HeydəR Əliyev irsini araşdirma məRKƏzi xocali 1992 Bakı 2014



Yüklə 11,35 Mb.
Pdf görüntüsü
səhifə1/14
tarix07.09.2017
ölçüsü11,35 Mb.
#29223
  1   2   3   4   5   6   7   8   9   ...   14

HEYDƏR ƏLIYEV IRSINI ARAŞDIRMA 
MƏRKƏZI
XOCALI - 1992
Bakı - 2014

ISBN:  978-9952-485-22-6
4104020200
---------------- qrifli nəşr 
036-2014
© Heydər Əliyev İrsini Araşdırma Mərkəzi 2014
Xocalı-1992  kitabı  1992-ci  ildə,  erməni  silahlı 
birləşmələri  tərəfindən  törədilmiş  Xocalı  soyqırımı 
qurbanlarının  xatirəsinə  ithaf  olunmuşdur.  Kitaba 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 
və  Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham 
Əliyevin  Xocalı  soyqırımı  haqqında  fikirləri,  insanlığa 
utanc  gətirən  bu  hadisə  barəsində  məqalə  və  məlumat-
soraq materialları daxil edilmişdir.

1992
XOCALI 
KHOJALY
KHODJALY
ХОДЖАЛЫ

Heydər  Əliyev  Irsini  Araşdırma  Mərkəzinin  nəşrləri”  seriyasının 
məsləhətçisi:
Asəf NADİROV,
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü
Elmi məsləhətçi:
Elxan SÜLEYMANOV,
AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili, 
AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyə-
tinin rəhbəri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nü-
mayəndə heyətinin üzvü 
Yaradıcı heyətin rəhbəri:
Fuad BABAYEV, 
siyasi elmlər üzrə fəlsəfə doktoru
Redaktorlar:
Gündüz  NƏSİBOV
İrina  MUXTAROVA
Dilçi-redaktor:
Mətanət  BABAYEVA
Tərcümə koordinatoru:
Təmkin  MƏMMƏDLİ
Dizaynerlər:
Faiq  ƏLİYEV
Elviz  İSMAYILOV
Səhifələmə:
Sevda  AĞAYEVA
Kitabın  hazırlanmasında  AzərTAc-ın  materiallarından  istifadə  edil-
mişdir.
Kitabın  foto-blokunda  AzərTAc-ın  foto-materiallarından  istifadə 
olunmuşdur.
Kitabın üz qabığında Bakı şəhərində Xocalı soyqırımı qurbanları 
şərəfinə ucaldılmış abidənin (2008, heykəltəraşlar Teymur, Aslan və 
Mahmud Rüstəmovlar) fraqmentindən istifadə edilmişdir.
Yenidən işlənmiş  və əlavələr edilmiş nəşri.

Məşum Xocalı soyqırımının 
qurbanlarının xatirəsinə ithaf olunur

www.aliyevheritage.org
7
XOCALI - 1992
Hörmətli oxucular!
Erməni  silahlı  birləşmələrinin  Azərbaycanın 
ən qədim yaşayış məskənlərindən biri olan Xocalı 
şəhərində törətdikləri və dünyanı dəhşətə gətirən 
qətliamdan 22 il ötür.
22 il öncə - 26 fevral 1992-ci ildə Ermənistan si-
lahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ əra-
zisindəki erməni silahlı dəstələri, keçmiş SSRI-nin 
Xankəndində  yerləşən  366-cı  motoatıcı  alayının 
şəxsi  heyətinin  və  ağır  hərbi  texnikasının  bilava-
sitə  iştirakı  ilə  Xocalı  şəhərini  zəbt  edərək  Azər-
baycan  xalqına  qarşı  soyqırımı  siyasətini  həyata 
keçirmişdir.  Xocalının  işğalı  zamanı  bir  gecədə 
dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 
qadın,  70  qoca  xüsusi  amansızlıqla,  işgəncələrlə 
öldürülmüş,  insanların  başları  kəsilmiş,  gözləri 
çıxarılmış,  hamilə  qadınların  qarınları  süngü  ilə 
deşik-deşik edilmiş, meyitlər insanlığa ləkə gətirə-
cək bir şəkildə təhqir edilmişdir. Xocalı faciəsi öz 
miqyasına, mahiyyətinə görə tarixdə Xatın, Lidise, 
Sonqmi soyqırımları ilə bir sırada durur.
Peşəkar hərbi hissələr tərəfindən dinc vətəndaş-
lara qarşı hə ya ta keçirilən bu cinayətkar əməliyyat 
zamanı insan haqlarına dair fundamental prin sip 
və qanunlar kobudcasına pozulmuş, heç bir xəbər-
darlıq edilmədən gecə saatlarında şəhər blokadaya 
alınmış,  əhalinin  çəkilməsi  üçün  yol  verilməmiş, 
yaşlılar,  xəstələr,  qadınlar,  uşaqlar  daxil  olmaqla 
mülki insanlar məhv edilmişdir. 
Xocalı  faciəsinin  əsil  mahiyyətini  Azərbaycan 
xalqının  ümummilli  lideri  Heydər  Əliyev  çox 

www.aliyevheritage.org
XOCALI - 1992
8
dəqiq ifadə etmişdir: “Xocalı faciəsi iki yüz ildən 
çox müddətdə davakar erməni millətçiləri tərəfin-
dən  xalqımıza  qarşı  aparılan  etnik  təmizləmə  və 
soyqırımı siyasətinin qanlı səhifəsidir.” Soyqırımı 
qurbanlarını daim yad edən, şəhidlərin xatirəsini 
əziz  tutan  ümummilli  liderin  təşəbbüsü  ilə Azər-
baycan Respublikasının Milli Məclisi 1994-cü ildə 
Xocalı  faciəsinə  hüquqi  qiymət  vermiş,  1997-ci  il 
fevralın 25-də “Xocalı soyqırımı qurbanlarının xa-
tirəsinə  sükut  dəqiqəsi  elan  edilməsi  haqqında” 
fərman imzalamışdır. Heydər Əliyev qətliamı kəs-
kin  şəkildə  pisləyərək  bunu  bəşəriyyətə  qarşı  ən 
ağır cinayət adlandırmışdır.
Məhz  bu  baxımdan  hesab  edirəm  ki,  Heydər 
Əliyev İrsini Araşdırma Mərkəzinin Xocalı soyqı-
rımı haqqında kitab nəşr etdirməsi həm də simvo-
likdir. 
Böyük  Heydər  Əliyev  bu  faciə  haqqında 
həqiqətlərin dünyaya çatdırılmasına böyük önəm 
verirdi:  “Bu  gün  Azərbaycan  hökuməti  və  xalqı 
qarşısında  Xocalı  soyqırımı  və  bütövlükdə  ermə-
nilərin  Dağlıq  Qarabağda  törətdikləri  vəhşiliklər 
haqqında həqiqətləri olduğu kimi, bütün miqyası 
və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlə-
rinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların 
əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq və-
zifəsi durur.”
Vurğulamaq  lazımdır  ki,  bu  istiqamətdə  Hey-
dər  Əliyev  Fondu  iri  miqyaslı  layihələr  həyata 
keçirir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 
Fond tərəfindən Xocalı soyqırımı ilə bağlı müxtəlif 

www.aliyevheritage.org
9
XOCALI - 1992
ədəbiyyat nəşr edilmişdir. Hər il dünyanın bir çox 
ölkələrində Fondun təşəbbüsü ilə bu hadisəyə həsr 
olunmuş  tədbirlər  keçirilir.  Heydər  Əliyev  Fon-
dunun  vitse-prezidenti  Leyla  xanım  Əliyevanın 
təşəbbüsü  ilə  həyata  keçirilən  “Xocalıya  ədalət” 
kampaniyası geniş vüsət almışdır. Bu barədə qar-
şınızdakı kitabda daha əhatəli məlumat verilmiş-
dir. 
Qeyd  etmək  istərdim  ki,  bu  istiqamətdə  əməli 
fəaliyyət göstərən təşkilatlardan biri də Azərbay-
canda  Vətəndaş  Cəmiyyətinin  İnkişafına  Yardım 
Assosiasiyasıdır.
Azərbaycanda  Vətəndaş  Cəmiyyətinin  İnkişa-
fına  Yardım  Assosiasiyası  (AVCİYA)  2006-cı  ildə 
Azərbaycan, rus, ingilis dillərində “Xocalı soyqırı-
mı (sənədlər, faktlarda və xarici mətbuatda)” adlı 
kitab çap etdirmişdir.
2007-ci ildə isə AVCİYA “Xocalı soyqırımı: mil-
yon imza, bir tələb” şüarı altında iri miqyaslı aksi-
ya  keçirmişdir. Aksiya  nəticəsində  Xocalı  faciəsi-
nin soyqırımı kimi tanınmasını tələb edən 1 milyon 
Azərbaycan vətəndaşının imzası toplanmışdır. 
Xüsusi vurğulamaq lazımdır ki, bu imzalar sa-
dəcə tələb deyil, Xocalı soyqırımının  şahidi  olmuş 
insanların tarix üçün canlı şəhadəti, mənəvi-siya-
si  və  tarixi-hüquqi  sənəddir.  Məhz  buna  görə  də 
bu imzalar toplu şəklində Azərbaycanın və xarici 
ölkələrin bir çox nüfuzlu kitabxanalarına və arxiv-
lərinə, eləcə də tarixi həqiqətin və ədalətin bərpası 
üçün  böyük  dövlətlərin  parlamentlərinə  təqdim 
olunmuş, eyni adlı kitab nəşr edilmişdir.

www.aliyevheritage.org
XOCALI - 1992
10
Qeyd  etmək  lazımdır  ki,  dünya  dövlətlərinin 
Xocalı  faciəsinə  vaxtında  siyasi-hüquqi  qiymət 
verməmələri yeni faciələrə yol açır. Azərbaycanın 
nəzarətindən kənar işğal edilmiş ərazilərdə düşü-
nülmüş təxribat və ya texnogen xarakterli qəzalar 
nəticəsində  on  minlərlə  insanın  həyatı  təhlükəyə 
məruz qala bilər. Belə bir hadisənin Sərsəng su an-
barında yaranmış vəziyyətlə bağlı baş vermə ehti-
malı realdır. 
Bunu  nəzərə  alaraq  AVCİYA  2013-cü  ildə  bö-
yük  bir  layihəyə  start  verib.  Layihənin  məqsədi 
Sərsəng  su  anbarının  vəziyyəti,  onun  törədəcəyi 
humanitar fəlakət, bioloji və ekoloji böhran, həm-
çinin 23 il ərzində 6 rayonun iqtisadiyyatına dəyən 
ziyan barədə yalnız Azərbaycan cəmiyyətini deyil, 
eyni  zamanda  dünya  ictimaiyyətini  məlumatlan-
dırmaq, beynəlxalq təşkilatlarda müvafiq sənədlə-
rin qəbul edilməsinə nail olmaq, mümkün huma-
nitar fəlakətin və ekoloji böhranın qarşısının alın-
ması istiqamətində tədbirlər paketi hazırlamaqdan 
ibarətdir. 
Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən 
Sərsəng su anbarı Ermənistanın işğalı altında qal-
mış  ərazilərdə  yerləşir.  Sərsəng  su  anbarı  1976-cı 
ildə inşa olunmuşdur. Sərsəng su anbarı işğal al-
tında  olması  səbəbindən  texniki  qurğular  baxım-
sızlıqla üzləşmiş və hazırda qəzalı vəziyyətə düş-
müşdür. Odur ki, bu su anbarının təbii fəlakət, tex-
niki nasazlıq və ya əvvəlcədən düşünülmüş təxri-
bat üzündən dağılması və nəticədə Azərbaycanın 
7 rayonunun 400.000 nəfərlik əhalisinin həyatının 

www.aliyevheritage.org
11
XOCALI - 1992
ciddi təhlükə altında qalması ehtimalı böyükdür. 
Çox  təəssüf  ki,  çeşidli  beynəlxalq  təşkilatlar, 
o  cümlədən,  mötəbər Avropa  təsisatları  bu  prob-
lemin  həlli  məsələsində  izaholunmaz  (bəlkə  də 
izaholunan) mövqe nümayiş etdirirlər.
Halbuki  bu  kimi  problemlərə,  Xocalı  soyqırı-
mına  və  bütövlükdə  Ermənistanın  Azərbaycana 
təcavüzü faktına obyektiv qiymət verilməsi və ta-
rixi-hüquqi  ədalətin  bərpası  gələcəkdə  regionda 
baş verə biləcək digər fəlakətlərin qaşısında sipər 
ola bilərdi.
Hörmətli oxucular!
Qarşınızdakı  bu  kitabdan  da  göründüyü  kimi, 
həm böyük dövlət adamı Heydər Əliyev, həm də 
Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İl-
ham  Əliyev  öz  çıxış  və  müraciətlərində  dəfələrlə 
Xocalı soyqırımına qiymət vermiş, onu XX əsrin ən 
dəhşətli  hadisəsi,  insanlığa  qarşı  cinayət  kimi  sə-
ciyyələndirmişlər. 
Kitabın Azərbaycan dili ilə yanaşı, ingilis, fran-
sız  və  rus  dillərində  nəşr  edilməsi  də  rəmzidir. 
Çünki  bu  xarici  dillər  Ermənistan-Azərbaycan, 
Dağlıq  Qarabağ  münaqişəsinin  nizamlanması  ilə 
bağlı  yaradılmış ATƏT-in  Minsk  qrupunun  həm-
sədrləri  olan  ölkələrin  dövlət  dilləridir.  Bununla 
da kitabın yaradıcı heyəti həmin münaqişənin ən 
dramatik  və  qanlı  hadisəsi  barəsində  gerçəkliyi 
növbəti dəfə diqqətə çatdırır. Azərbaycan Respub-
likasının Prezidenti cənab İlham Əliyevin sözlərilə 
desək,  “...Erməni  şovinist  millətçilərinin  region-

www.aliyevheritage.org
XOCALI - 1992
12
da  həyata  keçirdikləri  etnik  separatizmin,  başqa 
xalqlara qarşı nifrət və terror ideologiyasının dün-
ya  üçün  təhlükəsi  açılıb  göstərilməlidir.  Bu,  qəh-
rəman  Xocalı  şəhidlərinin  ruhu  qarşısında  bizim 
vətəndaşlıq və insanlıq borcumuzdur.” 
Ümidvaram ki, yüz il öncə, Osmanlı imperiya-
sında  baş  vermiş  hadisələri  təhrif  edərək  “eməni 
soyqırımı”  kimi  təqdim  etməyə  çalışanlar,  təkrar 
nəşr etdirdiyimiz bu kitabla tanış olduqdan sonra, 
əsil soyqırımına məruz qalanlarla, soyqırımı törə-
dənləri  bir-birindən  ayırd  etmək  imkanı  qazana-
caqlar. 
Elxan Süleymanov,
AVCIYA-nın prezidenti, Şamaxının millət və-
kili,  AVRONEST  Parlament  Assambleyasında 
Azərbaycan nümayəndə heyətinin rəhbəri, Avro-
pa  Şurası  Parlament Assambleyasında Azərbay-
can nümayəndə heyətinin üzvü

www.aliyevheritage.org
13
XOCALI - 1992
Azərbaycan xalqının ümummilli lideri 
Heydər Əliyev Xocalı soyqırımı haqqında
 

Azərbaycan  Respublikasının Prezidenti 
Heydər Əliyevin MDB Dövlət Başçıları 
Şurasının iclasında bəyanatından – 24 
dekabr 1993-cü il
...Dağlıq  Qarabağ  bölgəsində  yaşayan  və  elə  bir 
ehtiyatı  olmayan  100  mindən  bir  qədər  çox  erməni 
7 milyonluq əhalisi olan ölkəyə qarşı geniş miqyaslı 
hərbi əməliyyatlar apara və onun ərazisinin 20 faizi-
ni işğal edə bilməz. Respublikanın Dağlıq Qarabağ 
bölgəsinin 50 min azərbaycanlı əhalisinin hüquqla-
rını  inkar  etməyə  cəhd  göstərilir.  Etnik  təmizləmə 
nəticəsində onlar Şuşa, Xocalı, Xocavənd, Hadrut və 
Ağdərə rayonlarından tamamilə qovulmuşlar...
 

Azərbaycan Respublikasının Prezidenti 
Heydər Əliyevin Xocalı soyqırımı 
qurbanlarının ailələrinə müraciətindən 
 – 
1 mart 1994-cü il
...26  fevral  1992-ci  ildə  Xocalı  şəhərində  dün-
ya misli görünməyən dəhşətli bir vəhşiliyin şahidi 
oldu.  Erməni  hərbi  quldurları  aylarla  tam  müha-
sirədə saxlanan Xocalı şəhərini yerlə yeksan etdilər. 
Köməksiz mülki əhali azğın bir amansızlıqla qətlə 
yetirildi.  Südəmər  körpələrə,  əlsiz-ayaqsız  qocala-
ra, qadınlara, uşaqlara belə aman verilmədi. Bütöv-
lükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı 
soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani 
cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olma-

www.aliyevheritage.org
XOCALI - 1992
14
yan bir vəhşilik aktıdır. Bu soyqırımı eyni zamanda 
bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir...
 

Azərbaycan Respublikasının Prezidenti 
Heydər Əliyevin Xocalı soyqırımının 
üçüncü ildönümü ilə əlaqədar Azərbaycan 
xalqına müraciətindən – 25 fevral 1995-ci il
...Xaricdəki  imperiyapərəst  qüvvələrin  dəstəyi  ilə 
törədilən bu soyqırımı erməni qəsbkarlarının müstəqil 
Azərbaycan  dövlətinə  qarşı  yeritdiyi  məqsədyönlü 
təcavüz planının ən amansız həlqəsi, misli görünmə-
miş vəhşilik aktı, təkcə Azərbaycan xalqına deyil, bü-
tün insanlığa qarşı törədilmiş cinayət kimi XX əsrin 
tarixinə  daxil  olmuşdur.  Günahsız  dinc  əhaliyə  tu-
tulmuş amansız divan, ağlasığmaz qəddarlıq erməni 
irticasının və onun xaricdəki havadarlarının iç üzünü 
beynəlxalq ictimaiyyət qarşısında bütün çılpaqlığı ilə 
açıqladı...
 

Azərbaycan Respublikasının Prezidenti 
Heydər Əliyevin Xocalı soyqırımının üçüncü 
ildönümü ilə əlaqədar keçirilən mərasimdə 
çıxışından – Təzəpir məscidi, 26 fevral 1995-ci il
...Tarixdə insanın insana qarşı vəhşilik etməsi hal-
ları  dəfələrlə  qeyd  olunub.  Soyqırımı  da  dünyanın 
bir  çox  yerlərində  baş  veribdir.  Azərbaycana  qarşı 
Ermənistan  qəsbkarları,  təcavüzkarları  tərəfindən 
edilən soyqırım bunların ən dəhşətlilərindən biridir. 
Uzun müddət, demək olar ki, XX əsr ərzində Azər-
baycan xalqına, millətinə qarşı Ermənistan təcavüz-
karları tərəfindən olunan soyqırımları xalqımıza bö-
yük yaralar vurmuşdur. Onların arasında ən böyük, 

www.aliyevheritage.org
15
XOCALI - 1992
ən ağır yaralardan biri Xocalı soyqırımıdır...
...Xocalı hadisələri bir də onu göstərdi ki, ermə-
nilər Azərbaycanın  təkcə  torpaqlarına  göz  dikmək, 
ərazimizi qəsb etmək yox, xalqımıza qarşı soyqırımı 
törətmək kimi vəhşi bir yola düşmüşlər. Bu, Xocalı 
hadisələrində özünü açıq-aşkar büruzə verdi. O dəh-
şətli gecədə Azərbaycan xalqının ürəyinə bir süngü 
taxıldı.  O  süngü  indiyədək  bizi  sızıldadır.  Bu  yara 
hələ  sağalmayıb,  bağlanmayıb,  bu  yara  qəlbimizdə 
həmişə olacaqdır. Qeyd etdiyim kimi, gecə vaxtı dinc 
əhaliyə hücum etmək, uşağı, qadını, qocanı, xəstəni 
vəhşicəsinə yerindəcə məhv etmək, öldürmək və on-
lara  görünməmiş  qəddarlıqla  əzab-əziyyət  vermək 
düşmənlərimizin nə qədər vəhşi olduğunu bir daha 
sübut edir...
...Xocalı  soyqırımı,  ermənilərin  xalqımıza  qarşı 
təcavüzü, vəhşiliyi, insana qarşı ən rəzil üsullardan 
istifadə etməsi bəşəriyyət tarixinə daxil olub və ola-
caqdır.  O  gecə,  o  günlər  həlak  olanlar,  dünyadan 
gedənlər  Azərbaycanın  əziz  vətəndaşlarıdır,  onlar 
respublikamızın  ərazi  bütövlüyü  yolunda  qurban 
olublar,  xalqımızın  milli  azadlıq  yolunda  apardığı 
mübarizənin  qurbanlarıdır,  şəhiddirlər.  Onların  fa-
ciəli surətdə həlak olması, şəhid olması Azərbaycan 
xalqının  qəhrəmanlığının,  mətanətinin,  cəsarətinin 
nümayişidir...
...Xocalı faciəsi bizim dərdimizdir, kədərimiz, qə-
mimizdir. Ancaq eyni zamanda Azərbaycan xalqının 
əsrlər boyu keçdiyi mübarizə yolu, milli azadlıq yolu 
şanlı, uğurlu yoldur. Keçmişdə də bizim yolumuzda 
çətinliklər olub. Çətinliklər bu gün də var. Ancaq heç 

www.aliyevheritage.org
XOCALI - 1992
16
 

Azərbaycan  Respublikasının  Prezidenti 
Heydər  Əliyevin  Yəhudi  xalqının  müsibəti 
günü  münasibətilə  Azərbaycanın  yəhudi 
icmasına müraciətindən – 26 aprel 1995-ci il
bir şey Azərbaycan xalqının iradəsini sındırmayıb və 
sındırmayacaqdır. Biz belə hadisələrdən onu götür-
məliyik ki, daha da cəsur olmalıyıq, daha da mətin, 
daha da bir olmalıyıq. Dərk etməliyik ki, biz özümüz 
öz  taleyimizin  sahibi  olduğumuz  kimi,  özümüz  də 
öz taleyimizi, öz müstəqilliyimizi qorumalı, Allahın 
bizə buyurduğu yolla gedərək öz yolumuzu açmalı 
və bu yolla irəliləməliyik...
...1988-ci  ildən  başlayaraq  erməni  təcavüzkarla-
rının  Azərbaycan  xalqına  qarşı  yeritdiyi  soyqırımı 
siyasəti, günahsız əhalimizin kütləvi qırğınları, zəbt 
olunmuş  torpaqlarımızda  misli  görünməyən  talan-
lar, vəhşiliklər, nəhayət, bütün dünyanı sarsıdan Xo-
calı faciəsi xalqımızın qəlbində sağalmaz yara kimi 
göynəməkdədir...
 

Azərbaycan Respublikasının Prezidenti 
Heydər Əliyevin Xocalı soyqırımının 
dördüncü ildönümü ilə əlaqədar Azərbaycan 
xalqına müraciətindən – 24 fevral 1996-cı il
...Xalqımıza  qarşı  yeridilmiş  bu  məqsədyönlü 
soyqırım  siyasəti  insanlıq  və  bəşəriyyət  tarixində 
ağır bir cinayət kimi qalacaqdır. Əsrin ən böyük fa-
ciələrindən olan Xocalı soyqırımı erməni qəsbkarla-
rının vəhşiliklərini bütün dünyaya bir daha nümayiş 
etdirdi...

www.aliyevheritage.org
17
XOCALI - 1992
 

Azərbaycan Respublikasının Prezidenti 
Heydər Əliyevin Xocalı soyqırımının 
dördüncü ildönümü ilə əlaqədar Xocalı 
sakinlərinin bir qrupu ilə görüşdə çıxışından  
– Prezident sarayı, 24 fevral 1996-cı il
...Xocalı  soyqırımı  Ermənistan,  ermənilər  tərə-
findən Azərbaycan xalqına qarşı edilən ən dəhşətli 
soyqırımdır. Bu, bizim tariximizdə belə də həkk ol-
malıdır.  Bu  soyqırımının  nə  qədər  vəhşiliklə  edil-
diyini  və  nə  qədər  insaniyyətdənkənar  bir  hadisə 
olduğunu biz gərək daim xalqımıza anladaq, bütün 
xalqlara anladaq, dünya ictimaiyyətinə anladaq. Bu 
faciəni heç vaxt unutmaq olmaz. Və zaman keçdik-
cə, əksinə, bu faciəni biz dünyaya daha da kəskin 
göstərməliyik, xalqımıza göstərməliyik, gənc nəsil-
lərə göstərməliyik, hamı bilsin ki, xalqımızın başına 
nə kimi faciə gəlibdir və eyni zamanda xalqımız öz 
azadlığı,  öz  Vətəni,  öz  torpağı  uğrunda  nə  qədər 
qurbanlar verib, nə qədər qəhrəmanlıq nümunələri 
göstəribdir...
...Xocalı soyqırımı adi cinayət deyil. Xocalı soyqı-
rımı gələcək nəsillərimizin xatirindən yüz il bundan 
sonra da çıxmamalıdır. Hər bir gələcək nəsil gərək bil-
sin ki, bizim millətimizə qarşı belə vəhşilik edilibdir...
 

Azərbaycan Respublikasının Prezidenti 
Heydər Əliyevin Xocalı soyqırımının 
beşinci ildönümü ilə əlaqədar Azərbaycan 
xalqına müraciətindən – Bakı şəhəri, 25 
fevral 1997-ci il
...1992-ci  il  fevral  ayının  26-da  Ermənistan  silah-

www.aliyevheritage.org
XOCALI - 1992
18
 

Azərbaycan Respublikasının Prezidenti 
Heydər Əliyevin Azərbaycan 
Respublikasının yəhudi icmasına 
müraciətindən – Bakı şəhəri, 3 may 1997-ci il
...Xalqımızın tarixinə qanlı səhifə kimi daxil olmuş 
Xocalı  soyqırımı  ağlasığmaz  erməni  vəhşiliklərinin 
miqyasına görə Kiyevdəki Babiy Yarda, Varşava və 
Krakov  gettolarında  faşistlərin  törətdikləri  kütləvi 
insan qırğınları ilə bir sırada durur...
lı  birləşmələri  imperiyapərəst  qüvvələrin  bilavasitə 
iştirakı  və  havadarlığı  ilə  Azərbaycan  xalqına  qarşı 
növbəti qanlı təcavüzə əl ataraq tarixdə misli görün-
məmiş Xocalı soyqırımını törətdilər. Xocalı şəhərinin 
minlərlə əliyalın mülki əhalisi dişinədək müasir hərbi 
texnika ilə silahlanmış düşmənin qəfil və amansız hü-
cumuna məruz qaldı. Yüzlərlə günahsız insan kütləvi 
şəkildə məhv edildi, qocalar, qadınlar, uşaqlar, hətta 
südəmər körpələr ən dəhşətli üsul və vasitələrlə qət-
lə  yetirildilər,  girov  götürülərək  insanlığa  sığmayan 
həqarət və təhqirlərlə üzləşməli oldular...
...Xocalı soyqırımı erməni faşizminin iç üzünü bir 
daha açıb göstərməklə, təkcə Azərbaycan xalqına de-
yil,  bütün  bəşəriyyətə  qarşı  yönəlmiş  tarixi  cinayət-
dir və beynəlxalq hüquqa uyğun olaraq sivilizasiyalı 
dünya tərəfindən məhkum olunmalıdır...
 

Azərbaycan Respublikasının 
Prezidenti Heydər Əliyevin Pediatriya 
Cəmiyyətlərinin Bakıda keçirilən IV 
Beynəlxalq Konqresinin açılışında 
nitqindən – Azərbaycan Dövlət Akademik 

www.aliyevheritage.org
19
XOCALI - 1992
...Ermənistanın Azərbaycana hərbi təcavüzü 1988-
ci  ildən  başlayıbdır.  Bu  təcavüz  nəticəsində  məlum 
səbəblərə görə Azərbaycan Respublikası ərazisinin 20 
faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edi-
libdir. İşğal olunmuş torpaqlardan bir milyondan ar-
tıq azərbaycanlı zorla yerindən-yurdundan çıxarılıb, 
didərgin düşüb, əksəriyyəti çadırlarda yaşayır. Onlar 
həmin  təcavüz  zamanı  həyatlarını  xilas  edənlərdir. 
Ancaq  on  minlərlə  insan  vətənimizin  torpaqlarını 
müdafiə edərkən həlak oldu, şəhid oldu, uşaqlar da 
şəhid oldular. Əsir düşən insanların içərisində uşaqlar 
da vardır. Bu, XX əsrin sonunda Azərbaycan xalqının 
başına gəlmiş faciədir. Bu faciənin ən dəhşətli hadisə-
si Xocalı soyqırımıdır. Dünyaya məlumdur və bu gün 
də  hamı  bilməlidir  ki,  Xocalı  soyqırımı,  Ermənistan 
silahlı  qüvvələri  tərəfindən Azərbaycanın  böyük  bir 
yaşayış  məntəqəsi  olan  Xocalıda  insanların  vəhşicə-
sinə qırılması, demək olar ki, XX əsrin, ümumiyyətlə 
bəşər tarixinin ən dəhşətli, qara səhifələrindən biridir, 
cinayətlər  içərisində  ən  dəhşətli  cinayətdir.  Burada 
təkcə  insanların  tələf  olmasından  söhbət  getmir.  İn-
sanların vəhşicəsinə işgəncə verilərək öldürülməsin-
dən,  onlara  edilən  zülmdən,  sözün  əsl  mənasında 
soyqırımından söhbət gedir. Bunlar hamısı Azərbay-
canda  həm  ictimai-siyasi  mühitə  təsir  edibdir,  həm 
respublikamızın  sosial  vəziyyətini  gərginləşdiribdir, 
həm də insanların səhhətinə, sağlamlığına çox zərər 
gətiribdir.  Həmin  insanların  içərisində  zərər  çəkmiş 
uşaqlar da var. Bir milyon insanın yerindən-yurdun-
dan didərgin düşənlərin əksəriyyəti, çadırlarda yaşa-

Yüklə 11,35 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin