İsmət AĞAYEVA,
Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının
dosenti
XATIRLANANLAR
Sən getdin, elə bil dünya boşaldı...
V
acib deyil ki, insana ya sinifdə, ya auditori-
yada dərs deyəsən. Səyyarə xanımın oturuşu,
duruşu, baxışı, elə varlığı insana çox şey öyrədirdi.
Ədəbiyyatşünaslıqda belə bir ifadə var: “Biz
hamımız Qoqolun “Şinel”indən çıxmışıq”. Biz
də Səyyarə xanımın məktəbini keçmişik, ordan
bəhrələnmişik. Axı Səyyarə xanım da nənəsi, dünya
görmüş Qakqanın – Pəri nənənin məktəbindən su
içib. Səyyarə xanımın xeyirxahlığına, böyüklüyünə
dəlalət edən bəzi mətləblərə toxunmaq istəyirəm.
Dostları ilə paylaş: |