HƏyatin gerçƏK



Yüklə 1,74 Mb.
səhifə13/72
tarix06.02.2017
ölçüsü1,74 Mb.
#7785
1   ...   9   10   11   12   13   14   15   16   ...   72

Trilobitlər və Darvin


Kembri dövründə ani surətdə üzə çıxan müxtəlif canlı tiplərinin ən maraqlılarından biri sonradan nəsli kəsilmiş trilobitlərdir. Artropodlar (buğumayaqlılar) tipinə daxil olan trilobitlər bərk qabıqları, buğumlu bədənləri və kompleks orqanları ilə çox mürəkkəb canlılardır. Fosil qeydləri trilobitlərin gözləri haqqında da çox ətraflı məlumatlar əldə edilməsini təmin etmişdir. Bir trilobit gözü yüzlərlə kiçik pətək gözdən ibarətdir və bu pətək gözlərdən hər birinin içində cüt göz bülluru var. Bu göz quruluşu əsl yaradılış möcüzəsidir. Harvard, Roçester və Çikaqo universitetlərindən geologiya professoru Deyvid Roup: “450 milyon il əvvəl yaşamış trilobitlərin gözündə ancaq dövrümüzdə yaxşı təhsil almış və təxəyyülü olduqca güclü olan optika mühəndisi tərəfindən təkmilləşdiriləcək qədər mükəmməl dizayn vardır”, -deyir.69

Budur, sadəcə trilobitlərin bu qeyri-adi kompleks quruluşu belə darvinizmi tək başına əsassız edir. Çünki daha əvvəlki geoloji dövrlərdə bu canlılara bənzər heç bir kompleks canlı yaşamamışdır və bu da göstərir ki, trilobitlər heç bir təkamül prosesi olmadan üzə çıxmışdırlar. “Elm” (Science) jurnalındakı 2001-ci il tarixli bir məqalədə belə deyilir:

Buğumayaqlı filogeniyalarının kadist təhlilləri (müqayisəli anatomiyaya əsaslanan üsullarla aparılan təhlillər) trilobitlərin eucrustacea kimi artropod ağacındakı olduqca təkmil “budaqlar” olduğunu göstərir. Bu iddia edilən təkmil buğumayaqlı əcdadların varlığına dair isə heç bir fosil yoxdur... (Trilobitlərin) daha qədim mənşəyi olduğu kəşf edilsə belə, yenə də Kembri dövrünün əvvəlindəki bu qısa zaman kəsiyində nə üçün bu qədər çox heyvanın bədən ölçüsü baxımından böyüdüyünü və qabıq qazandığını açıqlamaq problem olaraq qalacaqdır.70

Kembri dövründəki bu qeyri-adi vəziyyət Çarlz Darvin “Növlərin mənşəyi”ni qələmə alarkən də az-çox məlum idi. O dövrün fosil qeydlərində də Kembri dövründə canlıların birdən-birə ortaya çıxdığı müşahidə edilmiş, trilobitlərin və digər bəzi onurğasızların ani surətdə üzə çıxdıqları müəyyən edilmişdi. Buna görə Darvin “Növlərin mənşəyi” adlı kitabında bu mövzuya toxunmaq məcburiyyətində qaldı. O dövrlərdə Kembri dövrü Silur dövrü adlandırılırdı. Darvin isə “məlum olan qədim fosil qeydlərində fərqli növlərin ani surətdə üzə çıxmasına dair” başlığı altında bu mövzuya toxunmuş və Silur dövrü haqqında belə yazmışdı:

Beləliklə, əgər mənim nəzəriyyəm doğrudursa, ən qədim silur təbəqəsinin əmələ gəlməsindən əvvəl çox uzun zaman kəsikləri keçməlidir, Silur dövründən bu günə qədər keçmiş zaman qədər uzun zaman kəsikləri. Lakin hələ də məlum olmayan bu zaman kəsikləri ərzində dünya canlı məxluqlarla dolub-daşmış olmalıdır. Bu böyük zaman kəsiklərinə aid fosil qeydlərini nə üçün tapa bilməməyimiz sualına isə verəcək qənaətbəxş cavabım yoxdur.71

Darvin: “Əgər nəzəriyyəm doğrudursa, dünya Silur (Kembri) dövründən əvvəl yaşayan canlılarla dolub-daşmalıdır”, -demişdi. Bu canlıların nə üçün heç bir fosili olmaması sualına isə bütün kitabı boyu təkrarladığı “fosillər çox azdır” bəhanəsilə cavab tapmağa çalışmışdı. Amma bu gün fosil qeydlərinin kifayət qədər olduğu və Kembri dövrü canlılarının əcdadları olmadığı üzə çıxmışdır. Bu isə Darvinin: “Əgər nəzəriyyəm doğrudursa”, -deyə başladığı cümləsini əksinə çevirməyimizi tələb edir; Darvinin fərziyyələri əsasını tapmamışdır və ona görə də nəzəriyyəsi doğru deyil.

Kembri dövrünə aid qeydlər həm trilobitlər kimi kompleks canlı orqani zmlərlə, həm də çox fərqli canlı orqanizmlərinin eyni anda ortaya çıxması ilə darvinizmi təkzib edir. Darvin kitabında: “Əgər eyni sinifə aid çox saydakı növ həqiqətən həyata bir anda və birlikdə başlayıbsa, bu təbii seçmə ilə ortaq əcdaddan təkamül keçirmə nəzəriyyəsinə öldürücü zərbə olar”, -deyə yazmışdır.72 Kembri dövründə isə əvvəlcədən də bildirdiyimiz kimi, növlər kimi bənzər kateqoriyalar bir tərəfə, 60-100 müxtəlif fərqli heyvan tipi həyata bir anda və birlikdə başlamışdır. Bu tam mənada Darvinin “öldürücü zərbə” kimi tərif etdiyi mənzərəni sübut edir. Buna görə isveçli paleontoloq Stefan Benqston Kembri dövründən bəhs edərkən: “Darvini təəccübləndirən və utandıran bu hadisə bizi də təəccübləndirir”, -deyir.73

Trilobitlər haqqında digər məsələ də bu canlılardakı 530 milyon illik pətək göz sisteminin bu günə qədər heç dəyişmədən gəlib çatmasıdır. Arı və ya cırcırama kimi dövrümüzdə yaşayan bəzi həşəratlar da eyni göz quruluşuna malikdir.74 Bu tapıntı təkamül nəzəriyyəsinin canlıların ibtidaidən aliyə doğru inkişaf etməsi iddiasına da “öldürücü zərbə” vurur.



Onurğalı canlıların təkamülü iddiası


Kembri dövründə ani surətdə üzə çıxan heyvan tiplərindən biri əvvəldə bildirdiyimiz kimi, mərkəzi sinir sisteminə malik olan chordata (xordalılar) tipidir. Chordata və ya dilimizdəki qarşılığı ilə xordalıların yarımtipi isə onurğalılardır. Balıqlar, amfibiyalar (suda-quruda yaşayanlar), sürünənlər, quşlar və məməlilər kimi əsas siniflərə ayrılan onurğalılar, şübhəsiz, heyvanlar aləminin ən mühüm canlılarını təşkil edirlər.

Təkamülçü paleontoloqlar hər canlı şöbəsini başqa bir şöbənin təkamül xarakterli davamı kimi görməyə çalışdıqları üçün xordalıların başqa bir onurğasız şöbəsindən təkamül yolu ilə əmələ gəldiyini iddia edirlər. Ancaq bütün şöbələr kimi, chordata şöbəsinin üzvlərinin də Kembri dövründə üzə çıxması bu iddianı elə başından əsassız hala salır.

Əvvəlki səhifələrdə bildirdiyimiz kimi, 1999-cu ildə 530 milyon illik Kembri balıqları tapılmışdır və bu tapıntı təkamül nəzəriyyəsinin bu mövzudakı bütün iddialarının yanlış olduğunu isbat etmək üçün kifayətdir.

Kembri dövründə müəyyən edilən ən qədim xordalı isə pikaia adlandırılan, uzun bədənə malik olan və ilk baxışda soxulcanları xatırladan dəniz canlısıdır.75 Pikaia əcdadı kimi, irəli sürülən bütün digər şöbələrdəki növlərlə eyni anda və heç bir ara forma olmadan ortaya çıxmışdır. Təkamülçü bioloq prof. Mustafa Kuru “Onurğalı heyvanlar” adlı kitabında bu ara forma yoxluğunu belə ifadə edir:

Xordalıların onurğasız heyvanlardan əmələ gəlməsinə şübhə yoxdur. Ancaq onurğasızlarla xordalılar arasındakı keçidi işıqlandıran bir fosilin tapılmaması bu mövzuda bir çox fərziyyənin irəli sürülməsinə səbəb olmuşdur.76

Əgər ortada bir ara keçid forma yoxdursa, necə olur ki: “Bu təkamülün baş verdiyinə şübhə yoxdur”, -deyilə bilir? Bir fərziyyəni onu dəstəkləyən dəlil olmadığı halda, heç şübhə olmadan qəbul etmək elmi deyil, doqmatik davranışdır. Belə ki, cənab prof. Kuru yuxarıdakı ifadəsindən sonra onurğalıların mənşəyi haqqındakı təkamülçü fərziyyələrdən uzun-uzadı bəhs etdikdən sonra ortada bir dəlil olmadığını bir daha qəbul etmək məcburiyyətində qalır:

Xordalıların mənşəyi və təkamülü məsələsində yuxarıda bildirilən fikirlər hər hansı bir fosil qeydinə əsaslanmadığına görə, həmişə şübhə ilə qarşılanmışdır.77

Təkamülçü bioloqlar bəzən “xordalıların və digər onurğalıların mənşəyilə bağlı fosil tapılmamasının səbəbi onurğasız canlıların yumşaqtoxumalı olmaları və ona görə də fosil izi qoymamalarıdır” kimi açıqlama verirlər. Lakin əslində bu açıqlama doğru deyil, çünki onurğasız canlılara aid də çox sayda fosil qalığı var. Kembri dövrü canlılarının hamısı onurğasızdır və bu növlərə aid on minlərlə fosil nümunəsi tapılmışdır. Məsələn, Kanadadakı Burqes Şeyl yatağında yumşaqtoxumalı bir çox canlılnın fosili var, elm adamları Burqes Şeyl kimi bölgələrdə canlıların oksigen faizi çox aşağı olan palçıq təbəqələri ilə birdən-birə örtüldüklərini və bu sayədə yumşaqtoxumalıların dağılmadan fosilləşdiyini düşünürlər.78

Təkamül nəzəriyyəsi pikaia kimi ilk xordalıların da zaman ərzində balıqlara çevrildiyini güman edir. Ancaq “xordalıların təkamülü” iddiasını dəstəkləyən hər hansı ara forma fosili tapılmadığı kimi, “balıqların təkamülü” iddiasını dəstəkləyən fosil də yoxdur. Əksinə, bütün fərqli balıq kateqoriyaları fosil qeydlərində bir anda və heç bir əcdadları olmadan üzə çıxmışdırlar.

Robert Karol təkamülçülərin qədim dövr onurğalıları arasındakı müxtəlif siniflərin mənşəyi ilə əlaqədar düşdükləri çıxılmaz vəziyyəti belə etiraf edir:

Hələ də başıxordalılar və kəlləlilər arasındakı keçidlə bağlı heç bir dəlilimiz yoxdur. Onsuz da kəlləlilərin fosillərdə saxlamasını gözlədiyimiz bütün əyani xüsusiyyətləri kifayət qədər məlumatımız olan ən qədim dövrə aid olan onurğalılar sərgiləyir. Çənəli onurğalıların mənşəyini üzə çıxaracaq məlum heç bir fosil yoxdur.79

Başqa bir təkamülçü paleontoloq Cerald T.Tod “Sümüklü balıqların təkamülü” adlı məqaləsində bu həqiqət qarşısında bu cür çarəsiz sualları sıralayır:

Sümüklü balıqların hər üç sinfi də fosil təbəqələrində eyni anda və ani surətdə ortaya çıxırlar... Bəs bunların mənşəyi nədir? Bu cür fərqli və kompleks məxluqları ortaya çıxaran nədir? Nə üçün onların əcdadları olan canlıların izlərindən əsər-əlamət yoxdur?80


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin