Kafedranın müəllimi:
- HTF-nin tibbi profilaktika kafedrası - 1 yer
Müsabiqədə iştirak etmək üçün sənədlərin təqdim olunma
müddəti elan qəzetdə («Təbib» qəzeti, 16 dekabr 2015-ci il) dərc
olunduğu gündən 30 gün keçənədəkdir. Sənədlər rektorun adına
yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir:
Bakı şəhəri- Az 1022, Bakıxanov küçəsi 23. Telefon: 597-10-08
AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ
AZƏRBAYCAN TİBB UNİVERSİTETİ
ÊÀ ÔÅÄ RÀ ËÀR ÜZRƏ
ÀŞÀ ĞÛ ÄÀ ÊÛ ÉÅRËƏRİ ÒÓÒÌÀà Ü×ÜN
ÌÜÑÀ ÁÈÃß ÅËÀN ÅÄÈR
Dekabrın 5-6-da
Azərbaycan
Memarlıq və İnşaat Universitetinin 40
illik yubileyi münasibəti ilə təntənəli
idman tədbiri keçirilib.
AMİU-nun idman turnirində 6 ali məktəbin
87 tələbəsi qatılıb. Azərbaycan Tibb
Universiteti turnirdə “Yunan-Roma” güləşi
üzrə 10 nəfərdən ibarət komanda ilə təmsil
olunub. Həmin turnirdə tələbələrimizin biri II,
beşi isə III yerə layiq görülüb.
“Təbib” idman klubunun sədri, professor
Kamal Kəbirlinski komandanın qaliblərini,
müəllim-məşqçi, ə.i.x., p.f.d., professor
Zakir Məmmədovu təbrik edib və onlara yeni
qələbələr arzulayıb.
Nazirlər Kabinetinin
2015-ci il 1 dekabr
tarixli qərarına əsasən 2016-cı ilin yanvar
ayından etibarən sertifikasiya imtahanı bir
mərhələdə keçiriləcək.
Səhiyyə
Nazirliyinin
mətbuat
xidmətindən
AZƏRTAC-a bildirilib ki, artıq müsahibə mərhələsi
aparılmayacaq. Sertifikasiya imtahanının sualları iki
müxtəlif variantda 60 test və 5 klinik tapşırıqdan
ibarət olmaqla 2 hissəyə bölünür. Sualların test
hissəsi informasiya texnologiyaları və xüsusi optik
cihazlar vasitəsilə oxunur. Klinik tapşırıq hissəsi isə
sertifikasiyaya cəlb edilən səhiyyə mütəxəssisinin
ixtisasına aid, habelə onun praktiki bilik səviyyəsini
və peşə vərdişlərini müəyyən edən 5 klinik tapşırıqdan
ibarət olur və sual vərəqəsində göstərilir. Klinik
tapşırıqlar səhiyyə mütəxəssislərinin klinik məntiqini,
konkret verilmiş halda klinik qərarvermə qabiliyyətini
müəyyən etməyə imkan yaradır.
Test üzrə 40 bal, klinik tapşırıq üzrə 16 bal toplamış
şəxslər sertifikasiyadan keçə biləcəklər.
Dekabrın 14-də V çağırış Milli Məclisin
səhiyyə
komitəsinin ilk
iclası keçirilib.
Ə
vvəlcə Xəzər
dənizindəki
“ G ü n ə ş l i ”
yatağının 10 say-
lı özülündə baş
ver miş qəza nə ti-
cəsində həlak olan
neftçilərin xatirəsi
bir dəqiqəlik sükutla yad edilib.
Komitə sədri Əhliman Əmiraslanov gündəlikdə
duran məsələlər barədə məlumat verib. Komitənin
fəaliyyətindən danışan Əhliman Əmiraslanov bil-
dirib ki, ölkəmizdə səhiyyənin inkişafına, əhalinin
sağlamlığının qorunmasına göstərilən diqqət prioritet
istiqamətlərdən biridir. Son illər bu sahədə çox böyük
işlər görülüb. Bütün regionlarda ən müasir tələblərə
cavab verən yeni xəstəxanalar inşa olunub.
İclasda “Əhalinin sağlamlığının qorunması haqqında”
Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə
baxılıb. Bildirilib ki, Qanunun 49.1-ci maddəsinə edilən
əlavəyə görə sertifikasiya zamanı praktik tibb və ya
əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərə (işçilərə)
onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan
sualların verilməsi, habelə onların siyasi baxışlarına
və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Sonra iclasda komitənin 2016-cı il yaz sessiyası
üçün təsdiqlənmiş qanunvericilik işləri planına və
digər məsələlərə baxılıb. Bildirilib ki, iş planına daxil
olan “Reproduktiv sağlamlığın qorunması haqqında”
qanun layihəsi reproduktiv hüquqların həyata
keçirilməsi üçün hüquqi əsasları müəyyən edir. Çıxış
edənlər sənədin əhəmiyyətindən danışaraq bildirib
ki, bu qanun ailənin sağlamlığının qorunmasına, ana
və uşaq ölümü hallarının qarşısının alınmasına xidmət
edəcək. Qeyd edilib ki, layihə artıq növbəti sessiyanın
gündəliyinə salınıb.
Bildirilib ki, iş planına “Optika haqqında” qanun
layihəsi də daxil edilib. İclasda bu qanun layihəsi
müzakirə edilib, təkliflər səsləndirilib.
Məşhur sovet və Rusiya həkimi,
ürək
cərrahı, ixtiraçı,
professor,
Rusiya Elmlər
Akademiyasının
və Rusiya
Tibb Elmləri
Akademiyasının
akademiki,
RF Səhiyyə
Nazirliyinin Baş
kardiocərrahı
Leo Bokeriya ənənəvi pəhrizlər barədə
təsəvvürü alt-üst edib.
H
əkimin sözlərinə görə, pəhrizlər və
qida rejimi barədə sabitləşmiş təsəvvür
yanlışdır və insana faydalı deyil.
Bununla yanaşı, 20-dən çox uşaq üzərində
mürəkkəb açıq ürək əməliyyatlarının icrası
gözlənilir. Bu əməliyyatların 12-si Heydər
Əliyev Fondunun ayırdığı maliyyə vəsaiti
hesabına həyata keçiriləcək.
Həkim deyib: “Səhərlər doyunca yeməyi
nəzərdə tutan “Səhər yeməyini özün ye”
anlayışı tam cəfəngiyatdır. Çünki siz yuxudan
oyananda orqanızm ancaq-ancaq işlək
vəziyyətə gəlir, siz süfrəyə oturursunuz, bir
boşqab ət, yaxud xəmir yeməyi yeyirsiniz,
üstündən böyük stəkanda nəsə içirsiniz. Sonra
geyinib işə yollanırsız. Onda daha sizdən nə
işçi?”Kardiocərrah bildirib ki, hələ cavanlıqda
Qərbdəki həmkarlarından örnək götürüb:
onlar səhərlər bir fincan qəhvə içir, naharda
buterbrod, axşamlar doyumlu şam yeməyi
yeyir, sonra idmanla məşğul olurmuşlar.
L.Bokeriya deyib: “Mən deyərdim ki, səhər
yeməyini düşməninə ver, naharda qəlyanaltı,
axşam isə normal yemək ye, sonra da idmanla
məşğul ol”.
Azərbaycan Tibb Universitetin
güləşçilərin turnirdə uğurlu iştirakı
Gələn ildən tibb işçilərinin sertifikasiya
imtahanları bir mərhələdə aparılacaq
“Əhalinin sağlamlığının qorunması
haqqında” Qanunda dəyişiklik
müzakirə edilib
Məşhur həkim Leo Bokeriya pəhriz
haqqında anlayışı alt-üst edib
MİNNƏTDARLIQ