Heydər Əlirza oğlu Əliyev 1923-cü IL mayın 10-da Azərbaycanın


Azərbaycan İqtisadiyyatında Heydər Əliyevin rolu



Yüklə 79,61 Kb.
səhifə2/4
tarix26.12.2023
ölçüsü79,61 Kb.
#197561
1   2   3   4
Heydər Əlirza oğlu Əliyev 1923

Azərbaycan İqtisadiyyatında Heydər Əliyevin rolu.
Bu gün Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil bir dövlətdir. Artıq dünya birliyi Azərbaycanı mötəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadir, zəngin iqtisadi potensiala malik bir dövlət kimi tanıyır. Müstəqilliyin ilk illərində məlum səbəblərdən bərbad hala düşmüş Azərbaycan iqtisadiyyatında tərəqqiyə nail olunmasında, çox kövrək və zəif dövlət siyasətinin güclü və aparıcı mövqeyə yüksəlməsində, gənc dövlətimizin dünya miqyasında tanıdılmasında ümummilli liderimiz Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur.Dünya təcrübəsindən məlumdur ki, dövlət başçısı ölkənin inkişaf tələblərini və xalqın mənafeyini dəqiqliklə qiymətləndirməyə qadir, ölkənin mədəni, iqtisadi və təbii resurslarını, potensialını əhalinin rifah halının yaxşılaşdırılmasına və dövlətçiliyin inkişafına yönəltməyi bacaran şəxs olmalıdır. Bu mənada Azərbaycan xalqı çox xoşbəxtdir ki, tarix ona Heydər Əliyev kimi dünyamiqyaslı dahi şəxsiyyət, eləcə də xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa bir zamanda hüquqi, dünyəvi, demokratik inkişaf yoluna çıxarmağa qadir olan dövlət başçısı bəxş etmişdir.Azərbaycan Respublikasının inkişaf tarixində 70-80-ci illər dönüş illəri hesab olunur ki, bu da ulu öndər Heydər Əliyevin rəhbərliyi altında əsaslı quruculuq işlərinin, kənd təsərrüfatının və sənayenin inkişafının sürətləndirilməsi ilə müşahidə olunmuşdur. Məhz bu dövrdə əhalinin hər nəfərinə düşən milli gəlirin iki dəfə, sənaye istehsalının isə üç dəfə artması, respublikada 250-dən artıq mühüm müəssisənin, yeni sexlərin texnika və mütərəqqi texnologiya əsasında tikilib istifadəyə verilməsi regionların inkişafına öz müsbət təsirini göstərmişdir.Bu dövrdə Azərbaycanda 40-dan artıq maşınqayırma və metal emalı müəssisəsi istismara verilmişdir ki, onlar da 12 orta və kiçik şəhər və rayonlarda yerləşdirilmişdir. Qısa bir müddətdə respublika nəhəng tikinti meydanına çevrilmişdir ki, bu da Bakıda, Sumqayıtda, Gəncədə, Naxçıvanda və digər şəhər, rayon və kəndlərdə geniş quruculuq və abadlıq işləri, həmçinin məktəblər, mədəniyyət evləri, inzibati binalar, yaşayış evləri, səhiyyə ocaqları, suvarma kanallarının tikilib istifadəyə verilməsi ilə öz təsdiqini tapır.1991-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi onun qarşısında bazar münasibətlərinə keçid şəraitində yeni imkanlar yaratmışdır. Qeyd etmək lazımdır ki, ölkənin dinamik və davamlı inkişafı onun təbii resurslarla, əsasən neft və qazla zəngin olması ilə bağlıdır və ölkənin enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.Ümumilikdə, bu dövrdə Azərbaycan iqtisadiyyatında islahatların aparılması, sənaye sahələrınin inkişaf etdirilməsi və bu istiqamətdə elmi əsaslandırılmış siyasətin işlənib hazırlanması vəzifəsini irəli sürmüşdür. Bu da öz ifadəsini Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra və 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanmasında tapır. 2003-cü ilin avqust ayından keçən beş il ərzində ölkənin əsas makroiqtisadi göstəricisi olan ümumi daxili məhsulun həcmi 2003-cü ildəki 3,1 milyard manatdan 2008-ci ildə 18,5 milyard manata çatmışdır ki, bu da müqayisəli qiymətlərlə 2,7 dəfə artım deməkdir. İqtisadiyyatın dınamik inkişafında mühüm rol oynayan uğurlu fiskal siyasətin həyata keçirilməsi nəticəsində ötən beş il ərzində qeyri-neft sektoru üzrə büdcə gəlirləri 5,3 dəfə, onun ümumi daxili məhsulda xüsusi çəkisi isə 7,7 faiz artmışdır. Bu illər ərzində ölkədə vergi ödəyicilərinin sayı 2 dəfə artaraq 184 minə, onların ticarət dövriyyəsi isə 4,7 dəfə artaraq 16 milyard manata çatmışdır. Bu müddətdə Azərbaycan Respublikasının dünya iqtisadi sisteminə inteqrasiyası daha da sürətlənmiş, ticarət əlaqələri genişlənmişdir ki, bunun nəticəsində xarici ticarət dövriyyəsi 9,9 dəfə, o cümlədən ixrac 17,5 dəfə artmışdır.Son 5 ildə əhalinin sosial rifahını xarakterizə edən göstəricilərdə də yüksək artım dinamikası müşahidə edilmişdir. Belə ki, 2003-2008-ci illərdə orta aylıq əmək haqqı 3,3 dəfə artaraq 75 manatdan 250 manata, təyin olunmuş aylıq pensiyanın orta məbləği 3,4 dəfə artaraq 24 manatdan 80 manata, əhalinin pul gəlirləri 4,1 dəfə artaraq 9,4 milyard manata, adambaşına düşən pul gəlirləri isə 3,9 dəfə artaraq 272 manatdan 1060 manata çatmışdır. Eyni zamanda, bu illər ərzində ölkədə minimum əmək haqqı 10,9 dəfə artaraq 5,5 manatdan 60 manata bərabər olmuş, tələbələrin təqaüdləri 10 dəfə artmış, dövlət büdcəsi üzrə əməyin ödənişi fondunun məbləği 3,9 dəfə artaraq 191 milyon manatdan 741 milyon manata, əsas sosial müavinətlərə yönəldilən vəsaitlərin məbləği isə 1,6 dəfə artaraq 76,2 milyon manatdan 128 milyon manata çatdırılmışdır.Son beş il ərzində Azərbaycan regionda və dünyada ən dinamik inkişaf edən ölkə imicini qazanmış, intensiv və səmərəli inkişaf modelini dünyaya təqdim etmişdir. 2003-2008-ci illər ərzində dövlət başçısının tapşırıqlarına uyğun olaraq, ölkənin iqtisadi inkişafında ayrı-ayrı sahələrin tarazlı inkişafının təmin edilməsi ilə yanaşı, nəqliyyat sisteminin potensialından tam və səmərəli istifadə edilməsini təmin etmək üçün çox böyük işlər görülmüşdür. Buna misal olaraq, bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan “İpək yolu” layihəsinin reallaşması istiqamətində görülən işləri, yol-nəqliyyat infrastrukturlarının təkmilləşdirilməsi sahəsindəki quruculuq işlərini, nəqliyyat qovşaqlarının (vağzallar, liman və s.) müasir standartlar səviyyəsinə çatdırılması tədbirlərini və digər yüzlərlə belə nümunələri sadalamaq olar. Eyni zamanda, araşdırmalar göstərir ki, Azərbaycan Respublikasının həm respublikadaxili, həm də tranzit daşımalardan maksimum səmərəli istifadəsini təmin etmək məqsədilə ölkəmizin yol-nəqliyyat infrastrukturlarının təkmilləşdirilməsi, onların müasir standartlara və yerli tələblərə uyğun yenidən qurulması istiqamətində mühüm işlər görülmüş və davamlı olaraq müvafiq tədbirlər həyata keçirilməkdədir.Təbii ki, Azərbaycan xalqının xilaskar oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin ölkəmizin və xalqımızın inkişafına xidmət edən fəaliyyətini nəinki bir məqalədə, hətta cild-cild kitablarda belə tam əhatə etmək qeyri-mümkündür. Yuxarıda qeyd edilənlər isə ümummilli liderin xidmətləri qarşısında “dəryadan bir damla” kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikasında istər ayrı-ayrı elm sahələrinin, istər təhsil, səhiyyə kimi sosial sferaların, istər kənd təsərrüfatı və sənayenin inkişafı məhz ümummilli liderin adı ilə bağlıdır. Bütün bunlar isə Heydər Əliyev ideyalarının daha dərindən öyrənilməsini zəruri edir. Çünki dahi Heydər Əliyev Azərbaycan xalqının xilaskarı olmaqla yanaşı, həm də Azərbaycan dövlətini davamlı iqtisadi inkişafa aparan düşünülmüş strategiyanın banisidir.


Yüklə 79,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin