Heydərli Urfan Rövşən oğlu p L a n termodinamikanın 1ci qanunu Termodinamikanın izoproseslərə tətbiqi


Boyl (və ya Boyl - Mariott) qanunu



Yüklə 487,35 Kb.
səhifə3/3
tarix30.04.2023
ölçüsü487,35 Kb.
#104964
1   2   3
Termodinamikanın birinci qanunu və onun izoproseslərə tətbiqi

Boyl (və ya Boyl - Mariott) qanunu. 1662 – ci ildə Robert Boyl özünün qazlarının sıxılmasına həsr olunmuş işində göstərdi ki, sabit temperaturda sabit kütləli hər hansı qazın V həcmi onun P təzyiqi ilə tərs mütənasibdir :

Sonrakı illərdə aparılmış tədqiqatlar nəticəsində müəyyən olundu ki, heç də istənilən şəraitdə qazlar Boyl qanununa tabe olmur. Lakin sıxlıqları az olan bütün qazlar bu qanuna nisbətən yaxşı tabe olurlar.

Şarl (və ya Gey-Lyüssak) qanunu. 1787 – ci ildə Şarl sabit təzyiqdə qazların genişlənməsini tədqiq edərkən müəyyən etdi ki, bu zaman həcm xətti olaraq artır. Əgər qrafiki uzatsaq onda görərik ki, o, temperatur oxu ilə -273,15° C nöqtəsində kəsişir. Analoji ölçmələr digər qazlar üçün də aparılarsa yenə eyni nəticə alınacaqdır. Belə güman etmək olar ki, temperatur -273,15° C olduqda bütün qazlarda V = 0 olacaq. Əslində isə, qazlar göstərilən temperatura çatmamışdan xeyli əvvəl sıxılır və ya genişlənir.
 -273,15° C temperaturu yeni təklif olunan Kelvin temperatur şkalası üzrə 0 qəbul edildi. Bu temperatura həm də mütləq sıfır temperaturu deyilir. Əgər şəkildə təsvir olunan düz xətt Kelvin şkalası üzrə sıfıra doğru meyllənirsə, onda bu düz xəttin tənliyi aşağıdakı kimi olacaqdır :
V = kT

Burada, T – temperatur, k – sabitdir. Bu tənlik Şarl qanununun riyazi ifadə formasıdır. Başqa sözlə:
Sabit təzyiqdə, verilmiş kütləli qazın həcmi onun temperaturu (Kelvin ilə ifadə olunmuş) ilə düz mütənasibdir.” Qeyd edək ki, bu qanun 1787 – ci ildə Şarl tərəfindən formalaşdırılmış, 1802 – ci ildə isə Gey-Lyüssak tərəfindən dəqiqləşdirilmişdir.

Ədəbiyyat
1.Fizika 10 (dərslik)
2. https://www.kimyachi.com/ideal-qaz-qanunlari
3.https://fizika.xyz/pdf-materiallar/termodinamika/24-termodinamikann-birinci-qanunu.html

Yüklə 487,35 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin