Təkamülçü mənbələrdə amin turşularının mənşəyi problemi buraya qədər sadaladığımız bütün əsassızlıqlarına baxmayaraq, Miller eksperimenti ilə ört-basdır edilməyə çalışılır. Bu tutarsız təcrübə ilə sözügedən problemin çoxdan həll olunduğu şəklində təsəvvür verərək təkamül nəzəriyyəsinin içinə düşdüyü çıxılmaz vəziyyətlər gizlədilməyə çalışılır.
Ancaq həyatın mənşəyini təsadüflərlə açıqlama cəhdinin ikinci mərhələsində təkamül nəzəriyyəsini amin turşularından daha böyük problem gözləyir: zülallar. Yəni yüzlərlə fərqli amin turşusunun müəyyən ardıcıllıqla bir-birlərinə bağlanaraq əmələ gətirdikləri canlıların tərkib hissələri.
Zülalların təbii şərtlərdə təsadüfən əmələ gəldiklərini irəli sürmək amin turşularının təsadüfən əmələ gəldiklərini irəli sürməkdən daha ağılsız iddiadır. Amin turşularının zülalları əmələ gətirmək üçün uyğun ardıcıllıqlarda təsadüfən birləşmələrinin riyazi cəhətdən qeyri-mümkünlüyünü əvvəlki səhifələrdə ehtimal hesablamaları ilə təhlil etmişdik. Ancaq zülalın əmələ gəlməsi kimyəvi cəhətdən də ibtidai dünya şərtləri daxilində mümkün deyil.
Əvvəlki səhifələrdə də bildirdiyimiz kimi, amin turşuları zülal əmələ gətirmək üçün kimyəvi cəhətdən birləşərkən aralarında “peptid rabitəsi” deyilən xüsusi rabitə qururlar. Bu rabitə qurularkən bir su molekulu əmələ gəlir.
Bu vəziyyət ibtidai həyatın dənizlərdə əmələ gəldiyini irəli sürən təkamülçü izahatı əsassız edir. Çünki kimyada Le Şatelye Prinsipi kimi tanınan bir qanuna görə reaksiya nəticəsində su əmələ gəlirsə, bu reaksiyanın (kondensasiya reaksiyası) su ehtiva edən mühitdə baş verməsi mümkün deyil. Sulu mühitdə bu cür reaksiyanın baş verməsi kimyəvi reaksiyalar daxilində “baş vermə ehtimalı ən az olan”dır.
Beləliklə, təkamülçülərin həyatın başladığı və amin turşularının əmələ gəldiyi yerlər kimi bildirdikləri okeanlar amin turşularının birləşərək zülalları əmələ gətirməsi üçün əsla uyğun olmayan mühitlərdir.263
Digər tərəfdən, təkamül tərəfdarlarının bu həqiqət qarşısında iddialarını dəyişdirib ibtidai həyatın quruda əmələ gəldiyini irəli sürmələri də qeyri-mümkündür. Çünki ibtidai atmosferdə əmələ gəldiyi fərz edilən amin turşularını ultrabənövşəyi şualardan qoruyacaq yeganə mühit dənizlər və okeanlardır. Amin turşuları quruda ulrtrabənövşəyi şüalar tərəfindən parçalanırlar. Le Şatelye Prinsipi isə amin turşularının dənizlərdə əmələ gəlməsi iddiasını təkzib edir. Bu da təkamül nəzəriyyəsi üçün əsl dilemmadır.
Əvvəlki səhifədə açıqladığımız müəmma ilə üz-üzə qalan təkamülçü tədqiqatçılar bütün nəzəriyyələrini alt-üst edən bu “su problemini” həll etmək üçün müxtəlif ssenarilər uydurmağa başladılar. Bu tədqiqatçılardan ən məşhuru olan Sidney Foks problemi həll etmək üçün çox qəribə nəzəriyyə irəli sürdü. Onun fikrincə, ilk amin turşuları ibtidai okeanda əmələ gəldikdən dərhal sonra bir vulkanın yanındakı qayalıqlara sürükləniblər. Sonra da tərkibində amin turşuları olan qarışıqdakı su yüksək temperatur nəticəsində buxarlanıb. Beləliklə, “quruyan” amin turşuları zülalları əmələ gətirmək üçün birləşə bilərlər.
Lakin bu “qarışıq” çıxış yolu da o qədər mənimsənilmədi. Çünki amin turşuları Foksun irəli sürdüyü dərəcədə temperatura qarşı müqavimət göstərə bilməzdilər. Aparılan araşdırmalar amin turşularının yüksək temperaturda dərhal məhv olduqlarını üzə çıxarmışdır.
Ancaq Foks həvəsdən düşmədi. Laboratoriyada “çox xüsusi şərtlər daxilində” saflaşdırılmış amin turşularını quru mühitdə isidərək birləşdirdi. Amin turşuları birləşdirilmişdi, ancaq zülallar yenə əldə edilə bilmədi. Əldə etdiyi bir-birinə təsadüfən birləşmiş, bəsit və nizamsız amin turşuları halqaları idi və hər hansı bir canlı zülalına bənzəmirdi. Habelə əgər Foks amin turşularını eyni temperaturda saxlamağa davam etsəydi, əmələ gəlmiş yararsız amin turşusu halqaları yenidən parçalanacaqdı.
Təcrübəni əsassız edən başqa bir cəhət isə Foksun daha əvvəl Miller eksperimentində əldə edilmiş amin turşuları deyil, canlı orqanizmlərdə istifadə edilən saf amin turşuları istifadə etməsi idi. Lakin Millerin təcrübəsinn davamı iddiasındakı təcrübə Millerin gəldiyi nəticəyə əsaslanmalı idi. Amma nə Foks, nə də başqa heç bir tədqiqatçı Millerin əldə etdiyi yararsız amin turşularından istifadə etmədi.
Foksun sözügedən təcrübəsi təkamülçü dairələrdə belə çox müsbət qarşılanmadı. Çünki Foksun əldə etdiyi yararsız amin turşusu zəncirlərinin (proteinoidlərin) təbii şərtlər daxilində əmələ gəlməyəcəyi çox aydın idi. Habelə canlıların tərkib hissəsi olan zülallar hələ də əldə edilməmişdi. Zülalların mənşəyi problemi əvvəldə olduğu kimi hələ də həll edilməmişdi. Məşhur elmi jurnal “Kimya mühəndisliyi xəbərləri”ndə (Chemical engineering news) o dövrdə dərc edilən bir məqalədə Foksun keçirdiyi təcrübə haqqında belə yazılmışdı:
Sidney Foks və digər tədqiqatçılar çox xüsusi isitmə texnikasından istifadə edərək dünyanın ilk dövrlərində heç mövcud olmamış şərtlər daxilində amin turşularını “proteinoidlər” adlanan şəkildə bir-birinə bağlamağı bacardılar. Bununla belə, bunlar canlılardakı çox nizamlı zülallara heç bənzəmirlər. Onlar heç bir işə yaramayan, nizamsız ləkələrdən başqa bir şey deyillər. İlk dövrlərdə bu molekullar, əgər həqiqətən meydana gəlmişlərsə də, onların parçalanmamaları mümkün deyil.264
Həqiqətən də Foksun əldə etdiyi “proteinoidlər” həqiqi zülallardan quruluş və funksiya cəhətdən tamamilə fərqli idilər. Zülallarla proteinoidlər arasında mürəkkəb texniki cihazla metal yığını arasındakı qədər fərq vardı.
Habelə bu nizamsız amin turşusu yığınlarının belə ibtidai atmosferdə yaşama imkanları yox idi. Dünyanın o dövrki şərtləri daxilində yer üzünə gələn sıx ultrabənövşəyi şüaların və nəzarətsiz təbii şərtlərin zərərli, məhvedici fiziki və kimyəvi təsirləri bu proteinoidlərin belə yaşamasına imkan vermədən parçalanmalarına səbəb olacaqdı. Amin turşularının ultrabənövşəyi şüaların çata bilmədiyi suyun altında mövcud olmaları isə Le Şatelye prinsipinə görə mümkün deyil. Bu faktlar işığında elm adamları arasında proteinoidlərin həyatın başlanğıcını əmələ gətirən molekullar olduğu fikri getdikcə təsirini itirdi.
Dostları ilə paylaş: |