http://www.amu.edu.az
16 dekabr 2015-ci il
6
Munisimsən, həmdəmimsən,
Əlimdəki qələmimsən.
İşıqlı bir səhərimsən,
Heyranın mən, müəllimim.
Yadımdadır, televiziyada ötən əsrin 80-ci illərində “Ka-
millik” verilişi gedirdi. Səyyarə xanım o verilişdə çıxış
etmişdi. Növbəti dəfə onu dəvət edəndə mənə dedi ki, İsmət,
bu dəfə sən çıxış et. Etiraz etdim, dedim mən bacarmaram.
Məni məcbur etdi ki, razılaşım (hərçənd ki, onda məcbur
etmək xüsusiyyəti yox idi). Başqa yolum qalmadı, razılaşmalı
oldum. Beləliklə, məni çıxışlara hazırladı.
Kafedraya təzə gəlmişdim. Birlikdə əsas binaya maaş
almaq üçün getdik. Hiss etdim ki, Səyyarə xanımdan
soruşurlar: “Bu kimdir?” Kafedranın müəllimi olduğumu,
birlikdə işlədiyimizi söylədi və əlavə etdi: “Bilirsən,
Azərbaycan ədəbiyyatını necə bilir? Bu tam elə deyildi. Çox
cavan yaşlarım idi. Sadəcə olaraq o məni elə görmək istəyirdi,
istəyirdi ki, mən öz üzərimdə çalışım, onun arzuladığı kimi
müəllim olum. İllər ərzində bu amal uğrunda çalışdım.
Səyyarə xanım bir gün məni otağına çağırdı, ikimiz idik.
Mənə sual verdi: - İsmət, elmi iş yazmaq istəyirsən?
Mən dərhal “yox” cavabını verdim. Səbəbini ömür-gün
yoldaşımın ağır xəstə olması ilə izah etdim. Mənə başa saldı
ki, elə buna görə sən öz üzərində işləməlisən. Beləliklə,
məni elm yoluna gətirdi. Mən Səyyarə xanımı həmişə
qələbələrimin rəhni kimi görmüşəm. Belə qəlbi genişliyi
yalnız Səyyarə xanım kimi – bizim professor kimi müdrik
insan edə bilərdi. Onu da deyim ki, Səyyarə xanımdan
xeyirxahlıq görən tək mən deyildim, onlarla belə işlər edib,
alimlər ordusu yaradıb. Hər kəs belə geniş ürəyə malik deyil.
Mən aşiq suda yandı,
Ah çəkdim, su dayandı.
Yoxluğunu suya dedim,
Ay Səyyarə xanım,
Alışdı, su da yandı.
Dağlar duman oldu, gəl,
Halım yaman oldu, gəl.
Bir gününə dözmürdük,
Qırxın tamam oldu, gəl.
Şıxəli Qurbanovun dəfni vaxtı böyük aktyorumuz, rejis-
sorumuz Mehdi Məmmədov belə bir fikir söylədi:
“Şükürlər olsun ki, o dünyaya gəlmişdir, əfsuslar olsun ki,
o həyatdan getmişdir”. Bu sözləri Sizə də şamil etmək olar,
Səyyarə xanım. Varlığınızla elm aləminə, insanlığa, böyük
töhfələr verdiniz, yoxluğunuzla bir insanı – Sizin kimi müd-
rik, əvəzolunmaz bir şəxsiyyəti itirdik. Varlığın nə gözəl,
yoxluğun nə çətin...,
Sən getdin, elə bil dünya boşaldı,
Yaz da köçüb getdi, yeri boş qaldı.
Bu xəzan könlümü qarlı qış aldı,
Mən yaza vurğunam, qışı neylərəm?!
Şair Adil Babayevin belə bir misrası var:
Yenidən doğulur insan ölən gün.
Siz isə dünyanızı dəyişən günü yenidən doğulmadınız.
Siz sağlığınızda əməlləriniz ilə nəyə qadir olduğunuzu çox-
dan sübut etmişdiniz – müdrik, həyatsevər, qayğıkeş, nikbin,
xeyirxahlıq etməkdən həzz alan bir insan.
Nə deyim, Səyyarə xanım? Sizi tanıyanlar, Sizinlə
təmasda olanlar, Sizin necə şəxsiyyət olduğunuzu bilənlər
Sizdən danışmaqdan yorulmur, susmaq bilmir, elə deyir-
deyirlər. Sizin gördüyünüz işlər, şəxsiyyətiniz qarşısında
söz acizdir. Siz çox mənalı, dolğun, başqalarına nümunə ola
biləcək bir ömür yaşadınız. Elminizin, pedaqoqluğunuzun,
insanşünaslığınızın qarşısında baş əyirəm, Səyyarə xanım,
mənim ustadım! Səsin qulaqlarda, sözün dodaqlarda,
məhəbbətin isə ürəklərdə qaldı.
Allah rəhmət eləsin, qəbrin nurla dolsun, ruhun
Səyyarəsevərlərə duaçı olsun. Amin!
Dostları ilə paylaş: