HeydəR ƏLİyev və azərbaycan məDƏNİYYƏTİ



Yüklə 15,67 Kb.
tarix20.11.2023
ölçüsü15,67 Kb.
#163564
növüYazı
H ƏLİYEV VƏ MƏDƏNİYYƏT (2)


HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİ

Müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin ölkə həyatının elə sahəsi yoxdur ki, orada onun tarixə əbədi yazılan izi olmasın. Müasir dövrdə ölkə iqtisadiyyatının bünövrəsini cəsarətli neft müqavilələri ilə ucaldan ümummilli lider o cür diqqət və qayğıyla qarışıq 90-cı illərdən əldən düşən bu mədəniyyət sahəsini də özünəməxsus şəkildə ayağa qaldırdı. Ulu öndərin sovetlər vaxtında gördüyü işlər öz əvəzsizliyi və cəsarəti ilə seçilirdi. Məhz Heydər Əliyevin tövsiyəsi və dəstəyi ilə Azərbaycanın bir çox dahi şəxsiyyətləri - şairlər, yazıçılar, bəstəkarlar, müğənnilər və digərlərinin yubileyləri dövlət səviyyəsində qeyd olunub, onların Bakıda və digər şəhərlərimizdə abidələri ucaldılıb. Ulu Öndərin böyük şəxsiyyətlərimizin yubileyləri ilə bağlı verdiyi sərəncamlar və bu sərəncamlardan irəli gələrək görülən işlər, mədəniyyətimizin inkişafında böyük önəm daşıyırdı. Onun “Dədə Qorqud” dastanının 1300 illiiyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncam mədəniyyətimizin parlaq səhifələrindən biridir. Eyni zamanda, Məhəmməd Füzulinin 500 illik, Nizaminin 840 illik, Nəsiminin 600 illik, M.F. Axundzadənin 170 illik, Hüseyn Cavidin 120 illik yubileyləri bilavasitə H.Əliyevin təşəbbüsü və təşkilatçılıq məharəti sayəsində həyata keçirilmiş, Nəsiminin Bakıdakı heykəli, Molla Pənah Vaqifin Şuşadakı məqbərəsi, Hüseyn Cavidin xatirəsinə ucaldılan xatirə kompleksi repressiya qurbanı Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Azərbaycana gətirilməsi də dahi şəxsiyyətin adı ilə bağlıdır.


Ümummilli Liderimiz rəssamlığın inkişafı üçün də çox işlər görmüşdür. Heydər Əliyev deyirdi: “Azərbaycanda rəngkarlıq, rəsm sənəti böyük inkişaf yolu keçibdir. Bəhruz Kəngərlidən, Əzim Əzimzadədən başlayaraq, Azərbaycanda davamlı olaraq böyük rəssamlar dünyaya gəlib və böyük əsərlər yaradıblar.”
Dahi bəstəkarımız Üzeyir Hacıbəylidən başlamış müasir musiqi xadimlərinə qədər bütün sənətkarlara yüksək dəyər vermiş Heydər Əliyev, bu sahənin daha geniş miqyasda tanınması üçün böyük əmək sərf etmişdir.
”1993-2003-cü illər ərzində yeni mədəniyyət siyasətinə uyğun olaraq dövlət tərəfindən çoxsaylı və mühüm əhəmiyyətli işlər görülüb. İlk növbədə, mədəniyyət siyasətinin həyata keçirilməsinin ən əsas vasitələrindən biri olan hüquqi cəhətdən mükəmməl, dünya standartlarını və milli özəllikləri nəzərə alan qanunların hazırlanmasına ciddi diqqət yetirilib. Bu dövrdə bir sıra qanunlar, o cümlədən "Mədəniyyət haqqında", "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında", "Turizm haqqında", "Nəşriyyat işi haqqında", "Muzeylər haqqında", "Arxiv fondu haqqında", "Memarlıq fəaliyyəti haqqında" qanunlar, bir sözlə, bu dövrdə 21 qanun həyata vəsiqə qazanıb.
Ümummilli liderimiz Heydər Əliyev “Kitabi Dədə Qorqud” dastanının dünya səviyyəsində 1300 illik yubileyinin keçirilməsi haqqında 20 aprel 1997-ci il tarixli fərman imzalamışdı. Fərmanda deyilir: “Kitabi Dədə Qorqud” dastanının fövqəladə əhəmiyyəti ondan ibarətdir ki, o, bizim tariximizin 1300 illik dövrünü həm əks etdiririr, həm də bir daha təsdiq edir. Ulu xalqımızın yeddinci əsr abidəsi olan “Kitabi Dədə Qorqud” dastanı da YUNESKO-nun Ümumdünya qeyri-maddi mədəni İrs siyahısına daxil edilmişdir. “Kitabi Dədə Qorqud” milli mədəniyyətimizin iftixarı olmaqla bərabər, qədim türk bədii təfəkkürünün ən qiymətli incilərindən biridir .
Ulu öndər Heydər Əliyev deyirdi: ”Bu yubiley bizim üçün, bəşər mədəniyyəti üçün müstəsna əhəmiyyəti olan bir tarixi hadisədir. Bu, bizim tarixi köklərimizə, milli ənənələrimizə, milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə, elmimizə, xalqımızın çoxəsrlik tarixinə olan hörmət, ehtiram bayramıdır. Bu, bizim milli azadlığımızın, dövlət müstəqilliyimizin bayramıdır ”.
Professor R.Qafarlı yazır ki, “Heydər Əliyev hakimiyyətinin ikinci dövründə (1993-2003) qloballaşmanın artan təhlükələri qarşısında daha böyük fədakarlıqla milli-mənəvi irsimizin qorunmasına önəm vermişdir. Əslində, tariximizin son olayları - musiqimizin beşiyi Şuşanın işğalı hamıdan çox ölkə başçısını sarsıtmışdı. Eləcə də bu qədər zəngin mənəvi sərvət yaradan insanları xəyanətlə heç vaxt barışmamağa çağıran da Heydər Əliyev olmuşdur. O, çıxışlarında təkrar-təkrar deyirdi: “Elə düşünməsinlər ki, Azərbaycan xalqının mənəviyyatını sarsıda bilərlər, yox! Elə güman etməsinlər ki, Şuşanın işğalı daimi ola bilər. Yox, ola bilməz!.. Biz öz torpaqlarımızın sahibi olmalıyıq... Nəyin bahasına olursa-olsun, hansı yolla olursa-olsun, Şuşa da, Qarabağ da, işğal olunmuş bütün torpaqlarımız da azad olunacaq - Azərbaycan xalqının iradəsi ilə azad olunacaq”. ”(Qafarlı R. Heydər Əliyev və qədim türk mifoloji-folklor irsi // Heydər Əliyev və milli mənəvi dəyərlərimiz. Bakı: Səda, 2003, s.56-57).
Ulu öndərin haqq çağırışı onun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən yerinə yetirildi. Bu gün 30 illik əsarətdən sonra azad olan Şuşa şəhəri mədəniyyətimizin paytaxtı funksiyasını həyata keçirməkdədir.
Yüklə 15,67 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin