10. Rusiya Böyük Yekaterina dövründə
Böyük Pyotrun altı varisinin hamısı saray qvardiyasının hakimiyyəti altına
düşmüşdü. Onlardan axırıncısı III Pyotr idi, onun alman arvadı Yekaterina Rusiyanı
öyrənmiş və qvardiyanın rəğbətini qazanmışdı. III Pyotr kübar fraksiyası tərəfindən
öldürüldükdə II Yekaterina bütün Rusiyanın avtokratı (1762-1796-cı illər) kimi
meydana çıxdı.
Yekaterina bacarıqlı qadın idi, filosofların əsərləri ilə tanış idi, fransız maarifçiləri
ilə məktublaşırdı. O, iddia edirdi ki, Rusiyada maarifçilik ideyaları xətti ilə islahat
keçirmək istəyir. Lakin o, başa düşürdü ki, onların uğuru saray qvardiyasının
dəstəyindən asılıdır. O, Rusiya kübarlığından uzaqlaşa bilməzdi. O, təhkimçiliyi,
işgəncələri və ölüm cəzasını ləğv etmək istəsə də, heç birini həyata keçirmədi.
Üç qüdrətli qonşu – Avstriya, Rusiya və Prussiya Polşanın öz aralarında
bölüşdürdü, hər üçü Polşa hesabına təqribən bərabər ərazilər aldı. 1772-ci ildə Polşa
torpaqlarının 30 faizini, əhalisinin isə 50 faizini itirdi. Qalan Polşa dövləti zahiri
qaydada müstəqil idi 1794-1795-ci illərdə isə general Tadeuş Kostyuşkonun (o, ABŞ-da
İstiqlaliyyət müharibəsində iştirak etmişdi) rəhbərliyi altında ümidsiz üsyandan sonra
Polşa dövlətinin Avstriya, Prussiya və Rusiya tərəfindən sonuncu məhv olunması baş
verdi.
Dostları ilə paylaş: |