İmperatorun vəfatından sonra onun
iki oğlu taxt-taca iddia etdi və bu, vətəndaş müharibəsi ilə nəticələndi. Pisarro bu
vəziyyətdən fayda götürüb, öz qardaşını məğlub ebən Ataualpanı əsir götürdü. Yalnız
daşlarla, oxlarla və yüngül nizələrlə silahlanmış İnka əsgərləri İspan atlıları ilə, həm də
onların tüfəngləri və topları ilə bacara bilməzdilər. Ataualpanı edam etdikdən sonra
Pisarro və onun əsgərləri öz İnka müttəfiqlərinin köməyi ilə Kuskoya girib, İnka
paytaxtını işğal etdilər. 1535-ci ildən Pisarro öz paytaxtını ispan imperiyasının yeni
koloniyası kimi Limada qurdu.
Yeni Dünyanın hindularına qarşı ispan siyasəti qarışıqlığın, pis rəhbərlikdən irəli
gələn paternalizmin və qəddar istismarın kombinasiyasından ibarət idi. Konkistadolar
öz maraqlarından çıxış etsələr də, mərhum kraliça İzabella tuzemləri Kastiliyanın
təbəələri elan etmişdi. Onun qoyduğu qaydaya görə işğalçı ispanlar təkcə bac yığmalı
deyildilər, həm də hindulara himayə göstərməli idilər. İspaniyadan üç min mil aralı
olan ispan sakinləri hökumətin siyasətinə, əsasən məhəl qoymurdular və zorakılıqla
hinduları öz iqtisadi mənafeləri üçün istifadə edirdilər. Hindular plantasiyalarda, çox
gəlirli qızıl və gümüş mədənlərində işlədilirdilər. İstismar qaydasındakı zəhmət, aclıq
və xüsusi xəstəlik hinduların həyatından qorxulu rüsum alırdı. Güman edilir ki, yerli
əhalinin 80 faizdən 40 faizə qədəri öldü.
Kolumb 1493-cü ildə İspaniyaya gələndə burada 100 min tuzem yaşayırdı, 1570-
ci ildə yalnız 300 hindu sağ qalmışdı. Mərkəzi Meksikanın əhalisi 1519-cu ildə təqribən
11 milyon olduğu halda, 1540-cı ildə 6,5 milyona, XVI əsrin sonunda isə 2,5 milyona
düşmüşdü.
İspan imperiyası hinduların sümükləri üzərində ucalmışdısa, ancaq özünün var-
dövlət sahibi olması ilə «öyünə bilərdi». Görən ispanlar hansı hüquqla onları
öldürürdülər? Axı onlar Allah adamları olmaqla günahsız idilər. Onlar ispanlara qədər
bu torpaqda, öz vətənlərində dinc yaşamışdılar. Onlar ispanlarla heç bir zərər
toxundurmadıqları halda, bu bədbəxtlər ağaları tərəfindən toplum qaydada
öldürülürdülər.
Yeni Dünyada ispan inzibati sistemi vitse-krallara əsaslanırdı. İspan torpaqları
əvvəldən iki hissəyə bölünmüşdü: paytaxtı Mexiko şəhəri olmaqla Yeni İspaniya (bura
Meksika, Mərkəzi Amerika və Karib dənizi adaları daxil idi) və Limadan vitse-kral
tərəfindən idarə edilən Peru (Cənubi Amerikanın qərbi). Hər iki vitse-kral İspaniya
kralının baş mülki və hərbi qulluqçusu kimi xidmət edirdi .
Papa sazişinə görə İspaniyanın katolik monarxlarına Yeni Dünyadakı dini işlər
üzrə müstəsna hüquqlar verilmişdi. Onlar yepiskopları və din xadimlərini təyin edə,
kilsələr tikə, ödənişləri toplaya, bütpərəstləri xristianlığa döndərmək üçün müxtəlif dini
qaydalara nəzarət edə bilərdilər.
Dostları ilə paylaş: |