Mən natiq və təbliğatçılara dəfələrlə demişəm ki, qadın məsələsi barədə öz mövqeyini müdafiə etməli olan biz deyilik. Süquta uğramış Qərb mədəniyyəti özünü müdafiə etməlidir. Heç bir insaflı, düşüncəli insan bizim qadına dair siyasətimizin qadınlar üçün yaxşı olmasını inkar edə bilməz. Biz qadını iffətə, ismətə, hicaba, kişilərlə sərhədsiz və pərdəsiz qarışmamağa, insani hörmətini qorumağa, yad kişi ləzzət alsın deyə onun qarşısında bəzənməməyə dəvət edirik. Məgər bu pisdir?! Bu, müsəlman qadına hörmətdir. Bu, qadının ucalığıdır. Qadını bəzənib küçə və bazardakı kişilərin baxışını cəlb etməyə və onların ehtiraslarını doyurmağa çağıranlar cavab verməlidirlər ki, nə üçün onu bu qədər aşağılayıb xar edirlər. Onlar cavab verməlidirlər. Bizim mədəniyyətimiz Qərbin uca və mütəfəkkir insanlarının bəyəndiyi və uyğun rəftar etdiyi bir mədəniyyətdir. Orada da iffətli, ağır, mətanətli və özlərinə qiymət verən qadınlar özlərini yadların və şorgözlərin ehtiraslarını doyurmaq üçün vasitə etmək istəmirlər. Cılız Qərb mədəniyyətində belə işlər çoxdur.
Böyük Rəhbərinin həzrət Fatimeyi-Zəhranın (ə) doğum günü münasibətilə ölkə qadınları ilə görüşdə çıxışından: 1992.