Kənd təsərrüfatının inkişaf perspektivlərinə həsr
olunmuş konfrans
M
üasir arıçılığın problemləri
və inkişaf xüsusiyyətləri
Naxçıvan Dövlət Univer si te -
tin də (NDU) “Müasir arıçılığın
problemləri və inkişaf xüsusiy -
yətləri” mövzusunda beynəlxalq
elmi-praktik konfrans keçirilib.
Konfrans işti rakçıları əvvəlcə ali
məktəbin Təbiətşünaslıq və kənd
təsərrüfatı fakültəsinin foyesində
universitet əməkdaşlarının arıçılıq
sahəsinə aid kitablarından ibarət
sərgiyə baxıblar.
NDU-nun müəllim və tə -
ləbələri ilə yanaşı, ölkəmizin bir sıra
ali təhsil ocaqlarının, həmçinin
Türkiyənin Qars Qafqaz, Qara Dəniz
Texniki universitetlərindən dəvət
olunmuş mütəxəssis alimlərin, Zon-
quldaq, Qars, Ərdahan, Artvin Arı-
çılar birliklərinin əməkdaşlarının,
muxtar respublikanın aidiyyəti qu-
rumlarının, arıçı sahibkarların işti-
rak etdiyi beynəlxalq elmi-praktik
konfransı giriş sözü ilə universite-
tin rektoru, AMEA-nın müxbir üzvü
Saleh Məhərrəmov açıb. Rektor
Azərbay canda qədim tarixə malik
arıçılığın X-XII əsrlərdə daha da in-
kişaf etdiyini, halallıq və zəhmət -
sevən əsas aqrar sahələrdən biri ol-
duğunu bildirib. Qeyd olunub ki,
regionda kənd təsərrüfatının digər
sahələri kimi, arıçılığın da inkişafına
dövlətimiz tərəfindən yüksək qayğı
göstərilir. Bu sahə ilə məşğul olan
sahibkarlara dövlət tərəfindən
güzəştli kreditlər verilir, arıçılıq
məhsullarının idxal və ixracına
əlverişli şərait yaradılır. Sonra rek-
tor Saleh Məhərrəmovun “Miqrasi-
yanın arıların parazitofaunasına
təsiri” mövzusunda məruzəsi
dinlənilib.
Konfransda çıxış edən Nax-
çıvan Muxtar Respublikasının Kənd
Təsərrüfatı naziri Elşad Əliyev mux-
tar respublikada arıçılığın inkişa-
fından danışıb. Nazir bildirib ki,
Naxçıvanda arı ailələrinin artı -
rılması, eləcə də məhsuldarlığın
yüksəldilməsi üçün davamlı tədbir -
lər görülür. Bu sahənin inkişaf
etdirilməsi üçün 2014-cü ildə bank -
lar tərəfindən arıçılıqla məşğul olan
sahibkarlara 534 min manat
həcmində kreditlər verilib. Bütöv -
lük də, 2000-2014-cü illər ərzində
dövlətin maliyyə dəstəyi ilə 103 arı-
çılıq layihəsi həyata keçirilib, Sa-
hibkarlığa Kömək Fondunun
güzəştli kreditləri hesabına 6000-dən
çox arı ailəsi alınıb. Kənd Təsərrüfatı
nazirinin sözlərinə görə, göstərilən
dövlət qayğısı hesabına 1 yanvar
2015-ci il tarixə arı ailələrinin sayı
69 min 432-yə çatdırılaraq bir il
öncəki göstəricini 1,1 faiz üstələyib.
Trabzon Qaradəniz Texniki Uni-
versitetinin professoru Sevgi Kolaylı
“Arı məhsullarından gələn sağlam-
lıq” mövzusundakı məruzəsində
Türkiyə də arıçılığın inkişafı, geniş
yayılmış arı cinsləri, iqtisadi
göstəricilər barədə slaydlar şəklində
ətraflı məlumat verib. Azərbaycan
Arıçılar Birliyinin sədr müavini
Elxan Ələkbərov “Azərbaycanda
arıçılığın mövcud və ziy yəti” möv-
zusundakı məruzə sin də arıçılığın
gəlirli sahəyə çevrilməsi üçün arı
ailələrinin bəslənməsi, çoxal dılması,
məhsuldar lı ğının artırılması məqsə -
dilə arı xəstəliklərinin vaxtında aş-
karlanması, yaranma səbəbləri nin
aydınlaş dı rılması və onlara qarşı
görülməsivacib mübarizə tədbir lə -
rin dən bəhs edib, bu sahədə mövcud
bəzi problemlərdən danışıb.
Bu cür tədbirlərin əhəmiy -
yətindən danışan Azərbaycan Dövlət
Pedaqoji Universitetinin Ekologiya
kafedrasının professoru Rauf Sul-
tanov bildirib ki: - “Naxçıvan Mux-
tar Respublikası Azərbaycanın
yeganə bölgəsidir ki, bütün sahələrə
olduğu kimi, burada arıçılığın da in-
kişafı ön plana çəkilir”.
Konfransda iştirakçıları ma-
raqlandıran suallar cavablandırılıb.
Sonra elmi-praktik konfrans
öz işini “Müasir metodlarla arıçılıq
məhsullarının istehsalı”, “Arıçılığın
yetişdirilmə istiqamətində inkişafı və
yem bazası”, “Arı xəstəlikləri və on-
lara qarşı mübarizə tədbirləri” möv-
zularında keçirilən bölmə iclasları ilə
davam etdirib. Bölmə iclaslarının so-
nunda iştirakçılara sertifikatlar
təqdim olunub.
Aprel ayının 25-də isə kon-
frans iştirakçıları Naxçıvandakı
nümunəvi arıçılıq təsərrüfatları ilə,
həmçinin Şahbuz şəhərindəki “Şah-
bal” Məhdud Məsuliyyətli Cəmiy -
yətində arıçılıq məhsullarının ema-
lı prosesi ilə tanış olublar.
Qeyd edək ki, konfrans işti-
rakçıları Naxçıvan Muxtar Res -
publikası ərazisindəki tarix və
mədəniyyət abidələri ilə tanış olub,
müqəddəs yerlərdən biri Əshabi-
Kəhfi ziyarət ediblər.
Mina Qasımova
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı
Müasir arıçılığın problemləri və
inkişaf xüsusiyyətləri
4 / GÜNDƏM
YENİ FİKİR
MAY 2015
N
axçıvan Dövlət Universiteti-
nin İqtisadiyyat kafedrası-
nın müdiri, iqtisad elmləri
doktoru, professor Ağarza Rüstəmov
“Avropa Nəşr Mətbuat Evi”
tərəfindən “Ən yaxşı vətənpərvər
tədqiqatçı alim” qızıl medalı ilə təltif
olunub. “Avropa Nəşr Mətbuat Evi”
mükafat komissiyasının qərarı ilə ta-
nınmış iqtisadçı alim yüksək ixtisas-
lı elmi kadrların hazırlanmasındakı
səmərəli fəaliyyətinə, ölkədə aparılan
iqtisadi islahatlarda yaxından
iştirakına və iqtisadiyyat elminin in-
kişafındakı xidmətlərinə görə bu ada
layiq görülüb.
Naxçıvan Dövlət Universite -
tində keçirilən təqdimetmə məra -
simində "Avropa Nəşr Mətbuat
Evi”nin prezidenti Şöhrət Səlimbəyli
müsabiqə komissiyasının Ağarza
Rüstəmovun elmi-pedqaqoji fəaliy -
yətini araşdırdıraraq bu mükafatla
təltif etmək haqqında yekdil qərara
gəldiyini bildirib. O, Ağarza
müəllimin alim-pedaqoq kimi qa-
zandığı elmi nailiyyətlərdən,
vətənpərvər, nəcib insan olmasın-
dan danışaraq qızıl medalı professora
təqdim edib.
Universitetin rektoru,
AMEA-nın müxbir üzvü Saleh
Məhərrəmov kollektiv adından
Ağaqza müəllimi təbrik edərək qeyd
edib ki, 40 ilə yaxındır ki, pedaqoji
fəaliyyət göstərən Ağarza Rüstəmov
müxtəlif illərdə Naxçıvan Dövlət
Universitetinin Ümumi texniki fənlər,
İqtisad, Hüquq fakültələrində dekan
müavini və dekan vəzifələrində çalı-
şıb, hazırda İqtisadiyyat kafedrasının
müdiridir. 2007-ci ildə NDU-nun 40
illik yubileyi ərəfəsində professor
Ağarza Rüstəmovun uzunmüddətli
səmərəli elmi-pedaqoji fəaliyyəti
yüksək qiymətləndirilib, ölkə
Prezidentinin sərəncamı ilə “Tərəqqi”
medalına layiq görülüb. 2013-cü ildə
isə BMT yanında Beynəlxalq İnfor-
masiyalaşdırma Akademiyasının
həqiqi üzvü seçilib. Ağarza Rüstəmov
istər respublika miqyaslı, istərsə də
xarici ölkələrdə elmi konfranslarda çı-
xışları, çoxsaylı elmi jurnallarda dərc
olunan məqalə və tezisləri ilə özünü
məhsuldar alim kimi təsdiq edib. O,
eyni zamanda Rusiyanın “Mejduna-
rodnıy nauçnıy” və “Mejdunarodnıy
Texniko-ekonomiçeskiy” jurnallarının
və Azərbaycan Elmi-Tədqiqat Kənd
Təsərrüfatının iqtisadiyyatı və təşkili
institutunun elmi xəbərləri jurnalının
redaksiya heyətinin də üzvüdür. Pro-
fessor Ağarza Rüstəmovun elmi kadr-
ların hazırlanmasında da geniş
fəaliyyəti var. Ondan çox aspirant və
dissertanta rəhbərlik etmiş, hazırda ix-
tisaslaşmış dissertasiya şurasının sədr
müavini vəzifəsini daşıyır.
Alim-pedaqoqun həmkarları
çıxış edərək qeyd ediblər ki, Ağarza
Rüstəmov müəllimlik peşəsini
ürəkdən sevən və sevdirən ziyalı
kimi, Naxçıvan Dövlət Universite -
tində dərs dediyi tələbələrinin dərin
hörmətini qazanıb. O, bu gün də
tələbələrin iqtisadiyyat elminə
dərindən yiyələnməsi üçün əlindən
gələni əsirgəmir.
Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri
İqtisadçı alim qızıl medalla
təltif olunub
N
axçıvan Dövlət Universi -
tetində “Naxçıvan və Şərqi
Anadolu abidələri” möv -
zusunda Beynəlxalq Simpozium ke-
çirilib.
Azərbaycan, Türkiyə, İran,
Əfqanıstan, Rumınya da daxil
olmaqla 5 ölkədən 56 alimin,
həmçinin NDU-nun müəllim və
tələbələri ilə birlikdə, ölkəmizin bir
sıra ali təhsil ocaqlarının, AMEA-nın
müvafiq elmi tədqiqat institutları-
nın, AMEA Naxçıvan bölməsinin
əməkdaşlarının, Türkiyənin Ağrı İb-
rahim Çeçen, Ərzurum Atatürk, An-
kara Qazi, Qars Qafqaz, Elazığ və
digər universitetlərindən dəvət olun-
muş memarlıq üzrə mütəxəssislərin
də iştirak etdiyi beynəlxalq simpo-
ziumun plenar iclası başlanmazdan
əvvəl, Naxçıvan Dövlət Universiteti
ərazisində - Memarlıq və Mühəndislik
fakültəsinin ətrafında Türkiyənin
Ağrı İbrahim Çeçen, Ankara Qazi,
Ərzurum Atatürk və Naxçıvan Dövlət
Universitetlərinin əməkdaşlarının
birgə səyi nəticəsində daşdan
düzəldilmiş heykəllərin açılışı olub.
Ağrı İbrahim Çeçen Universitetinin
müəllimi Naci Edi heykəllər haqqında
məlumat verib. Vurğulanıb ki, sim-
poziumdan 15 gün öncə Naxçıvan
Dövlət Universitetində heykəl
hazırlanma işlərinə Türkiyə tərəfindən
7 memar qatılıb. Naxçıvana aid olan
yerli travertin daşından hazırlanmış
heykəllərdə iki ölkənin milli dəyərləri
əks olunub. Ağrı Ibrahim Çeçen Uni-
versitetinin müəllimi Bilal Hano
tərəfindən hazırlanmış “Heydər
Əliyev-Atatürk”, həmin universitetin
müəllimi Naci Edinin “Azərbaycan
bayrağı” və assistantı Ozan Baycan
ilə birgə hazırladıqları “Azərbaycanın
yüksəlişi”, Ankara Qazi Universi -
tetinin müəllimi Tulay Özkulun
“Sütun və ay”, Ərzurum Atatürk
Universitetinin müəllimi Volkan Do-
ğanın “Buğa” əsərləri haqqında
qonaqlara ətraflı məlumat verib.
Tədbir universitetin Magistra-
tura fakültəsində davam etdirilib.
Əvvəlcə foyedə Naxçıvan Dövlət
Universitetinin Memarlıq və
Mühəndislik, İncəsənət fakültələri
tələbələrinin əl işlərindən ibarət
sərgiyə baxış olub. Sərgidə nümayiş
olunan müasir binaların maketləri
və onların müasir layihələri, həmçinin
mövzu və kolorit baxımından
orijinallığı ilə seçilən əsərlər sərgi iş-
tirakçılarında böyük maraq doğurub.
Türkiyənin Ağrı İbrahim Çeçen
və Naxçıvan Dövlət Universitetlərinin
birgə səyləri nəticəsində gerçək -
ləşdirilən beynəlxalq simpoziumun
plenar iclasında ilk olaraq Azərbaycan
və Türkiyə şəhidlərinin əziz xatirəsi
bir dəqiqəlik sükutla yad edilib. Hər
iki ölkənin dövlət himnləri
səsləndirildikdən sonra, hər iki ali
təhsil ocağının tanıtım filmləri nü-
mayiş olunub.
Plenar iclasda giriş sözü ilə
çıxış edən Naxçıvan Dövlət Univer-
sitetinin rektoru AMEA-nın müxbir
üzvü Saleh Məhərrəmov Azərbaycan
və Türkiyə arasındakı dostluq və
qardaşlığın Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin
“Bir millət, iki dövlət!” ideyası altında
daha da möhkəmlənməsindən
danışıb. Bu əlaqələrin inkişafında
elm, təhsil müəssisələri arasında
tərəfdaşlığın xüsusi əhəmiyyət kəsb
etdiyini vurğulayan rektor qeyd edib
ki, dünyanın 80-dən çox tanınmış
universiteti ilə tərəfdaşlıq edən bu ali
məktəb Türkiyə universitetləri ilə
əməkdaşlığa xüsusi əhəmiyyət verir.
Universitet qardaş ölkənin 40-a yaxın
ali təhsil ocağı ilə elm, təhsil,
mədəniyyət, idman sahəsində
əməkdaşlığa malikdir. Naxçıvan
Dövlət Universitetinin Türkiyə ali
məktəbləri, həmçinin digər ölkələrin
ali təhsil müəssisələri arasında tələbə
və akademik heyətin mübadiləsini
həyata keçirmək məqsədi daşıyan
Mövlana Mübadilə Proqramının iş-
tirakçısı olduğunu bildirən rektor
Saleh Məhərrəmov, Azərbaycan və
Türkiyə arasında dostluq və birliyin
möhkəmlən mə sində
elm
və
incəsənətin müstəsna rolundan da-
nışıb. Natiq, simpoziumun əhəmiy -
yətindən danışıb, onun işinə uğurlar
arzulayıb. Bildirilib ki, Azərbaycanın
tarixi abidələri dövlətimizin
qədimliyinin gös təricisidir. Maddi
mədəniyyət abidələrimizin böyük
əksəriyyətinin işğal olunmuş
ərazilərdə yerləşdiyini bildirən rektor
diqqətə çatdırıb ki, ermənilər tarixi ir-
simizi dünyaya öz memarlıq
nümunələri kimi təqdim etməyə ça-
lışırlar. Bu cür tədbirlərin keçiril məsi,
memarlıq nümunələrinə diqqətin ar-
tırılması tarixi irsimizin saxtalaşdı-
rılmasının qarşısını almağa müsbət
təsir göstərəcək.
Ağrı İbrahim Çeçen Universi-
tetinin rektoru professor-doktor İrfan
Aslan rəhbərlik etdiyi universitet
haqqında ətraflı məlumat verib,
tədbirin təsis edilməsinin məqsədini
memarlıq nümunələrinin bərpasına
diqqəti artırmaqdan ibarət olduğunu
bildirib. “Abidələr, sənət əsərləri və
mədəni miras, bir millətin kimliyi,
varlığının sübutudur”- deyən rektor
həmçinin, Naxçıvan və Naxçıvan
Dövlət Universiteti haqqında xoş
təəssüratlarını bölüşüb.
Ağrı İbrahim Çeçen Universi-
tetinin rektor köməkçisi professor-
doktor Kamal Polad iki xalqın tarixi
bağlılığını, eyni söykökə malik ol-
duğunu isbat edən ortaq mədəniy -
yətlərin təbliği baxımından bu cür
simpoziumların təşkilini yüksək
qiymətləndirib.
AMEA-nın müxbir üzvü,
memar Cəfər Qiyasi “Türk memarlıq
tarixinin birgə araşdırılması”
mövzusundakı məruzəsində Nax -
çıvanın təkcə Azərbaycanın deyil, bü-
tün türk dünyasının nüfuzlu memarlıq
mərkəzlərindən biri olduğunu nəzərə
çatdırıb.
Sonra xatirə hədiyyələri və
heykəllərin quraşdırılmasında əməyi
keçən memarlara Naxçıvan Dövlət
Universitetinin sertifikatları təqdim
olunub.
Plenar iclasın yekununda
Naxçıvan Dövlət Universitetinin
İncəsənət fakültəsinin müəllim və
tələbələri konsert proqramı ilə çıxış
ediblər. Konsertdə Azərbaycan klas-
sik musiqisinin görkəmli nüma -
yəndələri Ü.Hacıbəyovun, Q.Qaray-
evin, T.Quliyevin, F.Əmirovun, R.Mi-
rişlinin, R.Hacıyevin ölməz bəstələri,
türk mahnıları səsləndirilib.
Sonra simpozium öz işini “Ta-
rix”, “Memarlıq”, “Mədəniyyət”
və “İncəsənət” mövzularında
keçirilən bölmə iclasları ilə davam
etdirib. Bölmə iclaslarında “Nax -
çıvan körpüləri”, “Azəri-türk naxış
sənət vəhdətinə yeni elmi yanaşma
tərzi”, “Naxçıvan və Şərqi Anadolu
ləhcələrinin ortak türk mə -
dəniyyətinə təsiri” və s. mövzular
dinlənilib.
İki gün davam edən beynəlxalq
simpoziumun yekununda Naxçıvan
Dövlət Universitetinin elmi işlər üzrə
prorektoru, dosent Mübariz Nuriyev
bildirib ki,- “Bu tədbirdə xalqlarımızın
mədəniyyətini, tarixini, sənətini, me-
marlığını öyrənməklə bərabər,
Azərbaycanın ayrılmaz tərkib hissəsi
olan Naxçıvana qarşı ərazi iddiaları
edən ermənilərə tutarlı cavablar ve-
rildi. Hazırlanan heykəllər isə tarixə
yazıldı”.
Qeyd edək ki, qonaqlar uni-
versitet Kampusunu gəzib, Naxçıvan
Muxtar Respublikası ərazisindəki
tarix, mədəniyyət və memarlıq
abidələri ilə tanış olublar.
Mina Qasımova
NDU-nun Mətbuat şöbəsinin
əməkdaşı
Naxçıvan və Şərqi Anadolu abidələri mövzusunda
beynəlxalq simpozium
B
akı şəhərində Rabitə və
Yüksək Texnologiyalar Na-
zirliyinin, Heydər Əliyev
Fondunun, Təhsil Nazirliyinin və
AMEA-nın İnformasiya Texnologi-
yaları İnstitutunun birgə təşkilatçılığı
ilə 17 May - Dünya Telekommuni -
kasiya və İnforma siya Cəmiyyəti
Gününə həsr olunan “Ali məktəb
tələbələri arasında informatika üzrə
Ümumrespublika Olimpiadası” ke-
çirilib. Naxçıvan Dövlət Universite-
tinin “NDU” komandası da
Universitetin Həmkarlar İttifaqı
Komitəsinin sədri, riyaziyyat üzrə
fəlsəfə doktoru, dosent Elşən
Məmmədovun rəhbərliyi ilə həmin
olimpiadaya qatılıb.
Qafqaz Universitetində olim-
piadanın 1-ci mərhələsi keçirilib.
Hər təhsil müəssisəsindən maksi-
mum 5 komandanın iştirak edə
biləcəyi olimpiadada NDU-nu 1
komanda təmsil edib. İlkin mərhələdə
respublikanın 17 ali təhsil
müəssisəsindən 66 komandanın
iştirakı ilə keçirilən olimpiadanın
birinci mərhələsində uğurla çıxış
edən Naxçıvan Dövlət Universiteti-
nin informatika komandası final
mərhələsinə vəsiqə qazanıb. “NDU”
komandası müasir informasiya-kom-
munikasiya texnologiyalarının
mənimsənilməsi və tətbiqi, infor -
matika sahəsində nəzəri bilik
səviyyəsi ilə fərqlənərək finala çıxıb.
Mina Qasımova
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı
Ümumrespublika Olimpiadasında
NDU-nun komandası finala vəsiqə qazanıb
5 / GÜNDƏM
YENİ FİKİR
MAY 2015
Ulu
Tanrının Azərbaycan
_
xalqına bəxş etdiyi
əvəzolunmaz şəxsiyyət, xalqımızı
çıxılmaz vəziyyətdən, parçalanma,
məhv olma təhlükəsindən qoruyaraq
onu müstəqil, iqtisadi cəhətdən güclü
dövlətlərin sırasına daxil edən ümum-
milli liderimiz Heydər Əlirza oğlu
Əliyevi bütün dünya ən böyük,
uzaqgörən siyasətçi kimi qəbul edir.
Elmin müxtəlif sahələrində o sahə
üzrə ixtisaslaşmış alim qədər zəngin
“bilik ehtiyatına, yüksək erudisiya-
ya, fenomenal yaddaşa, heyrətamiz
təhlil qabiliyyətinə, hər bir mövzu-
ya yaradıcı münasibətinə” görə
Heydər Əliyev elə bir ensiklopedist
şəxsiy yətdir ki, əminik ki, doqquz
yüz il də, doqquz min il də, doqquz
milyon il də bundan sonra,
Azərbaycan xalqı yaşadığı müddətdə
onun adı daim böyük qürur və iftixar
hissilə çəkiləcəkdir. Xalqımızın xi-
laskarının hələ Azərbaycan SSRİ-nin
tərkibində olarkən böyük cəsarətlə
dilə gətirdiyi fikirləri, siyasi
fəaliyyəti, dövlət idarəçiliyi cildlərə
sığa bilməyəcək yüzlərlə tədqiqatın
obyektidir. Ulu öndərin təkcə
Azərbaycan ədəbiy yatının görkəmli
nümayəndələrinin yubiley tədbir -
lərinin keçirilməsi, ev-muzeylərinin
təşkili, əsərlərinin akademik
nəşrlərinin hazırlanması, ədəbiyyat
xadimlərinin hərtərəfli dövlət qayğısı
ilə əhatə olunması ilə bağlı gördüyü
tədbirlərdən bəhs edən onlarla kitab
və monoqrafiyalar yazılmışdır və
şübhəsiz ki, bundan sonra da yüzlərlə
belə sanballı əsərlər yazılacaqdır.
Fiolologiya elmləri doktoru Vilayət
Quliyevin tətrib etdiyi “Heydər
Əliyev. Ədəbiyyatın yüksək borcu və
amalı”, “Heydər Əliyev və Azər -
baycan ədəbiyyatı”, Almaz Ülvinin
“Ədəbiyyat ömrü yaşayan ədəbiyyat
memarı”, Tərlan Novruzovun
“Heydər Əliyev və ədəbiyyat
məsələləri” kitabları belə əsərlərin
bariz nümunələridir.
1973-cü ildə İmadəddin
Nəsiminin 600 illiyinin YUNESKO-
nun tədbirlər planına salınması,
1976-cı ildə “Azərbaycan poezi ya -
sın da xəlqilik və realizmlə səciy -
yələnən yeni ədəbi məktəbin banisi,
həm də siyasi xadim – Qarabağ
xanlığının baş vəziri” Molla Pənah
Vaqifin Şuşada məzarının üstündə
əzəmətli məq bərənin ucadılması,
Gürcüstanda Mirzə Fətəli Axundo -
vun, Mirzə Şəfi Vazehin məzarlarının
abadlaş dırılması və büstlərinin
qoyulması, Nəriman Nərimanovun
mənzilinin satın alınaraq ev-muzeyə
çevrilməsi, Cəlil Məmmədquluzadə -
nin yaşadığı binaya xatirə lövhəsi vu-
rulması, 1970-ci ildə anadan olma-
sının 100 ili tamam olan Nəriman
Nərimanovun düz iki il mübarizə
aparılaraq, 1972-ci ildə yubileyinin
geniş şəkildə qeyd edilməsinə nail ol-
ması, 1979-cu ildə “Azərbaycanın
böyük şairi və mütəfəkkiri Nizami
Gəncəvinin irsinin öyrənilməsini,
nəşrini və təbliğini daha da yaxşı-
laşdırmaq haqqında” qərarı, bunun-
la bağlı olaraq şairin o zaman “Ki-
rovabad” adlanan doğma vətənində
“Yeni Gəncə” adlı peyk-şəhərin ya-
radılması ilə Gəncə toponiminə
yenidən həyat verilməsi, 1981-ci
ildə Azərbaycan KP MK-nın Nizami
Gəncəvinin yuvarlaq rəqəm olması-
na baxmayaraq, 840 illik yubileyinin
qeyd edilməsi ilə bağlı qərarı, 1981-
ci ildə Bakıda Cəlil Məmməd -
quluzadənin ev-muzeyinin yaradıl-
ması haqqında qərar, 1994-cü ildə
Cəlil Məmməd quluzadənin 125 illik
yubileyinin keçirilməsi, həmin ildə
Bakı şəhərində, 1999-cu ildə isə
Naxçıvanda ev-muzeyinin açılışı,
1981-ci ildə Hüseyn Cavidin anadan
olmasının 100 illiyinin keçirilməsi ilə
bağlı qərar, 1992-ci ildə Hüseyn
Cavidin doğum gününün Naxçıvan-
da geniş qeyd edilməsi, 1994-cü
ildə Məhəmməd Füzulinin 500 illik
yubileyinin dünya miqyasında qeyd
olunması, 1996-cı ildə Naxçıvanda
Hüseyn Cavid məqbərəsinin açılışı
və s. tədbirlər ulu öndərimizin
Azərbay can ədəbiyyatına, mədəniy -
yətinə olan diqqət və qayğısının,
hörmət və ehtiramının, vətən -
pərvərliyinin, təəs sübkeşliyinin
nəticələridir.
Ulu öndərimizin ədəbiyyata
olan tükənməz sevgisi, bağlılığı və
marağı, onu həyatının tərkib hissəsi,
mənəvi qidasının əsası hesab etməsi,
dəfələrlə çıxışlarında özünün də
qeyd etdiyi kimi, sübut olunmağa eh-
tiyacı olmayan bir aksiomdur. Bunun
səbəbi isə ondadır ki, “sənət həyat
üçündür” prinsipinə sadiq qalan
qədim və zəngin Azərbaycan
ədəbiyyatı tarixin bütün dönəm -
lərində ümumxalq mənafeyini ifadə
və müdafiə etmiş, xalqın arzu və
istəklərini əks etdirmiş, bədii
əsərlərdə vətənpərvərlik ruhu aşıla -
ma ğı ən ali və müqəddəs vəzifəsi və
məqsədi kimi qəbul etmişdir. Dərin
humanizmi, demokratikliyi, əməkçi
insana və qadına yüksək münasibəti
ilə seçilən, zülm və ədalət, hökmdar
və xalq mövzu larını hərtərəfli və ge-
niş planda işləyərək əsrinin hökm -
darlarını ədaləti əldə bayraq kimi tut-
mağa çağıran Nizami Gəncəvi, diri-
diri dərisi soyulsa da, düşmənin
qarşısında məğrur dayanaraq
əyilməzlik nümunəsinə çevrilən
İmadəddin Nəsimi, Azərbaycan dilini
dövlət və şeir dilinə çevirmiş, vahid
Azərbaycan dövləti yaratmaq uğ-
runda mühari bələr aparmış şair
dövlət başçımız Şah İsmayıl Xətayi,
ana dilində əvəzolunmaz sənət
nümunələri yaradan, dünyamiqyas-
lı filosof, böyük alim, “qəlb şairi”
Məhəmməd Füzuli, əsərlərində
XVIII əsrdə Azərbay canın ziddiy -
yətlərini, sevincini və kədərini əks
etdirən dövlət xadimi və şair Molla
Pənah Vaqif və adlarını qeyd
etmədiyimiz digər ədəbiyyat xadim -
ləri Azərbaycan xalqının mənafe -
yinin müdafiəsi, milli-mənəvi dəyər -
ləri mizin qorunması yolunda mübari -
zə nin ön cərgələrində getmiş lər. XX
əsrin əvvəllərində xalqımızın milli
oyanış və özünüdərk ideyalarına
ardıcıl xidmət göstərən görkəmli
sənətkarlarımızdan biri də Heydər
Əliyevin “ədəbiyyatımızın və
mədəniyyətimizin klassiki” adlan -
dırdığı, vətən, millət, dil kimi milli
dəyərlər uğrunda mübarizə aparan
Cəlil Məmmədquluzadədir. Ədəbiy -
yatımızın hamisi Heydər Əliyev
1994-cü ildə Cəlil Məmməd -
quluzadənin ev-muzeyinin fəxri qo-
naqlar kitabına yazdığı ürək
sözlərində bu muzeyin açılışını
“Cəlil Məmmədquluzadənin yara-
dıcılığına, onun ədəbi-mədəni irsinə,
xalqımızın tarixinə əvəzsiz xid -
mətlərinə verilən yüksək qiymətin
rəmzi” hesab etmişdir. Böyük ədibin
öz xalqı qarşısındakı xidmətlərini
dövlət səviy yəsində yüksək
qiymətləndirən də, xatirəsinin
əbədiləşdirilməsi üçün mümkün olan
bütün tədbirləri həyata keçirən də,
hələ gənc yaşlarından o zaman SSRİ-
nin deputatı olan qızı Münəvvər
xanımla görüşərək Mirzə Cəlil
haqqında ətraflı maraqlanan da,
“Ölülər”i dünya ədəbiyyatında ana-
loqu olmayan əsər” adlandıran da,
onun yaradıcılığını tükənməz xəzinə,
dibi görünməyən bir dərya hesab
edən də ümummilli lider Heydər
Əliyev olmuşdur. Cəlil Məmməd -
quluzadənin ev muzeyi Naxçıvan
şəhərində İ.Məmmədov küçəsində
yerləşən evində, Azərbaycan Res-
publikasının Prezidenti Heydər
Əliyevin 1998-ci il 31 dekabr tarixli
sərəncamı ilə yaradılmış, 13 oktyabr
1999-cu ildə baş tutmuş muzeyin
açılış mərasimində şəxsən iştirak
edən Heydər Əliyev nitq söyləmişdir.
Çıxışının sonunda möhtərəm Prezi-
dentimiz Mirzə Cəlil irsinin,
şəxsiyyəti və xidmətlərinin Azərbay -
can xalqının qəlbində yaşayacağını
bildirmişdir. Ulu öndər üçün Cəlil
Məmmədquluzadə təkcə bizim
keçmişimiz, ədəbiyyat tariximizin bir
dövrü, mərhələsi deyil, o həm də bi-
zim bugünümüz, canlı müasirimiz-
dir. Onun şəxsiyyəti çox az sayda
ədiblərə qismət olan həmişəyaşarlıq
qazanmışdır, yaradıcılığı isə öz ak-
tuallığı, müasir dövrümüzlə səsləş -
məyi baxımından diqqəti cəlb edir.
Ümummilli lider Cəlil Məmməd -
quluzadənin nə özündən əvvəl, nə də
sonra yaşamış görkəmli şəxsiyyət -
lərdən heç kimə bənzəmədiyini xü-
susi olaraq vurğulamışdır. Maraqlı
məqam budur ki, ümummilli
liderimiz Mirzə Cəlilin fəaliyyətinin
bütün sahələrini eyni dərəcədə
qiymətləndirmişdir. Ulu öndərimiz
üçün milli şüurun və müstəqillik ide-
yalarının formalaşdırılmasında Cəlil
Məmmədquluza dənin bədii yaradı -
cılığı, səhnə əsərləri nə qədər mühüm
əhəmiyyət kəsb edirsə, “Molla
Nəsrəddin” jurnalı, onun felyeton və
məqalələri də bir o qədər
əhəmiyyətlidir. Mirzə Cəlilin
“Ölülər” tragikomediyası haqqında
hələ o illərdə S.M.Qənizadə,
H.Cavid, N.Nərimanov, N.Vəzirov,
Ü.Hacıbəy ovun müxtəlif məzmunlu
müsbət fikirləri dərc olunmuşdur. Bu
əsəri bəziləri N.Qoqolun “Müfəttiş”,
bəziləri V.Hüqonun “Səfillər”
əsərlərilə müqayisə etmişlər. Ümum-
milli lider isə “Ölülər”i hətta
V.Şekspirin əsərlərilə də müqayisə
etməyi düzgün hesab etməyərək
onu dünya ədəbiyyatında analoqu
olmayan bir əsər adlandırmışdır:
““Ölülər” əsəri ölməz əsərdir”. O,
bizə bu gün də lazımdır, çünki bu gün
də dini təhrif edənlər, dindən öz
məqsədi üçün istifadə edərək
xalqımızı cəhalətə uğratmağa çalı-
şanlar az deyil”. Həqiqi ziyalı kimi
Heydər Əliyev bu əsərin ədəbiy -
yatşünaslıqda sosialist ideolo giyası
ilə ateizm təbliğ edən bir əsər kimi
qələmə verilməsinə də qarşı çıxaraq,
əsərin dini deyil, dini mövhumatı
tənqid hədəfi seçdiyini, islami
dəyərlərin isə bizim bütün klassik
ədəbiy yatımızdan qırmızı xətlə keç-
diyini xüsusi olaraq vurğulamışdır.
Azərbaycan ədəbiyyatşünaslı -
ğında həmişə yüksək qiymətlən -
dirilən Cəlil Məmmədquluzadənin
yara dıcılığına dəyişən zaman və
şərait daxilində yenidən müraciətin
zəruri olduğunu da ilk dəfə böyük
uzaqgörən şəxsiyyət olan Heydər
Əliyev xüsusi olaraq vurğulamışdır.
Əgər vaxtilə böyük satirik şairimiz
Mirzə Ələkbər Sabir özünü dəryada
qərar tutan bir qocaman dağa
bənzədirdisə, ümummilli liderimiz
Cəlil Məmməd quluzadə yaradı -
cılığını elə o dibi görünməyən
dəryanın özünə bənzətmişdir:
“Doğrudur, Cəlil Məmmədquluzadə
yaradıcılığı elə bir dəryadır ki, o
dəryanın dibinə gedib çatmaq,
hamısını əhatə etmək mümkün de-
yildir. Güman edirəm ki, hələ bir
neçə nəsil Azərbaycan tarixçisi,
ədə biyyatşünası, sənətşünası, si -
yasət şünası, alimi Cəlil Məmməd -
quluzadə xəzinəsini araşdıracaq,
onu tədqiq edərək yeni kəşflər
edəcəkdir”. Xalqımızın xilaskarı,
ədəbiyyatımızın hamisi Heydər
Əliyevin söylədiyi bugün də aktu-
al olan bu sözlər mirzəcəlil şünas -
lıqda çox mühüm addımların atıl ma -
sına və alim lərimizin dəyərli elmi-
tədqiqat əsərlərinin meydana
gəlməsinə səbəb olmuşdur.
Dahi şəxsiyyət Heydər Əliyev
klassik Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndələrinin yara-
dıcılığını izah və şərh etməklə qal-
mamış, öz dövrünün ədəbiyyatına da
təsir etmiş, onu yeni ideyalara, milli
və dövlətçilik taleyi ilə bağlı
istiqamətə yönəltmişdir. Sevindiri-
ci bir haldır ki, bugün ümummilli li-
derimizin siyasi kursu onun layiqli
davamçısı möhtərəm prezidentimiz
İlham Əliyev tərəfindən həyata ke-
çirilir. Onun 23 yanvar 2006-cı il
tarixli sərəncamına əsasən “Molla
Nəsrəddin” jurnalının 100 illik yu-
bileyi respublikamızda layiqincə
qeyd olunmuşdur. Azərbaycan Res-
publikasının Prezidenti İlham
Əliyevin “Cəlil Məmməd qulu -
zadənin 140 illik yubileyi haqqında”
2009-cu il 6 fevral tarixli sərən -
camına uyğun olaraq görkəmli
yazıçı Cəlil Məmmədquluzadənin
140 illik yubileyinin qeyd olunma-
sı fikrimizi bir daha təsdiqləyir.
Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri cənab Vasif Talıbov
isə Naxçıvan elminin, ədəbiyyat və
mədəniyyətinin əvəzolunmaz ha-
misidir!
Sonda onu qeyd etmək
istərdim ki, ulu öndərimiz Heydər
Əliyevin Azərbaycan ədəbiyyatının
klassiklərinin şəxsiyyətinə, yara -
dıcılığına və fəaliyyətinə verdiyi
yüksək dəyər təkcə ədəbiy -
yatşünaslıq elmində deyil, həm də
azərbay can şünaslıq
tarixində
mühüm əhəmiyyətə malikdir.
Ümummilli lider Heydər Əliyev
Azərbaycan ədəbiyyatının klas -
siklərinə təkcə büst və heykəllər
ucaltmaqla qalmamış, eyni zaman-
da onlar haqqındakı dəyərli və heç
bir dəyişikliyə uğraya bilməyəcək
fikirlərilə onlara ən nəhəng mənəvi
abidəni də ucaltmışdır. Məhz buna
görə də, bənzərsiz dünyamiqyaslı
siyasətçi olan ümummilli liderimi-
zin xalqımızın qəlbində və
fikirlərində əbədi yaşayacağına
əminik!
AYGÜN ORUCOVA
AMEA Naxçıvan Bölməsinin
elmi işçisi
Dostları ilə paylaş: |