Hicri-qəməri tarixi ilə 1319-cu ildə Misirdə «Əl-Kubraye-əmiriyyə» mətbəəsində ikinci dəfə nəşr olunan «Təfsiri-Kəşşaf»da



Yüklə 2,46 Mb.
səhifə30/63
tarix31.01.2017
ölçüsü2,46 Mb.
#7105
1   ...   26   27   28   29   30   31   32   33   ...   63

TƏVƏSSÜL DUASI


Əllahummə inni əs᾽əlukə və ətəvəccəhu ileykə binəbiyyikə nəbiyyir-rəhməti Muhammədin səlləllahu əleyhi və alihi, ya Əbəl-Qasim, ya Rəsulallah, ya imamər-rəhmət, ya seyyidina və movlana, inna təvəccəhna vəstəşfə´na və təvəssəlna bikə iləllah, və qaddəmnakə beynə yədəy hacatina, ya vəcihən indəllah işfa᾽ ləna indəllah.

Ya Əbəl-Həsən, ya Əmirəl-mu᾽minin, ya Əliyyəbnə Əbi Talibin, ya huccətəllahi əla xəlqih, ya səyyidəna və movlana, inna təvəccəhna vəstəşfə´na və təvəssəlna bikə iləllahi və qəddəmnakə beynə yədəy hacatina, ya vəcihən indəllah işfə´ləna indəllah…»

Bu dua əvvəlcə həzrət Rəsulallah (s), sonra həzrət Əli (ə) və həzrət Fatiməylə (ə) başlayıb, daha sonra Onların on bir mə᾽sum övladına xitab edərək, davam edir. Ancaq onlara xitab edilərkən, «Ey Allahın yaradılmışlar üçün olan höccəti» deyə bir-bir onların adlarını deyərək, təvəssül edirlər. Sonda onların hamısına təvəssül edilərək, «Sizin vəsilənizlə Allahdan şəfaət istəyirik və deyirik ki, sizlər Allahın yanında e᾽tibarı olan insanlarsınız, Allahın yanında mənim heç e᾽tibarım olmadığına görə şəfaət edin…» deyilir.

(Seyid Əbdülhəyy duanı oxuyarkən, məclisdəki möhtərəm ədəbiyyat əhli olanlar ardıcıl olaraq, «La ilahə illallah, sübhanəllah! Bu məsələni necə də bizə yanlış bildirmişlər» deyib, əllərini əllərinin üstünə vururdular. Bu arada mən müdaxilə edərək, belə dedim:)

İnsafla söyləyin, bu duanın harasında şirk vardır? Görəsən, duanın hər yerində Allah-təalanın mübarək adı yoxdurmu? Harada onları Allaha şirk qoşduq? Nə üçün bizə iftira edirsiniz? Nə üçün muvahhid müsəlmanlara azğın və müşrik deyirsiniz? Nə üçün müsəlmanların arasında düşmənçilik toxumları səpirsiniz? Məsələni bir-birinə qarışdıraraq, həqiqətdən xəbəri olmayan insanların, din qardaşlarına qarşı kafir gözüylə baxmasına səbəb olursunuz?

Bir çox təəssübkeş və həqiqətdən xəbərsiz insan var ki, zavallı şiələrə «kafir» deyərək öldürür, özlərini cənnət əhli zənn edirlər. Bunun günahı siz alimlərin boynundadır!

Görəsən, indiyə qədər bir şiənin bir nəfər belə olsa, sünnini öldürdüyünü eştdinizmi? Bizim alimlərimiz heç vaxt belə zəhərli şeyləri xalqın arasına salmamışlar. Onlar şiə və sünnilərin arasına düşmənçilik toxumları əkməzlər. Bizim alimlərimiz insanı qətl etməyi böyük günahlardan sayırlar.

Sünni və şiə arasındakı ixtilafları, elm və məntiqlə xalqa anlatdığımız zaman, bunu da deyirik ki; sünnilər bizim müsəlman qardaşlarımızdır, onlara qarşı düşmənçilik etməyin, kin bəsləməyin. Əksinə, onlarla qardaşcasına bərabər olmalıyıq və «La ilahə illallah» bayrağını ucaltmalıyıq.

Lakin təəssübkeş sünni alimlərinə bir baxın, Əbu Hənifə, Malik bin Ənəs, Məhəmməd bin İdris və Əhməd bin Hənbəlin üsul və füruda o qədər çox ixtilafları olmasına baxmayaraq, bu dörd məzhəb imamının arxasınca gedənlərə qardaş gözüylə baxır və onlar, hər yerdə sərbəst şəkildə öz inanclarına əməl edirlər. Amma Peyğəmbərin (s) Əhli-beytindən olan Əli bin Əbu Talib və Cəfər bin Məhəmmədin (ə) davamçılarını müşrik, kafir və azğın adlandırırlar. Beləcə, şiələrin mal və canlarını, sünnilərin yaşadığı bölgələrdə təhlükəyə salırlar. Necə də şiənin elm və təqva əhli olan bir çox insanları, sünni alimlərinin fitvasıyla şəhid etmişlər.

Amma şiə alimləri tərəfindən belə bir şey gerçəkləşmədiyi kimi, alim olmayanlar tərəfindən də təsadüf olünmamışdır. Şiələrin istər alimləri olsun, istərsə də adi camaatı, sünnilərə qarşı heç bir zaman bu şəkildə davranmamışlar. Sizin alimləriniz ümumilikdə şiələrə lə´nət deyirlər. Amma şiə alimlərinin kitablarının heç birində sünnilərə lə´nət dedikləri görülməmişdir».



Hafiz: «Haqsızlıq edirsiniz. Hansı şiə alimini sünni alimlərinin fitvasıyla öldürüblər? Nə üçün hislərinizə qapılırsınız? Hansı alimimiz şiələrə lə´nət oxuyur?».

vətçi: «Alimlərinizin və alim olmayanlarınızın (avamın) etdiklərini söyləməyə dursam, bu bir məclisdə qurtarmaz. Bunun üçün aylarla oturub danışmağımız lazım gəlir. Mən iddiamı isbatlamağım üçün sadəcə tarixdə yazılmış olanlardan bə᾽zilərinə, hisslərimə qapılmaq istəmədiyimi bilməyiniz və söylədiklərimin bir həqiqət olduğunu öyrənməyiniz üçün deyəcəyəm.

Əgər siz təəssübkeş böyük alimlərinizin kitablarına diqqətlə baxmalı olsanız, necə lə´nət oxuduqlarını görərsiniz.Məsələn, imam Fəxru Razi yazdığı təfsirdə, harada əlinə fürsət keçmişsə şiələrə lə´nət oxumuşdur. Məsələn, vilayət ayəsi, ikmal ayəsi və başqa ayələri təfsir edərkən, ardıcıl olaraq, «və əmma ər-rəfzatu lənəhumullah…» (Rafizilərə gəlincə, Allah onlara lə´nət etsin…), «Haulair-rəfzatu la᾽nehumullah…» (Bu rafizilər, Allah onlara lə´nət etsin…), «Əmma qavlur-rəfaviz la᾽nəhumullah…» (Rafizilərin sözlərinə gəlincə, Allah onlara lə´nət etsin…) deyə, lə´nət etmişdir. Amma heç bir şiə alimlərinin qələmi, əhli-sünnət qardaşların nə alimlərinə, nə də onların ümuminə qarşı əsla belə bir şey yazmamışdır.


ŞƏHİDİ ƏVVƏLİN, BÜRHANUDDİN MALİKİ VƏ İBNİ CAMAATIN FİTVASIYLA ŞƏHİD EDİLMƏSİ


Sünni alimlərin, şiə alimlərinin elm və əməl iftixarlarına qarşı etdikləri pis əməllərdən biri, Şamın iki böyük şər´i hakimi olan Burhanuddin Maliki və İbad bin əl-Camaat əş-Şafeinin fitvalarıdır. Bu iki qazı, şiənin böyük fəqihlərindən və elm, təqva və zöhddə öz zamanının qabaqcılarından olan Əbu Əbdullah Məhəmməd bin Cəmaluddin Məkki əl-Amilinin (Şəhidi-əvvəl) qətl edilməsi üçün fitva vermişlər.

Bu böyük fəqihin yeddi günə yazdığı «Lümə» adlı əsəri, (yanında «Müxtəsəri-Nafi» adlı kitabından başqa, heç bir fiqhi kitab olmadan yazmışdır) onun fiqh elmindəki gücünü və geniş elmini göstərir. Hənəfi, Maliki, Şafei və Hənbəli məzhəbinin alimləri onun elmindən çox faydalanmışlar.

Sünnilərin ardıcıl təzyiqləri üzündən təqiyyə edib, şiəliyini bildirməməsinə baxmayaraq, Şamın böyük qazısı İbad bin əl-Camaat, bu rəbbani alimə həsəd apararaq, onu rafizi və şiəlikdə günahlandıraraq, Şam valisinə (Beydəmir) şikayət edib, zindana atdırdı. Zindanda bir il işgəncəyə mə´ruz qaldıqdan sonra hicri 786-cı ilin cəmadiul-əvvəl ayının doqquz və ya on doqquzunda, o iki sünni qazısının (İbnul-Camaat və Burhanuddin) fitvasıyla, əvvəlcə qılıncla öldürüb, sonra bədənini dar ağacına asdılar. Sonra onların təhrikiylə, avam xalq, «müşrik və rafizi»dir deyə, onun darağacından asılmış cəsədini daş-qalaq etdilər. Daha sonra cəsədini darağacından endirib, yandıraraq, külünü havaya sovurmuşlar1.


Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin