yerləşmişdilər. Baxmayaraq ki, 1476-cı ildə Rumıniya ərazisi olan Balaxiyanı
422
irəliləməsini dayandırmışdı. 1480-ci illə 1520-ci il arasında daxili problemlər və şərqdəki
sərhədləri konsolidasiya etmək ehtiyacı türkləri Avropada aparacaqları sonrakı
hücumlardan saxlamışdı.
Sultan Süleyman Kanuninin hökmranlığı (1520-1566-cı illər) ancaq türkləri geri,
Avropaya diqqət yetirməyə qaytardı. Dunay üzərində irəliləyib, türklər 1521-ci ildə
Belqradı və 1526-cı ildə Macarıstanı tutdular. Lakin 1529-cu ildə onların Vyananı işğal
etmək cəhdi dəf edildi. Elə bu vaxt türklər öz hakimiyyətlərini qərbə, Aralıq dənizinə
genişləndirib, onu iri Türkiyə gölünə çevirməklə hədələdi. Lakin türk donanması 1571-
ci ildə Lepantoda (indiki Yunanıstandadır) ispanlar tərəfindən darmadağın edildi.
Məğlubiyyətlərinə baxmayaraq, türklər Aralıq dənizinin şərq sahillərində nominal
nəzarəti saxlamaqda davam edirdilər.
Baxmayaraq ki, avropalılar dəfələrlə «dinsiz» türklərə qarşı yeni Xristian səlib
yürüşləri başlayacaqlarını demişdilər, XVIII əsrin əvvəllərində onda müttəfiq və ticarət
partnyoru axtarmaqla, Avropa hökmdarları Osmanlı imperiyasına başqa bir əsl Avropa
dövləti kimi münasibət bəsləyirdilər.
Osmanlı imperiyası yüksək səmərəsi olan hökumət sisteminə malik idi, ona
güclü sultanlar və ya qüdrətli böyük vəzifələr (baş nazirlər) rəhbərlik edəndə, bu
xüsusən nəzərə çarpırdı. Gözəl İstanbul hansısa bir Avropa şəhərindən daha çox
əhaliyə malik idi. Buna baxmayaraq, Osmanlı siyasətçiləri bəzi vaxtlarda qanlı
intriqalarla pozulurdu, fraksiyalar təsir və taxt-tac üstündə bir-birilə vuruşurdular. Bir
dəhşətli təcrübə ondan ibarət idi ki, sultan öz hakimiyyətinə qorxu yaranmaması üçün
öz qardaşlarını öldürməli olurdu.
Yaxşı təşkil olunmuş hərbi sistem həmçinin Osmanlı imperiyasının möhkəmliyi
üzərinə əlavə olunurdu. Xüsusən öz valideynlərindən götürülüb, müsəlman dininə
keçirilən və sərt hərbi intizama tabe olan məşhur yeniçərlər sultanın böyük qoşunun elit
özəyini təşkil edirdilər.
XVII əsrin birinci yarısında Osmanlı imperiyası «yatmış nəhəng» idi. Daxilindəki
qan axıdılması ilə və Persiyadan gələn çağırışdan sərt qaydada təhlükə hiss edən
osmanlılar Şərqi Avropadakı status-kvo ilə barışmalı oldular. Lakin XVII əsrin ikinci
yarısındakı yeni baş vəzirlər xəttinin rəhbərliyi altında Osmanlı imperiyası yenidən
təcavüzkar müharibələrə başladı. 1683-cü ildə osmanlılar Macarıstan düzənliyi ilə
yürüş edib, Vyananı mühasirəyə aldılar. Lakin avstriyalılar, polyaklar, bavariyalılar və
saksonlar tərəfindən dəf edilən türklər geri çəkildilər və yeni Avropa koalisiyası
tərəfindən Macarıstandan kənara atıldılar. Öz imperiyalarının özəyini saxlamalarına
baxmayaraq, Osmanlı türkləri bir daha heç vaxt Avropaya təhlükə törədə bilmədilər.
Dostları ilə paylaş: