Sıfır ehtimal
Buraya qədər təhlil etdiyimiz üç fərqli ehtimalı (amin turşularının düzgün düzülmə ehtimalı, hamısının sol əlli olma ehtimalı və hamısının peptid rabitəsi ilə birləşməsi ehtimalını) birləşdirsək, 10950-də 1 ehtimal kimi astronomik rəqəm ortaya çıxar. Bu ancaq kağız üstündəki ehtimaldır. Təcrübədə isə belə bir hadisənin baş vermə ehtimalı “sıfırdır”. Riyaziyyatda “1050-də 1” və ya daha kiçik bir ehtimal statistik baxımdan “sıfır”, yəni qeyri-mümkün ehtimal kimi qəbul edilir.
Təkcə bir zülal molekulunu əmələ gətirmək üçün amin turşularının dünyanın başlanğıcından bəri ard-arda heç vaxt itirmədən sınama və yanılma yolu ilə birləşib ayrıldıqlarını fərz etsək belə, yenə də 10950-də 1 ehtimalının baş tutması üçün lazımi müddət dünyanın bu günə qədərki ömründən çox artıqdır.
Bütün bunlardan belə nəticə çıxır: təkamül nəzəriyyəsi hələ tək bir zülalın əmələ gəlməsini açıqlama mərhələsində çətinliyə düşür.
Təkamül nəzəriyyəsinin ən qabaqcıl tərəfdarlarından prof. Riçard Dokinz də nəzəriyyənin düşdüyü çıxılmaz vəziyyəti belə ifadə edir:
Təhlil etdiyimiz növdən olan “şanslı” hadisə o qədər qorxunc dərəcədə ehtimaldan kənar olacaqdır ki, kainatın hər hansı bir yerində baş vermə şansı hər il milyard dəfə milyardda bir qədər az olacaqdır. Əgər bu ancaq kainatın hər hansı bir yerindəki bir planetdə baş vermişdirsə, bu, bizim planetimiz olmalıdır, çünki biz burada bu mövzu haqqında danışırıq.250
Təkamül nəzəriyyəsinin nüfuzlu tərəfdarlarının birinin bu cür mövqeyi nəzəriyyənin təməl məntiqinin səhv olduğunu çox açıq şəkildə əks etdirir. Dokinzin “Qeyri-mümkünlük dağına dırmaşmaq” adlı kitabında yazdığı yuxarıdakı ifadələri təkamülçülərin klassik “biz buradayıqsa, deməli, təkamül də baş vermişdir” şəklindəki heç bir açıqlaması olmayan ziddiyyətli məntiqinə nümunədir.
Göründüyü kimi, ən mühafizəkar təkamül tərəfdarları belə təkamül nəzəriyyəsinin canlıların hələ başlanğıc mərhələsini açıqlaya bilmədiyini etiraf edirlər. Ancaq çox maraqlıdır ki, bu vəziyyət qarşısında müdafiə etdikləri nəzəriyyənin həqiqətdən kənar olduğunu qəbul etmək əvəzinə, ehkamçı yanaşma ilə təkamülə bağlanmağı üstün tuturlar. Bu, tamamilə ideoloji mühafizəkarlıqdır.
Təbiətdə sınama və yanılma mexanizmi yoxdur
Nəticə olaraq buraya qədər bəzi nümunələrini sadaladığımız ehtimal hesablamalarının əsas məntiqilə əlaqədar çox mühüm cəhəti qeyd etmək lazımdır: yuxarıda hesabladığımız ehtimallar zülalların təsadüfən əmələ gəlməsinin qeyri-mümkün olduğunu göstərir. Ancaq hadisənin daha mühüm və təkamül nəzəriyyəsi baxımından içindən çıxılmaz tərəfi də var: əslində təbiətdə bu ehtimalların sınama prosesi belə başlaya bilməz. Çünki təbiətdə sınama və yanılma yolu ilə zülal hazırlamağa çalışan mexanizm yoxdur.
500 amin turşusundan ibarət bir zülalın əmələ gəlmə ehtimalını göstərmək üçün verdiyimiz hesablamalar sadəcə ideal (gerçək həyatda baş verməyən) sınama və yanılma mühiti üçün keçərlidir. Yəni şüurlu bir gücün təsadüfən 500 amin turşusunu birləşdirməsi, sonra bunun səhv olduğunu görüb hamısını tək-tək ayırması, daha sonra ikinci dəfə fərqli ardıcıllıqla düzməsi ilə yararlı zülalın əldə edilmə ehtimalı 10950-də 1-dir. Hər sınamada amin turşuları tək-tək ayrılıb yeni ardıcıllıqla düzülməlidir. Bundan başqa, hər sınamada 500 min turşusu da əlavə edildikdən sonra zülal hazırlanması dayandırılmalı və tək bir artıq amin turşusunun qarışmasının qarşısı alınmalı, zülalın əmələ gəlib-gəlmədiyinə baxılmalı, əmələ gəlmədikdə hamısının ayrılıb yeni bir ardıcıllıq sınanmalıdır. Habelə hər sınama əsnasında araya başqa heç bir yad kimyəvi maddə də qarışmamalıdır. Sınama zamanı əmələ gələn zəncirin 500 halqaya çatmadan parçalanmaması da şərtdir. Yəni əvvəldən bəri bəhs etdiyimiz ehtimallar əvvəlini, sonunu və hər mərhələsini şüurlu bir gücün idarə etdiyi, ancaq “amin turşularının seçilməsinin” təsadüflərə həvalə edildiyi tənzimlənən mexanizmlə baş verir. Təbii amillərin bu cür xüsusiyyətlərə malik olması mümkün deyil. Ona görə, təbii mühitdə bir zülalın əmələ gəlməsi tamamilə qeyri-mümkündür.
Bu mövzuları hərtərəfli dəyərləndirməyən və səthi yanaşan şəxslər zülalın əmələ gəlməsini sadə kimyəvi reaksiya kimi düşündükləri üçün “amin turşuları reaksiya nəticəsində birləşib zülal əmələ gətirir” kimi həqiqətdənkənar məntiq irəli sürürlər. Halbuki cansız təbiətdə təsadüfən baş verən kimyəvi reaksiyalar ancaq sadə birləşmələr əmələ gətirirlər. Onların say və növü də müəyyən və məhduddur. Daha kompleks kimyəvi maddə əldə etmək üçün böyük fabriklər, kimyəvi müəssisələr, laboratoriyalar lazımdır. Dərmanlar, gündəlik həyatda istifadə etdiyimiz bir çox kimyəvi maddə elə bu növdəndir. Zülallar isə sənayedə istehsal edilən bu kimyəvi maddələrdən daha kompleks quruluşa malikdir. Ona görə, hər hissəsinin yerli-yerində və planlı şəkildə yerləşməsi lazım olan mexaniki dizayn və mühəndislik möcüzəsi olan zülalların təsadüfi kimyəvi reaksiyalar nəticəsində əmələ gəlməsi əsla mümkün deyil.
Yuxarıda bəhs etdiyimiz bütün imkansızlıqları bir anlıq bir kənara qoyub yenə də yararlı zülal molekulunun “təsadüfən” öz-özünə əmələ gəldiyini fərz edək. Ancaq bu zaman da təkamül nəzəriyyəsi bir daha çıxılmaz vəziyyətə düşür.
Çünki bu zülal məhv olmaq üçün dərhal mövcud olduğu təbii mühitdən izolyasiya edilib çox xüsusi şərtlərdə qorunmalıdır. Əks təqdirdə bu zülal yer üzündəki amillərin təsiri ilə dərhal parçalanar və ya başqa turşular, amin turşuları və ya digər kimyəvi maddələrlə birləşərək xüsusiyyətini itirər, yararsız, tamamilə başqa maddəyə çevrilər.
Diqqət edilsə, buraya qədər nəzərdən keçirdiyimiz mövzu ancaq bir zülalın təsadüfən əmələ gəlməsinin qeyri-mümkün olması ilə bağlıdır. Halbuki təkcə insan bədənində təqribən 100.000 fərqli növdə zülal funksiya yerinə yetirir. Habelə məlum olan 1.5 milyon canlı növü var və hələ on milyon qədərinin mövcud olduğu hesab edilir. Bir çox zülal müxtəlif həyat şəraitində istifadə edilsə də, bütün bitki və heyvan aləmində 100 milyon və ya daha çox zülal növü var. Bu günə qədər nəsli kəsilmiş milyonlarla növ isə bu hesaba daxil deyil. Yəni yer üzündə yüz milyonlarla fərqli zülal şifrəsi mövcud olmuşdur. Bir zülalın təsadüflərlə açıqlana bilmədiyi nəzərə alınsa, yüz milyonlarla fərqli zülal şifrəsinin nə məna ifadə etdiyi başa düşülər.
Bu həqiqəti nəzərə aldıqda yer üzündəki canlıların necə mövcud olduğu sualının cavabının “təsadüflər” olmadığı açıq şəkildə görünür.
Dostları ilə paylaş: |