HeydəR Əliyev irsini araşdirma məRKƏzi xocali 1992 Bakı 2014



Yüklə 11,35 Mb.
Pdf görüntüsü
səhifə3/14
tarix07.09.2017
ölçüsü11,35 Mb.
#29223
1   2   3   4   5   6   7   8   9   ...   14

XOCALI - 1992
34
 

Azərbaycan Respublikasının Prezidenti 
Ilham Əliyevin ATƏT-in VII sammitində 
nitqindən – 1 dekabr 2010-cu il
...Ermənistan  nəinki  Dağlıq  Qarabağı,  o  cümlə-
dən Azərbaycanın digər 7 rayonunu işğal etməkdə 
davam  edir.  Ermənistan  şəhər  və  kəndlərimizi,  ev-
lərimizi və müqəddəs yerlərimizi, ulu babalarımızın 
məzarlarını  və  məscidlərimizi  dağıtmışdır.  Onlar 
hərbi cinayətlər və Xocalıda soyqırımı törətmişlər və 
orada yüzlərlə mülki şəxs yalnız azərbaycanlı oldu-
ğuna görə Ermənistanın silahlı qüvvələri tərəfindən 
məhv edilmişdir. 
 

Azərbaycan Respublikasının Prezidenti 
Ilham Əliyevin Goranboyda məcburi 
köçkünlər üçün salınmış yaşayış 
məhəlləsinin açılışında nitqindən – 
Goranboy şəhəri, 10 fevral 2011-ci il
...Xocalı soyqırımı XX əsrin ən dəhşətli, ən böyük 
cinayətlərindən  biri  idi,  erməni  faşizminin  vəhşi 
və  eybəcər  sifətini  göstərmişdir.  Əfsuslar  olsun  ki, 
uzun illər ərzində dünya erməniliyi, onun xaricdəki 
havadarları  və  erməni  lobbisi  Xocalı  haqqında 
həqiqətləri gizlədirdilər. 
Dünya birliyinə bu məsələ ilə bağlı kifayət qədər 
məlumat verilmirdi. Bizim də imkanlarımız məhdud 
idi, xüsusilə müstəqilliyimizin ilk illərində imkanımız 
yox idi ki, bu həqiqətləri dünya birliyinə çatdıraq. Ancaq 
indi vəziyyət tam başqadır, Azərbaycanın imkanları 
var, geniş diaspor şəbəkəsi var. Azərbaycanın ictimai 
təşkilatları, dövlət qurumları Xocalı soyqırımı ilə bağlı 

www.aliyevheritage.org
35
XOCALI - 1992
kifayət  qədər  materiallar  dərc  edirlər,  kitablar  nəşr 
olunur,  bütün  dünyada  konfranslar,  digər  tədbirlər 
keçirilir. Yəni Xocalı soyqırımı haqqında dünya birliyi 
artıq  tam  məlumatlıdır.  Ancaq  o  da  həqiqətdir  ki, 
dünyada  ikili  standartların  mövcud  olması  bizim 
işimizi çətinləşdirir...
 

Azərbaycan Respublikasının Prezidenti 
Ilham Əliyevin Xocalı soyqırımının 20-ci 
ildönümü ilə əlaqədar Azərbaycan xalqına 
müraciətindən – Bakı şəhəri, 23 fevral 2012-
ci il.
...Son  iki  əsrdə  erməni  millətçiləri  tarixi  Azər-
baycan torpaqları hesabına mifik “Böyük Ermənis-
tan” ideyasını gerçəkləşdirmək məqsədilə dəfələrlə 
xalqımıza  qarşı  terror,  kütləvi  qırğın,  deportasiya 
və etnik təmizləmə kimi bəşəri cinayətlər törətmiş-
lər.  XX  əsrin  sonunda  dünyanın  gözü  qarşısında 
baş verən, qəddarlığı və amansızlığı ilə fərqlənən 
Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qan-
lı səhifəsi idi. Bu ağır cinayətə görə siyasi-hüquqi 
məsuliyyət birbaşa Ermənistanın o zamankı və in-
diki  rəhbərliyinin,  Dağlıq  Qarabağdakı  separatçı 
rejimin üzərinə düşür.
Azərbaycan  dövləti  erməni  faşistlərinin  törət-
diyi  Xocalı  faciəsi  haqqındakı  həqiqətlərin  dünya 
ictimaiyyətinə  çatdırılması  və  beynəlxalq  aləmdə 
soyqırımı kimi tanıdılması istiqamətində iyirmi ilə 
yaxındır ki, məqsədyönlü və sistemli iş aparır. Son 
illərdə  “Xocalıya  ədalət”  beynəlxalq  kampaniyası 
çərçivəsində  soydaşlarımızı  təmsil  edən  çoxsaylı 

www.aliyevheritage.org
XOCALI - 1992
36
vətəndaş cəmiyyəti institutları, gənclər təşkilatları 
və diaspor qurumları bu sahədə hakimiyyət struk-
turları  ilə  birgə  səmərəli  fəaliyyət  göstərirlər. Ar-
tıq yalan və saxtakarlıq üzərində qurulmuş erməni 
təbliğat maşınının iç üzü ifşa olunur və dünya icti-
mai  fikri  Xocalı  həqiqətlərini  qəbul  etməyə  başla-
yır.  İslam  Əməkdaşlıq  Təşkilatı  Parlament  İttifaqı 
bu faktı “insanlığa qarşı törədilmiş kütləvi cinayət” 
hadisəsi kimi tanımış və üzv dövlətləri həmin fa-
ciəyə müvafiq siyasi-hüquqi qiymət verməyə çağır-
mışdır.  Pakistan  və  Meksikanın  parlamentlərində 
bu qətliamın soyqırımı aktı kimi tanınması barədə 
qətnamə qəbul edilmişdir.
Azərbaycan  Respublikası  hazırda  dünya  təh-
lükəsizlik sistemində və beynəlxalq terrorizmə qar-
şı mübarizədə mühüm rol oynayır. Harada baş ver-
məsindən asılı olmayaraq, biz hər cür irqi ayrı-seç-
kiliyi,  etnik  və  dini  zəmində  düşmənçiliyi  bütöv-
lükdə bəşər cəmiyyətinə qarşı cinayət hesab edirik. 
Dövlətimiz  bundan  sonra  da  Xocalı  soyqırımına, 
Azərbaycan  torpaqlarının  Ermənistan  tərəfindən 
işğalına obyektiv qiymət verilməsi və tarixi-hüquqi 
ədalətin bərpası üçün öz fəaliyyətini davam etdirə-
cək, bütün siyasi və hüquqi vasitələrlə belə hallara 
qarşı barışmaz mübarizə aparacaqdır.
Xocalı  soyqırımını  törətməkdə  düşmənin 
məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik 
və  ərazi  bütövlüyü  uğrunda  mübarizədən  çəkin-
dirmək  və  torpaqlarımızı  zorla  ələ  keçirmək  olsa 
da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, 
qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və 

www.aliyevheritage.org
37
XOCALI - 1992
milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşək-
kil mübarizəyə səfərbər etmişdir.
Bu  ümummilli  hüzn  günündə  bir  daha  Xocalı 
faciəsinin  günahsız  qurbanlarının  əziz  xatirəsini 
ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan 
rəhmət  diləyirəm.  Sizi  əmin  etmək  istəyirəm  ki, 
Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət 
məhkəməsi qarşısında cavab verərək layiqli cəza-
larını  alacaq,  şəhidlərimizin  qanı  yerdə  qalmaya-
caqdır. 
 

Azərbaycan Respublikasının Prezidenti 
Ilham Əliyevin Ikinci Bakı Beynəlxalq 
Humanitar Forumun açılış mərasimində 
nitqindən – Bakı şəhəri, 4 oktyabr 2012-ci il
...Hazırda dünyada adambaşına düşən qaçqınla-
rın ən yüksək sayı məhz Azərbaycandadır. Bir mil-
yondan artıq qaçqın və köçkün soydaşımız var ki, 
onlar bu gün öz doğma torpağına qayıda bilmirlər. 
Çünki Ermənistanın işğalçı siyasəti bu gün də da-
vam edir.
Xalqımız böyük faciələr yaşadı. Xocalı soyqırımı 
törədildi,  günahsız  insanlar,  onların  içində  qadın-
lar, uşaqlar vəhşicəsinə qətlə yetirildi, dini, mədəni 
abidələrimiz  ermənilər  tərəfindən  dağıdıldı.  Yəni, 
həm xalqımıza, həm mədəniyyətimizə qarşı soyqı-
rımı törədildi. Bu soyqırımını, bu vəhşiliyi törədən-
lər hələ ki, dünya birliyi tərəfindən adekvat qınaqla 
üzləşməyiblər...

www.aliyevheritage.org
XOCALI - 1992
38
 

Azərbaycan Respublikasının Prezidenti 
Ilham Əliyevin Quba Soyqırımı Memorial 
Kompleksinin açılışında nitqindən – Quba 
şəhəri, 18 sentyabr 2013-cü il
...Xocalı soyqırımını törədənlər bu gün Ermənis-
tan rəhbərliyində təmsil olunan adamlardır. Bu fa-
ciə dünyanın gözü qabağında baş vermişdir. Yəni, 
biz bunu “erməni soyqırımı” mifi kimi heç bir əsa-
sı  olmayan  mifologiya  əsasında  deyil,  real  faktlar 
əsasında  görürük.  Videomateriallar,  fotoşəkillər, 
canlı şahidlərin ifadələri – bütün bunlar həqiqətdir 
və reallıqdır. Ancaq nədənsə bəziləri bunu görmək 
istəmir, bəziləri bu günə qədər də erməniləri qur-
ban kimi təqdim etmək istəyirlər. Əlbəttə ki, bunun 
səbəbi  vardır.  Dünyada  fəaliyyət  göstərən  erməni 
lobbisi və onun nəzarəti altında olan bəzi riyakar və 
rüşvətxor siyasətçilər tarixi tamamilə təhrif edərək 
bütün  günahı  Azərbaycanın  üzərinə  qoymağa  ça-
lışırlar.  Bu  ədalətsizlik  bu  günə  qədər  də  davam 
edir.  Xocalı  soyqırımı  zamanı  613  günahsız  insan 
ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. 
Əgər burada uyuyan soydaşlarımız soyuq silahlar-
la  və  küt  alətlərlə  öldürülmüşlərsə,  Xocalıda  artıq 
soydaşlarımız avtomatlarla, qumbaralarla öldürül-
müşdür. Yüzlərlə insan itkin düşmüşdür. Xocalıda 
ermənilər  tərəfindən  63  uşaq,  106  qadın  öldürül-
müşdür. Bu, misli görünməmiş vəhşilikdir.
Bu  gün  Azərbaycan  dövləti  və  Azərbaycanda 
fəaliyyət  göstərən  ictimai  qurumlar,  ilk  növbədə 
Heydər  Əliyev  Fondu  Xocalı  soyqırımının  dünya-
da  soyqırımı  kimi  tanıdılmasında  çox  böyük  işlər 

www.aliyevheritage.org
39
XOCALI - 1992
görür.  Quba  Soyqırımı  Memorial  Kompleksinin 
yaradılmasında  da  Heydər  Əliyev  Fondunun  fəa-
liyyətini xüsusilə vurğulamaq istəyirəm. “Xocalıya 
ədalət!” kampaniyasının başlanması və uğurla da-
vam etdirilməsində də Heydər Əliyev Fondu, bizim 
diaspor  təşkilatlarımız  və  əlbəttə  ki,  Azərbaycan 
dövləti bir nöqtəyə vurur və artıq tədricən istədiyi-
mizə nail oluruq. Artıq bir neçə ölkə rəsmi qaydada 
Xocalı soyqırımını soyqırımı kimi tanıyıb və bu pro-
ses davam etdirilir...
 

Azərbaycan Respublikasının Prezidenti 
Ilham Əliyevin andiçmə mərasimində 
nitqindən - Bakı şəhəri, 19 oktyabr 2013-cü 
il.
...Xocalı  soyqırımını  soyqırımı  kimi  dünyada 
tanıtdırmaq  üçün  artıq  gözəl  imkanlar  vardır.  Bir 
neçə ölkə Xocalı soyqırımını soyqırımı kimi tanıyıb. 
Bu proses davam etməlidir...

www.aliyevheritage.org
XOCALI - 1992
40
Xocalı soyqrımı bəşəriyyətə qarşı cinayətdir
Erməni millətçiləri tərəfindən xalqımıza qarşı apa-
rılan soyqırımı və təcavüz siyasətinin iki yüz ildən ar-
tıq tarixi vardır. Bu siyasətin məqsədi azərbaycanlıları 
qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilər-
də erməni tarixçilərinin və ideoloqlarının uydurduğu 
“Böyük Ermənistan” dövləti yaratmaq idi. Öz mənfur 
və təhlükəli siyasətlərini gerçəkləşdirmək üçün onlar 
müxtəlif üsul və vasitələrdən, tarixin saxtalaşdırılma-
sından, siyasi təxribatlardan istifadə etmiş, dövlət sə-
viyyəsində davakar millətçiliyi, separatizmi və qonşu 
xalqlara qarşı təcavüzü dəstəkləmişlər. Bu məqsədlə 
Ermənistanda  və  ayrı-ayrı  xarici  dövlətlərdə  “mil-
li-mədəni”,  dini,  siyasi  və  hətta  terrorçu  təşkilatlar 
qurmuş, erməni diasporunun və lobbisinin imkanla-
rını səfərbər etmişlər. 
XIX əsrin birinci rübündə Rusiya və İran arasında 
gedən  müharibələrin  nəticəsi  kimi  Azərbaycan  tor-
paqlarının ikiyə bölünməsi ilə Qarabağ ərazisinə İran 
və  Türkiyədən  ermənilərin  məqsədli  şəkildə  kütləvi 
köçürülməsinə start verilmiş, burada demoqrafik və-
ziyyət  süni  surətdə  dəyişdirilmişdir.  1905-ci  ildə  er-
məni millətçiləri tərəfindən azərbaycanlılara qarşı öz 
doğma  yurdlarında  kütləvi  qırğınlar  törədildi,  yüz-
lərlə  yaşayış  məntəqəsi  dağıdıldı.  1918-ci  ildə  siyasi 
və hərbi rəhbərliyi əsasən ermənilərdən  ibarət Bakı 
Kommunasının himayəsi ilə Bakı quberniyasını azər-
baycanlılardan  təmizləmək  məqsədi  güdən  mənfur 
plan həyata keçirildi. Nəticədə on minlərlə dinc insan 
məhv  edildi,  yaşayış  məntəqələri,  mədəniyyət  abi-

www.aliyevheritage.org
41
XOCALI - 1992
dələri, məscidlər və məktəblər dağıdıldı. Gəncədə, Şa-
maxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda 
və Azərbaycanın digər yerlərində də ermənilər dinc 
azərbaycanlı əhaliyə divan tutdular. 
Azərbaycanlılara qarşı soyqırımı və deportasiya si-
yasəti millətlərin və xalqların bərabərliyi şüarını elan 
etmiş sovet hakimiyyəti dövründə incə və məkrli me-
todlarla davam etdirilmiş, Azərbaycana münasibətdə 
çoxlu  yanlış  və  ədalətsiz  qərarlar  qəbul  edilmişdir. 
20-ci illərdə tarixi Azərbaycan ərazisi olan Zəngəzur 
heç bir əsas olmadan Ermənistana verildi və beləliklə, 
Azərbaycanın  qədim  torpağı  Naxçıvan  Vətənimizin 
qalan hissəsindən ayrı salındı. Dağlıq Qarabağda er-
məni muxtariyyəti yaradıldı. SSRİ rəhbərliyinin vol-
yuntarist qərarı ilə 1948-1953-cü illərdə ermənilər yüz 
minlərlə  azərbaycanlıların  öz  ata-baba  yurdlarından 
deportasiyasına  nail  oldular  və  faktiki  olaraq  Ermə-
nistan Respublikası ərazisində monoetnik respublika 
yaratdılar.
1988-ci  ildən  başlayan  əsassız  Dağlıq  Qarabağ 
münaqişəsi,  Azərbaycan  ərazilərində  tüğyan  edən 
erməni irticası və bu irticanın qurbanı olan günahsız 
Azərbaycan əhalisinin acı iztirabları təəssüf ki, keçmiş 
SSRİ rəhbərliyinin və sivil dünyanın biganə sükutu ilə 
qarşılandı. Belə vəziyyətdən ruhlanan və istifadə edən 
ermənilər  azərbaycanlılara  qarşı  soyqırımı  siyasətini 
və  misli  görünməmiş  tarixi  cinayətlərini  bir-birinin 
ardınca həyata keçirməyə müvəffəq oldular. Azərbay-
can ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ-
dan kənarda yerləşən daha 7 rayon – Kəlbəcər, Laçın, 
Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan Ermə-

www.aliyevheritage.org
XOCALI - 1992
42
nistan silahlı qüvvələri tərəfindən işğal olundu. 1 mil-
yondan artıq azərbaycanlı öz dədə-baba ocaqlarından 
vəhşicəsinə qovuldu, on minlərlə adam qətlə yetirildi, 
şikəst edildi, girov götürüldü. Yüzlərlə yaşayış məskə-
ni, minlərlə mədəniyyət, təhsil və səhiyyə müəssisəsi, 
tarix-mədəniyyət abidələri, məscidlər, müqəddəs sita-
yiş yerləri, qəbiristanlıqlar yerlə-yeksan edilərək misli 
görünməmiş erməni vandalizminə məruz qaldı. 
Münaqişənin ilk illərində Dağlıq Qarabağın azər-
baycanlılar  yaşayan  Kərkicahan,  Meşəli,  Quşçular, 
Qaradağlı, Ağdaban və digər kəndlərində erməni si-
lahlı quldurlarının törətdikləri faciələr, nəhayət, Xoca-
lı soyqırımı “məzlum və əzabkeş erməni” vicdanında 
əbədi qara ləkə kimi yaşayacaq tarixi cinayətlərdir.
Xocalı  faciəsi  XX  əsrdə  “Böyük  Ermənistan”  və 
monoetnik  dövlət  yaratmaq  kimi  şovinist  siyasət 
müəllifləri  olan  ermənilərin  Azərbaycan  xalqının 
başına gətirdiyi ən dəhşətli cinayətlərdən biridir. İn-
diyədək dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar 
tərəfindən dərk olunub pislənilməməsi və qarşısının 
alınmasına  cəhd  göstərilməməsi  nəticəsində  1905-ci 
ildən  başlayaraq  Azərbaycan  torpaqlarının  ilhaqını 
davam etdirən erməni qəsbkarları XX əsrin sonunda, 
sivilizasiyalı dünyanın gözünün qabağında bütün in-
sanlığa silinməz ləkə olan dəhşətli cinayət və vəhşilik 
törətmişlər.
Azərbaycanın  tarixinə  qanlı  hərflərlə  yazılmış 
1992-ci ilin 26 fevral gecəsində erməni silahlı dəstələ-
ri hələ SSRİ dövründə Xankəndi şəhərində yerləşmiş, 
şəxsi heyətinin xeyli hissəsi ermənilərdən ibarət olan 
366-cı  motoatıcı  alayın  zirehli  texnikasının  və  hərb-

www.aliyevheritage.org
43
XOCALI - 1992
çilərinin köməyi ilə qədim Xocalı şəhərini yerlə-yek-
san etmişlər.
Əvvəlcə  Xocalı  toplardan  və  digər  hərbi  texnika-
dan  şiddətli  atəşə  tutularaq  darmadağın  edilmişdir. 
Şəhər ərazisində yanğınlar başlanmışdır. Sonra piya-
da qüvvələr bir neçə istiqamətdən şəhərə girmiş, sağ 
qalmış sakinlərə vəhşicəsinə divan tutulmuşdur.
Həmin  gün  qısa  bir  vaxt  ərzində  erməni  silahlı 
dəstələri şəhərin dinc əhalisindən 613 nəfəri qəddar-
casına, ağır işgəncə verməklə məhv etmiş, 421 nəfərə 
ağır xəsarət yetirmişlər. 
Mühasirədən çıxmağı bacarmış dinc sakinləri yol-
larda,  meşələrdə  pusqu  quran  erməni  hərbçiləri  xü-
susi  amansızlıqla  qətlə  yetirmişlər. Azğınlaşmış  cəl-
ladlar insanların başlarının dərisini soymuş, müxtəlif 
əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, 
hamilə qadınların qarınlarını yarmış, adamları diri-di-
ri torpağa basdırmış və ya yandırmış, cəsədlərin bir 
qismini minalamışlar. 
Bu zaman 1275 nəfər itkin düşmüş və girov götü-
rülmüş, 10 min əhalisi olan şəhər talan edilmiş, tiki-
lilər dağıdılmış və yandırılmışdır. Onlardan 150 nəfə-
rinin, o cümlədən 68 qadının və 26 uşağın  taleyi bu 
gün  də  məlum  deyildir.  Faciə  nəticəsində  1000-dən 
artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq 
şikəst olmuşdur. Qətlə yetirilənlərin 106 nəfəri qadın, 
63 nəfəri azyaşlı uşaq, 70 nəfəri qocalar idi. 487 nəfər 
şikəst edilmişdir. Şikəst olanların 76 nəfəri yetkinlik 
yaşına çatmamış oğlan və qızlardır. 
Bu hərbi-siyasi cinayət nəticəsində 8 ailə tamamilə 
məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə 

www.aliyevheritage.org
XOCALI - 1992
44
valideynlərindən birini itirmişdir. Şəhid olanlardan 56 
nəfəri xüsusi qəddarlıq və amansızlıqla diri-diri yan-
dırılmışdır. 
Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İl-
ham  Əliyevin  Xocalı  soyqırımının  ildönümü  müna-
sibətilə  Azərbaycan  xalqına  müraciətində  deyildiyi 
kimi:  “Heç bir hərbi zərurət olmadan yüzlərlə dinc 
sakin tarixdə analoqu olmayan işgəncələrlə öldürül-
dü, meyitləri təhqir olundu. Uşaqlar, qadınlar, qoca-
lar, bütöv ailələr məhv edildi. XX əsrin sonunda təkcə 
Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı 
ən ağır cinayətlərdən biri baş verdi. Xocalı faciəsi öz 
ağırlığına, vəhşiliyinə və amansızlığına görə bəşəriy-
yətə  qarşı  törədilmiş  cinayətlər  sırasında  xüsusi  yer 
tutur.”
Təsəvvür  etmək  belə  çətindir  ki,  tarixdə  analoqu 
olmayan belə qəddarlıq və vəhşilik insan tərəfindən 
törədilmiş, XX əsrin sonunda, dünyanın gözü qarşı-
sında baş vermişdir!
Bu  kütləvi  və  amansız  qırğın  aktı  Azərbaycanın 
dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çev-
rilmiş terror siyasətinin təzahürü olmaqla, təkcə azər-
baycanlılara qarşı deyil, bütövlükdə insanlıq əleyhinə 
törədilmiş qəddar cinayət aktıdır. Erməni millətçilə-
ri  Xocalıda  bu  soyqırımı  əməlini  törədərkən  doğma 
torpağını qəsbkarlara vermək istəməyən Azərbaycan 
xalqını qorxutmaq, onun mübarizə əzmini qırmaq və 
məhv etmək niyyəti güdmüşlər.
Xocalı şəhərinə hücum əməliyyatına 366-cı alayın 
ikinci taqımının komandiri Seyran Ohanyan, üçüncü 
taqımının komandiri Yevgeni Nabokix, birinci taqımı-

www.aliyevheritage.org
45
XOCALI - 1992
nın  qərargah  rəisi  Valeri  Çitçyan  rəhbərlik  etmişlər. 
Əməliyyata alayın 90-dan çox tankı, piyada döyüş ma-
şını və digər hərbi texnikası cəlb edilmişdi. Dinc əha-
liyə  qarşı  soyqırımı  cinayətlərində  alayın  hərbi  qul-
luqçularından Slavik Arutyunyan, Andrey İşxanyan, 
Sergey Beqlaryan, Movses Akopyan, Qriqori Kisebek-
yan,  Vaçik  Mirzoyan,  Vaçaqan  Ayriyan,  Aleksandr 
Ayrapetyan və başqaları, erməni silahlı birləşmələri-
nin  üzvlərindən  Karo  Petrosyan,  Seyran  Tumasyan, 
Valerik  Qriqoryan  və  digərləri  fəal  iştirak  etmişlər. 
Dinc  əhaliyə  qəddarcasına  divan  tutanlar  arasında 
Xankəndi  şəhər  daxili  işlər  şöbəsinin  rəisi  işləmiş 
Armo Abramyanın, Əsgəran rayon daxili işlər şöbə-
sinin rəisi işləmiş Mavrik Qukasyanın, onun müavini 
Şaqen  Barseqyanın,  Dağlıq  Qarabağda  erməni  xalq 
cəbhəsinin sədri olmuş Vitali Balasanyanın, Xankəndi 
şəhər həbsxanasının rəisi işləmiş Serjik Koçaryanın və 
başqa şəxslərin də olduğu müəyyən edilmişdir.
Xocalı  soyqırımı  zamanı  mayor  rütbəsində  olan 
S.Ohanyan indi general paqonları gəzdirir və Ermə-
nistan  Respublikasının  müdafiə  naziridir.  Cinayətin 
bir  sıra  digər  iştirakçıları  da  Ermənistanın  yaratdığı 
oyuncaq  qurumda  və  Ermənistan  Respublikasının 
dövlət orqanlarında müxtəlif vəzifələr tuturlar.
BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 
saylı qətnaməsində qeyd olunur ki, soyqırımı, insan 
qruplarının  yaşamaq  hüququnu  tanımamaqla  insan 
mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən 
yaradılan  maddi  və  mənəvi  dayaqlardan  məhrum 
edir.  Belə  bədnam  əməllər  BMT-nin  məqsəd  və  və-
zifələrinə  tam  ziddir.  BMT  Baş  Məclisinin  9  dekabr 

www.aliyevheritage.org
XOCALI - 1992
46
1948-ci il tarixli 260 saylı qətnaməsi ilə qəbul edilmiş 
və 1961-ci ildə qüvvəyə minən “Soyqırımı cinayətinin 
qarşısının  alınması  və  cəzalandırılması  haqqında” 
Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təs-
bit olunmuşdur. Konvensiyaya qoşulan dövlətlər sülh 
və  yaxud  müharibə  dövründə  törədilməsindən  asılı 
olmayaraq, genosidin beynəlxalq hüquq normalarını 
pozan cinayət olduğunu təsdiq edərək, onun qarşısı-
nın alınması və səbəbkarlarının cəzalandırılması üçün 
tədbirlər  görməyi  öhdələrinə  götürmüşlər.  Xocalı 
şəhərində  törədilmiş  müdhiş  cinayətin  xarakteri  və 
miqyası göstərir ki, həmin konvensiyada təsbit olun-
muş  soyqırımı  cinayətini  təşkil  edən  bütün  əməllər 
tətbiq olunmuşdur. Qabaqcadan planlaşdırılmış küt-
ləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan in-
sanları məhz azərbaycanlı olduqlarına görə tamamilə 
məhv etmək niyyəti ilə törədilmişdir.
Ermənistanın müharibə zamanı davranış normala-
rını müəyyənləşdirən beynəlxalq hüquq normalarına 
məhəl qoymaması ilə bağlı faktlar yalnız bütün bun-
larla məhdudlaşmır. Beynəlxalq humanitar hüququn 
tələblərinə əsasən müharibə yalnız silahlı münaqişə-
də  olan  tərəflərin  silahlı  qüvvələri  arasında  aparıl-
malıdır. Mülki əhali  döyüşlərdə  iştirak etməməli  və 
onlarla hörmətlə davranılmalıdır. “Müharibə zamanı 
mülki  şəxslərin  müdafiəsinə  dair”  IV  Cenevrə  Kon-
vensiyasının  3-cü  maddəsinə  əsasən,  mülki  əhalinin 
həyatına və təhlükəsizliyinə qəsd, o cümlədən onların 
hər cür öldürülməsi, şikəst edilməsi, onlarla qəddar 
davranış, onlara əzab və işgəncə verilməsi, insan lə-
yaqətinə qəsd, təhqir və alçaldıcı hərəkətlər qadağan 

www.aliyevheritage.org
47
XOCALI - 1992
edilir. Konvensiyanın 33-cü maddəsində qeyd olunur 
ki, heç bir mülki şəxs törətmədiyi hüquq pozuntusu-
na görə cəzalandırıla bilməz. 
Mülki əhaliyə qarşı kollektiv cəza tədbirlərinin gö-
rülməsi,  mülki  əhalini  qorxuya  salmaq,  onlara  qarşı 
terror hərəkətləri, onların repressiyaya məruz qoyul-
ması birmənalı qadağan edilir. Həmin konvensiyanın 
34-cü maddəsinə görə mülki əhalinin girov götürül-
məsi də qadağandır. Lakin təkcə Xocalıda mindən ar-
tıq insanı girov götürən ermənilər bu prinsipə aşkar 
sayğısızlıq  nümayiş  etdirmişlər.  Ermənistan  silahlı 
qüvvələri  bu  hüquq  normalarına  məhəl  qoymamış, 
Xocalıda dinc əhalinin məhvi üçün qəddar üsula əl at-
mışlar. “Soyqırımı cinayətinin qarşısının alınması və 
onun cəzalandırılması haqqında” 1948-ci il 9 dekabr 
tarixli  konvensiyasında  nəzərdə  tutulmuş  soyqırımı 
cinayətinin tərkibi vardır.
Xocalının zəbt olunması zamanı dinc azərbaycanlı 
sakinlərə qarşı ağlasığmaz vəhşilik törədənlər və Ce-
nevrə  konvensiyasının,  “İnsan  hüquqları  haqqında 
ümumi bəyannamənin” 2, 3, 5, 9 və 17-ci maddələri-
nin, “Hərbi münaqişələr və fövqəladə hallar zamanı 
qadın və uşaqların müdafiəsi haqqında” konvensiya-
nın,  “Soyqırım  cinayətlərinin  qarşısının  alınması  və 
cəzalandırılması haqqında” konvensiyanın tələblərini 
kobud  surətdə  pozanlar  indiyədək  cəzalandırılma-
mışdır. Cəzasızlıq mühiti isə yeni cinayətlər üçün əsas 
yaratmaqdadır. 
Ermənistan baş vermiş vəhşiliklərə görə çəkinmir, 
əksinə,  azərbaycanlılara  qarşı  törədilmiş  soyqırıma 
həyasızcasına  haqq  qazandırılır,  bu  faciəni  törədən-

www.aliyevheritage.org
Yüklə 11,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin