HƏyatin gerçƏK


Malik olduğunuz hər şey əslində xəyaldır



Yüklə 1,74 Mb.
səhifə63/72
tarix06.02.2017
ölçüsü1,74 Mb.
#7785
1   ...   59   60   61   62   63   64   65   66   ...   72

Malik olduğunuz hər şey əslində xəyaldır...


Açıq şəkildə göründüyü kimi, bizim “xarici dünya” ilə birbaşa təmasda olmadığımız, Allahın müntəzəm olaraq ruhumuza göstərdiyi surəti ilə təmasda olduğumuz elmi və məntiqi həqiqətdir. Bəzi insanlar isə bu həqiqət üzərində düşünmək istəmirlər.

Bu mövzuda bir az səmimi düşünsəniz, evinizin, içindəki əşyalarınızın və ya antik əşyalarınız, yeni aldığınız avtomobilin, ofisinizin, qiymətli əşyalarınızın, bankdakı hesabınızın, qarderobunuzun, həyat yoldaşınızın, uşaqlarınızın, iş yoldaşlarınızın və malik olduğunuz digər şeylərin də əslində zehninizdə olduğu həqiqətini dərk edərsiniz. Ətrafınızda gördüyünüz, eşitdiyiniz, qoxuladığınız, qısada desək, beş duyğu orqanınızla qavradığınız hər şey bu “xəyali dünyaya” aiddir, ən çox sevdiyiniz müğənninin səsi, oturduğunuz stulun bərkliyi, qoxusu xoşunuza gələn ətir, sizi isidən günəş, rəngləri ilə insanı heyran edən çiçək, pəncərənizdən çöldə uçan bir quş, dənizdə sürətlə hərəkət edən motorlu qayıq, bol məhsul verən bağınız, işdə istifadə etdyiniz kompyuter və ya dünyadakı ən keyfiyyətli texnologiyaya malik musiqi mərkəziniz...

Bu, həqiqətdir, çünki dünya ancaq insanı sınamaq üçün yaradılan bir aləmdir. İnsanlar qısa həyatı boyu əsla əsli ilə təmasda olmayacaqları hisslərlə sınanırlar. Bu xəyallar isə, xüsusilə bərbəzəkli və cəlbedici göstərilir. Bu həqiqət Quranda belə xəbər verilir:
Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. (Lakin bütün) bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır. (Ali-İmran surəsi, 14)
İnsanların əksəriyyəti malik olduqları və ya olmağa çalışdıqları malların, pulların, yığdıqları qızılın, gümüşün, dolların, qiymətli daş-qaşın, qiymətli kağızların, kredit kartlarının, istifadə etdikləri paltarların, son marka avtomobillərin, qısaca desək, hər cür var-dövlətin sehri ilə dinlərini bir kənara qoyub axirəti unudur və ancaq dünyaya bağlanırlar. “İşim var”, “ideallarım var”, “öhdəliklərim var”, “vaxtım azdır”, “çatdırmalı işlərim var”, “sonra edəcəyəm”, -deyərək, dünyanın “bərbəzəkli və cəlbedici” tərəfində aldanaraq namaz qılmır, mallarını kasıblara vermir, axirət üçün qazanc olan ibadətlərə yönəlmirlər. Əksinə, ancaq dünyada qazanc əldə etməyə çalışaraq ömürlərini boş yerə sərf edirlər. “Onlar dünya həyatının zahirini bilirlər, axirətdən isə xəbərsizdirlər.” (Rum surəsi, 7) ayəsində məhz bu aldanma tərif edilir.

Kitabın bu bölməsində izah etdiyimiz həqiqət isə bütün bu dünyəvi istəkləri və həvəsləri mənasızlaşdırması baxımından çox vacibdir. Çünki bu həqiqətin başa düşülməsi insanların malik olduqları və olmağa çalışdıqları hər şeyin – mülklərinin, varlığı ilə öyündükləri övladlarının, özlərinə ən yaxın hesab etdikləri həyat yoldaşlarının, ən çox sevdikləri dostlarının, bədənlərinin, üstünlük hesab etdikləri mövqelərinin, oxuduqları məktəblərin, keçirdikləri tətillərin hər birinin kölgə varlıqdan ibarət olduğunu göstərir. Bu təqdirdə bu şeylər üçün onlarda olan həvəs və istək, sərf edilən zaman, göstərilən səylər də əbəs yerədir.

Deməli, bəzi insanlar malik olduqları mal və mülkləri, yaxtaları, vertolyotları, fabrikləri, şirkətləri, villaları ilə sanki onların əsli ilə təmasda olurmuş kimi öyündükdə əslində gülünc vəziyyətə düşürlər. Yaxtalarında səyahət edənlər, dostlarına avtomobilləri ilə lovğalananlar, zənginliklərini hər fürsət düşəndə dilə gətirənlər, mövqelərinin özlərini hər kəsdən üstün etdiyini zənn edənlər, bunlarla özlərini digərlərinə göstərdiklərini hesab edənlər əslində zehinlərindəki görüntülərə özlərini göstərdiklərini anladıqda nə vəziyyətə düşəcəklərini bilməlidirlər.

Bunların bənzərlərini yuxularında da tez-tez görürlər. Yuxularında da evləri, çox sürətli avtomobilləri, çox qiymətli daş-qaşları, qalaq-qalaq pulları, qızıl və gümüşləri var. Yuxularında da yüksək vəzifədə işləyir, minlərlə insanın işlədiyi fabrikləri olur, bir çox insana hökm edəcək qədər gücləri olur, hər kəsin heyran qaldığı paltarlar geyinirlər... Ancaq yuxuda malik olduqları ilə öyünmək onları necə gülünc vəziyyətdə qoyursa, eyni şəkildə bu dünyada təmasda olduqları görüntü ilə də öyünmək buna bərabərdir. Yuxularında gördükləri də, bu dünyada təmasda olduqları da zehinlərindəki görüntüdən ibarətdir.

Bunun kimi, dünyada yaşadıqları hadisələrə verdikləri reaksiyalar da həqiqəti anladıqda bu insanları utandıracaqdır. Özündən çıxaraq dalaşanlar, qışqıranlar, fırıldaqçılıq edənlər, rüşvət alanlar, saxtakarlıq edənlər, yalan danışanlar, xəsislik edənlər, insanlara əziyyət verənlər, onları döyüb-söyənlər, azğın təcavüzkarlar, mövqe-vəzifə həvəsi üçün çalışıb-vuruşanlar, paxıllıq edənlər, lovğalananlar, özlərini üstün göstərməyə çalışanlar və digərləri bunları xəyal çərçivəsində etdiklərini dərk etdikcə rəzil olacaqlar.

Bütün kainatı yaradan və hər insana ayrı-ayrı göstərən Allah olduğuna görə, bu dünyadakı bütün malın həqiqi sahibi də ancaq Allahdır. Belə ki, bu həqiqət Quranda xüsusilə xəbər verilir:


Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Allah hər şeyi ehtiva etmişdir. (Nisa surəsi, 126)
Əsli ilə təmasda olmadıqları istək və həvəslər uğrunda din əxlaqını bir kənara qoymaq və bunun nəticəsində sonsuz həyatı itirmək isə çox böyük ağılsızlıqdır. Habelə insana sonsuz itki gətirir.

Burada bir cəhət çox yaxşı başa düşülməlidir: qarşılaşdığımız həqiqət “bütün bu malik olduğunuz və çox sevdiyiniz mallar, var-dövlət, uşaqlar, həyat yoldaşları, dostlar, mövqe, vəzifə sonradan yox olacaqdır, ona görə bir mənası yoxdur” demək deyil. “Bu malik olduqlarınızın heç birinin əsli ilə hal-hazırda onsuz da təmasda deyilsiniz, hamısı sadəcə beyninizdə seyr etdiyiniz xəyaldan ibarətdir, Allahın sizi sınamaq üçün göstərdiyi görüntüdür” deməkdir. Diqqət etsəniz, ikisinin arasında çox böyük fərq var.

İnsan bu həqiqəti hal-hazırda qəbul etmək istəməsə də və bütün malik olduqlarının mövcud olduğunu qəbul edərək özünü aldatsa da, nəticədə ölümündən sonra yenidən dirildikdə, yəni axirətdə hər şey çox açıq şəkildə ortaya çıxacaqdır. O gün insanın görmə qabiliyyəti “Sən bu gün sərrast görürsən! (Qaf surəsi, 22)” ayəsi ilə də bildirildiyi kimi iti olacaq və hər şeyi daha açıq dərk edəcəkdir. Amma əgər dünyadakı həyatını xəyali məqsədlərin arxasınca qaçaraq sərf etmişsə, orada heç yaşamamağı diləyəcək, “Kaş o qəti olaydı! Mal-dövlətim mənə heç bir fayda vermədi. Mülküm də məhv olub getdi! (Haqqa surəsi, 27-29)”, -deyərək məhv olacaqdır.

Ağıllı insanın üzərinə düşən isə bütün kainatın bu ən böyük həqiqətini vaxt var ikən burada qavramağa çalışmaqdır. Əks-təqdirdə bütün ömrünü xəyalların ardınca qaçmağa sərf edib nəticədə böyük itkiyə uğrayar. Allah dünyada xəyallar arxasınca qaçıb Yaradanımız olan Allahı unudan bu insanların son vəziyyətlərini belə bildirir:


Kafirlərin əməlləri ucsuz-bucaqsız çöldəki (səhradakı) ilğıma bənzər ki, susuzluqdan ürəyi yanan onu su bilər. Nəhayət, gəlib ona yetişdiyi zaman onun heç nə olduğunu görər. O öz əməlinin yanında ancaq Allahın cəzasını tapar. (Allah da) onun cəzasını (layiqincə) verər. Allah tezliklə haqq-hesab çəkəndir. (Nur surəsi, 39)


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin