Hicri-qəməri tarixi ilə 1319-cu ildə Misirdə «Əl-Kubraye-əmiriyyə» mətbəəsində ikinci dəfə nəşr olunan «Təfsiri-Kəşşaf»da



Yüklə 2,46 Mb.
səhifə2/63
tarix31.01.2017
ölçüsü2,46 Mb.
#7105
1   2   3   4   5   6   7   8   9   ...   63

SƏFƏRİN BAŞLANCIĞI


1924-cü ilin rəbiül-əvvəl ayında, otuz yaşındaykən, müqəddəs ziyarətgahlara müşərrəf olduqdan və mə᾽sum imamların (Allahın minlərcə salat salamı olsun onlara) qəbirlərinin ziyarətlərindən ayrıldıqdan sonra Hindistan yoluyla səkkizinci imam mövla Əbül Həsənir-Rıza həzrət Əli ibn Musanın (ə) türbəsini ziyarət etmək üçün Xorasana doğru hərəkət etdim. Yolumun üstündə olan Hindistanın iki əhəmiyyətli liman şəhəri olan Karaçi1 və Bombeyə çatdıqda, bu səfərim məhşur qəzetlərdə yer aldı. Hindistanın uzaq şəhərlərindən köhnə, səmimi və mö᾽min dostlar, ölkələrinə gəldiyimdən xəbərdar olduqda, məni yaşadıqları bölgələrə də᾽vət etdilər və mən də məcbur qalıb, də᾽vətlərini qəbul etdim. Dehli, Agire, Lahuri-Pəncab, Siyalqut, Kəşmir, Heydərabadi-Behar, Lipur, Küveyt və digər şəhərlərə getdim. Getdiyim hər yerdə xalq tərəfindən iztihamla və sevgiylə qarşılandım.

Bu önəmli şəhərlərin çoxunda müxtəlif din və məzhəb alimləri ilə münazara (bəhs) məclisləri təşkil olunurdu. Əhəmiyyətli münazara məclislərindən biri, Dehli şəhərində, Hindistanın rəhbəri Qandinin də olduğu Hindu və Brahman din adamlarıyla edilən münazaraydı. Bu münazara o günün qəzetlərində geniş şəkildə yer aldı. Allah-təalanın havlu-quvvəsi və həzrət Xatəmul-ənbiyanın (s) xüsusi lütfüylə bəşəri daima mənimləydi. Allahın yardımıyla, müqəddəs İslam dini və haqq məzhəb olan cəfəriliyin həqqaniyyətini isbat etdim.

Sonra «Dürrül-Nəcəf» adlı həftəlik jurnalın möhtərəm tə᾽sisçisi cənab Əbülbəşir Seyid İnayət Əli şah Nəqəvinin rəhbərliyi ilə Siyalkut şəhərinin «İsna Əşəriyə» dərnəyi tərəfindən də᾽vət edildim. Daha sonra o bölgəyə doğru hərəkət etdim. Risaldar Məhəmməd Əkrəm xanın oğlu və Kolenl Məhəmməd Əfdal xanın qardaşı və köhnə səmimi dostum olan cənab Sərdar Məhəmməd Sərvərxan Risaldar2 müxtəlif şəxslərdən ibarət böyük bir heyyətlə məni qarşıladılar və hamılıqla birlikdə onların evinə getdik. Hindistanın Qızılbaş ailəsinin məşhur sərdarları Pəncabda oturmuşdu. Bunlar hicri-qəməri tarixi ilə 1339-1340 (miladi 1918-1919) illərdə Kərbəla, Kazimeyn və Bağdadda hakimiyyət qurmuşdular. Bunlar Siyalkut şəhərindəki Qızılbaş ailəsinin şərəfli, məşhur və mö᾽min insanlardandırlar. Bundan əlavə, o şəhərin Ədliyyə idarəsinin rəisi idilər və bütün xalqın onlara qarşı xüsusi ehtiramları var idi3.

Mənim Pəncaba getməyimlə əlaqəli xəbər qəzetlər vasitəsilə dərc olar-olmaz, İrana getmə niyyətində olduğum halda və bu mövzudakı ciddiyyət və israrıma baxmayaraq, müxtəlif yerlərdən, xüsusilə də Pəncabda şiə alimlərinin iftixarlarından olub Lahurda oturan, otuz cildlik «Ləvamiut-Tənzil» təfsirinin müəllifi Höccətül-İslam Seyid Əli Rəzəvi Lahuri tərəfindən ardı-arası kəsilməyən də᾽vət məktubları gəlirdi. Eyni zamanda, Hindistanın Pəncab şəhərində şiənin böyük şəxsiyyətlərindən olan Qızılbaş qardaşlar və oradakı mö᾽minlər tərəfindən Pişəvər şəhərinə də᾽vət edildim. Məhəmməd Sərvər Xanın israrıyla bu də᾽vəti qəbul edib, Rəcəb ayının 14-ü o şəhərə doğru hərəkət etdim. Oraya çatdıqda, onlar tərəfindən fövqəladə ehtiram və hörmətlə qarşılandıqdan sonra minbərə çıxıb, söhbət etməyimi istədilər. Hind dilini kamil bilmədiyim üçün Hindistan şəhərinin heç birində minbərə çıxıb söhbət etməmişdim. Lakin Pişəvər xalqı fars dilini yaxşı bildikləri üçün ricalarını qəbul etdim. Zöhrlər «İmam barə»də4 mərhum Adil Beyk Risaldarın təşəbbüsü ilə təşkil olunan, müxtəlif məzhəb və dinlərə mənsub bir qrup camaatın da iştirak etdiyi məclisdə vəzifəmi yerinə yetirməyə çalışdım.

Pişəvər xalqının əksəriyyəti müsəlman və əhli-sünnət qardaşları olduqları üçün üç saat davam edən söhbətim daha çox onlara aid idi. Daha çox İmaməti isbatedici mövzulardan söhbət açırdım. Bu səbəbdən onların məclisdə olan alimləri məndən xüsusi bir məclis rica etdilər. Bundan sonra bir neçə gecə sakin olduğum evə gəlib, saatlarla bu mövzularda elmi mübahisələr edirdik.

Bir gün minbərdən aşağı enmək istədikdə, böyük alimlərdən olan Hafiz Məhəmməd Rəşid və Şeyx Əbdüssalam adında iki nəfərin gəldiklərini və mənimlə görüşmək istədiklərini xəbər verdilər. Bunlar məndən vaxt aldıqdan sonra hər gün axşam namazlarından sonra ardıcıl olaraq 10 gecə yanıma gəldilər. Hər gecə vaxtımız altı-yeddi saat, bə᾽zən də sübhə qədər davam edən elmi söhbət və mübahisələrlə keçirdi. Son gecədə əhli-sünnətin böyük şəxsiyyətlərindən altı nəfər haqq olan şiə məzhəbini qəbul edərək, şiə olduqlarını e᾽lan etdilər.

Tanınmış qəzet və jurnalların müxbirlərindən dörd nəfər, hər iki məzhəbin möhtərəm şəxsiyyətlərindən təxminən iki yüz nəfərin iştirak etdiyi bu toplantıda hər iki tərəfin söhbət və münazaralarını qeyd edib, səhəri gün onları qəzet və jurnallarda nəşr edirdilər. Mən də bu gecələrdə gerçəkləşən söhbət və bəhsləri həmin qəzet və jürnallardan toplayaraq, siz möhtərəm oxucuların huzuruna təqdim edirəm. Məhz bu səbəbdən də, kitabı «Pişəvər gecələri» adlandırdım.

Möhtərəm ədəbiyyatçılar kitabda gördükləri xətaları qüsur bilməməlidirlər. Çünki münazara zamanı heç kəs söz və cümlələrin gözəlliyinə diqqət etmir, insanın bütün diqqəti mə᾽na və həqiqətlərdə cəmlənir. Qəzet və jurnallarda dərc olunan bəhs və sözlərin heç biri dəyişdirilmədən, möhtərəm oxucuların huzuruna təqdim edilmişdir.

Bu mübahisə və münazaralarda haqqında danışılan mövzular, Qur᾽ani-kərim, mö᾽təbər hədislərdən istifadə edilənlər və mühəqqiq, ustad və din alimlərinin önəmli sözləri ilə qeybi lütüflərdir.

Anka mənzilinə özüm yetişdim,

Bu mərhələni Süleymanın quşuyla aşdım.

Pişəvərin böyük şəxsiyyətlərindən və sakini olduğum evin sahibi olan Mirzə Yaqub Əli xan Qızılbaşın evi, kifayət qədər geniş və böyük bir camaata ziyafət vermək üçün hər cür imkana malik olduğundan, münazara məclisliri orada tə᾽sis edildi. Tam on gecə mübahisə məclisi təşkil edildi; o camaata olduqca səmimiyyətlə ziyafətlər verildi.




Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin