Materialistlərin məntiqi əsassızlığı
Bu bölmənin əvvəlindən etibarən maddənin materialistlərin iddia etdikləri kimi mütləq varlıq olmadığı, əksinə, Allahın yoxdan yaratdığı və bizim də əsli ilə təmasda olmadığımız kölgə varlıq olduğu elmi cəhətdən sübut edildi. Materialistlər isə bütün fəlsəfi nəzəriyyələrini məhv edən bu açıq həqiqətə qarşı olduqca ehkamçı yanaşma ilə qarşı çıxır və əsassız əks-məntiqi fikirlər irəli sürürlər.
Məsələn, materialist fəlsəfənin XX əsrdəki tərəfdarlarından biri olan qatı marksist Corc Politzer maddənin əsli ilə təmasda olğununun böyük dəlili kimi “avtobus nümunəsini” vermişdir. Politzerin fikrincə, idealist mütəfəkkirlər də şossedə avtobus gördükdə əzilməmək üçün qaçır və bu maddənin əsli ilə təmasda olduqlarının sübutudur.405
Başqa bir tanınmış materialist Consona isə maddənin əsli ilə təmasda olmadığımız izah edildikdə daşlara təpik vuraraq onların əsli ilə təmasda olduğunu “sübut etməyə” çalışmışdr.406
Buna bənzər bir nümunə Politzerin məsləhətçisi və dialektik materializmin Marksla birlikdə banisi olan Fridrix Engels tərəfindən verilmiş, Engels: “Əgər yediyimiz tortlar xəyal olsaydı, aclıq hissini keçirməzdik”, -deyə yazmışdır.407
Marks, Engels, Lenin kimi materialistlərin kitablarında bu cür nümunələr və “maddənin varlığını şillə vurduqda anlayarsınız” kimi əsəbi cümlələr var.
Materialistlərin bütün bu misalları çəkmələrinə səbəb olan məntiqi əsassızlıq isə “maddənin əsli ilə təmasda ola bilmərik” izahını sadəcə görmə hissi ilə əlaqədar açıqlama kimi anlamalarıdır. Qavrama anlayışının sadəcə görmə ilə məhdudlaşdığını, toxunma hissi kimi duyğular vasitəsilə bizim birbaşa maddənin əsli ilə təmasda olduğumuzu hesab edirlər. Avtobusun insanı vurması haqqında: “Baxın, vurur, deməli, əsli ilə təmasda oluruq”, -deyirlər. Bunu anlamaqda çətinlik çəkdikləri cəhət avtobusun insanı vurması əsnasında baş verən bərklik, zərbə və ağrı kimi bütün hisslərin də əslində zehində əmələ gəlməsidir.
Yuxu nümunəsi
Halbuki beş duyğu hissinin hansına əsaslansaq da, xarici dünyanın beynimizdən kənarda mövcud olan əsli ilə heç vaxt təmasda ola bilmərik. Bunu bizə göstərən mühüm həqiqət o anda yox olan şeyləri yuxuda ikən mövcud olduqlarını hesab etməyimizdir. İnsan yuxuda çox real hadisələr yaşayır. Pilləkəndən yıxılaraq ayağı sınır, avtomobil qəzası keçirir, avtobusun altında qalır, acdıqda tort yeyərək doyur. Gündəlik həyatda rast gəlinən hadisələrin bənzəri yuxuda da eyni ilə inandırıcı şəkildə, eyni hisslərlə baş verir.
Yuxuda özünü avtobusun vurduğunu görən şəxs yuxuda qəzaya düşdükdən sonra gözünü xəstəxanada açar, şikəst olduğunu anlayar, lakin əslində bu bir yuxudur. Yuxuda avtomobil qəzasında öldüyünü, ölüm mələklərinin canını aldığını, axirət həyatının başladığını görə bilər.
Yuxuda yaşadığı bütün bu hadisələrin görüntülərini, səslərini, bərklik hissini, ağrını, işığı, rəngləri – hər cür duyğunu olduqca aydın şəkildə hiss edir. Yuxuda təmasda olduğu hisslərin hamısı real həyatdakı kimi təbiidir. Yuxuda yediyi tort xəyaldan ibarət olmasına baxmayaraq, onu doydurur. Çünki doymaq da bir hissdir. Halbuki əslində o anda həmin şəxs çarpayıda uzanmış vəziyyətdədir. Ortada nə pilləkən, nə nəqliyyat, nə avtobus, nə tort var. Yuxuda olan şəxs xarici dünyada qarşılığı olmayan xəyal və hissləri yaşayır və görür. Yuxuda “xarici dünyada” heç bir maddi qarşılığı olmayan hadisələrin baş verməsi, görülməsi, hiss edilməsi “xarici dünya”nın bizim əsla mahiyyətini tam bilməyəcəyimiz bir aləm olduğunu sübut edir. Bu aləmin əsl mahiyyətini ancaq onu yaratmış uca Allahın vəhyindən öyrənə bilərik.
Materialist fəlsəfəni mənimsəyənlərə, xüsusilə də marksistlərə bu həqiqət izah edildikdə əsəbləşirlər. Marksın, Engelsin, Leninin bu mövzudakı səthi və cahil məntiqi fikirlərindən misallar çəkir, coşğu ilə bunları izah edirlər.
Əslində isə bu şəxslər eyni açıqlamaları yuxularında da etdiklərini düşünməlidirlər. Yuxuda da “Kapital” əsərini oxuyur, mitinqlərə qoşulur, başlarına daş dəyir və hətta bu yaranın ağrını da hiss edirlər. Yuxuda onlardan soruşduqda o an gördükləri şeyləri də “mütləq maddə” hesab edirlər. Eyni ilə oyaq vəziyyətdə gördükləri şeyləri də “mütləq maddə” hesab etdikləri kimi. Amma istər yuxuda, istərsə gündəlik həyatda olsun, gördüklərinin, yaşadıqlarının, hiss etdiklərinin xəyal olduğunu və onların mənbəyi ilə heç vaxt təmasda olmayacaqlarını bilməlidirlər.
Sinirləri paralel birləşdirmə nümunəsi
Politzerin nəqliyyat qəzası nümunəsinə nəzər salaq: bu qəzada avtobusun altında əzilən şəxsin beş duyğu orqanından beyninə gedən sinirlər başqa bir insanın, məsələn, Corc Politzerin beyninə paralel şəkildə bağlansa, qəzadakı adamı avtobus vurduğu halda, o əsnada evində oturan Politzeri də avtobus vuracaqdır. Daha doğrusu, qəzaya düşən insanın yaşadığı hisslərin hamısını bir maqnitofona bağlanan iki ayrı səsgücləndiricidən eyni mahnının dinlənməsinə bənzər şəkildə Politzer də keçirəcəkdir. Politzer də evində oturduğu halda, avtobusun əyləc səsini, avtobusun bədəninə dəyməsini, sınmış qol və axan qanın görüntülərini, sınığın ağrılarını, əməliyyat otağına daxil edilməsinin görüntülərini, gipsin bərkliyini, qolunun gücsüzlüyünü hiss edəcək, görəcək və yaşayacaqdır.
Qəzadakı adamın sinirləri neçə nəfərə bağlansa, onların hamısı eynilə Politzer kimi qəzanı əvvəlindən sonuna qədər yaşayacaqdır. Qəzadakı adam komaya düşsə, hamısı komaya düşəcəkdir. Hətta sözügedən nəqliyyat qəzasına aid hisslərin hamısı bir cihaza qeyd edilsə və bu qeyd olunmuş hisslər əvvəlindən sonuna qədər bir neçə dəfə eyni şəxsə elektrik siqnalı şəklində göndərilsə, bu şəxsi dəfələrlə avtobus vuracaq.
Belə olan halda, bu insanlardan hansını vuran avtobus həqiqidir? Materialist fəlsəfənin bu suala verəcəyi ziddiyyətsiz cavab yoxdur. Doğru cavab budur: nəqliyyat qəzası bu insanların hamısının zehnində bütün təfərrüatı ilə baş verir.
Tort və daşa təpik vurma misallarına da eyni vəziyyət aiddir. Tort yedikdə mədəsində tortun toxluğunu hiss edən Engelsin duyğu orqanlarına aid sinirlər paralel şəkildə ikinci bir şəxsin beyninə bağlansa, Engels tort yediyi və doyduğu anda o şəxs də tort yeyəcək və doyacaq. Daşa təpik vurduqda ayağı ağrıyan materialist Consonun sinirləri paralel şəkildə başqa bir şəxsə bağlansa, bu şəxs də daşa təpik vuracaq və ayağı ağrayacaq.
Bəs hansı tort və hansı daş həqiqidir? Materialist fəlsəfə buna da ziddiyyətsiz cavab verə bilmir. Doğru və ziddiyyətsiz cavab budur: həm Engels, həm də digər şəxs tortu öz beyinlərində yeyib doyurlar. Həm Conson, həm də ikinci şəxs daşa təpik vurma anını beyinlərində bütün təfərrüatı ilə yaşayırlar.
Yuxarıda Politzerlə əlaqədar verdiyimiz nümunədə belə bir dəyişikik edək: evində oturan Politzerin sinirlərini avtobusun vurduğu adamın beyninə, avtobus vuran adamın sinirlərini də Politzerin beyninə bağlayaq. Bu halda isə Politzer əslində evində oturduğu halda, onu avtobus vurduğunu zənn edəcək, avtobus vuran adam isə qəzanın bütün şiddətinə baxmayaraq, bunu əsla dərk etməyəcək, çünki özünün evdə oturduğunu düşünəcəkdir. Bu məntiq tort və daşa təpik vurma nümunələrinə də aiddir.
Bütün bunlar materializmin nə qədər böyük doqma olduğunu üzə çıxarır. Bu fəlsəfə maddənin yeganə varlıq olduğu fərziyyəsi üzərində qurulmuşdur. Halbuki insan maddənin əsli ilə əsla təmasda olmur ki, hər şeyin maddədən ibarət olduğunu iddia etsin. Təmasda olduğumuz kainat əslində zehnimizdə gördüyümüz xəyallardan ibarətdir. İngilis filosof Devid Hyum bu həqiqət haqqındakı düşüncələrini belə ifadə etmişdir:
Səmimi desəm, “özüm” dediyim şeyə daxil olduğum zaman mən isti və ya soyuğa, işıq və ya kölgəyə, sevgi və ya nifrətə, ağrı və ya ləzzətə dair xüsusi bir hissə və ya başqa bir şeyə daim rast gəlirəm. Mən hər hansı bir hiss olmadan heç vaxt özümü tapa bilmərəm və əsla xəyaldan başqa bir şeyi müşahidə edə bilmərəm.408
Bu xəyallar sərhəddini aşaraq maddənin əslini heç vaxt qavraya bilməyəcəyimizə görə təmasda ola bilmədiyimiz “maddə” haqqında fəlsəfi fikirlər irəli sürmək, daha doğrusu “maddəni” təmasda olduğumuz mütləq varlıq kimi qəbul etmək tamamilə cəfəngiyyatdır... Bu səbəbdən, materializm başından bəri süqut etmiş nəzəriyyədir.
Dostları ilə paylaş: |