Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış


Amerika koloniyalarının İstiqlaliyyət müharibəsi



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə84/105
tarix28.12.2016
ölçüsü3,87 Mb.
#3727
1   ...   80   81   82   83   84   85   86   87   ...   105
11. Amerika koloniyalarının İstiqlaliyyət müharibəsi 

 

Britaniyanın Şimali Amerikadakı koloniyalarında 1880-ci illərin böhranı 1776-cı 



ilə qədər davam etdi, bu vaxt kolonistlər Britaniya imperiyasından müstəqilliklərini 

elan etdilər. 4 iyul 1776-cı ildə İkinci Kontinental Konqress Tomas Cefferson tərəfindən 

yazılmış İstiqlaliyyət Deklarasiyasını bəyəndi. Deklarasiya Maarifçilərin irəli sürdüyü 

«həyat, azadlıq və xoşbəxtliyə can atmaq» barədəki təbii hüquqlara tərəfdar çıxdı və 




424 

 

bəyan etdi ki, koloniyalar «Britaniya tacı ilə birlikdən uzaqlaşmaqla azad və 



müstəqildir». Amerikanın istiqlaliyyəti uğrunda müharibə rəsmi olaraq başlandı.  

Böyük Britaniyaya qarşı müharibə böyük oyun idi. Britaniya nəhəng maliyyə 

resursları olan güclü Avropa hərbçi dövləti idi. İkinci Kontinental Konqress Corc 

Vaşinqtonun (1732-1799-cu illər) baş komandanlığı altında Kontinental ordunun 

yaradılmasına sərəncam verdi. Vaşinqton Virciniyada siyasi, fransız və hindu 

müharibələrində isə hərbi təcrübə qazanmışdı. O, bu iş üçün yaxşı seçim idi. 

kontinental ordu Britaniya qüvvələri ilə müqayisədə həvəskarlardan ibarət olmaqla

intizamsız qoşun idi. Döyüşçülərin xidməti də adətən qısa müddətli olurdu.  

Müharibə cəhdinin mürəkkəbliyi koloniyaların içindəki daxili ayrılıqlar idi. 

İstiqlaliyyət uğrunda vuruşmaqla İnqilabi Müharibə həmçinin vətəndaş müharibəsi idi, 

ailə üzvlərini və qonşuları birini digərinə qarşı qoymuşdu. Loyalistlər əhalinin 15 və 30 

faizi arasında idi, onları bu sual düşündürürdü ki, Britaniya siyasətçiləri üsyanı 

mühakimə edəcəklərmi? Loyalistlər Nyu-Yorkda və Pensilvaniyada güclü idi, 

varlılardan, yaşlılardan və siyasi cəhətdən mülayimlərdən ibarət idi.  

Koloniyalar, əhalinin yarısı bu mübarizə başlayanda güman ki, apatiya 

vəziyyətində idi, vətənpərvərlər də loyalistlər kimi əhalinin az hissəsini təşkil edirdi. 

Varlı vətənpərvərlər fermerləri və sənətkarları əhatə edən geniş koalisiyada 

birləşmişdilər. Koalisiyanın geniş sosial spektri müharibədən sonra nümayəndələrdən 

ibarət olan hökumətə də öz təsirini göstərdi.  

Britaniyadan əvvəllər məğlub olmuş xarici dövlətlərin, həmin məğlubiyyətin 

qisasını almaq istəyi ilə kömək göstərməsi koloniyalar üçün böyük əhəmiyyət kəsb 

edirdi. Fransızlar müharibənin başlanğıcından Britaniya ağalığına qarşı vuruşan 

kolonistləri silah və pulla təmin edirdi, fransız zabitləri və əsgərləri Vaşinqtonun 

Kontinental ordusunda xidmət edirdilər. General Kornuollisin Britaniya ordusu 

Vaşinqtonun komandanlıq etdiyi birləşmiş amerikan və fransız ordusuna təslim olmağa 

1781-ci ildə Yorktaunda məcbur edildikdə, Britaniya hökuməti müharibəni başa 

çatdırmağı qərara aldı. 1783-cü ildə imzalanan Paris müqaviləsi ilə amerikan 

koloniyalarının müstəqilliyi tanındı və amerikanlara Appalaç dağlarından Missisipi 

çayına qədər qərb ərazilərinə nəzarət etmək hüququ verildi.  

On üç amerikan koloniyası Amerika Birləşmiş Ştatları kimi öz müstəqilliyini 

qazandı. Lakin onlar güclü bir mərkəzi dövləti olan Birləşmiş Milləti qurmağa az həvəs 

göstərirdilər. 1787-ci ildə Filadelfiyada qurultaya gələn 55 nümayəndə Konfederasiya 

maddələrini təftiş etməli idi. Lakin onlar təftişdən imtina etdilər və yeni Konstitusiya 

yaratmağı qərara aldılar. Təklif olunan Konstitusiya fərdi ştatların hökumətlərindən 

fərqlənən və ali olan mərkəzi hökumət yaratdı. Milli hökumətə vergi qoymaq, milli 

ordunu qaldırmaq, daxili və xarici ticarəti nizamlamaq, milli valyuta yaratmaq 

səlahiyyətləri verildi. Mərkəzi və ya federal hökumət üç qola bölündü, onların hər biri 

digərlərinin fəaliyyətini yoxlamaq üçün müəyyən səlahiyyətə malik idi. prezident icra 

qolunun başçısı kimi qanunları icra etmək, qanunverici aktlara veto qoymaq, xarici 

işlərə nəzarət etmək və hərbi qüvvələri istiqamətləndirmək səlahiyyətlərinə malik 

olmağa xidmət etməli idi. Qanunvericilik hakimiyyəti hökumətin ikinci qanadı olmaqla 

ştat qanunvericiliyinin seçdiyi (sonralar bu, əhali tərəfindən birbaşa seçimlərlə əvəz 

olundu) Senatdan və xalqın birbaşa seçdiyi Nümayəndələr Palatasından ibarət olmaqla 



425 

 

ikipalatalı qanunverici orqan idi. Ali Məhkəmə və digər məhkəmələr Konqres 



tərəfindən «vacib» kimi hesab edilməklə hökumətin üçüncü qolu idi. Onlar 

Konstitusiyanı «Torpağın ali qanunu» kimi həyata keçirəcəkdilər. 

Birləşmiş Ştatların Konstitusiyası 1788-ci ildə ştatlar tərəfindən bəyənildi. 1789-cu 

ildə yeni Konqress Konstitusiyaya 12 yeni əlavələr etdi, onlardan 10-u ştatlar tərəfindən 

ratifikasiya edildi və o, həmin vaxtdan İnsan Haqları haqqında Bill kimi tanınır. Bu 

maddələr din, çıxış etmək, mətbuat, petitsiya (ərizə vermək, məsələ qaldırmaq) və 

toplaşmaq azadlığına təminat verirdi, həmçinin silah gəzdirmək, səbəbsiz axtarışlardan 

və həbsdən himayə edilmək, qanuni prosesə əməl edilməklə jüri tərəfindən mühakimə 

olunmaq və mülkiyyət hüququnun müdafiə edilməsi kimi hüquqlar verirdi. Bu 

hüquqların çoxu amerikanın kolonistləri arasında populyar olan XVIII əsr filosoflarının 

təbii hüquq fəlsəfəsindən götürülmüşdü.  

 

 



 


Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin