Hazırladı: M.ƏLƏKBƏRLİ
Qarın boşluğu üzvlərinin bədxassəli
şişləri ümumi bədxassəli şiş təsadüflərinin
1/3-dən çoxunu təşkil edir və hər il dün-
yada 3 milyona yaxın insan qeyd olunan
xəstəliklərdən dünyasını dəyişir. Qarın
boşluğu üzvlərinin bədxassəli şişləri uzun
müddət heç bir klinik əlamət üzə çıxarma-
dığından xəstələrin çoxu prosesin gecikmiş
dövrlərində həkimə müraciət edirlər.
Bu kitabın tərtib olunmasında qarın
boşluğu üzvlərinin bədxassəli şişlərini risk
amillərinə, epidemioloji xüsusiyyətlərinə,
müasir diaqnostika və müalicə prinsiplərinə
dair çoxsaylı müasir tədqiqat işlərinin
nəticələrindən istifadə olunmuşdur. Ki-
tabda qarın boşluğu üzvlərinin onkoloji
xəstəliklərində irsi meylliklərin və genetik
dəyişikliklərin araşdırılmasındakı ən son
elmi nailiyyətlərə xüsusi diqqət verilmiş-
dir. Son illərin diaqnostika vasitələrinin
təkmilləşməsi daxili üzvlərin bədxassəli
şişlərinin daha erkən mərhələdə aşkar
edilməsinə imkan yaratmışdır. Müasir
müayinə
üsullarının
həssaslıq
və dəqiqliyi
kitabda çox
geniş təhlil
edilmiş,
müalicə
üsullarının
effektivlikləri
prospektiv
randomizə olunmuş tədqiqatların nəticələri
əsasında dəqiqliklə qiymətləndirilmişdir.
Kitab qarın boşluğu üzvlərinin bütün
xoş və bədxassəli şişlərinin patogenezinə,
yayılma qanunauyğunluqlarına, müasir
diaqnostika və müalicə prinsiplərinə həsr
edilmişdir.
Kitab onkoloqlar, qastroenteroloqlar,
cərrahlar, patomorfoloqlar üçün nəzərdə tu-
tulmuşdur. Kitabdan həmçinin Tibb Univer-
sitetinin tələbələri əlavə bilik mənbəyi kimi
istifadə edə bilərlər.
Ali tibb təhsili sistemi üçün nəzərdə
tutulmuş “Uşaq onkologiyası” dərsliyi
Azərbaycan dilində bu sahəyə dair ilk
dəfə yazılmış dərslik olmaqla ümumi və
xüsusi hissələrdən ibarətdir.
Ümumi hissəyə 9, xüsusi hissəyə
11 fəsil daxildir. Ümumi hissədə uşaq
onkologiyasının ümumi məsələləri-
şişlərin bioloji xassələri, morfologiya-
sı və təsnifatı, uşaq onkologiyasının
xüsu-siyyətləri uşaqlarda bədxassəli
şişlərin etiologiyası, epidemiologiyası,
diaqnostika və müalicə üsulları, uşaqlara
onkoloji xidmətin təşkili, deontologiya və
reabilitasiya məsələləri ətraflı şərh edil-
mişdir. Xüsusi hissədə uşaqlarda təsadüf
edilən bütün şiş formaları (hemoblas-
tozlar, mərkəzi sinir sisteminin şişləri, baş və boyun şişləri,nefroblastoma,
neyroblastoma, retinoblastoma, yumşaq toxuma və sümük şişləri, cinsiyyət
orqanlarının şişləri, dəri şişləri, qaraciyər şişləri və nadir təsadüf edilən digər
bədxassəli epitelial şişlər) haqqında məlumat verilmişdir.
Dərslik quruluşuna görə bu sahəyə dair mövcud olan xarici
ədəbiyyatlardan fərqlənir. Hər bir nozoloji forma vahid ardıcıllıqla yazıl-
mışdır ki, bu da fənnin tədrisini və mənimsənilməsini asanlaşdırır. Belə ki,
ümumi hissə kifayət qədər geniş yazlımış, xüsusi hissədə nozoloji formalar
yazılarkən əvvəlcə qısa, giriş xarakterli məlumat verilmiş, sonra xəstəliyin
cinsiyyət və yaş xüsusiyyətləri, etiologiyası, təsnifatı, klinikası, diaqnostikası
müalicəsi və müalicənin nəticələri ətraflı işıqlandırılmışdır. Dərslikdə uşaq
onkologiyasına dair test tapşırıqları verilmişdir ki, bunların da tələbələrin
fənni mənimsəmə səviyyəsinə nəzarət etməyi asanlaşdırır. Dərslikdə
müəlliflərin uşaq onkoloji xəstəliklərinin epidemiologiyasına dair şəxsi
tədqiqat işlərinin nəticələri də öz əksini tapmışdır.
Müəlliflər kitabın ön sözündə dərsliyi hazırlayarkən uşaq onkologiyasının
bütün sahələrini əhatə etməyə çalışdıqlarını və elmin son nailiyyətlərinin
burada öz əksini tapdığını qeyd edirlər.
Dərslikdən ali tibb təhsili sistemində təhsil alan tələbələrdən başqa onko-
loqlar, uşaqlarda şiş xəstəliklərinin diaqnostikası və müalicəsi ilə məşğul olan
mütəxəssislər və təbabətin müxtəlif sahələrində çalışan həkimlər də istifadə
edə bilərlər.
Tərtib edilən
bu monoqra-
fiya qığırdaq
şişlərinin
müasir
problemləri,
təsnifatı,
diaqnostika
və müalicə
üsulları proq-
nozunun tək
və çoxmilli analiz əsasında müəyyənləşməsi
kimi mühüm məsələlərə həsr olunmuşdur.
Səhv diaqnostikanın bir tərəfdən böyük
şikəstedici əməliyyatlara, digər tərəfdən
isə prosesin düzgün qiymətləndirilməsi
zamanı metastazların meydana gəl-
məsinə, residivlərə və xəstəliyin ölümlə
nəticələnməsinə gətirib çıxarması qənaətinə
gələn müəlliflər qeyd edirlər ki, sümüyün
zədələnməsi sahəsini geniş həcmli seqmen-
tar rezeksiyanın və onun endoprotezlərlə
əvəz olunması ilə aparılan əməliyyatların
tətbiqi qığırdaq mənşəli şişlərin
müalicəsində yeni istiqamətdir.
Monoqrafiyada giriş fəsli ilə yanaşı,
“Qığırdaq toxumasının şişləri- problemin
müasir vəziyyəti”, “Klinik müşahidələr və
tədqiqat metodlarının ümumi xarakteristi-
kası” və s. bu kimi mövzuların geniş şərhi
öz əksini tapmışdır. Bundan əlavə “Sümük
xondrosarkoması olan xəstələrdə proq-
nozu müəyyənləşdirən amillər”, “ İkincili
xondrosarkomalı xəstələrdə proqnozu
müəyyənləşdirən amillər ” və “İkincili
xonrosarkomalı xəstələrdə residivin fərdi
proqnozlaşdırılması” başlıqlı bölmələrdə
aparılan müşahidələr ədəbiyyatda verilən
məlumatlarla müqayisəli şəkildə araşdırıl-
mışdır.
Kitab onkoloqlar, ortoped-travmatoloqlar,
cərrahlar və tibb elminin müvafiq sahəsi
ilə maraqlanan digər mütəxəssislər üçün
nəzərdə tutulmuşdur.
Dostları ilə paylaş: |