16 dekabr 2015-ci il
http://www.amu.edu.az
7
Tibb elmi daim inkişaf etməkdə və yeniləşməkdədir. Bu dinamik prosesə qoşulmaq, dünya tibb elminin hər bir yeniliyini, nailiyyətini mənimsəmək,
bu bilikləri tələbələrə çatdırmaq üçün dərsliklərin və dərs vəsaitlərinin yazılması günün ən vacib məsələlərindən biridir.
Dərslik ümumi və xüsusi hissələr olmaq-
la 27 fəsildən ibarətdir.Ümumi hissəyə 8
fəsil daxildir. Burada onkologiyanın ümu-
mi məsələləri (şişlərin bioloji xassələri,
morfologiyası, nomenklaturası və təsnifatı,
bədxassəli şişlərin epidemiologiyası və
profilaktikası, etiologiyası və patogenezi,
kanserogenez, şişəleyhinə rezistentlik və
ümmunitet, bədxassəli şişlərin diaqnostika
və müalicə üsulları Azərbaycanda onkoloji
xidmətin təşkili, onkologiyada deontologiya
və reabilitasiya) barədə ətraflı məlumat
verilmişdir.
Dərsliyin 19 fəsildən ibarət ikinci-xüsusi
hissəsində bədxassəli şişlərin ayrı-ay-
rı nozoloji formaları tədris proqramına
uyğun olaraq ardıcıllıqla, tələbənin tədris materialını mənimsəməsini asan-
laşdıracaq şəkildə ətraflı şərh edilmişdir. Burada hər bir nozoloji forma izah
edilərkən əvvəlcə giriş xarakterli məlumat verilmiş, sonra isə orqanın klinik
anatomiyası, xəstəliyin epidemiologiyası, etiologiyası və patogenezi, pro-
filaktikası, patoloji anatomik xarakteristikası, histoloji quruluşu, böyüməsi
və yayılması, TNM sistemi üzrə Beynəlxalq təsnifatı, klinikası, diaqnostika-
sı, diferensial diaqnostikası, müalicəsi, müalicənin nəticələri və proqnozu,
dispanser müşahidə məsələləri geniş işıqlandırılmışdır. Dərslikdə onkoloji
xəstəliklərin epidemiologiyasına dair mütəxəssislərin şəxsi tədqiqat işlərinin
nəticələri də öz əksini tapmışdır.
Təqdim olunan kitab müəlliflərin onkologiyaya dair çoxillik təcrübələrinə
əsaslanaraq yazılmış irihəcmli orijinal dərslik olub, çoxsaylı şəkillərlə illüstra-
siya edilmiş və elmin son nailliyyətlərini özündə əks etdirir.
Dərslik Tibb Universitetində təhsil alan tələbələrlə yanaşı, onkoloq-
lar, onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi ilə məşğul olan
mütəxəssislər, onkologiya ixtisası üzrə rezidenturada təhsil alan həkimlər və
təbabətin müxtəlif sahələrində çalışan və gündəlik fəaliyyətlərində onkoloji
xəstələrlə rastlaşan həkimlər də istifadə edə bilərlər.
Baş-boyun nahiyəsinin şişləri onko-
loji xəstəliklərin kliniki və bioloji ola-
raq mürəkkəb bir qrupunu təşkil edir.
Bu nahiyənin şişləri olan xəstələrin
müalicəsinin nəticələri hələ də qənaətbəxş
deyil. Bu ilk növbədə, xəstələrin ixtisas-
laşmış klinikaya gec müraciət etməsi
ilə əlaqədardır. Xəstəliyin gecikmiş
mərhələlərdə aşkar olunmasının əsas
səbəbi isə ümumi müalicə şəbəkəsi
həkimlərində sayıqlığın olmamasıdır. Ona
görə də ölkəmizdə ilk dəfə olaraq hazırla-
nan bu dərslik mühüm aktuallıq kəsb edir.
Dərslikdə onkologiyanın ümumi
problemləri, bədxassəli şişlərin diaqnostika
və müalicəsinin müasir aspektləri araşdı-
rılmış, baş-boyun nahiyəsinin bədxassəli
şişlərinin epidemiologiyası, etionopatoge-
nezi, onların diaqnostika və müalicəsinin
müasir alqoritmləri işıqlandırılmışdır.
Dərslikdə həmçinin baş-boyun xərçənginin
regionar metastazlarının profilaktikası və
müalicəsin
ən müasir
aspektləri
öz əksini
tapmış, o
cümlədən
bu nahiyənin
bədxassəli
şişlərinin
rekonsturk-
tiv-plastik
cərrahiyyəsi
metodları
haqqında məlumat verilmişdir.
Dərslik Tibb Universitetinin tələbələri
və rezidentləri üçün nəzərdə tutulmuşdur.
Dərslikdən həmçinin onkoloqlar, cərrahlar,
radioloqlar, otorinolarinqoloqlar, stomato-
loqlar, üz-çənə cərrahları və digər ümumi
şəbəkə həkimləri də istifadə edə bilərlər.
Dostları ilə paylaş: