Hicri-qəməri tarixi ilə 1319-cu ildə Misirdə «Əl-Kubraye-əmiriyyə» mətbəəsində ikinci dəfə nəşr olunan «Təfsiri-Kəşşaf»da



Yüklə 2,46 Mb.
səhifə6/63
tarix31.01.2017
ölçüsü2,46 Mb.
#7105
1   2   3   4   5   6   7   8   9   ...   63

SEYİD ƏMİR MƏHƏMMƏD ABİD


vətçi: «Babalarımızdan İrana hicrət edən ilk şəxs, yeddinci imam həzrət Musa Kazımın (ə) oğlu həzrət Seyid Əmir Məhəmməd Abid olmuşdur. O, çox fəzilətli, təqvalı və çox ibadət etdiyinə görə, «Abid» ləqəbiylə məşhur olmuşdur. Bütün ömrünü gecələri namaz qılmaq və gündüzləri oruç tutmaqla keçirmiş, Kəlamullahı (Allahın kəlamı olan Qurani-kərimi) yazmağı çox sevərmiş. O, yazdığı müqabilində aldığı zəhmət haqqıyla çox sayda kölələr alıb, azad etmişdir.

Mübarək məzarı indiyə qədər Şirazda bütün xalqın ziyarətgahıdır. Məqbərəsi çox gözəl bir şəkildə tikilmişdir. Mübarək qəbrinin ətrafında, qəbrin ziyarətçilərinin izdihamı qarşısında qorunması və ayaq altında qalmaması üçün Nəsrəddin Şah Qacarın əmisi oğlu mərhum hacı Fərhad Mirzə Mö᾽təmədud Dövlənin oğlu Şahzadə Uveys Mirzə Mötəmədud Dövlətis-Sani gümüşdən, çox gözəl bir zireh1 düzəltdirmiş və ziyarətçilərin ibadət və camaat namazı qılınan yeri, mütəhhər hərəmini də kiçik aynalarla bəzətmişdir. Xüsusən, fars xalqı o mübarək məkana daha çox maraq göstərir, Rəsulallahın (s) pak Əhli-beyti və tövsiyə etdiyi kəslərdən olan o məqbərə sahibinin əzəmətli, ruhu vasitəsiylə Məbdeyi-Feyyazın feyzinə (Allahın lütf və ehsanına) yetişirlər».



Hafiz: «Onun Hicazdan Şiraza hicrət getməsinə nə səbəb olmuşdur?».

HAŞİMİ SEYİDLƏRİNİN MƏDİNƏDƏN HƏRƏKƏTİ VƏ QATLAĞ XANLA DÖYÜŞÜ


vətçi: «Hicazdan Şiraza getmək fikrində deyildilər. Hicri-qəməri tarixiylə II əsrin sonunda Abbasi xəlifəsi olan Mə᾽munur-Rəşid, imam Əli bin Musa ər-Rızanı (ə) məcburən öz vəliəhdi e᾽lan edib, xilafət mərkəzi olan Tusa apardı. Beləliklə, bir müddət o həzrətlə qardaşı bir-birlərindən uzaq düşdülər. O həzrəti ziyarət etmək şövqi, qardaşlarını hərəkətə gətirdi. Məktub vasitəsiylə imam Rıza (ə) və xəlifə Mə᾽munur-Rəşiddən Tusa gəlmək üçün izn istədilər. Hiyləgər xəlifə onların hamısının gəlməsini qəbul etdi.

Möhtərəm seyid Əmir Əhməd2, bizim böyük cəddimiz olan dəyərli insan seyid Əmir Məhəmməd Abid, əziz qardaşı seyid Əlauddin Hüseyn, əmisi oğlanları, qohum və dostlarıyla birlikdə imam Rızanı (ə) ziyarət etmək məqsədi ilə Hicazdan Tusa doğru yola düşdülər3. Yol boyunca şiə və risalət xanədanına məhəbbətləri olan kəslərdən bir çox dəstə də müəzzəm seyidlərin karvanına qoşuldular.

Qeyd olunduğuna görə, Şirazın yaxınlığına yetişdikdə, karvanda təqribən kişi və qadınla birlikdə on beş min nəfər olmuşlar. Şəhərlərin mə᾽mur və hakimləri belə böyük bir karvanın yetişdiyi xəbərini Mə᾽muna bildirirlər. Mə᾽mun, Bəni-Haşim və dostlarından ibarət belə bir insan cəmiyyətinin Tusa yetişməsinin, xilafət məqəmının sarsılmasına səbəb olacağından qorxur. Buna görə də, bütün şəhərlərin valilərinə belə bir əmr verir: «Bəni-Haşim karvanı hara yetişərsə, hərəkət etmələrinə mane olun və onları Mədinəyə doğru geri qaytarın». Amma karvan Şiraz şəhərinə çatmamışdan əvvəl, zikr edilən hökm o şəhərin valisinə yetişdi.

Şiraz şəhərinin çox ciddi və müqtədir4 hakimi olan Qatlağ xan, qırx min nəfərlik bir orduyla Şirazın səkkiz fərsəngliyində ‒ Xanzəniyanda yerləşdilər. Bəni-Haşim karvanı oraya yetişər-yetişməz, Qatlağ xan imam övladlarına belə bir xəbər göndərdi: «Ağalar, xəlifənin əmrini gördükdə, buranı tərk edib geri dönməlisiniz».

Həzrət seyid Əmir Əhməd cavabında belə buyurdu: «Əvvəla, bizim bu səfərdə hədəfimiz, qardaşımız imam Rızanı (ə) görməkdir. İkincisi, biz izinsiz gəlmədik, xəlifənin özündən izn aldıq və onun əmriylə yola düşdük». Qatlağ xan isə, cavabında belə dedi: «Bizə hərəkətinizə mane olmaq əmri verilib. Xəlifə bə᾽zi səbəblərə görə ikinci bir əmir vermişdir ki, bu əmrin icra olunması lazımdır. Buradan geri dönmək məcburiyyətindəsiniz».

Möhtərəm seyid Əmir Əhməd qardaşları, Bəni-Haşim və dostlarıyla məsləhətləşdilər. Amma onlardan heç biri geri dönməyə razı olmadı. Sübh çağı karvan hərəkət etmək istədikdə, ehtiyat edərək qadınları karvanın arxasına keçirtdilər. Köç tə᾽bili çalınmamış, Qatlağ xan ordusuyla onların yolunun qarşısını kəsdi. Artıq məsələ əməl mərhələsinə keçdi. Çox şiddətli qanlı bir döyüş başladı, Qatlağ xanın ordusu Bəni-Haşimin həmləsi və şücaəti qarşısında məğlub olub, dağıldılar.

Bu mərhələdə məğlub olan ordunun başçıları, özləri üçün bir çarə düşünərək, (doğru və ya yalan) bir qrup şəxsləri yüksək bir yerlərə çıxartdırıb, belə dedilər: «Ağalar! Əgər xəlifənin vəliəhdi olan Əli bin Musaya ‒ imam Rızaya e᾽timad edirsinizsə, bu anda onun vəfat etdiyi xəbəri yetişdi».

Bu xəbər bir şimşək kimi imam övladlarının əhatəsinə toplaşan zəif iradəli insanları sarsıtdı və beləcə, onların ətrafından dağıldılar.

Sonra bu səbəbdən seyid Əmir Əhməd gecə ikən, qardaş və qohumları ilə birlikdə başqa bir yolla Şiraza doğru hərəkət etdilər. Əhməd ətrafdakıları, «Düşmən bizi tə᾽qib edir. Ələ keçməmək üçün müxtəlif geyimlərdə sağa-sola dağılmağınız daha yaxşı olar» dedi.

İmamın övladları bu tövsiyəyə əməl edərək, elə o gecə şəhərin ətrafına dağıldılar1. Amma Əmir Əhməd, seyid Əmir Məhəmməd Abid və seyid Əbdullah Hüseyn Şiraza gedib, tanınmayacaq geyimdə bir-birlərindən ayrıldılar. Hər biri bir guşəyə çəkilib, ibadətlə məşğul oldu».


SEYİD ƏMİR ƏHMƏD


Seyid Əmir Əhməd imam Rızanın (ə) şəhadətindən sonra elm, zöhd2, vər᾽ə3 və təqvada imam Museyi-Kazımın (ə) otuz səkkiz nəfər oğlan və qızdan ibarət övladının ən fəallarından idi. İmam Kazım (ə) min dinara satın aldığı Sərriyə adlı bir bağı ona hədiyyə etmişdi. Böyük ehtirama sahib olan bu imamzadə, həyatında min kölə alıb, Allah yolunda azad etmişdi.

Şiraza yetişdikdə, Sərəzdək məhəlləsində4 Əhli-beyti sevən dostlarından birinin evində məskunlaşıb, gecə-gündüz ibadətlə məşğul oldu. Fars valisi Qatlağ xan tərəfindən imamzadələrin axtarılması üçün hər tərəfdə casuslar müəyyən edildi. Nəhayət, bir ildən sonra cənab seyid Əmir Əhmədin yerini bilərək, hökumətə xəbər verdilər. Hökumət də, o həzrəti tutmaq üçün çoxlu sayda əsgər göndərdi.



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin