Hft fənninin vəzifələri və bölmələri. Təhlükəsizlik – həyat fəaliy­yətinin məqsədini təşkil edir və buna nail olmaq üçün «həyat fəaliyyətinin təhlükəsizliyi»



Yüklə 28,33 Kb.
səhifə8/10
tarix02.01.2022
ölçüsü28,33 Kb.
#39810
1   2   3   4   5   6   7   8   9   10
Heyat Fəaliyyətinin cavablar

Bədbəxt hadisələrin səbəbləri

İstehsalat prosesi ilə əlaqədar olaraq insan orqanizmində qəf­lə­tən gedən dəyişikliklər istehsalat zədələnmələri yaxud bədbəxt hadisə adlanır.

Məsələn, sınıq, çıxıq, yanma, əzilmə, kimyəvi və istilik yanıq­ları, elektrik zədəsi, donma və s.

İstehsalatda baş verən bədbəxt hadisələri 3 səbəb ətrafında ümumiləş­dirmək olar:

1. Texniki səbəblər:

a) elektrik və daşıma qurğuları və sistemində konstruktiv çatışmazlığı;

b) istehsalat avadanlıqlarının texniki nasazlığı;

c) qoruyucu, mühafizəedici, bloklayıcı qurğuların olmaması;

ç) texnoloji proseslərin müasir tələblərə cavab verməməsi.

2. Təşkilati səbəblər:

a) texnoloji prosesdə qüsurlar;

b) iş rejiminin düzgün təşkil edilməməsi;

c) iş yerlərinin və avadanlıqların düzgün yerləşdirilməməsi;

ç) istehsala uyğun gəlməyən qurğu, alətlərdən istifadə olunması;

d) istehsal üzərində nəzarətin olmaması, ixtisası uyğun gəlməyən işçilərin cəlb edilməsi, icrası təhlükəli olan işçilərin icrası, işçilərin təhlükəsizlik qaydaların mənimsənilməsinə hazırlığın olmaması;

e) mühafizə vasitələrinin olmaması yaxud kifayət dərəcədə olmaması.

3. Sanitar-gigiyenik səbəblər:

a) meteroloji şəraitin qeyri-normallığı;

b) iş yerlərinin havasında zərərli toz, buxar və qaz ayrılma­larının omlası;

d) səs və küyün səviyyəsinin yüksək olması;

ç) zərərli şüalanmalar – elektromaqnit, radioaktiv və istilik şüalanmaları;

d) istehsalat otaqlarının darısqallığı;

e) antisanitariya və gigiyena cəhətdən istehsal sahəsinin qeyri-qənaətbəxş olması;

j) tibbi nəzarətin olmaması və ya qeyri-qənaətbəxş olması.



  1. Yüklə 28,33 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin